120
yaşayanların hamısını kafir saysın, onlara qarşı müharibə elan etsin, mallarını
halal görsün? Şeyxin hal-vəziyyətini və nəyə dəvət etdiyini dərk edən aqil
insan belə bir halı təsəvvür edə bilərmi? Heç bir halda şeyx ümmətdən, hətta
Əhli Sünnə vəl Cəmaatdan ayrılıb özündən yeni bir fikir söyləməmişdir. Onun
bu məsələ, yəni Ad və Sifətlər tövhidi, əməllər və ibadətlər haqqında dedikləri
bütün müsəlmanlar tərəfindən birmənalı olaraq təsdiq edilmişdir. Bu işdə
yalnız onların yolundan və minhəcindən çıxan, Cəhmilər, Mötəzilə, qəbirlərə
ifratcasına sitayiş edənlər müxalif olmuşlar. Şeyxin dediyi məsələlər bütün
Peyğəmbərlərin və səməvi kitabların dediyində öz əksini tapmışdır. Bunu
Peyğəmbərlərin və səməvi kitabların göndərilmiş məqsədini bilənlər dərk
edirlər. Şeyx hüccətin layiqli formada çatdırılmasın-dan sonra bu əsaslara görə
kiməsə kafir hökmünü verir. O, bu işdə Sıratal Mustəqim yolu ilə özündən
əvvəlkilərin ardınca gedir. Heç də dinə bidət gətirməmişdir»
363
. Şeyx
AbdulLətifin oğulları Abdullah, İbrahim və Şeyx Sülüyman Səhman demişdir:
“Deyilən söz bəzən (Quran və Sünnədən olan) bəzi dəlilləri rədd etməklə küfr
olur. Lakin söz sahibinə cahillik maneəsinin olaması, dəlilin dəlalət etməsi və
ya etibarsız sayılması haqda elminin olmaması ehtimalı səbəbindən küfr
hökmü verilmir. Çünki şəriətlər çatdıqdan sonra vacib olur. Bunu Şeyxülislam
çox kitablarında zikr etmişdir”
364
.
İbn Bazın – rahmətullahi aleyhi – başçılığı, müavini AbdurRazzaq Əfifi –
rahmətullahi aleyhi –, Şeyx Abdullah İbn Qəud
– rahmətullahi aleyhi –, Abdullah
İbn Ğudeyyanın – rahmətullahi aleyhi – üzvlüyü altında Fətvalar və Elmi
Tədqiqatlar üzrə Daimi Heyətə: “Qəbirlərə ibadət edənlərin cahilliklərinə görə
üzürlü olmaları və hansı işlərdə cahiliyin üzr olması” haqda verilən sualın
cavabında belə deyilir: “Bir insana dini məslələrdə cahilliyinə görə üzr olunub
olunmaması, təbliğin ona çatıb çatmamasına, məsələnin özünün aydın olub
olması və insalanların düşüncəsinin qüvvət və zəiflikdə fərqləndiyinə görə
hökmü də müxtəlif olur....”
365
. Şeyx doktor ƏbdulƏziz İbn Muhəmməd İbn
ƏbdulLətif
– rahmətullahi aleyhi – demişdir: “Müəyyən bir kəsi Təkfir etməyə
mane olan amillərdən Cahilliyin üzr olmasıdır. Lazımi qədər manelərin
olmasına baxmayaraq sadəcə bu məsələ ilə kifayətlənməməyə səbəb bu haqda
söz-söhbətin və qarışıqlığın çox olmasıdır. Bu məsələyə insalar ifrata varmaq
və ya səhlənkarlıq etməklə yanaşıblar. Bəziləri Cahilliyi mütləq olaraq üzr
görür. Bəziləri isə mütləq olaraq görmür. Haqq isə onların arasındadır.
Cahilliyin üzr olması hələ də bizim əsrimizdə belə zahirdir. Çünki əməl edən
363
Kitabu Tənbih Zəvil Əlbab əs-Səlimə Anil Vuqui Fil Əlfaz əl-Mubtədiətil Vaximə və Təbriətuş Şeyxeyn əl-
İmameyn Min Təzvir Əhlil Kəzib vəl Meyn səh 122-123.
364
“əd-Durarus Səniyyə” 10 cu cil səh 433
365
“Fitvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyətin fitvalar toplusu” 2/97, Fitva (11043)
121
Elm əhli azalıb, insanlara batili, küfrü bəzəyərək, ona don geydirənlər isə
çoxalıb.” Şeyxin sözü müxtəsər olaraq bitdi”
366
.
Şeyx Useymin
– rahmətullahi aleyhi – dən belə bir sual soruşurlar: «Tövhidlə
bağlı məsələrdə cəhalət insan üçün üzürdürmü?». Cavab: «Qulu öz Rəbbi ilə
bağlayan hər bir məsələdə cəhalətin üzürlü olması təsbit edilmişdir. «Biz Nuha
və ondan sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy
göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına İsaya,
Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da
Zəburu verdik. Peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını sənə
danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı.
Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha
insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın».
(ən-Nisa 163-165). «Biz Peyğəmbər göndərməmiş əzab vermərik». (əl-İsra 15).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Canım əlində olana and
olsun ki, bu ümmətdən olan hər hansı bir Yəhudi və Xaçpərəst mənim
haqqında eşidib və iman gətirməzsə Cəhənnəm əhlindən olar»
367
. Bu mənanı
ifadə edən hədislər çoxdur. Kim cahil olarsa öz cəhalətinə görə dinə aid bütün
məsələlərdə üzürlü hesab olunar. Lakin bir şeyi də bilmək lazımdır ki, bəzi
cahillər inadkarlıq nümayiş etdirirlər. Yəni haqq ona çatdırılır o, isə haqqı
araşdırmır, itaət etmir. Əksinə şeyxlərinin yoluna o, cümlədən onları təzim
edənlərin və onlara tabe olanların yoluna uyur. Əslinə baxdıqda həmin şəxs
üzürlü hesab edilə bilməz. Çünki ən azından belə insana bir şübhə şəkilində
olsa da belə haqq gəlib çatmışdır. O, bunu araşdırıb haqqa nail ola bilər. İtaət
etdiyi insanları təzim edənlər, Allahın haqlarında buyurduğu kəslərə
bənzəyirlər: «Biz atalarımızı bir din üzərində gördük və biz onların ardınca
getdik. Biz atalarımızı bir din üzərində gördük». (əz-Zuxruf 22-23). Ən mühüm
odur ki, haqq barədə eşitməyən, bundan bixəbər olan insan, cahilliklə
üzürlüdür və bu cəhalətə görə ona günah yazılmır. Cəhalət üzrə əməl edən
366
“Nəvaqidil İman əl-Qovliyyə vəl əməliyyə” əl-Üzr bil Cəhl səh 59, 64. Bax: əl-Fisal 3/249, “əl-
Muğni”Riddə kitabı 12/277, əş-Şifa 2/23, 524, 529, 530, “Minhəc əs-Sünnə” 5/88-125, “Müxtəsər Fətavə əl-
Misriyyə” səh 247, 248, “ər-Rəd əlal Əxnai”səh 61, 62, “Məcmuul-Fətəva” 35/164,165, “əl-İstiğasə” 2/629, 630,
“Mufid əl-Mustəfid fi kufri tərik ət-Tovhid”, “əd-Durarus-Səniyyə” 1/235, 236, 520, 521, və 10/368, 474,
Məcmu ət-Tovhid 1/54, Şeyx Abdullah İbn ƏbdürRəhman Əbu Batinin “Müəyyən bir şəxsi Təkfir etmək”
adlı risaləsi və Şeyx İshaq İbn ƏbdürRəhmanın “Müəyyən bir şəxsi Təkfir etməyin hökmü” risaləsi (hər ikisi
“əd-Durarus-Səniyyənin” tərkibində 10/351-375 nəşr edilib), “Fətavə əl-Ləcnə əd-Dəimə” 2/96-100 fitva
(11403), Şeyximiz ƏbdülƏziz İbn Bazın “Fitvalar toplusu” (ət-Tayarın cəm etdiyi 2/528-529) “Təkfirin
düzgün qaydaları”, “Müyyən bir şəxsin Təkfiri”risaləsi , “Nəvaqidil İman əl-Qovliyyə vəl əməliyyə”, “əl-
Üzr bil Cəhl risalasi”, “ət-Tibyan Şərh Nəvaqid əl-İslam” risaləsinin əlavəsi səh 75-76, Doktor Muhəmməd
əl-Arusinin “Məsəil əl-MuştəRakə “səh 303 və davamı. Həmçinin bax: “ƏbdürRəzzaq Məaşin, Şeyximizi
ƏbdüRrəhman İbn Nasir əl-Barrakın nəzarəti altında nəşr edilmiş “əl-Cəhl bi məsəil əl-Etiqad və hokmihi”
kitabı, Muhəmməd əl-Vuheybinin “Nəvaqidul əl-İman əl-Etiqadiyyə və Dəvabit ət-Təkfir indəs Sələf” 1/225-
301 bu kitablarda bu maneənin məsələləri haqda təfsilat vardır.
367
Müslim “İman” 240, (153).