89
qarşı öz qəddarlığı ilə seçildiyi üçün onların öldürülməsini əmr etmişdi, hətta
Kəbənin kölgəsində olsa da belə. İbn Hubeyr onlardan biri idi. Ummu Haninin
– radıyallahu anhə – qardaşı Əli onu gördüyü zaman öldürmək üçün arxası ilə
düşür. O, da Ummu Haninin evində gizlənir ki, onu ödürməsin. Onu
öldürməmək üçün Peyğəmbərə – sallallahu aleyhi və səlləm – xəbər verir. Ummu
Hani bint Əbu Talib – radıyallahu anhə – rəvayət edir ki, Məkkənin fəthi
ilində mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm – yanına getdim dedim......:
“Ya Rəsulallah! Qardaşım himayəmə götürdüyüm Hubeyranın oğlu filankəsi
öldürəcəyini söyləyir.” Peyğəmbər: “Sənin himayəyə götürdüyün kimsəni biz
də himayəmiz altına götürürük, ey Ummu Hani!” Ummu Hani: “O vaxt səhər
açılmışdı (Duha namazının vaxtı idi)”
259
. Belə halda bu kimsənin qanının və
malının qəsb olunması qadağandır. Bu həmçinin bir ölkəyə daxil olduqda Viza
alan kimsəyə də aiddir. Viza almaq artıq o, ölkənin təhlükəsizlik zəmanətini
almaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bütün
müsəlmanların qanları eyni dərəcədə qiymətlidir. Təhlükəsizlik zəmanəti
onlardan nüfuzsuz biri də vermiş olsa hər bir kəs tərəfindən qorunmalıdır”
260
.
Ömər İbn Xattab – radıyallahu anhu – deyir ki: “Əgər müsəlman kimsə bir kafir
ilə qarşılaşdığı zaman: “
Mattaps” bu zaman ona təhlükəsizlik zəmanəti vermiş
deməkdir. Əgər o desə: “Qorxma”. Bu zaman yenə də təhlükəsizlik zəmanəti
vermişdir. Əgər ona: “Lə Tədxəl” ona təhlükəsizlik zəmanəti vermişdir. Çünki
Allah bütün dilləri bilir”
261
. Məttars – Lə Tədxəl – Fars və Həbəşi dilində
Qorxma deməkdir. İmam Əhməd və İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir
ki: “Sünnədə varid olmuşdur – istənilən bir söz hansı ki, kafir onu
təhlükəsizlik zəmanəti kimi başa düşmüşsə ona bu zəmanəti vermiş
deməkdir”
262
. İbn Munasif – rahmətullahi aleyhi – deyir ki: “İstənilən bir söz
istənilən bir dildə, istər bu sözlə, yazı ilə, istərsə də işarə ilə olsun düşmən
bunu təhlükəsizlik zəmanəti kimi başa düşərsə, ona zəmanət verilmişdir
deməkdir. Hətta müsəlman bunu qəsd etməsə də belə”
263
. Bütün bunlardan
aydın olur ki, müsəlman ölkəsinə viza ilə daxil olan kafir qorunma altındadır.
Onları öldürmək, soymaq isə bu qorunmanı pozmaqdır. İmam Şəfii –
rahmətullahi aleyhi – deyir ki: “Əgər düşmənlər müsəlmanlardan kimsəni əsir
götürüb sonra da ona qorunma zəmanəti vermişlərsə, bundan sonra onlara
xainlik edib mallarını və qanlarını tökməməlidir”
264
. Cihad istisna olmaqla,
kafirlərin malları qəsbkarlıqla alınması quldurluq və haramdır. Muğira İbn
259
Buxari 357.
260
Əbu Davud 2751, İbn Məcəc 2685, əl-Albani “Səhih”.
261
AbdurRazzaq 5/219, Səid İbn Mənsur 2599.
262
“əl-İnsaf” 10/348, “Bəyanul Dəlil” 64.
263
“əl-İncad” 2/45.
264
“əl-Umm”. İbnul Covzi “Qavaninul Fiqhiyyə”.
90
Şöbə
– radıyallahu anhu – onları müşayət edən kafirləri öldürərək Peyğəmbərin
– sallallahu aleyhi və səlləm – yanına gəlir və İslamı qəbul edir. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: “Sənin İslamına gəldikdə mən onu qəbul
edirəm. Qəsb etdiyin qənimətə isə mənim heç bir adiyyatım yoxdur”. Başqa
rəvayətdə: “O, ki qaldı sənin qəsb etdiyin mala o xainlik, quldurluqla əldə
edilmişdir”
265
. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Cihad istisna
kafirlərin malları haramdır”
266
. İmam Nəvəvi
– rahmətullahi aleyhi – deyir ki:
“Əgər müsəlman kafir diyarına qorunma zəmanəti ilə daxil olsa ona
qadağandır o ərazində xəzinə götürməyə. İstər güc ilə almış olsun, istərsə də
tapmış olsun. Onlara aid olan bir şeyə xainliklə də götürə bilməz.
Götürdüyünü onlara qaytamalıdır”
267
. İbn Qudamə
– rahmətullahi aleyhi – deyir
ki: “Qorunma zəmanəti ilə kafirlərin ərazisinə daxil olan bir kimsə onlara
xainlik edərək mallarını qəsb etməməli.... Çünki bu qaranti onu bildirir ki,
onlara qarşı xəyanət etməyəcəkdir...”
268
. İbn Bazdan – rahmətullahi aleyhi –
soruşurlar: “Kafir Dövlətdə yaşayaraq qaz və su, elektrik oğurlamaq olarmı?
Bu ölkəyə ziyan etmək üçün”. Və ya bu kimi şeyləri verməkdən yayınmaq?”.
Cavab: “Bu qadağandır, bu əmanəti pozmaq və insanların mallarını icazəsiz
yeməkdir”
269
. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim Muahədə
- müsəlman ölkəsində icazə ilə qalan kafir - əziyyət (təziq) edərsə, haqlarını
tapdalayarsa (məhdudlaşdırarsa), gücündən artıq onu yükləyərsə, istəyi
olmadan ondan bir şey götürərsə, mən Qiyamət günü onu əleyhinə şahidlik
edərəm”
270
. Xəvariclərdən başqa bu məsələdə ümmətin alimlərinə müxalif olan
olmayıb. İmam əş-Şəhristani – rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər kafir-
lərin qanlarını və mallarını halal saymışlar, cizyə və müqavilədə olan kafirləri.
Buna icazə verməyənlərdən isə üz döndərməyi əmr edərlər”
271
. Əgər kafirlər
üçün bu cür şəriət qaydalar qoyubsa bəs müsəmanlar barəsində nə demək
olar? İbn Abdul Bərr – rahmətullahi aleyhi – deyir ki: “Vuruşan kafirin qanı
hansı ki müsəlmanlar ona qorunma zəmanəti vemişlər, axıtmaq qadağandırsa,
bəs sən səhər və axşam Allahın himaəsində olan müsəlman barəsində nə düşü-
nürsən? Ona xainlik edib qanının və malının alınmasına necə baxırsan?”
272
.
Kafirlərin Qismləri: 1 - Əsli kafir olanlar: Əhli kitab, Məcusilər, Sabiinlər və
s. Əsli kafir olanlar özləri də 3 qismə bölünür. 1) Əhli kitab. 2) İxtilaf olanlar. 3)
Kitab olmayanlar.
265
Buxari 2731, 2732.
266
“Fəthul Bəri” 5/341, “Aunul Məbud” 7/318.
267
“əl-Məcmu” 6/51.
268
“əl-Muğni” 13/152.
269
“Fatava Ləcnə” 23/441.
270
Əbu Davud 3/437, Beyhəqi 9/205, əl-Albani “Səhih”.
271
“əl-Milyalu Nihal” 1/118.
272
“əl-İstizkar” 14/84.