[]



Yüklə 20,28 Mb.
Pdf görüntüsü
səhifə53/319
tarix25.07.2018
ölçüsü20,28 Mb.
#59099
1   ...   49   50   51   52   53   54   55   56   ...   319

85 

 

çisi ola bilməd ilər, " müvəqqəti mükəlləfiyyətli" vəziyyətində qaldılar.  Yalnız  1912  il 



20 dekabr  islahatı nəticəsində kəndlilərə torpaqları pulla almaq və  mü lkiyyətçiyə çevrilmək 

hüququ verildi. Xüsusi sahibkar kəndlilərinə nisbətən dövlət kəndlilərinin  vəziyyəti b ir qədər 

yaxĢı  id i.  Hesablamalara görə, baĢlıca torpaq sahibləri olan dövlət və  mü lkədarlar, torpağın 

yalnız üçdə b ir hissəsini kəndlilərin istifadəsinə vermiĢdilər. Kəndlilərin torpaqla təmin  olun 

ması  isə  müəyyən  səbəblər  ü zündən  (mülkədarların  dövlət  kəndlilərinin   torpaqlarını  ələ 

keçirməsi,  çarizmin  köçürmə  siyasəti  və  s.)  getdikcə  pisləĢird i.  Ona  görə  də  imkansız 

kəndlilər  torpağı  ağır  Ģ ərtlərlə  icarəyə  götürür,  kənddə  muzdurluq  edir,  ya xud  kəsbkarlığa 

getməli o lurdu.  Ve rgi sistemi də  kəndlilər üzə rində ağır yük  idi. 1900  il  12 iyun qanunu ilə 

dövlət  kəndində  vergi    sistemində  dəyiĢiklik  edilmiĢdi.  Hərb i  mükəlləfıyyət  əvəzinə,  1887 

ildən tətbiq edilən hərb i vergi də  kəndlilərin vəziyyətini çət inləĢdirirdi.  Bütün bunlar kəndli 

hərəkatına, o cü mlədən onun spesifik forması olan qaçaq hərə katına  səbəb olurdu. Lakin nə  çar höku məti, nə  də onun 

devrilməsindən sonra hakimiyyətə gələn Müvəqqəti hökumət aqrar  məsələnin həlli sahəsində ciddi tədbirlər görmədi. 



Zaqafqaziya  Komissarlığı  aqrar  sahədə  qanun  qəbul  edilməsi  üçün  müəyyən  addım  atdı.  1917  il  dekabrın  8-9-da 

ko missarlığın  iclasında  torpaq  haqqında  qanun  layihəsi  müzakirə  edildi,  dekabrın    16-da  xəzinə,  keçmiĢ  xanədan, 

kilsə,  monastır,  hüquqi  Ģ əxs  və  xüsusi  sahibkar  torpaqların ın  torpaq  komitələ rinə  verilməsi  barədə  əsasnamə  qəbul 

olundu.  La kin  kəndlilə r  bu   qanun  üzrə   torpaq  ala   bilməd ilər.  Zaqafqaziya  seymi  təĢkil  edildikdən  sonra  da  aqra r 

məsələ  əsas məsələlə rdən biri ola raq qalırd ı. Ona  görə də 1918 il mart ın 7-də torpaq haqqında qanun qəbul edildi (ba x 

Aqrar  məsələ)  .Kəndlilər  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  həyatmda  da  mühü m  ro l  oynayırdı.  Bunu  nəzərə  a lan 

hökumət aqrar sahədə dəyiĢikliklər etmək üçün tədbirlər görməyə baĢladı. 1918 il iyunun 22-də Zaqafqaziya seymin in 

aqrar qanununun respublika  əra zisinə Ģa mil edilməsi dayandınlmıĢ, yeni  aqrar siyas ət hazırlan mağa baĢlamıĢdı. La kin 

hökumət bu sahədə çevik siyasət hazırlay ıb həyata keçirə bilmədi. Ona görə də kəndlilər arasında narazılıqlar yarandı. 

Cü mhuriyyət Hökumətin in düĢmənləri,  xüsusilə bolĢeviklər  [bax Rusiya  Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası] 

bundan  istifadə  etdi,  ö lkədə   kəndli  ç ıxıĢları  artdı.  Bu,  A zərbaycan  Xa lq  Cü mhuriyyətinin  süqutunda  müəyyən  ro l 

oynadı. 

Əd.:  A zərbaycan  tarixi,  7  cilddə,  c.5.  B.,  2001;  Cyмбатзаде  A.C.,  Coциально-економические  предпосылки 

победы Советской власти в Азербаиджане, М. , 1972; Тюкавкин В.Г. Щагин Э. М. , Крестьянство России в период трех 

революций, М., 1987.  

KƏNGƏRLĠ Bəhru z (ġamil) ġirəli bəy oğlu (22.1.1892, Naxçıvan - 7.2.1922, Naxçıvan) - rəssam, boyakar və 

qrafık. A zərbaycan təsviri sənətində realist dəzgah boyakarlığın ın təĢəkkülü, portret və mən zərə  janrların ın formalaĢ-

ması  Kəgərlinin  adı  ilə  bağlıdır.  UĢaq  ikən  ciddi  xəstəlik  keçirən  Kəngərli  ağır  eĢitdiyindən  ü mu mtəhsil  məktəbinə 

gedə  bilmə miĢ,  rəssamlığa  mey l  göstərmiĢdir.    Tiflisdə  Qafqa z  Ġncəsənəti  TəĢviq  Cə miyyətinin  boyakarlıq  və  

HeykəltaraĢlıq  mə ktəbində  oxu muĢdur  (1910-15).  Kəngərlinin  rəssa m  kimi  püxtələĢməsində    ―Molla  Nəsrəddin‖ 

jurnalın ın böyük rolu  olmuĢdur. Yaradıcılığının  ilk dövründə   müəllimi-mo llanəsrəddinçi yoldaĢı  L.D.  QudiaĢvilinin  

portretlərin i  çəkmiĢ,  ka rikatura  və  satirik  rəs mlə r,  mən zərə  və  mə iĢət  səhnələrini  əks  etdirən  rəsm,  akvare l  və  

boyakarlıq  əsərləri  yaratmıĢdır  ("Qoca  kiĢi",  "Toy",  "Elçilik"  və  s.).  1914  ilin  iyununda  rəssamın  Naxçıvandakı  ilk 

böyük  sərgisi  və  orada  göstərilən  rəsmləri  həmyerlilərin i  heyran  etmiĢdi.  O  vaxt  "Ġqbal"  qəzeti  yazırd ı:  "Cavan 

rəssamımız gələcəkdə iftixarımız olacaqdır". 

Kəngərlinin  zəngin  bədii  irsi  qalmıĢdır.  Cə mi  7  il  yaradıc ılıq  fəa liyyəti  ilə  məĢğul  olmağa  möhlət  tapmıĢ 

Bəhru z Kəngərli 2000-ə qədər rəs m əsəri yarat mıĢdır. O, rea list ifadəliliy i, yüksək bədii-estetik dəyəri ilə  diqqəti cəlb  

edən  çoxlu  portret,  mənzə rə,  natürmort  və  s.  çəkmiĢdir.  Dövrünün  qabaqcıl  ziyalılarının,  sadə  adamların  portretləri 

(" YaĢlı  kiĢi",  " Gürcü"  və  s.),  möv zu  aktuallığına  və  ideya  məzmununa  görə  bu  günün  ictimai-siyasi  hadisələri  ilə 

səsləĢən "Qaçqınlar"  silsiləsinə  da xil  olan  portretlə r  canlılığı,  reallığı  və  psixoloji  ifadəliliyi  ilə  fə rqlən ir.  Rəssamın  

yaradıcılığ ında mən zərə  janrı  mühüm yer tutur.  Onun mənzərələrində təbiət gözəllikləri  ("ġəlalə", "Dağlıq  mən zərə", 

"Ġlanlı  dağ  ay  iĢığında",  "GünəĢ  batarkən",  "Ağrı  dağı",  "Köhnə  qala",  "Əliabad  kəndində  darvaza  ",  " Yamxana 

kəndinə gedən yol", "Əshabi-kəhf dağı" və s.), mədəniyyət abidələri ("Mömünə xatun türbəsi"), ilin fəsilləri ("Payız", 

"Bahar") əks olun muĢdur. Bəhru z  Kəngərli 1918-20  illərdə erməni daĢnakların ın Azə rbaycanda törətdikləri  faciə ləri 

təsvir  edən,  ö z  dədə-baba  torpaqlarından  zorla  qovulmuĢ  və  Na xç ıvana  pənah  gətirmiĢ  a zərbaycanlı  qaçqınla rın  

portretlərindən  ibarət  silsilə  əsərlə r  yarat mıĢdır.  Bu  silsilədən  olan  "Qaçqınlar",  "Qaçq ın  qız",  "Qaçqın  oğlan", 

"Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın  Gü mĢün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə 

sənətkarlıq səviyyəsinə görə deyil, ta rixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığ ı personajların da xili-

psixo loji  a lə mini  açıb  göstərə  bilmiĢdir.  Rəssam  təsvir  etdiyi  qaçqın  uĢaqların  hər  birin in  simasında  didərgin  

düĢdükləri  ata-baba  ocaqların ın  həsrətini,  keçird ikləri  hiss  və  həyəcanları,  gözlərinə  qonmuĢ  qüssə  və  kədəri 

özünəməxsus ustalıqla əks etdirmiĢdir. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-20) Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafıka 

əsərləri  yaradır,  rəssamlıq  sənətini  gənclərə  öyrətmək,  bu  sənəti  sevdirmək  üçün  xüsusi  dərnək  açır,  fərdi  sərgilərini 

təĢkil edirdi. 1921 ildə Azərbaycanda açılan ilk böyük sərgidə  




Yüklə 20,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   319




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə