[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə36/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   32   33   34   35   36   37   38   39   ...   258

 

73 


bağlayırlar.  Çünki  etiqad  (əsas) insanın  qəlbində  mühüm olandır.  Əgər insan 

küfrə  etiqad  edirsə  (qəlbdə),  zahirən  İslamı  izhar  etsə  belə  o  artıq  kafirdir. 

Alimlər  deyirlər  ki:  «Zahirdə  saleh  olan  batində  də  salehdir,  qəlbində  saleh 

olmayan  kimsə  zahirə  də  biruzə  verir”.  Əbu  Abdullah  ən-Numan  b.  Bəşir  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  səllallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «…  Həqiqətən  də  insan  bədənində  elə  bir  ət  parçası  var  ki,  əgər  o, 

islah  olarsa  bütün  bədən  islah,  əgər  xəstə  olarsa  bütün  bədən  xəstə  olar. 

Həqiqətən o,  qəlbdir»

226

. İbn  Həcər  – rahmətullahi aleyhi – deyir  ki:  «Qəlbin  bu 



cür  olması  onun  bədənin  əmiri  olmasına  görədir.  Əmirin  düzəlməsi  ilə 

ətrafdakılar da düzəlir. Əmirin pozulması ilə ətrafdakıların da pozulması üzə 

çıxır»

227


.  Ona  görə  də  əgər  insan  qəlbində  kafirdirsə,  bu  onun  zahirinə  də 

çıxacaqdır,  Xristinalar  və  Yəhudilər  kimi.  Zahir  ilə  batin  arasında  birləşmə 

vardır. 

Belə  bir  söz  vardır:  Küfr  yalnız  etiqaddadır  –  bu  sözün  nə  qədər  doğru 

olub–olmadığına  baxaq.  Baxır  bu  sözə  hansı  tərəfdən  yaxınlaşırıq?  Bu  sözü 

həm  Əhli  Sünnə  işlədib,  həm  də  Əhli  bidət.  Əhli  Sünnə  bu  sözü  deyəndə  nə 

qəsd  edir?  Əgər  bir  kimsə  Quranı  murdar yerə  atırsa, cırarsa, Peyğəmbəri  və 

dini  ələ  salarsa  belə  bir  kimsənin  qəlbində  də  küfrdür.  Əgər  qəlbində  küfr 

olmasaydı  heç  vaxt  bunu  etməyə  icazə  verməzdi.  Bu  söz  Sələflərdən  varid 

olmuşdur


228

. Əhli bidət bu sözü necə başar düşür? Murciyə – sözlər və əməllər 

küfr ola bilməz. O, kəs ki, Quranı murdar yerə atır, Peyğəmbəri söyür əməli ilə 

etdiyinə  görə  küfr  etmir,  əgər  qəlbi  təsdiq  etmirsə.  Münafiq  isə  imanı  izhar 

edib və qəlbində küfrü etiqad edirsə artıq kafirdir. Onun dərəcəsi kafirdən də 

aşağıdır. Küfr insanın qəlbində etdiyi etiqadlardır. Şərt deyil ki, insan etiqadını 

zahirdə göstərsin. O, qəlbində nəyi etiqad edirsə, Peyğəmbər – səllallahu aleyhi 

və  səlləm  –  i  yalan  saymaq,  onun  gətirdiyi  əməllərdən  birini  yalan  saymaq, 

onun  sadiqliyinə  şəkk  etmək,  Allahın  haram  buyurduqlarını  insanın  halal 

etiqad  etməsi,  bu  cür  əmllər  etiqadi  küfr  sayılır.  Həqiqətən  də  onun  qayıdışı 

etiqadı ilə bağlıdır.  



Sözdə Olan Küfr - Bədən ilə olan küfrün qismindən biri də danışıqda, dildə 

olan  küfrdür. Dildə,  danışıqda olan  küfr  insanın  dilində  ixtiyari olaraq  küfür 

sözlər  işlətməsidir.  Məs:  Allahı,  Peyğəmbəri  söymək,  Peyğəmbərlik  iddia 

etmək və s. Bütün bunlar ona görə küfr sayılır  ki, çünki  insanın onu  söyməsi 

ona dəlalət edir ki, o insan qəlbində də onu tanıyır. İnsan əgər dilində söyürsə 

deməli  qəlbində  bildiyinə  görə  söyür.  Dildə  deməyinə  baxmayaraq,  yenə  də 

onun etiqadı qəlbinə qayıdır. Dilində deməyi ilə həmin insan kafir olur. İmam 

                                                

226

 Buxari 52, Müslim 1599.  



227

 Fəthul Bəri 1/137.  

228

 Mərvəzi «Qadrus Saləh», İbn Teymiyyə «əl-Umdə».  




 

74 


Nəvəvi – rahmətullahi aleyhi – deyir  ki: «Dili ilə insan mürtəd olur əgər dili ilə 

küfr  söyləmiş  olarsa.  İstər  etiqadla,  istər  inadkarlıqla,  istərsə  də  istehza  ilə. 

Çünki  bunların  3  də  dil  ilə  küfrə gətirib çıxarır».  İbn  Teymiyyə  – rahmətullahi 

aleyhi  –  deyir  ki:  «Kim  dili  ilə  küfr  söyləyərsə,  ona  ehtiyac  olmadığı  halda  – 

Məcburiyyətdən  –  bilərək  ki,  söylədiyi  söz  küfrdür  həmin  insan  zahirən  və 

batinən də kafir olur». «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) 



məcbur edilən (dil ilə deyib qəlbi ilə onu təsdiq etməyən) şəxs istisna olmaqla 

hər kəs iman gətirəndən sonra küfr etsə (onu ağır təhlükə gözləyir)». (ən-Nəhl 

106).  Çünki insan  dil ilə dediyi  şeyi  qəlbi ilə  bildiyinə görə  deyir.  Allah orda 

yalnız və yalnız ikrah ilə deyiləni istisna etdi. Nə üçün Allah bunu istisna etdi? 

Çünki  insanın  dil  ilə  deməsi,  artıq  onun  qəlbində  etiqadıdır,  həqiqi  mənada 

Allahı  və  Peyğəmbəri  yalan  saymasıdır.  Əgər  bu  dil  ilə  deyilməsi  yalandan 

irəli  gəlməsəydi,  onda  Allah  ikrahı  istisna  etməzdi.  Əgər  ikrah  yoxdursa  və 

bunu etməyə məcbur edilməyibsə, deməli qəlb buna meyillidir ki, bunu edir.  



Şəriətdə  Dil  İlə  Deyilən  Küfr  2  Qismə  Ayrılır:  1)  Dindən  çıxardan  böyük 

küfr.  2)  Dindən  çıxartmayan  kiçik  küfr.  Əbu  Hureyrə  -  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – buyurdu:  «İnsanlarda 

küfrə dəlalət edən iki xislət vardır: Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə 

tənə etmək (söymək)»

229


. Kiçik küfr qəsd olunur.  

Əməldə  Olan  Küfr  -  Bədən  ilə  olan  əməllərin  qisminə  isə  əməli  küfr 

daxildir. Əməli küfr 2 qismə ayrılır. 1) Dindən çıxardan, böyük küfr. 2) Dindən 

çıxartmayan,  kiçik  küfr.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Burada 

başqa bir qayda da vardır ki, o da küfrün iki qismə ayrılmasıdır. Bunlar əməli 

küfr  və  inkar  küfrdür.  İnkar  küfrü  Peyğəmbər  - sallallahu aleyhi və səlləm  –  in 

Allahdan gətirdiyi bilinən şeyləri bilə-bilə və inadkarlıq edərək inkar etməkdir. 

Rəbbin  isimlərini,  sifətlərini  və  hökümlərini  inkar  etmək  kimi.  Bu  küfr  hər 

tərəfdən  imanın  ziddidir.  Əməli  küfrə  gəlincə  bu  da  imanın  ziddi  olan  və 

imanın ziddi olmayan deyə iki qismə ayrılır. Bütə səcdə etmək, Quranı murdar 

yerə  atmaq,  Peyğəmbəri  öldürmək  və  ona  söymək  imanın  ziddi  olan  əməli 

küfrdür.  Allahın  Nazil  Etdiyi Şeylərdən Başqası İlə  Hökm  Etmək  və Namazı 

Tərk Etmək isə kəsinliklə Əməli Küfrdür. Allah və onun Peyğəmbəri - sallallahu 

aleyhi və səlləm – bu ismi ona verdikdən sonra o, kimsəyə kafir demək mümkün 

deyildir.  Allahın  nazil  etdiyi  şeydən  başqası  ilə  hökm  edən  kafirdir,  namazı 

tərk  edən  də  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  buyurduğu  kimi 

kafirdir,  lakin  o,  etiqadi  küfr  deyildir,  əməli  bir  küfrdür.  Həm  Allahın  nazil 

etdiyi  şeydən  başqası  ilə  hökm  edəni  kafir  deyə  isimləndirməsi,  həmçinin 

namazı  tərk  edəni  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  kafir  deyə 

isimləndirməsi həm də bu ikisi haqqında küfr isminin işlədilməməsi mümkün 

                                                

229

 Müslim «İman».  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə