100
[133] Əgər bir insandan bidət olan bir şey sənə görünərsə, ondan ehtiyatlı
ol, çünki sənə gizli qalanlar şübhəsiz ki, sənə zahirdə görünənlərdən çoxdur.
[134] Əgər əhli-sünnətdən bir kimsənin tutduğu yol və məzhəbinin pis
olduğunu, fasiq və facir, günah sahibi, yolunu azmış olduğunu görsən və o,
(bu halı ilə belə) sünnət üzərindədirsə, onunla yoldaşlıq et, onunla otur dur!
Çünki onun günahları sənə zərər verməz. Lakin əgər müctəhid – hətta zahid
və özünü ibadətə həsr etmiş biri olduğu görünsə belə -, amma bidət sahibi
birini görsən onunla oturub durma, onun yanında olma, sözünü dinləmə,
onunla bir yol getmə! Çünki mən onun öz təriqətini bəzəməyəcəyindən və
nəticədə onunla birlikdə həlak olmayacağından əmin deyiləm.
Yunus bin Ubeyd öz oğlunu bidət sahibi birinin yanından çıxarkən gördü və
dedi: “Ey oğul! Haradan gəlirsən?” Dedi: “Fılankəsin yanından.” Dedi: “Ey
oğul! Sənin bir xunsənin
162
evindən çıxdığını görməyim mənim üçün
fılankəsin
163
evindən çıxdığını görməyimdən daha sevimlidir. Allahın
hüzuruna, ey oğul, zinakar, oğru, fasiq, xain kimi çıxmağın mənim üçün
Onun hüzuruna fılankəs və fılankəslərin etiqadı üzərində çıxmağından daha
sevimlidir.
164
Məgər görmürsən ki, Yunus bin Ubeyd xunsənin oğlunu dinindən
azdırmayacağını, bidət sahibinin isə onu kafir edənə qədər onu (dinindən)
azdıracağını bilirdi?!
[135] Öz zamanının insanlarından xüsusilə çox ehtiyatlı ol! Kiminlə
oturduğuna, kimə dinlədiyinə, kiminlə yoldaşlıq etdiyinə fikir ver, çünki
insanlar onlardan Allahın qoruduğu kimsələr müstəsna olmaqla sanki
riddət içindədirlər.
162
Xunsə həm erkək, həm də dişi cinsi üzvü olan kəslərdir. Əxlaqsız bir qadının evini
ziyarət etmək bir müsibətdirsə, xunsənin evini ziyarət etmək isə iki müsibətdir, çünki
bu, insanlar yanında daha çirkin qarşılanır.
163
Bəzi əlyazmalarda onun adı Amr bin Ubeyd olaraq zikr olunub və o, mötəzililərin
imamlarından biridir.
164
Bunun bənzərini əl-Laləkai “Şərh Usul İtiqad Əhl əs-Sunnə val-Cəməa”da (2/817-818;
rəq: 1378), əl-Xatib “Tarix Bəğdəd”də (12/172), əl-Bəğavi “əl-Cadiyyət”də (1/203; rəq:
1330), Əbu Nueym “əl-Hilyə”də (3/21) rəvayət ediblər.
101
[136] Bax və bir adamın İbn Əbi Duad’ı
165
, Bişr əl-Mərisi’ni
166
, Suməmə’ni
167
və ya Əbul-Huzeyl’i
168
və ya Hişəm əl-Futi’ni və ya onlara tabe olanlardan
birini və ya tərəfdarlarından birini (gözəl sözlərlə) yad etdiyini eşitsən
ondan ehtiyatlı ol, çünki o, bidət sahibidir, çünki bu kəslər riddət üzərində
olublar və onları xeyir ilə yad edən adamı tərk et! Onlardan birini yad edən
onlarla eyni səviyyədədir.
∗∗∗
[137] İslamda (insanın etiqadını) sınağa çəkmək bidətdir, bizim bu
günümüzə gəldikdə isə sünnətə görə imtihan edilirlər
169
, çünki o deyib:
“Şübhəsiz ki, bu elm dindir, ona görə də dininizi kimdən götürdüyünüzə
fikir verin!” “Yalnız şəhadətini qəbul etdiyiniz kimsələrdən hədis qəbul
edin!”
Beləliklə baxmalısan, əgər sünnət sahibidirsə, elmi varsa və saduqdursa,
ondan (hədis) yaza bilərsən, əks təqdirdə onu tərk etməlisən!
∗∗∗
165
O, Əhməd bin əl-Fərəc bin Əbi Duad əl-İyədi əl-Mötəzilidir. Zəlalət imamlarından
biridir. Zamanında sultanı insanları “Quran məxluqdur” deməklə imtihana çəkməyə
sövq etmişdi. Hicri 240-ci ildə həlak olub.
166
Bişr bin Ğiyəs bin Əbi Kərimə əl-Mərisi mötəzilə şeyxlərindən biri olub. Quranın
məxluq olduğunu deyən və buna dəvət edənlərdən biri idi. Hicri 218-ci ildə vəfat edib.
167
Suməmə bin Əşras ən-Nəmimi mötəzililərin rəhbərlərindən biri olub. Hicri 213-cü
ildə vəfat edib.
168
Muhamməd bin əl-Huzeyl bin Abdilləh Əbul-Huzeyl əl-Alləf əl-Basri mötəzililərin
şeyxi və bidət və zəlalət imamlarından biri olub. Hicri 235-ci ildə vəfat edib.
169
Anladığımız kimi müsəlmanları imtihan etmək kimin hədisinin qəbul edilib
edilməyəcəyini öyrənmək üçündür. Bizim zamanımızda belə bir ehtiyac olmadığı üçün
insanların etiqadını öyrənmək üçün imtihana çəkmək olmaz, çünki bu, müəllifin də
dediyi kimi bidətdir.
102
[138] Əgər haqq üzərində və səndən əvvəlki sünnət əhlinin yolu üzərində
müstəqim olmaq istəsən kəlam elmindən, kəlam əhlindən, münaqişə,
mübahisə, qiyas və dində münazərə etməkdən uzaq dur! Onlardan bir şey
götürməsən belə onların sözünə qulaq asmağın qəlbdə şəkk doğurur, bu da
qəbul etmək üçün kifayət edir ki, nəticədə həlak olursan. Kəlam elmi,
münaqişə, mübahisə və qiyas ortaya çıxmasaydı zındıqlıq, bidət, zəlalət əsla
mövcud olmazdı, çünki bunlar bidətin, şəklərin və zındıqlığın qapılarıdır.
[139] Öz nəfsinin qayğına qal! Əsərə və əsər əhlinə tabe olman və təqlid
etmən vacibdir, çünki bu din yalnız təqliddir, [yəni peyğəmbərə, salləllahu
aleyhi va səlləm və əshabına, ridvanullah aleyhim əcməin!] Bizdən
əvvəlkilər bizi çaşqınlıqda/qarmaqarışıqlıqda buraxmayıblar və onları
təqlid et və rahatlıq tap! Əsər və əsər əhlindən ötəyə həddi aşma!
Mütəşabihlərdə dur və (onlara) heç bir şeyi qiyas etmə! Özündən bir hiylə
çıxardıb onunla bidət əhlini rədd etməyə çalışma, çünki sənə onlarla
münasibətdə sakit durmaq əmr olunub və sənin nəfsinə (təsir etmələrinə)
imkan vermə!
Bilmirsənmi ki, Muhamməd bin Sirin
170
fəziləti ilə birlikdə bir məsələdə
belə bidət əhlindən bir nəfərə cavab verməmiş, nə də ondan Allahın
Kitabındakı bir ayəni belə dinləməmişdir. Buna görə də ondan soruşanda
demişdir: “Qorxuram ki, ayəni təhrif edər və qəlbimə bir şəkk düşər.”
171
[140] Əgər bir adamın peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gələn
əsərləri eşidərkən “biz Allahı təzim edirik!” dediyini eşitsən bil ki, o,
cəhmidir. Allahın elçisinin – salləllahu aleyhi va səlləm - əsərlərini rədd
etmək istəyir və bu sözü ilə Allahın elçisinin – salləllahu aleyhi va səlləm -
əsərlərini dəf edir. O, (Allahı axirətdə) görmək, (Allahın dünya səmasına)
enməsi və buna bənzər hədisləri eşidərkən Allahı təzim etdiyini, Onu tənzih
etdiyini iddia edir. Məgər o, Allahın elçisinin – salləllahu aleyhi va səlləm -
əsərlərini rədd etmirmi?! Əgər “biz Allahın bir yerdən başqa yerə
köçməyəcəcək qədər Əzəmətli olduğuna etiqad edirik” deyərsə artıq o,
170
Muhamməd bin Sirin bin Əbi Amr Əbu Bəkr əl-Ənsari məşhur tabii alim və imamdır.
Malik bin Ənəsin azadlı quludur. Tabe olunan imam, fəqih və təqva əhlidir. Hicri 110-cu
ildə vəfat edib.
171
Bunu əd-Dərimi ”əs-Sünən”də (1/120; rəq: 394), əl-Laləkai “Usul İtiqad Əhlis-
Sunnə”də (1/150-151; rəq: 242), İbn Vaddah əl-Qurtubi “əl-Bidə van-Nəhyu anhə”də
(səh:53), İbn Batta “əl-İbənə əl-Kubra”da (377) rəvayət ediblər.
Dostları ilə paylaş: |