[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə56/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   52   53   54   55   56   57   58   59   ...   258

 

114 


həmin  insanların  Peyğəmbərlərə  müxalif  olduqları  aşkar  ediləcəkdir.  Onların 

danışdıqları sözlərin küfr olması şübhə doğurmur. Lakin hər bir fərdi insanın 

kafir  sayılması  üçün  qayda  belədir.  Bidətlərin  birinin  digərindən  daha  pis 

olması  bir  faktdır.  Bəzi  bidətçilərdə  müşahidə  olunan  iman  gücü,  digərində 

müşahidə  olunmur.  Hüccət  çatdırılana  və  həqiqət  bəyan  edilənə  qədər,  heç 

kəsin  səhv  edən  müsəlmana  kafir  deməyə  haqqı  yoxdur.  İman  gətirdiyi 

yəqinliklə bəlli olan kimsənin imanı, şəkk etməklə getməz. Onun imanı, hüccət 

çatdıqdan  və  şübhəsi  dəf  edildikdən  sonra  gedər»

345

.  İbn  Teymiyyə  – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  «Elə  buna  görə  də  elm  və  sünnə  əhli  özlərinə 

müxalif  olanlara  kafir  demirdilər.  Müxaliflərinin  onlara  kafir  deməsinə 

baxmayaraq onlar yenə də müxaliflərinə bu hökmü vermirdilər. Çünki kiməsə 

kafir  hökmü  kəsmək  şəriət  qaydasıdır.  Heç  kəs  bunu  qarşılıq  olaraq  öz 

müxalifinə  deyə  bilməz.  Sənə  qarşı  yalan  danışana,  sənin  ailənlə  zina  edənə 

qarşılıq verərək, ona qarşı yalan danışmağa və ya ailəsi ilə zina etməyə haqqın 

yoxdur.  Çünki  yalan  danışmaq  və  zina  etmək  Allahın  haram  buyurduğu  bir 

haqqıdır.  Eləcə  də  kiməsə  kafir  demək  Allahın  haqqıdır.  Allah  və  Rəsulunun 

kafir dediyi kimsələrdən başqasına kafir deməyə heç kəsin haqqı yoxdur. Ona 

qarşı  elə  bir  hüccət  olmalıdır  ki,  ona  qarşı  çıxan  kafir  olar.  Dinin  hansısa  bir 

sahəsində cahil olan insan bununla kafir olmaz. Belə ki, Qudamə İbn Məzun və 

dostlarından  ibarət  bir  qrup  səhabə  və  tabiinlər  «Ey  iman  gətirənlər!  Allah 



qarşısında  sabitqədəm  və  ədalətli  şahidlər  olun. Hər  hansı  bir  cəmaata  qarşı 

kininiz  sizi  ədalətsizliyə  sövq  etməsin.  Ədalətli  olun.  Bu  təqvaya  daha 

yaxındır».  (əl-Maidə  8).  ayəsini  yozumlu  şəkildə  başa  düşərək  içki  içməyin 

halal  olduğunu  deyirdilər.  Onlar  ayədən  elə  başa  düşürdülər  ki,  yaxşı  işlər 

görən  insana  içki  içmək  halaldır.  Ömər,  Əli  və  digər  səhabə  alimlər  yekdil 

olaraq belə bir fikrə gəldilər ki, bu insanlardan tövbə etmək tələb olunmalıdır. 

Əgər  onlar  düşdükləri  şübhədən  dolayı  ilk  əvvəl  yenə  də  içkini  halal 

görməkdə  israr  etsələr,  haqq  çatdırılana  qədər  onlara  möhlət  verilməlidir. 

Əgər bundan sonra yenə də inkar etsələr o zaman artıq kafir olarlar. İki səhih 

kitabda  öz  əhli-əyalına  öləndən  sonra  yandırılıb  külünün  göyə  sovrulmasını 

əmr  edən  insanın  hədisi  qeyd  edilmişdir.  Hədisdəki  insanın  etiqadına  görə 

dediyinin  icrasından  sonra  Allah  onu  bir  daha  yenidən  diriltmək  iqtidarında 

deyil, bir daha onu dirildə bilməyəcəkdir. Yaxud o adam bu etiqadının icazəli 

olduğunu  düşünmüşdür.  Hər  iki  hal  küfrdür.  Lakin  bu  insan  cahil  idi.  Bu 

insana, müxalif olacağı təqdirdə kafir sayılacaq, yetərli haqq çatmamışdı. Buna 

görə  də  Allah onu  bağışladı.  Ona  görə  mən,  Allahın  Ərşi  üzərində olduğunu 

inkar  edən  hüluliyyə  əqidəsini  daşıyan  cəhmiyyəlilərin  fitnəsi  baş  verən 

zamanlar  onlara  deyirdim:  Əgər  mən  sizin  dediklərinizlə  razılaşsam  kafir 

                                                

345


 Məcmuul Fətava 12/500-501.  


 

115 


olaram. Çünki  mən sizin  bu  sözünüzün  küfr olduğunu  bilirəm. Amma  mənə 

görə  siz  kafir sayılmırsınız. Çünki, siz cahilsiniz.  Bu  xitab, onların  alimlərinə, 

qazilərinə,  şeyxlərinə  və  əmirlərinə  deyilən  bir  xitab  idi»346.  İbn  Teymiyyə  – 

rahmətullahi  aleyhi  –  deyir  ki:  “Kim  etiqad  etsə  ki,  onun  Şeyxi  Ruzi  göndərir, 

köməklik  edir,  doğru  yolla  aparır  və  ya  Şeyxinə ibadət  edir, ona  dua  edir  və 

ona  səcdə  edirsə  və  ya  şeyxini  Peyğəmbərlərdən  müəyyən  və  tam  şeylərdə 

üstün  tutursa  və  ya  hesab  edir  ki,  o  və  şeyxi  Peyğəmbərə  tabe  olması  vacib 

deyildir  –  deyənlər  kafirdirlər.  Bunu  gizlədərlərsə  münaiqdirlər.  Bizim 

zamanda  isə  belə  insanlar  çoxalmışlar  dəvət  imamlarının  azalmasından  və 

Peyğəmbərlik  nurunun  bir  çox  şəhərlərdən  itməsinə  görə.  Belə  insanların 

çoxunda bu elmdən heç nə yoxdur, buna görə də doğru yolu öyrənə bilmirlər. 

Onların  çoxsuna  bu  çatmamışdır.  Zamana  və  məkana  görə  insan  kiçik  bir 

imanına  görə  Allah  tərəfindən  mükafatlanacaq  və  Allah  onu  dəlil  çatmayan 

məsələlərdə  bağışlayacaqdır.  Əgər  dəlil  çatsaydı  Allah  onu  bağışlamazdı  və 

şeyx burada Huzeyfənin hədisini zikr edir. Lə İləhə İlləllah – onları Cəhənnəm 

atəşindən  qurtarcaqdır”

347


.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

“Məxluqlar  Xaliqin  nə  sevdiyini  və  nədən  razı  olduğunu  bilmirlər,  nə  əmr 

etdiyini  və  nəyi  qadağan  etdiyini  də  bilmirlər,  salehlər  üçün  nə  mükafat 

hazırladığını və günahkarlara hansı cəzanı təyin etdiyini, Allahın gözəl İsim və 

Sifətlərini  bilmirlər.  Bütün  bunların  insan  ağlı  ilə  dərk  edilməsi  mümkün 

deyildir.  Yalnız  Peyğəmbərlər  vasitəsilə  mümkündür....”

348

.  Digər  yerdə  İbn 



Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “...Bu  Quran  mənə  vəhy  olundu  ki, 

onunla  sizi  və  onun  çatacağı  hər  kəsi  xəbərdar  edim....”.  (əl-Ənam  19).  Buna 

bənzər  ayələr  Qurani  Kərimdə  çoxdur.  Allah  Peyğmbər  dəvəti  çatmayan  bir 

kimsəni heç vaxt cəzalandırmaz. Əgər bir kimsə Muhəmmədin Allahın Rəsulu 

olduğunu bilsə, ona inansa lakin Onun gətirdiyi bir çox şeylərdən xəbərsiz olsa 

Uca  Allah  bilmədiklərinə  görə  onu  cəzalandırmaz”

349


.  AbdurRazzaq  İbn 

Əhməd  Muaşir  deyir  ki:  “İbn  Teymiyyə,  İbn  Qeyyim  və  Muhəmməd  İbn 

AbdulVahhabın  –  Allah  onlardan  razı  olsun  -  bu  məsələdə  mənhəci  onların 

sözlərinə qayıdılır..... Əgər bir kimsə İslamı yeni qəbul etmişsə və ya yaşadığı 

məmləkətdə  Şirkə  dəvətin  geniş  bir  yer  aldığı,  Tövhidə  dəvət  edənlərin  az 

olduğu  yerdirsə  onların  Allaha  yaxınlaşdıqları  hər  bir  məsələdə  cahilliklərin-

dən  dolayı  üzrlüdürlər.  O,  vaxta  qədər  ki, onların  şübhələri  aradan  qaldırılıb 

                                                

346

 Raddu aləl Bəkri səh 258-260.  



347

 “Məcmuul Fətava” 35/164-165.  

348

 “Məcmuul Fətava” 1/121, AbdurRazzaq İbn Əhməd Muaşir “Cəhlu Bil Məsələti Etiqadi və Hukmuhu” 



203-204.  

349


 “Məcmuul Fətava” 2/41, 42, AbdurRazzaq İbn Əhməd Muaşir “Cəhlu Bil Məsələti Etiqadi və Hukmuhu” 

206-207.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə