[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə40/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   36   37   38   39   40   41   42   43   ...   258

 

81 


olduğu halda bunu zarafat, əyləncə xatirinə etdiyini bildirən şəxs həm zahirən, 

həm də batinən də küfrə batmışdır. Belə ki, istər ciddi olaraq, istərsə zarafatla 

kafir  davranışlara  yol  verənlər  kafirdirlər.  «(Ya  Muhəmməd!  Təbuk  döyüşünə 

gedərkən  səni  lağa  qoyan)  münafiqlərdən  (nə  üçün  belə  etdiklərini)  soruşsan: 

Biz ancaq söhbət edib zarafatlaşırdıq, əylənirdik – deyə cavab verərlər. De ki: 

Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz». (ət-Tövbə 65).  

Təkfir  məsələsində  küfrü  vacib  edən  davranış  ilə,  o  davranış  sahibi  olan 

kimsəni  ayrı  dəyərləndirmək  lazımdır.  Məs:  Allahın  hər  yerdə  olduğunu, 

Qurani  Kərimin  yaradılmış  olduğunu  söyləmək,  Allahın  ilahi  sifətlərini  nəfy 

(inkar)  etmək  və  s.  küfrdür.  Belə  ki,  bu  söz  və  ya  əməlin  küfr  olması  babına 

aiddir.  Lakin  söz  hər  hansı  bir  şəxs  barəsindədirsə  onun  küfrünə  hökm 

verməkdə tələsməmək, dayanmaq və küfrlə ittiham etməmək lazımdır. Ta ki, 

ona  haqq  bəyan  olunana  qədər.  Çünki  o,  ayə  və  hədisləri  səhv  başa  düşən, 

hədisin səhih olduğunu bilməyən, zəif hədisə əsaslanan, təvilçi biri ola biləcəyi 

kimi, ayə və hədisləri başa düşmək qabiliyyətinə malik olmayan cahil birisi də 

ola  bilər.  Münaqişə  və  dəlilin  bəyan  edilməsi  ilə  həmin  şəxsin  şübhələri 

ortadan  qaldırıldıqdan  sonra  vəziyyət  artıq  dəyişir.  Çünki  cahilcəsinə  təvil 

edən və şübhə içində olan kimsə ilə günahkar və inadcıl kimsə eyni deyildir.  

Cahil  və  bənzəri  insanların  küfrünə  hökm  etməmək,  onların  rahat  başa 

düşəcəkləri bir səviyyədə dəlillər gətirib izah etmədən mümkün deyildir ki, o 

dəlilləri  (özləri)  başa  düşsünlər.  Təkfir  və  digər  məsələlər  haqqında  həmişə 

olduğu  kimi  Əhli  Sünnə  vəl  Cəmaat  yenə  də  firqələr  arasında  orta  yolu 

tutmuşlar.  Uca  Allah  onları  bir-birilərini  təkfir  etməkdən  qorumuşdur. 

Başqaları  haqqında  da  elmə,  ədalətə  uyğun  olaraq  hökm  verərlər.  Təkfir 

məsələsi Allah və Rəsulunun yeganə ixtiyar sahibi olduğuna aid mövzudur və 

Allah və Rəsulunun kafir saydıqlarından başqa heç kimsə kafir sayıla bilməz. 

Bir kimsənin küfrünə hökm verəcək kimsə Allah haqqında bilmədiyi bir sözü 

söyləməkdən  qorxaraq  yavaş  və  diqqətli  hərəkət  etməsi lazımdır. Məhz  buna 

görə  də  bu  mövzu  təhlükəlidir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Bir  kimsə  başqasını fasiqlikdə  və  ya  kafirlikdə  ittiham  edərsə əgər 

o,  kimsə  belə  deyilsə  mütləq o, söz ona  geri  dönər»

244

.  Peyğəmbər  – sallallahu 



aleyhi və  səlləm  –  buyurdu:  «Bir  kimsə  belə  olmadığı  halda  başqa  bir  kimsəni 

kafir  və  ya  ey  Allahın  düşməni  deyə  çağırarsa  bu  söz  mütləq  onu  söyləyənə 

geri  dönər»

245


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Kim  bir 

mömini  küfürdə ittiham edərsə  bu onu öldürmək  kimidir»

246

.  Əbu  Hureyrə – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  səllallahu  aleyhi  və  səlləm  – 

                                                

244

 Buxari. 



245

 Müslim. 

246

 Buxari. 




 

82 


buyurdu:  «İsrail  oğulları  arasında  qardaşlıq  münasibəti  qurmuş  iki  kimsə 

vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. 

İbadət  edən  kimsə  digərini  günah  edən  an  gördükdə  dayanıb  ona  nəsihət 

verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini 

görüncə  ona:  «Bu  günahdan  əl  çək!»  dedi.  O  isə:  «Məni  Rəbbimlə  tək  burax 

(mən  bilərəm, Rəbbim  bilər).  Sən  mənim üzərimə gözətçi  göndərilməmisən?» 

dedikdə  ibadət  sahibi:  «Allaha  and  olsun  ki,  Allah  səni  bağışlamayacaqdır 

(Allah  səni  Cənnətə  salmayacaqdır)  deyərkən  ruhları  alındı.  Hər  ikisidə  bir 

yerdə  aləmlərin  Rəbbinin  hüzurunda  həşr  olundular.  Allah  ibadət  edən 

kimsəyə:  «Sən  Məni  dərk  edib  tanıyan  birisisənmi?  Yoxsa  ki,  mənim  əlimdə 

olanlardan  xəbərdarsan?  Günahkar  kimsəyə  isə:  «Rəhmətimlə  Cənnətə  gir» 

deyə buyurdu. İbadət edən kisə üçün: «Götürün bunu Cəhənnəm atəşinə atın» 

deyə buyurdu. Əbu Hureyrə: «O, kimsə dünyasını da, axirətini də məhv edən 

bir söz söyləmişdir»

247

.  


İmanı Dağıdan Baxışlar - Allahın təkliyini, Onun olmasını inkar etmək və 

ya  bu  məsələdə  şübhədə  olmaq.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

peyğəmbərliyini  inkar  etmək  və  ya  bu  məsələdə  şübhə  etmək.  Həmçinin 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  sonra  peyğəmbərliyin  davam 

etməsinə  inanmaq  və  kiminsə  Peyğəmbər  olduğunu  qəbul  etmək.  Qiyamət 

gününün, Cənnət və Cəhənnəmin, Mələklərin və Cinlərin və s. olmasını inkar 

etmək. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də 

iman  gətirmişlər.  (Onların)  hamısı  Allaha,  Onun  mələklərinə,  kitablarına  və 

bütün  Peyğəmbərlərinə  iman  gətirərək  dedilər:  Biz  Onun  Peyğəmbərləri 

arasında  fərq  qoymuruq».  (əl-Bəqərə  285).  Həmçinin  inanmaq  ki,  insanlar 

azaddırlar  və  istədikləri  dini  seçə  bilərlər.  Məcbur  deyil  ki,  Muhəmmədin  – 



sallallahu aleyhi və səlləm – şəriətini qəbul etsinlər. «Kim İslamdan başqa bir din 

axtarasa  ondan  bu  qəbul  edilməyəcəkdir».  (Ali  İmran  85).  İnanmaq  ki, 

müşriklər,  ateistlər,  Xristian  və  Yəhudilər  düzgün  yoldadırlar  və  onların 

yolları  bizim  yolumuzdan  daha  üstündür,  yaxşıdır  və  ya  onların  küfründə 

şübhə  etmək.  «(Ya  Məhəmməd!)  Kitabdan  özlərinə  bir  az  şey  verilənləri 



(Yəhudiləri)  görmürsənmi?  Onlar  Cibt  və  Tağuta  inanır  və  kafirlər  üçün  də: 

Bunlar  möminlərdən  daha  doğru  yoldadırlar  –  deyirlər».  (ən-Nisa  51).  Zəkat 

verməyi,  namaz  qılmağı,  oruc  tutmağı  inkar  etmək.  Allahın  haram  etdiyi 

şeyləri  halal  görmək.  Məs:  Zina,  içki,  faiz  və  s.  Dünyəvi  qanunları  İslam 

qanunlarından üstün tutmaq və ya İslam qanunlarının vaxtı keçib, bu zəmanə 

üçün  deyildir  demək.  «(Ya  Muhəmməd!)  Sənə  nazil  edilən  və  səndən  əvvəl 

nazil  edilənlərə  iman  gətirdiklərini  iddia  edənləri  görmürsənmi?  Onlar 

şeytanın  (Tağutun)  hüzurunda  mühakimə  olunmaq  istəyirlər. Halbuki onlara 

                                                

247

 Səhih Sünnən Əbu Davud, əl-Albani səhih. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə