[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə54/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   50   51   52   53   54   55   56   57   ...   258

 

110 


çəkmədiyiniz kimi Allahı görməkdə də əziyyət çəkməyəcəksiniz»

328


. İbn Abbas 

-  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  bir  nəfər  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  in  yanına  gələrək:  «Allahın  və  sənin  istədiyin…»  dedi.  Peyğəmbər: 

«Məni  Allaha  taymı  etdin?  Təkcə  Allah  istəsə  de…»  deyə  buyurdu

329



Peyğəmbər - sallallahu aleyhi və səlləm – in Mədinəyə hicrəti zamanı namazların 



rükətlərinin sayı artırılmışdır. Lakin bu xəbər Məkkə və Həbəşistanda yaşayan 

müsəlmanlara çatmadığı üçün onlar namazlarını iki rükət qılardılar. Həmçinin 

hicrətin  ikinci  ilində  Ramazan  orucu  fərz  olmuşdur  və  Həbəşistandakı 

müsəlmanlara  isə  bu  xəbər  çatdırılmamışdır.  Məhz  bu  səbəbdən  də 

müsəlmanlar  o,  ili  oruc  tutmamışdılar.  Buna  baxmayaraq  Peyğəmbər  

sallallahu  aleyhi  və  səlləm  –  onlara  namazlarını  və  oruclarını  təkrar  etmələrini 

əmr  etməmişdir.  Cahilliyin  üzürlü  olmasına  dəlil:  Zeynəb,  İbn  Məsudun  



radıyallahu  anhu  –  yoldaşı  rəvayət  edir  ki:  Abdullah  İbn  Məsud  -  radıyallahu 

anhu – mənim qapıma  yaxınlaşdığı  zaman öskürərdi.  Səbəbi isə  daxil olduğu 

zaman bizdən xoşagəlmədiyi şeyləri görməməkdən ötrü idi. Həmişəki kimi bir 

gün gəldiyi zaman daxil olmamışdan öncə öskürür. Bu vaxt yanımda xəstəliyə 

qarşı  mənə  Ruqyə  oxuyan  qoca  bir  qadın  vardı.  Mən  ona  çarpayının  altına 

girməyi  xahiş  etdim.  İbn  Məsud  -  radıyallahu  anhu  –  mənə  yaxınlaşaraq 

boynumda  ip  olduğunu  gördü.  O:  “Bu  nədir?”.  Mən:  “Bu  üzərinə  Ruqyə 

oxunmuş  ipdir”  dedim.  O,  ipi  qıraraq  tulladı  və  dedi:  “Abdulahın  ailəsinin 

şirkə  ehtiyacı  yoxdur!  Mən  Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  belə 

dediyini  eşitdim:  “Həmayil,  gözmuncuğu,  ovsun  –  şirkdir”.  Mən:  “Nə  üçün 

sən belə deyirsən? Allaha and olsun, mənim gözüm ağradığı zaman bir Yəhudi 

qadın  mənə  ruqyə  oxudu  və  ağrım  keçdi”  dedim.  İbn  Məsud:  “Bu  şeytan 

əməlidir!  Sən  Allaha  asilik  etdiyin  zaman  şeytan  barmağını  sənin  gözünə 

soxurdu, nə zaman ki, sən Yəhudi qadının yanına getdin o da səndən əl çəkdi 

(elə zənn edəsən ki, səbəb bu qadın oldu)”. Əgər sən Peyğəmbərin - sallallahu 



aleyhi və səlləm – əmr etdiyi şəkildə etsəydin bu sənin üçün daha yaxşı olardı: 

Gözünə  su çiləyib  bu  duanı oxu:  Əzhibil  Bəs  Rəbbən Nəs,  İşfi  Əntəş  Şəfi,  Lə 



Şifəə İllə Şifəukə, Şifəən Lə Yuğadiru Səqamən - Ey insanların Rəbbi, xəstəliyi 

apar, şəfa ver, həqiqətən Sən şəfa verənsən. Sənin şəfandan başqa şəfa yoxdur. 

Hansı ki ondan sonra xəstəlik qalmaz”

330


. Əli - radıyallahu anhu – deyir ki: “Elm 

olmayan bir ibadətdə xeyir olmadığı kimi, düzgün başa düşülməyən elmdə də 

xeyr  yoxdur”

331


.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Kitab  əhli 

ayrılıqların  və  müsəlmanlar  arasında  73  firqənin  meydana  gəlməsinə  səbəb 

                                                

328


 Buxari, Müslim. 

329


 İbn Məcə 2117, Buxari «Ədəbul Mufrad» 789, Əhməd 1/214, əl-Albani «Səhihdə» 139.  

330


 Əhməd 1/381, İbn Məcə 3530, əl-Albani “Səhih”.  

331


 Əbu Heysəmə “Kitabul Elm” 144, əl-Əcurri “Əxləqul Uləma” 45.  


 

111 


düzgün olmayan təfsir etmək olmuşdur”

332


. İbn Teymiyyə – rahmətullahi aleyhi 

– deyir ki: «Bir çox sələflər hələ də bu kimi məsələlərdə fikir ayrılığındadırlar. 

Amma onlardan heç kəs bu fikir ayrılığına görə bir-birlərinə kafir, fasiq və ya 

asi  deməmişlər.  Buna  misal  olaraq:  Şüreyh  –  rahmətullahi  aleyhi  –  bir  ayənin 

oxunuşunu:  «Bəli,  mən  onlara  təəccüb  edirəm,  onlar  isə  istehza  edirlər»  (əs-



Saffat 12). Allah təəccüblənmir deməklə inkar edir (yəni ayənin oxunuşu: Bəl 

Acibtu  «Mən  təəccüblənirəm»  deyil,  Bəl  Acibtə  «Sən  təəccüblənirsən»).  Bu 

xəbər İbrahim ən-Nəhaiyə – rahmətullahi aleyhi – çatdıqda belə buyurur: Şüreyh 

bir şairdir və elmi onu çaşdırır. İbn Abbas  – radıyallahu anhu – ondan da elmli 

idi və o: «Bəli, mən onlara təəccüb edirəm...» kimi oxuyardı. Həmçinin Aişə – 



radıyallahu anhə – və digər səhabələr Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 

Allahı  görməsi  haqda  fikir  ayrılığı  etmişlər.  Aişə:  «Muhəmməd  öz  Rəbbini 

görmüşdür»  deyərsə,  artıq  Allaha  qarşı  böyük  bir  iftira  atmış  sayılır.  Amma 

buna  baxmayaraq  İbn  Abbas  və  digər səhabələrin  – Allah onlardan razı olsun - 

belə demələrinə görə onlara: «Allaha qarşı iftira atan» demirik. Həmçinin Aişə 

–  radıyallahu  anhə  –  digər  səhabələrlə  ölünün  dirilərin  səsini  eşitməsi,  ölən 

adamın ailəsinin ağlaması ilə ona əzab verilməsi və s. bu kimi məsələlərdə də 

fikir  ayrılığı  olmuşdur.  Həmçinin  sələflər  arasında  (yəni,  Əli  ilə  Müaviyə  – 

Allah  onlardan  razı  olsun  -  arasında  olan  məsələlər)  hətta  döyüşlə 

nəticələnmişdir.  Amma  bütün  Əhli  Sünnə  və  Camaat  hər  iki  tərəfin  mömin 

olması  haqda  yekdildirlər.  Onların  bir-birlərinə  qarşı  döyüşmələri  onların 

ədalətlərinə heç bir ləkə salmır. Çünki döyüşən adam həddini aşsa da o bunu 

yozumlu edir. Yozmaq bir adama fasiq deməyə mane olan amillərdəndir»

333


.  

 

CƏHALƏTİN ÜZR OLMASINA SƏLƏFLƏRDƏN 



DƏLİLLƏR 

 

İbn  Arabi  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İtaət  olan  əməllər  iman 



adlandırıldığı kimi, müəyyən günahlara küfr adı verməklə İslamdan çıxardan 

küfr nəzərdə tutulmur.  Bu ümmətin cahilləri və xəta edənləri, insanın müşrik 

və ya kafir olmasına səbəb olan, hər hansı bir küfr və ya şirk edərlərsə, əmması 

qalmayan  açıq-aşkar  hüccət  çatana  qədər  onlar  cahillikləri  və  xətaları  ilə 

üzürlü  sayılırlar.  Elə  hüccət  ki,  onu  eşidəndən  sonra  ona  müxalif  olan  kafir 

olar.  Belə  ki,  bundan  sonra  bütün  İslam  alimlərinin  qəti  olaraq  yekdilliklə 

İslam  dininin  önəmli  əsaslarından  saydıqları  və  hər  bir  sıravi  müsəlmanın 

düşünüb  araşdırmadan  bu  əməlin  dinin  əsaslarından  olduğunu  bildikləri  bir 

                                                

332


 “İləmul Muvakkin” 4/308.  

333


 «Məcmuu Fətava» 3/229-231.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə