89
demişdir: “Həqiqətən Allah – Təbərakə va Təalə - Bədr əhlinə baxdı və dedi:
“Dilədiyinizi edin, çünki Mən sizi bağışlamışam.”
128
128
Bunu əl-Buxari (3007) və Muslim (2494) Əlinin hədisindən rəvayət ediblər.
90
(Fəsl)
[106] Bil ki, - Allah sənə rəhm etsin! – bir müsəlmanın malı yalnız onun öz
könül xoşluğu ilə verməsi halında halal ola bilər. Hətta əgər bir kimsədə
haram bir mal varsa o mal onun öz boynundadır, həmin maldan onun izni
olmadan bir şey götürmək heç kəsə caiz deyildir, çünki ola bilsin ki, bu
adam tövbə etsin və malı öz sahiblərinə geri versin, yoxsa sən haram bir
mal götürmüş olacaqdın.
[107] Qazanclar mütləqdir; sənə onlardan səhih olduğu görünənlər
mütləqdir, yalnız fasid olduğu aşkar olan istisnadır.
129
Əgər fasiddirsə, o
maldan zəruri ehtiyacını qarşılayacaq qədərini götürə bilər. “Qazancı tərk
edim, (insanların) verdiyini götürüm” deməməlidir. Nə səhabələr, nə də
bizim bu zamanımıza qədər yaşamış alimlər belə etməyiblər. Ömər –
radiyallahu anhu – deyib: “Tərkibində bir qədər alçaqlıq olan qazanc
insanlardan dilənməkdən yaxşıdır.
130
”
131
∗∗∗
129
Bu, ümumi fiqhi bir qaydadır. Qazanc, maaş, mükafat və ticarət kimi işlərdə haram və
ya haramla qarışmış mal aşkara çıxmayana qədər əsli hökm halal olaraq qalır. Əgər
malın haram olduğu aşkar olarsa onu götürmək haram olar, malın qarışıq olduğu aşkar
olarsa qarışıqlığın miqdarında məkruh olar.
130
Ola bilər ki, insanlar hər hansı bir işə dəyərsiz və alçaq bir iş kimi baxsınlar. Misal
üçün zibil daşıyan və buna bənzər işlər insanların gözündə həqir və dəyərsiz işlərdir.
Lakin dilənmək əvəzinə o cür işə qatlanmaq qat-qat xeyirlidir.
131
Bunu İbn Əbid-Dunyə “İsləhul-Məl” (səh: 298; rəq: 321), İbn Hibbən “əs-Siqat”da
(8/204), İbn Abdil-Bərr “ət-Təmhid”də (18/329) Ömər bin əl-Xattab’dan rəvayət
ediblər. Bu rəvayətlərin bəzilərində alçaqlıq, həqirlik mənasını verən “əd-dəniyyə” sözü
yerinə şübhə mənasını verən “ər-riybə” sözü gəlmişdir.
91
[108] Beş vaxt namazı kimin arxasında qılsan caizdir, həmin insanın bir
cəhmi olması isə istisnadır, çünki o, tətil əhlidir. Əgər belə birinin arxasında
namaz qılsan namazını yenidən qıl! Əgər cümə günü imamın bir cəhmi
olarsa və o, sultandırsa, arxasında namaz qıl və (sonra) namazını yenidən
qıl! Əgər sənə imamlıq edən sultan və ya bir başqası sünnət sahibirsə
arxasında namaz qıl və namazını təkrarlama!
∗∗∗
[109] Əbu Bəkr və Ömərin Aişənin otağında peyğəmbər – salləllahu aleyhi
va səlləm – ilə olduğuna iman etmək; onunla birlikdə orada dəfn olunublar.
(Peyğəmbərin) qəbrinin yanına gəlsən peyğəmbərdən – salləllahu aleyhi va
səlləm – sonra onların ikisinə də salam vermək vacibdir.
132
132
Bu, müəllifin ictihadıdır. Alimlər arasında məşhur olan görüş budur ki, peyğəmbərin
– salləllahu aleyhi va səlləm – qəbrini ziyarət etmək və salam vermək müstəhəbdir.
92
(Yaxşılıqları əmr edib pisliklərdən çəkindirmək)
[110] Qılıncından və ya əsasından qorxmaq halı müstəsna olmaqla (digər
bütün hallarda) yaxşılıqları əmr edib, pisliklərdən çəkindirmək vacibdir.
133
[111] Salam Allahın bütün qullarına verilməlidir.
∗∗∗
[112] Kim heç bir üzr olmadan məsciddə cümə və camaat namazlarını tərk
edərsə o, bidətçidir. Üzr isə misal üçün məscidə getməyə taqəti olmayacaq
şəkildə xəstəlik və ya zalım sultandan qorxudur. Bundan başqa hallarda isə
onun üzrü yoxdur.
[113] Kim bir imamın arxasında namaz qılar, lakin ona tabe olmazsa, onun
namazı yoxdur.
∗∗∗
[114] Yaxşılığı əmr edib pisliklərdən çəkindirmək isə qılınc ilə deyil, əl, dil
və qəlb vasitəsilə olur.
134
133
Alimlər yaxşılığı əmr edib pislikdən çəkindirməyin hökmü barəsində ixtilaf ediblər.
Bu, hər bir müsəlmana vacibdir, yoxsa ümumən müsəlman topluma vacibdir? Alimlərin
böyük əksəriyyətinə görə bunun hökmü fərzu-kifayədir, yəni hər bir fərdə vacib deyildir.
Əgər bir qrup bu işin öhdəsindən gəlirsə digər müsəlmanlara vacib olmur, lakin
müstəhəb olur. Bir qrup alimə görə bu vəzifə hər bir müsəlmana vacibdir. Məşhur təfsir
alimi İbn Kəsir bu görüşdə olan alimlərdən biridir.
93
[115] Müsəlmanlardan halı örtülü olan kəs aşkarda bir şübhəsi
görünməyən kəsdir.
135
∗∗∗
[116] Qulların batini elmlərdən iddia etdiyi, Kitab və sünnətdə olmayan hər
bir elm bidət və zəlalətdir. Heç kəsə o elmlə əməl etmək və ona çağırmaq
caiz deyildir.
∗∗∗
[117] Hər hansı qadın özünü bir kişiyə hədiyyə edərsə həmin kişiyə halal
olmaz, əgər kişi o qadından istifadə edərsə hər ikisi də cəzalandırılmalıdır.
(Qadın) yalnız bir vəli, iki adil şahid və mehr ilə (halal olur).
134
Bu barədə kitabın əvvəlindəki dipnotların birində söz açmışdıq. İmam Əhmədin
məzhəbi budur. İstənilən kəsin etdiyi münkəri əl, söz və qəlb ilə inkar etmək vacibdir və
hər hansı bir kəs bundan müstəsna deyildir. Hakimlərin münkərlərini imkan olduqda əl
ilə düzəltmək, olmazsa dil ilə düzəltmək vacibdir. Rabbani alimlərin həyatlarına nəzər
salan kəs bu həqiqəti aşkar şəkildə görəcəkdir. Şeyxul-İslam İbn Teymiyyənin əmirin
qərarına qarşı çıxaraq əl-Hafiz əl-Mizzi’ni həbsxanadan azad etməsi, əl-Hafiz Abdul-Ğani
əl-Məqdisinin əyləncə alətlərini sındırmasını və daha bir çox misalı göstərmək olar.
Lakin qılınc ilə münkəri inkar etmək İmam Əhmədə görə caiz deyildir.
135
əl-Beyhəqi “əs-Sunən”də (10/124), Əbu Nueym “əl-Hilyə”də (9/224), Əbu Mushir
“ən-Nüsxə”də (səh: 61; rəq: 72) bir çox yolla İbrahim ən-Nəxai’dən belə dediyini rəvayət
ediblər: “Belə deyərdilər: “Müsəlmanlar arasında adil olan kəs aşkarda bir şübhəsi
görünməyən kəsdir.”
Dostları ilə paylaş: |