[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə57/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   53   54   55   56   57   58   59   60   ...   258

 

116 


dəlillər  onlara  başa  salınana  qədər,  bunu  tərk  edən  isə  küfr  etmişdir...”

350


Digər  yerdə  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir:  “Birinci  əsas  özündə 

əhatə edir - Allahın İsim və Sifətlərini, Tövhidi və Qədəri. İkinci  əsas özündə 

əhatə  edir  -  əmrləri,  qadağaları,  Allahın  sevdiyi  və  razı  qaldığı,  nifrət  və 

qadağan etdiyi şeyləri. Üçüncü əsas özündə əhatə edir – Axirət günüə imanı, 

Cənnət,  Cəhənnəm,  mükafat  və  cəzaları.  Bu  üç  əsasın  üzərində  yaratmaq  və 

əmrlər  dövr  edir.  Xoşbəxtçilik  də  bunun  üzərindədir.  Bunu  da  Peyğəmbərlər 

olmadan öyrənmək mümkün deyildir. Çünki insan ağlı özü bunları dərk edib 

bir  nəticəyə  gələ  bilməz,  hətta  ümumi  başa  düşsə  də  belə.  Necə  ki,  xəstə 

sağalması  üçün  dərmanın  şəfa  üçün  səbəb  olmasını  bildiyi  kimi,  lakin  ətraflı 

hansı dərmanın onun xəstəliyi üçün şəfa olduğunu bilmədiyi kimi”

351


.  

İmam Qurtubi  – rahmətullahi aleyhi – deyir ki: “Bu insan Allaha inanır, onu 

qəbul edir və Ondan qorxurdu. Lakin Allahın bir sifətindən xəbərsiz olduğunu 

düşündü  ki,  onu  yandırıb  külünü  də  dənizə  sovursalar  Allahdan  qurtular. 

Lakin  Uca  Allah  onun  niyyət  və  qorxusunu  cəzası  qarşısında  bildiyi  üçün 

onun Allahın  bu sifəti  barəsində  bilməməzliyini bağışladı”

352

. İbn  Əbil  İzz  əl-



Hənəfi – rahmətullahi aleyhi – deyir ki: «Bidət, batil, haram olan sözlər hansı ki, 

özündə əhatə  edir:  Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  in isbat  etdiklərini 

inkar etmək, inkar etdiklərini isbat etmək, qadağan etdiklərini əmr etmək, əmr 

etdiklərini  isə  qadağan  edən  sözlər  küfrdür.  Bu  ümumi  sözlərdir.  Müəyyən 

şəxsə gəldikdə isə siz şəhadət edirsiniz ki, o kafirdir və Cəhənnəm əhlindəndir. 

Biz yalnız şəhadət edə bilərik Peyğəmbər – sallallahu aleyhi və səlləm – şahidlik 

edibsə.  Ən  böyük  azğınlıqdan  sayılır  sənin  müəyyən  bir  kimsəyə  hökm 

verməyin. Şahidlik etməyin ki, Allah onu bağışlamayacaq, əbədi Cəhənnəmdə 

saxlayacaq,  ona  rəhm  etməyəcəkdir»

353


.  İbn  Ruceyli  əl-Hənəfi  –  rahmətullahi 

aleyhi – deyir ki: «Alimlərin sözü bu məsələdə necə açıqlanır: Küfr olan hökm 

hansı  ki,  bidət  əhli  barəsində  Sələf  alimləri  İmam  Əbu  Hənifə,  Şəfii  –  Allah 



rəhmət etsin onları - tərəfindən sabit olmuşdur bu sözlər necə açıqlanır: Bu onu 

bildirir  ki,  bu  etiqad özü  küfrdür.  Bu sözü  deyən  küfr  söz  demişdir.  Lakin o, 

özü haqqı tələb etdiyinə görə küfr sözü söyləmişsə, kafir olmur».  

AbdulVahhab – rahmətullahi aleyhi – nin iki oğlu Hüseyn və Abdullaha sual 

gəlir:  «Tövhid  dəvəti  yetişən  ölkə  əhalisinin  bir  hissəsi  deyir  ki,  bu  dəvət 

haqdır, lakin  mən heç  bir pis işi  dəyişən, heç  bir  yaxşı  işi  əmr  edən  deyiləm. 

(bu əqidəyə görə) düşmən və ya dost tutan deyiləm, bu dəvət çatmadan öncə 

yaşayanların  zəlalət  üzərində  olduğunu  deyən  də  deyiləm.  Bununla  bərabər 

biz dədə-baba dinindən əl çəkdik – deyən Muvahhidlərə irad tuturlar. Bəziləri 

                                                

350

 AbdurRazzaq İbn Əhməd Muaşir “Cəhlu Bil Məsələti Etiqadi və Hukmuhu” 506.  



351

 “Məcmuul Fətava” 19/96.  

352

 “Təvil Muxtəlif əl-Hədis” 119.  



353

 Şərh Əqidətul Təhaviyyə 357 səh.  




 

117 


müsəlmanları  açıq-aşkar  şəkildə  kafir  sayır,  bu  dini  söyərək  deyir:  Bu 

Müseyləmənin  (yalançı  Peyğəmbərin)  dinidir.  Həmçinin  bəziləri  bu  dəvətin 

açıq şəkildə deyil, gizli şəkildə gözəl olduğunu deyirlər. İndi isə bu vəziyyətdə 

olan bir ölkə haqqında nə deyə bilərsiniz? Onlar müsəlmandırlar yoxsa kafir? 

Şeyxin  (AbdulVahhabın)  Biz  ümumi  şəkildə  kafir  demirik?  Ümumi  təkfir  ilə 

xüsusi  təkfir  arasında  fərq  nədir?».  Cavab:  «Deyilən  ölkə  əhalisinə  hüccət 

çatmışdırsa  onlar  kafirlərin  hökmündədirlər.  Elə  hüccət  ki,  onu  eşidəndən 

sonra  ona  müxalif  olan  kafir  olur.  Həmin  ölkədə  yaşayıb,  dininə  riayət  edə 

bilməyən  müsəlman,  Allahın  üzürlü  saydığı  kimsələr  istisna  olmaqla  oradan 

hicrət  etməlidir.  Əgər  o,  hicrət  etməzsə  o,  da  qətlə  yetirilməkdə  və  malının 

müsadirə  olunmasında  həmin  ölkə  əhalisinin  hökmündədir.  Şeyxin  sözlərinə 

gəldikdə  isə:  Ümumi  və  xüsusi  arasında  fərq  açıq-aydındır.  Ümumi  təkfir 

insanların  hamısını  təkfir  etmək:  Alimini,  cahilini,  kimə  hüccət  qalxıb  və 

qalxmayıb.  Xüsusi  təkfir  isə  yalnız  risalə  hüccəti  çatmış  kimsəni  təkfir 

etməkdir.  Elə  bir  hüccət  ki,  ona  müxalif  olan  kafir  olur.  Məs:  Ola  bilər  ki, 

deyilən  ölkə  əhalisinin  kafir  olmaları  haqda  hökm  verilsin  və  onlar  kafir 

hökmündə olsunlar. Lakin həmin ölkədə yaşayan hər bir fərdin kafir olmasını 

isə  demək  doğru  deyildir.  Çünki  onların  arasında  müsəlman  kimsələr  olsun. 

Hicrət  edə  və  ya  öz  dinlərini  izhar  edə  bilmədikləri  üçün  üzürlü  sayılsınlar. 

Necə  ki,  Allah  əhalisi  kafir  olan  zamanlar  Məkkə  haqqında  buyurmuşdu: 



«Əgər (Məkkədə) tanımadığınız mömin kişi və qadınları bilmədən ayaq altına 

alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz 

möminlərin  hamılıqla  Məkkəyə  daxil  olmasına  izin  verərdi)».  (əl-Fəth  25). 

«(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir 

kimi  Məkkədə  qalıb):  Ey  Rəbbimiz,  bizi  əhalisi  zalım  olan  bu  şəhərdən 

(Məkkədən)  kənara  çıxart,  bizə  öz  tərəfindən  mühafizəçi  göndər,  yardımçı 

yolla  –  deyə  dua  edən  aciz  kişilər,  qadınlar  və  uşaqlar  uğrunda 

vuruşmursunuz».  (ən-Nisa75).  Səhih  hədisdə:  İbn  Abbas  -  radıyallahu  anhu  – 

deyir  ki:  «Mən  və  anam  Məkkədə  qalan  acizlərdən  idik»

354

.  Şeyxin  nəvəsi 



Abdullahdan  soruşurlar:  «Cahilliyi  ucbatından  bilmədən  küfr  sayılan  söz, 

əməl və ya təvəssül edən insan üzürlü sayılırmı?». Cavab: «Allah və Rəsulu – 



sallallahu  aleyhi  və  səlləm  –  iman  gətirən  insan  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  in  şəriəti  barəsində  cahilliyi  üzündən  əməldə  və  ya  etiqadda  küfr 

edərsə  bu insan  bizə  görə  kafir sayılmır.  Biz  belə  bir  insana  şəriət  dəlilləri ilə 

hüccət  çatana  qədər  kafir  demirik.  Elə  bir  hüccət  ki,  onu  eşidəndən  sonra 

müxalif olan kafir olur. Əgər ona hüccət çatdırılarsa və Peyğəmbər – sallallahu 



aleyhi  və  səlləm  –  in  buyurduqları  bəyan  edilərsə  və  hüccət  çatdıqdan  sonra 

yenə  də  öz  dediklərində  israrlı  olarsa  o,  zaman  kafir  olar.  Çünki  küfr  bəzi 

                                                

354


 Məcmuatul Rəssail vəl Məsəil Nəcdiyyə 1/44, Durar əs-Səniyyə 10/144-145.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə