[]


kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan (bilmədən) pis bir iş



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə35/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   31   32   33   34   35   36   37   38   ...   258

 

71 


kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan (bilmədən) pis bir iş 

gördükdən sonra dərhal tövbə edərlər» (ən-Nisa 17).  

Şirk  Və  Küfr  Arasında  Olan  Fərq  -  Allah  bəzi  şirkə  küfr  və  küfrə  şirk 

deyirsə,  onların  arasında  olan  fərqlərə  görə  alimlər  ixtilaf  etmişdilər.  Bəziləri 

qeyd edirlər ki, onlar arasında heç bir fərq yoxdur. Şirk küfrdür, küfr də şirk. 

Əbu  Bəkr  əl-Asan  –  rahmətullahi  aleyhi  –  şirkin  küfr  olduğunu  deyən 

alimlərdəndir.  O,  deyir  ki:  «Kim  ki,  Peyğəmbər  - səllallahu aleyhi və səlləm  – in 

risaləsini  inkar  etsə,  ondan  üz  döndərsə  artıq  müşrikdir:  «Şübhə  yoxdur  ki, 



Allah  Özünə  şərik  qoşanları  əfv  etməz,  amma  istədiyi  şəxsin  bundan  başqa 

olan  günahlarını  bağışlayar…»  (ən-Nisa  48).  «Allah  ona  şərik  qoşmağı 

bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-

Nisa  116).  Əgər  Yəhudi  və  Nəsranilərin  küfrü  şirk  olmasaydı,  onda  gərək 

Allah  onları  bağışlayardı.  Ayə  buna  dəlalət  edir:  «Bundan  başqa  olan 



günahları  isə  istədiyi  şəxsə  bağışlayar».  Əbu  Hələlə  –  rahmətullahi  aleyhi  – 

deyir ki: «Küfr günhaların bir hissəsinə aid edilən sözdür. Qurani Kərimdə və 

Sünnədə  Allah  və Peyğəmbər  - sallallahu aleyhi və səlləm  –  bəzi günahları  küfr 

kimi adlandırıb. Allaha şərik qoşmaq, Peyğəmbər - sallallahu aleyhi və səlləm – i 

inkar  etmək,  Allahın  hansısa  halalını  haram,  haramını  da  halal  etmək  bunlar 

hamısı  küfrdür.  Bu  baxımdanda  şirk  bunun  içərisinə  daxil  olur.  Küfr  və  şirk 

arasında  olan  fərq  -  küfrün  şöbələri  çoxdur  və  onun  şöbələrindən  biri  də, 

şirkdir».  Küfr  ümumidir,  şirk  isə  xüsusi.  Hər  bir  günah  küfr  adlandığı  kimi, 

şirk  də  küfrün  şöbələrndən  biridir.  Bu  baxımdan  da,  küfr  ümumidir,  şirk  isə 

xüsusi.  İmam  Nəvəvi  – rahmətullahi aleyhi – deyir  ki:  «Şirk  və  küfr  hərdən  bir 

şeyə  dəlalət  edə  bilər.  O  da  Allaha  küfür  etməkdir.  Həm  şirk,  həm  də  küfr 

buna aiddir. Hərdən də onlar arasında ayrılıq olur. Əgər şirk və küfr ayrı-ayrı 

gələrsə onda küfr küfrdü, şirk isə Allahdan başqasına ibadət etmək və yaxud 

Allahdan başqasına ibadətin haqq olduğunu etiraf etməkdir». İbrahim Ruheyli 



– Allah onu qorusun - bu məsələdə Racih olan görüşü gətirir: «Küfr ümumidir, 

şirk  isə  xüsusi.  Hər  bir  müşrik  kafirdir,  hər  bir  kafir  isə  şərt  deyil  ki,  müşrik 

olsun. O ki, qaldı Əbu Bəkr əl-Asan – rahmətullahi aleyhi – nin dəlilinə - İbrahim 

Ruheyli  –  Allah  onu  qorusun  -  deyir  ki:  «Bu  o,  demək  deyil  ki,  onların  küfrü 

mütləq şirk olmalıdır. Çünki Allah:  Bundan başqa olan günahları isə istədiyi 

şəxsə  bağışlayar  -  lakin  küfür  şirkdən  yuxarıdır.  Yəhudi  və  Nəsranilərin 

küfrləri şirk idi”. Küfr və şirk yuxarıdır.  



Küfr Və Nifaq Arasında Olan Fərq - Lüğəti Mənası – Nəfaqdan törənmişdir. 

Nəfaq yerin içində gizlənən  tunel  mənasındadır. Nifaqın  bu cür  adlanmasına 

səbəb  münafiqin  küfrünü  gizləməsi  və onu göstərməməsidir.  Bir görüşə görə 

də  bu  kəlimə  tarla  siçanının  yuvası  mənasına  gələn  Nafikaul  Yərbu  -dan 




 

72 


törənmişdir.  Çünki  bu  yuvanın  üstü yer üzü ilə eyni səviyədədir.  Altında isə 

gizli bir çuxur vardır

224

.  


İstilahi  Mənası  –  Nifaq  batinin  zahirə  müxalifətidir.  Açıqdan  söylənən 

sözlərin  və  əməllərin  qəlbdəki  inancın  tərsi,  ziddi  olmasıdır.  İslamı  və  xeyiri 

açığa  çıxarmaq,  küfrü  və  şərri  gizləməkdir.  Yəni  qəlbən  inanmadığı  və  rədd 

etdiyi halda zahirdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirmiş olduğu 

şeylərə  uyduğunu  göstərməkdir.  Münafiq  imanı  açıqlayan,  küfrü  isə 

gizlədəndir.  Münafiq  –  sözü  əməlinə,  içi  də  çölünə  zidd  olan  kimsədir.  O, 

İslama  bir  qapıdan  girər,  digər  qapıdan  çıxar.  Zahirən  imana  girər,  batinən 

ondan çıxar

225

«İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha 



və axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). İbn Əsir – rahmətullahi aleyhi – 

deyir ki: «(İslamı) imanı izhar edib, küfrü isə özündə gizlətməkdir. Bu da artıq 

nifaq sayılır». İbn Qeyyim  – rahmətullahi aleyhi – deyir ki: «Dili ilə imanı izhar 

edir,  qəlbində  isə  Peyğəmbər  -  səllallahu  aleyhi  və  səlləm  –  in  nübuvvətini, 

Quranı təkzib edir».  

Küfr ilə nifaq arasında olan fərq: Kafir küfrə etiqad edir, küfrdə izhar edir. 

Münafiq  isə  küfrə  etiqad  edir,  İslamı  isə  izhar  edir.  Bu  baxımdan  küfür  ilə 

nifaq  arasında  birləşmə  və  ayrılıq  var.  Birləşmə  odur  ki,  hər  ikisi  də  küfrü 

qəlbində  etiqad  edirlər.  Bu  məsələdə  nifaq ilə  küfür cəm olunur. Ayrıldıqları 

məsələ isə: kafir zahirdə də küfrü izhar edir, münafiq isə zahirdə İslamı izhar 

edir. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha və Axirət 

gününə  inandıq  deyərlər».  (əl-Bəqərə  8).  «Əlbəttə  münafiqlərin  yeri 

Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). İbn Abbas - radıyallahu anhu 

– deyir ki: «Onların Cəhənnəmin ən aşağı təbəqəsində əzab çakmələrinə səbəb 

çox  şiddətli  küfür  etmələridir».  Kafir  küfrü  etiqad  edir  və  izhar  da  edir. 

Münafiq isə malını, canını qorumaqdan ötrü küfrü etiqad edir, imanı isə izhar 

edir.  Bu  da  şiddətli  küfr  sayılır.  Dəhhaq  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Cəhənnəmin  ən  yuxarı  təbəqəsində  Muhəmmədin  ümmətindən  asi  olanlar 

olacaqdır.  Onlar  Cəhənnəmin  ən  yuxarı  hissəsində  müəyyən  müddət  öz 

əzablarını  çəkib  sonra  isə  Cənnətə  daxil  olacaqlar.  Onlardan  aşağı  2-ci 

təbəqədə Nəsranilər, 3-cü təbəqədə Yəhudilər, 4-cü təbəqədə Əshabiunlar, 5-ci 

təbəqədə Məcusilər, 6-cı təbəqədə müşrik ərəblər, 7-ci təbəqədə isə münafiqlər 

olacaqlar».  



İnsanın Mürtəd Olması 3 Şey Üzərində Cəm Olur - 1) Etiqadlar. 2) Əməllər. 

3)  Sözlər.  Çünki  küfrün  6  qismini  edən  kimsə  kafir  olur.  Onların  etiqadla, 

əməllə, sözlə bağlı olanı da var.  



Etiqadda  Olan  Küfr  –  Sələflər  qəlbin  küfrünü  çox  zaman  etiqad  ilə 

                                                

224

 Lisanul Arab 10/358, Tacul Arus s. 463, Mufrədatul Quran s. 819.  



225

 Lisanul Arab 10/359, İbn Teymiyyə «İman» s. 284.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə