[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə58/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   54   55   56   57   58   59   60   61   ...   258

 

118 


hallarda  Allahın  kitabına  və  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

Sünnəsinə müxalif çıxmaqla olur. Bu bütün alimlər tərəfindən ümumi anlamda 

qəbul  edilmiş  bir  qaydadır.  Alimlər  buna  dəlil  olaraq  bu  ayəni  qeyd  edirlər. 

«Biz  Peyğəmbər  göndərməmiş  (heç  bir  ümmətə)  əzab  vermərik».  (əl-İsra  15). 

«Kafirlər  dəstə-dəstə  Cəhənnəmə  sürüklənəcək-lər.  Nəhayət  ora  çatınca  onun 

qapıları  açılacaq  və  Cəhənnəm  gözətçiləri  onlara  deyəcəklər:  Məgər  sizə  öz 

içinizdən  Rəbbinizin  ayələrini  oxuyan,  sizi  bu  gününüzə  qovuşacağınızla 

qorxudan  Peyğəmbər  gəlməmişdi?  Onlar  isə:  Bəli  (gəlmişdi),  lakin  əzab  sözü 

kafirlər barəsində vacib oldu – deyə cavab verəcəklər». (əz-Zumər 71). Huzeyfə 

-  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Keçmiş  ümmətlərdə  (O,  adam  qəbirləri  soyan  oğruydu),  Tövhid 

kəliməsindən  (Lə  İləhə  İlləllah)  başqa  heç  bir  həsənə  (xeyir  iş)  etməmiş  bir 

kimsə  ölümün  gəlib  çatdığını  və  yaşamaq  ümidini  kəsdikdə  ailəsini  yanına 

çağıraraq onlara  vəsiyyət  edib...  Sonra  Allah onu  zərrələrinə  kimi  toplayaraq: 

«Səni  bu  işə  sövq  edən  nə  idi?  (Niyə  belə  etdin?»)  deyə  buyurdu.  O,  kimsə: 

«Sənin qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı

355


Bu  adamın  etiqadına  əsasən  deyilən  prosesdən  sonra  Allah  onu  bir  daha 

dirildə  bilməyəcəkdir.  O,  bunu  küfr  və  ya  inkar  baxımından  deyil, 

cahilliyindən  demişdir.  O,  Allahın  onu  yenidən  dirildəcəyinə  şübhə  ilə 

yanaşmışdır. Lakin bununla belə Allah onu bağışladı, rəhm etdi. Quran çatan 

bir  insana  artıq  Peyğəmbər  hüccəti  çatmışdır.  Lakin  cahil  insana  bunu 

çatdırmaq  üçün  onu  öyrədən  elm  adamı  lazımdır.  Allah  daha  yaxşı  bilir»

356


Abdullah  İbn  Muhəmməd  İbn  AbdulVahhab  –  rahmətullahi  aleyhi  –  dən 

soruşurlar  ki:  «Qəbirlərin  üzərində  qübbələr  tikmək,  onu  tikənin  kafir 

olmasına  dəlalət  edirmi?».  Cavab:  «Bu  məsələnin  açıqlamaya  ehtiyacı  vardır. 

Əgər onu tikən insana Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə tikililərin 

tikilməsini  qadağan  etməsi  və  öz  vaxtında  olan  bu  kimi  tikililəri  sökməsi 

haqqında  məlumat çatıbsa  və  bundan sonra  həmin  adam  inadkarlıq  və  asilik 

etsə,  yaxud  o  qübbəni  sökmək  istəyənlərin  qarşısını  alarsa  bu  küfrün 

əlamətidir.  Lakin  kim  bunu  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

göndərilmə  məqsədi  haqqında  cahil  olduğundan  edərsə  bu  onun  küfr 

etməsinə  dəlalət  etmir.  Bu  onun  cahilliyinə,  bidətçi  olmasına  və  Allahın  öz 

Peyğəmbərinə  qəbirlər  barəsində  buyurduğunu  axtarmaqdan  yayınmasına 

dəlalət  edir»

357


.  Muhəmməd  İbn  Nasir  Əli  Mamərə  sual  verilir  ki:  «Biz 

eşitmişik ki, siz əvvəllər yaşayan İbn əl-Fərid və digər belə məşhur Əhli Sünnə 

alimlərini  kafir sayırsınız?».  Cavab:  «Bizim  adını çəkdiyiniz  alimlərə  və  digər 

                                                

355

 Buxari 3452, Müslim 2756-2757. 



356

 Durarus Səniyyə 10/239-240.  

357

 Məcmu Rəsail vəl Məsəil ən-Nəcdiyyə 1/246.  




 

119 


insanlara kafir deməyimiz haqqında qeyd etdikləriniz insanları doğru yoldan 

uzaqlaşdırmaq 

üçün 

düşmənlərimizin 



bizim 

haqqımızda 

dedikləri 

böhtanlardandır.  Onlar  bizim  haqqımızda  bir  çox  böhtanlar  da  yaymışlar. 

Bizim isə cavabımız belədir: «Aman (Allah) bu çox böyük bir böhtandır». (ən-

Nur  16).  Biz  yalnız  hüccət  çatdıqdan  sonra  haqqı  bilib,  dəvət  olunduqdan 

sonra  yenə  də  onu  inkar  edən  inadkarlıq  göstərib  üz  çevirən  insana  kafir 

deyirik.  Bundan  başqa  kimsə  kafir  dediyimizi  iddia  edən  insan  bizim 

adımızdan  yalan  danışır…»

358

.  Şeyx  Abdullah  İbn  Muhəmməd  İbn 



AbdulVahhab  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Quran  çatmış  hər  bir  kəsə 

nübuvətin  çatması  deməkdir.  Lakin  cahil  bir  kimsə  ehtiyaclıdır  ki,  elm 

əhlindən  kimsə onu  başa  salsın”

359


.  Şeyx  Suleyman İbn  Səhman – rahmətullahi 

aleyhi – deyir  ki:  “Mənim  üçün  daha  üstün  rəy  – Allah daha yaxşı bilir –  dəlili 

(hüccəti)  yalnız  onu  çatdıra  bilən  (başa  sala  bilən)  kimsə  etməlidir.  Dəlili 

(hüccəti)  lazımı  qaydada  çatdıra  bilməyən  -  Dinin  əhkmlarından  xəbəri 

olmayan və alimlərin bu məsələdə sözlərini bilməyən – cahil kimsəyə gəldikdə 

mənə çatana görə beləsi hüccət (dəlil) çatdıran ola bilməz”

360


. İmam İbni Vəzir 

–  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Xəta  edərək  bir  kafirə  müsəlman  hökmünü 

vermək  sənin  üçün  daha  yüngüldür  nəinki  xəta  edərək  bir  müsəlmanı  kafir 

adlandırmaq”

361


.  Süleyman  İbn  Səhman  – rahmətullahi aleyhi  – deyir  ki:  «Şeyx 

AbdulVahhab – rahmətullahi aleyhi – kiməsə kafir deməkdən çəkinər və ehtiyat 

edərdi.  Hətta  o,  dinini  öyrənməsi  üçün  özünə  yol  göstərən  və  ona  hüccət 

çatdıran  bir  insanın  olmadığı  halda  cahilliyindən  Allahdan  başqasından, 

qəbirlərdən və s. kömək diləyənlərin kafir olmasını deməkdə ehtiyat etmişdir. 

O,  yazdığı  məktubların  bəzisində  deyir:  Biz  cahilliyi  və  bixəbər  olması 

ucbatından  Kəvvazın  qübbəsinə  ibadət  edənlərə  kafir  demirik.  Şeyx  təkid 

edərək deyir ki, kim hüccət çatandan və onu öyrənmək üçün imkanı olandan 

sonra  qəbirlərə  ibadət  edərsə  o,  kafir  olur»

362


.  Abdullah  İbrahim  İbn  Şeyx 

AbdulLətif  İbn  AbdurRahman  və  Suleyman  İbn  Səhman  (Şeyxin  nəvələri) 

deyirlər ki: «Müəyyən şəxsi təkfir etmək bəlli məsələdir. Əgər bir söz deyərsə 

onun  dediyi  söz  küfr  ola  bilər.  Ona  görə  də  deyilir:  Kim  bu  sözü  deyərsə 

kafirdir. Lakin müəyyən şəxs bunu dediyi zaman onun kafir olması barəsində 

hökm  verilmir.  Hətta  ona  hüccət  çatdırılmadıqca.  Elə  bir  hüccət  ki,  onu  tərk 

edən  kafir olur».  Şeyx  İbn  Səhman  – rahmətullahi aleyhi – deyir  ki:  «Əgər şeyx 

cahilliyi  və  bixəbər olması  ucbatından  qəbirlərin üzərində inşa  edilən  bütlərə 

ibadət  edənlərə qarşı  belə  münasibət  bəsləyirsə, necə ola  bilər  ki, yer üzündə 

                                                

358

 Durarus Səniyyə 3/20-23.  



359

 “Durərus Səniyyə” 10/240.  

360

 Minhəc Əhlul Haqq” 85.  



361

 İsar əl-Haqq Alə əl-Xaliq 449.  

362

 Diya əş-Şariq səh 372, Cəhlu bi Məsəili etiqadi və hukmuh səh 444.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə