[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə55/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   51   52   53   54   55   56   57   58   ...   258

 

112 


işi  inkar  edən  kimsə  kafir  olar»

334


.  İmam  əş-Şafii  – rahmətullahi aleyhi – Quran 

və  Sünnədə  sabit  olan  ad  və  sifətlər  haqda  danışarkən  demişdir:  “Özünə 

hüccət çatandan sonra buna qarşı çıxan artıq kafir olar. Hüccət çatmadan öncə 

o cahilliyi ilə üzürlü sayılır...”

335

. İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: “Bir 



məsələ haqqında elmi və dəlili olan bir kimsə etdiyi zaman kafir olacağı əməli 

bilməyən edərsə İslam dairəsində çıxmaz”

336



İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir: “Müyyən bir kəsin Təkfiri və 



qətli  Nəbəvi  hüccətin  çatması  ilədir.  Hansı  ki,  ona  (hüccətə)    müxalif  olan 

Təkfir  edilir.  Əks  halda  dində  bir  şeyə  cahil  olan  Təkfir  edilməz.”

337

.  İbn 


Teymiyyə  – rahmətullahi aleyhi  – bəzi  Təkfir  ediləcək  şeylər  haqda  danışarkən 

demişdir:  “Lakin  insanlardan  elələri  var  ki,  bəzi  əhkamlar  hadqqında 

cahildirlər  və  üzürlüdürlər.  Peyğəmbərlik  risaləsi  nöqteyindən  bir  kimsəyə 

hüccət  çatmamış  ona  Təkfir  hökmü  verilməz.”

338

.  İbn  Qeyyim  –  rahmətullahi 



aleyhi  –  bilərəkdən  (qəsddən)  İslamın  fərzlərindən  birini  və  ya  Allahın 

sifətlərindən  birini  yaxud  Allahın  xəbər  verdiyi  bir  xəbəri  inkar  edəni  zikr 

etdikdən  sonra  demişdir:  “Amma  bunu  cahillik  və  ya  Təvil  səbəbi  ilə  inkar 

edənə  üzr  vardır  və  bu  şəxs  Təkfir  edilməz.”

339

.  İbn  Teymiyyə  –  rahmətullahi 



aleyhi – deyir ki: «Mənimlə bərabər olan hər kəs bilməkdədir ki, mən bir insana 

Risalətə qarşı gəlib ona zidd davrandığında kafir, fasiq və ya asi olacağını isbat 

edən  bir  hüccət  olmadıqca  hökm  verməyi  şiddətlə  qadağan  edən  bir 

kimsəyəm.  Allah  bu  ümmətin  söz  və  əməl  məsələlərində  etdikləri  xətaları 

bağışlamış  olduğunu  da  bildirmək  istəyirəm.  Bunlar  arasında  heç  bir  fərq 

yoxdur. Halbuki ona müxalif çıxan bəzən kafir, bəzən fasiq, bəzən də asi olur. 

Mən hər zaman bu sözləri söyləyir və dururam: Sələfin və imamların – belə belə 

deyənlərin mütləq mənada kafir olduğuna – dair söylədikləri sözləri haqdır. Lakin 

təkfiri ümümi mənada istifadə etməklə bəlli bir kimsə haqqında istifadə etmək 

arasındakı  fərqi  gözləmək  lazımdır.  Təkfir  qarşılığında  Allahın  Cəhənnəm 

əzabından  söz  etdiyi  bir  məsələdir.  Söylənmiş  bir  söz  Allah  Rəsulunu 

yalanlayır  deyək.  Lakin  bunu  söyləyən  İslama  yeni  girmiş  və  ya  elm  əldə 

edəbilmə  imkanı  çox  zəif  bir  çöl  bədəvisi  ola  bilir.  Beləsi  inkar  etdiyi  şeydə 

əleyhinə  hüccət  sabit  olmadıqca  təkfir  olunmaz.  Bu  insana  məsələ  heç  başa 

salınmamış,  başa  salınmışsa  belə  onun  elmində  sabit  olmamış  və  ya  onu 

çaşdıran bir dəlili ola bilər. Bəlkə də təvil etmişdir. Bu təvilində xəta etmişsə də 

belə  təkfir  edilməz.  Mən  bu  məsələdə  daima  Buxari  və  Müslimdə  olan  bir 

                                                

334


 Təfsirul Qasimi 5/1307-1308.  

335


 “Muxtəsər Uluv” səh 177, “İctima Cuyuş əl-İsləmiyyə” 165. 

336


 “əl-Muhəllə” 10/410.  

337


 əl-İstiğasə 1/381, 382.  

338


 “Məcmuul Fətavə” 11/406. 

339


 “Mədəricus Salihin:“ 1/367. 


 

113 


hədisi xatırlayıram: Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 

sallallahu  aleyhi  və  səlləm –  buyurdu:  «Keçmiş  ümmətlərdə  (O,  adam  qəbirləri 

soyan  oğrudur),  Tövhid  kəliməsindən  (Lə  İləhə  İlləllah)  başqa  heç  bir  həsənə 



(xeyir  iş)  etməmiş  bir  kimsə  ölümün  gəlib  çatdığını  və  yaşamaq  ümidini 

kəsdikdə  ailəsini  yanına  çağıraraq onlara  vəsiyyət  edib  dedi:  «Mən öldükdən 

sonra bol odun toplayıb tonqal qalayın. Sonra məni (tonqalın) içinə atın. Atəş 

mənim  vücudumu  (cəsədimi),  sümüklərimlə  birlikdə  yandırıb  qurtardıqdan 

sonra  (qalan)  sümüklərimi  üyüdüb  toz  halına  salın.  Sonra  küləkli  bir  havanı 

gözləyib (üyüdülmüş cəsədimi) küləyə tutub dənizin üzərinə sovurun. (Başqa 

rəvayətdə:  «Allaha  and  olsun!  Əgər  Rəbbim  məni  ələ  keçirməyə  qadir  olarsa 

aləmlərdə heç bir kimsəyə tətbiq etmədiyi bir əzabla məni əzablandıracaqdır)» 

dedi.  Bu  kimsə  öldükdən  sonra  (yaxınları)  onun  dediyi  kimi  etdilər.  (Başqa 

rəvayətdə:  «(Qiyamət  günü)  Allah  yerə  də,  dənizə  də  əmr  edər!  Aldığınız 

zərrələri  geri  qaytarın!»).  Sonra  Allah  onu  zərrələrinə  kimi  toplayaraq:  «Səni 

bu  işə sövq  edən nə idi?  (Niyə  belə  etdin?»)  deyə  buyurdu.  O,  kimsə:  «Sənin 

qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı

340


. İmam 

Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Tövhid kəliməsindən (Lə İləhə İlləllah) 



başqa  heç  bir həsənə  (xeyir  iş)  etməmiş  bir  kimsə  -  kəliməsinin  mənası:  “Heç 

bir  bədən  üzvlərinin  əməli  yox  idi”  deməkdir

341

.  Bu  kişi  Allahın  qüdrətində, 



öldükdən  sonra  onu  dirildəcəyinə  şəkk  etmişdir.  Hətta  bir  daha 

dirilməyəcəyini  də  etiqad  edir.  Bütün  müsəlmanlar  yekdil  rəy  olaraq  bu 

əməlin  və  etiqadın  küfr  olmasını  söyləyirlər.  Lakin  bu  kimsə  cahil  biri  idi. 

Digər tərəfdən isə mömin idi. Allahın ona  əzab verməsindən qorxurdu. Buna 

görə də Allah onu bağışladı. Yoluna riayət etməyə çalışan və təvil edən ictihad 

adamlarının bağışlanması daha ümidlidir»

342

. İbn Qeyyim  – rahmətullahi aleyhi 



–  bu  hədisi  zikr  etdikdən  sonra  demişdir:  “Buna  baxmayaraq  cahil  olduğu 

üçün  Allah  onu  bağışladı  və  ona  rəhm  etdi.  Çünki  bu  etdiyi  onun  biliyinin 

miqdarı  səbəbi  ilə  idi.  Allahın  onu  qaytaracağına  inadından  və    yalan 

saydığından dolayı inkar etməmişdir“

343

.

344



 İbn Teymiyyə – rahmətullahi aleyhi – 

deyir  ki:  «Bu  və  buna  bənzər  cahil  insanlara,  fərdi  şəkildə  şəriət  dəlilləri  ilə 

hüccət  çatdırılana  qədər  kafir  demək  olmaz.  Məhz  hüccət  çatdıqdan  sonra 

                                                

340

 Buxari 3452, Müslim 2756-2757, Əhməd 2/304.  



341

 “ət-Təzkira” 2/67.  

342

 Məcmuul  Fətava  3/229-231,  əd-Durarus-Səniyyə  12/73-74,  Əbu  Muhəmməd  İbn  Həzm  əl-Fisal  kitabında 



3/252 demişdir: “Bu insan ölənə kimi Allahın onun külünü cəm edə biləcyindən və onu dirildə biləcəyindən 

cahil oldu. Ona  iqrarı,  qorxusu  və  cahilliyi  bağışlandı.”,  Bax “Muxtələfil Hədis”  səh 81, “İsar  əl-Haqq”  səh 

394, “əl-İstiğasə firrədi Aləl Bəkri kitabı” 1/383.  

343


 “Mədəric əs-Səlikin” cild 1 səh 368. 

344


 “əl-Fisal”  3/251-253  də  bu  maneə  üçün  başqa  3  dəlil  də  zikr  etmişdir.  Həmçinin  bax  “Mİnhəc  İbn 

Teymiyyə fitTəkfir” 1/243-249 da müəllif İbn Teymiyyədən bu maneə üçün doqquz dəlil nəql etmişdir. “əl-

Qatu  vəz Zan” 2/469-479, Alimlərin  müəyyən  bir  şəxsin Təkfir edilməsinə maneə olan məsələr  haqqındakı 

sözlərinə işarə edərkən qeyd edilən mənbələrdə bu maneəyə aid çoxlu dəlillər vardır. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə