[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə48/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   44   45   46   47   48   49   50   51   ...   258

 

98 


üçün onun halını bilmək labüddür. Onun haqqında küfr hökmü vermək üçün: 

“Bütün  şərtlər  yerinə  yetib  ya  yetməyib?  Maneələr  aradan  qalxıb  ya  yox?” 

bunlara  baxmaqla  mümkündür.  Əgər  onun  haqqında  Təkfirin  şərtləri  yerinə 

yetibsə  və  manəelər  aradan  qalxıbsa  ona  küfr  hökmü  verilir.  Yox  əgər  Təkfir 

etmək üçün bir və ya daha artıq şərt yoxdursa və ya Təkfirə maneə olan bir və 

ya artıq maneələr varsa ona küfr hökmü verilməz. Bunun əks müqabilində hər 

kim qeyd etdiyimiz Təkfir ediləcək bir şeyi məsələn Allahı və ya İslam dinini 

bilərəkdən  (qəsdən),  dilinin  səhvi ucbatından  və  ya  buna oxşar  bir  şeyə görə 

deyil,  bu  sözün  (ləfzin)  söyüş,  təhqirəramiz  ifadə  olmasını  bilirsə,  buna 

məcbur  edilməyibsə,  yəni  haqqında  Təkfirin  bütün  şərtləri  yerinə  yetib  və 

maneələri aradan qalxıbsa bu (müəyyən) şəxsə küfr hökmü verilir. Lakin ona 

bu hökmü yalnız Elm əhli verə bilər. İrəlidə bunun açıqlamsı gələcək İnşəallah.  

Müəyyən  barəsində:  Filan  sözü  deyən,  filan  əməli  edən  barəsində  (kafir) 

hökmünü ona vermək üçün o, kimsə barəsində təkfir şərtlərinin cəmləşməsi və 

maneələrin  aradan qalxması  lazımdır.  Birinci  - Müəyyən  şəxs  barəsində  kafir 

hökmü  verilmir,  onun  barəsində  şərtlər  cəmləşmədikcə  və  maneələr  aradan 

qalxmadıqca. İkinci - Təkfirin şərtləri və kafir deməyə mane olan amillər.  

Təkfir  Mütləq  (ümumi  təkfir),  müəyyən  şəxsi  təkfir  etməyi  tələb  etmir. 

Təkfir  mutləq  nədir?  Məs:  Kim  belə  etsə  kafirdir?  Kim  belə  desə  kafirdir? 

Ümumi  (mütləq)  təkfir  o  demək  deyil  ki,  fərd  olaraq  kimsə  bunu  etsə  kafir 

olur.  Müəyyəni  (xüsusini)  müəyyənləşdirmək  üçün  şərtlərin  cəmləşməsi  və 

maneələrin qalxması lazımdır. Müəyyənə kafir hökmünü vermək üçün hüccət 

(dəlil  çatdırmaq)  qaldırmaq  lazımdır.  Buna  da  Quran,  Sünnə  və  alimlərin 

sözləri sübutdur. Artıq  Quran  ayələri  dəlalət  etmişdir  ki, Allah yaratdıqların-

dan  heç  birinə  əzab  verməz,  əgər  onlara  hüccət  (dəlil)  çatmayıbsa.  Bu  da 

dəlildir  ki,  kimə  hüccət  çatmayıbsa,  onlar  Allah  qatında  kafir  deyillər.  Əgər 

onlar  kafir  olsaydılar,  Allah  onlara  əzab  verərdi.  Bu  təfsilatdan  aydın  olan 

Mütləq  hökm  ilə  müəyyən  bir  şəxsə  verilən  hökm  arasındakı  fərq  şəriət 

əhkamlarının  çoxunda  mövcuddur.  Məs:  “Oğrunun  əlinin  kəsilməsi  şəriətdə 

mütləq  hökm  olaraq  gəlmişdir.  Allah:  “Oğru  kişi  ilə  oğru  qadının  gördükləri 

işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin.” (əl-Maidə 38) Lakin 

müəyyən  bir  şəsxin  əlini  yalnız  əli  kəsmək  üçün  lazım  olan  şərtlər  yerinə 

yetdikdə  və  maneələr  aradan  qalxdıqda  mümkündür.  Bu  oğrunun  həddi 

buluğa  çatan  və  ağlı  başında  olması  lazımdır.  Oğurladığı  mal  bağlı  olan  bir 

yerdə  olmalıdır.  Oğurlanan  mal  əli  kəsmək  üçün  lazım  olam  məbləğdə 

olmalıdr.  Bu  malda  oğru  üçün  şübhə  sayılacaq  və  ya  buna  oxşar  bir  şey 

olamamalıdır.  Əgər  əl  kəsmək  üçün  bütün  şərtlər  yerinə  yetər  və  manelər 

aradan  qalxarsa  o  zaman  bu  müəyyən  oğrunun  əlinin  kəsilməsinə  hökm 

verilər.  Həmçinin  övladın  atasındam  miras  alma  hökmü  mütləq  şəkildə 



 

99 


gəlmişdir. Allah:  “Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula 

iki qız hissəsi qədər pay düşür.” (ən-Nisa 11) Lakin övlada atasının mirasından 

pay  yalnız  mirasın  bütün  şərtləri  yerinə  yetdikdə  və  bütün  maneələr  aradan 

qalxdıqda  verilir.  Atanın  ölümündən  sonra  övladın  həyatda  olması,  övladın 

atasi  ilə  eyni  dində olması,  atasını  qətl  etmədiyi,  qul olmadığı  və  buna oxşar 

şeylərin dəqiqləşdirilməsi lazımdır. Əgər mirasın bütün şərtləri yerinə yetərsə 

və  bütün  manelər  aradan  qalxarsa  atasının  varisi  olduğuna  dair  hökm 

verilər.Həmçinin  bakirəliyini  itirmiş  bir  kəsi  zina  etdikdə  daşqalaq  edilməsi 

hökmü  ümümən  gəlmişdir.  Lakin  bakirəliyini  itirmiş  müəyyən  bir  şəxsi  zina 

etdikdə daşqalaq etmək üçün bütün şərtlər yerinə yetməzsə və bütün manelər 

aradan  qalxmazsa  daşqalaq  etmək  olamaz.  Zinanın  haram  olduğunu 

bilməlidir.  Ola  bilsin  İslamı  yeni  qəbul  etmiş  olsun  və  zinanın  haramlığını 

bilməsin.  Həmçinin  bakirəliyini  itirmiş  olamalıdır.  Şübhələr  və  buna  oxşar 

şeylər  aradan  qalxmalıdır.  Daşqalaq  etmək  üçün  bütün  şərtlər  yerinə  yetərsə 

və  bütün  manelər  aradan  qalxarsa  daşqalaq  edilməsi  üçün  hökm  verilər.  İbn 

Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər - sallallahu aleyhi və səlləm 

–  bu  kimsəni  lənətləməyi  qadağan  etdi.  Çünki  o,  Allah  və  Rəsulunu  sevirdi. 

Buna  baxmayaraq  o,  spirtli  içki  içməyə  davam  edirdi.  Baxmayaraq  ki,  içkiyə 

görə hədisdə on nəfər lənətlənmişdir. Lakin ümumi lənət xüsusi lənət etməyi 

gərəkdirmir.  Maneələrin  olması  onu  bu  lənətin  altından  çıxardır.....”

288


Ətirlənib  çölə  çıxan  qadın  lənətlənmişdir  hədisinə  gəldikdə  isə:  Bu  hədisə 

əsasən  müəyyən  bir  insanı  ətirlənib  çölə  çıxdığı  üçün  zinakar  adlandırmaq 

olmaz.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Küfrdə  ittiham  etmək 

müəyyən şəxsə  gəldikdə fərqlənə  bilər.  Hər  xəta edən  bidətçi  və fasiq olmur, 

hər azanda kafir, fasiq və ya günahkar olmur”

289

. İbn Teymiyyə – rahmətullahi 



aleyhi  –  deyir  ki:  “Vacib  deyil  ki,  küfr  ittiham  etmək  barəsində  olan  ümumi 

hökmlər müəyyən insana hökm çıxarmaq üçün tətbiq edilsin. Elə olur ki, bəzi 

alimlər müsəyyən məsələdə ictihad etdikləri zaman xətaya yol verirlər. Lakin 

bununla  kafir  olmurlar....”

290

.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 



“Quran  və  Sünnə,  özündə  hədə  daşıyan  aylər,  kürdə  ittiham  edən  alimlərin 

sözləri,  fasiqlikdə,  və  s.  Müəyyən  şəxsə  bir  başa  tətbiq  edilmir,  müəyyən 

qaydalara  riayət  edildikdən  sonra.  Fərq  etməz  bu  istər  dinin  əsasında  olsun, 

istərsə  də  şöbələrində  olsun”

291

.  Elmin  Və  Təqvanın  Olmaması:  Ömər  İbn 



AbdulƏziz  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Kim  Allaha  elmi  olmadan  ibadət 

edərsə  xeyirdən  çox  zərər  gətirər”

292

.  Sələflər  deyirlər  ki:  “Cahillər  sussaydı 



                                                

288


 “Məcmuul Fətava” 10/32.  

289


 “Minhəc Sunnə” 5/250. 

290


 “Məcmuul Fətava” 35/99.  

291


 “Məcmuul Fətava” 10/372.  

292


 Əhməd “Zuhd” 365.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə