[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə60/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   56   57   58   59   60   61   62   63   ...   258

 

122 


insana  etdiyi  əmələ  görə  hökm  kəsilir.  Əgər  bu  qism  insan  özünü 

müsəlmanlardan  hesab  edib  Lə  İləhə  İlləllah  Muhəmmədən  Rəsulullah 

kəlməsinə şahidlik edirsə o, kimsə müsəlmanlardan sayılır. Özünü müsəlman-

lardan hesab  etməyən  şəxs isə  dünyada  mənsub  olduğu  dinin hökmündədir. 

Axirətə  gəldikdə  isə  onun  məsələsi  fitrət  əhlinin  məsələsi  kimi  olacaq.  Yəni 

İzzət  və  Cəlal  sahibi  Allaha  həvalə  olunacaq.  Ən  doğru  fikrə  əsasən  onlar 

Allahın istədiyi şeylərlə imtahan olunacaqlar. Bu imtahanda Allahın dediyinə 

itaət  edənlər  Cənnətə,  asi  olanlar  isə  Cəhənnəmə  daxil  olacaqlar.  Bir  şeyi  də 

bildirmək lazımdır ki, bu gün yaşadığımız dövürdə yer üzərində ayaq basılan 

az  torpaq  tapılar  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  dəvəti  ora 

çatdırılmasın.  Kütləvi  informasiya  vasitələrinin  çoxluğu  və  insanların  bir-

birinə qarışaraq sıx münasibət qurmaları bunu deməyə bizə əsas verir. Deməli 

əksər  hallarda  insanların  küfrə  getmələri  onların  inadkarlıqları  səbəbilə 

yaranır»


368

.  Şeyx Useymin  – rahmətullahi aleyhi – deyir  ki:  «Düşmənlərimiz  bir 

neçə  cürdür  deyirik:  1  –  Tövhidin  Allahın  və  Rəsulunun  bizə  açıqladığı  din 

olduğunu  bilib,  eyni  şəkildə  insanların  çoxunun  halı  olan  daşlar,  ağaclar  və 

bəşər  haqqında  olan  bu  batil  inancların  Allaha  şirk  olduğunu,  Allahın 

Rəsulunun  bunu  qadağan  etdiyini,  bu  etiqadda  olanlarla  savaşmaq  üçün 

göndərildiyini  və  dinin  bütünlüklə  Allahın  olması  üçün  göndərildiyini  qəbul 

etməklə birlikdə Tövhidə heç iltifat etməyib, tövhidi öyrənməz, tövhidə girməz 

və şirki tərk etməzsə belə bir kimsə kafirdir. Küfrü səbəbilə onunla döyüşürük, 

çünkü o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dinini bilməklə birlikdə ona 

tabe olmamış, şirki bilməklə birlikdə onu tərk etməmişdir. Bununla birlikdə o, 

nə  Rəsulunun  dininə,  nə  də  bu  dinə  girənə  nifrət  etməz,  şirki  tərifləməz  və 

bunu insanlara dəvət etməz. Belə olsa da belə onun halı dəyişməz. 2 – Bütün 

bunları  (Tövhidi)  bilməklə  bərabər,  Rəsulun  dininə  əməl  etməkdə  olduğunu 

iddia  etməklə  bərabər  onun  dininə  söyməyə  cəhd  göstərmiş,  Yusufa  ibadət 

edənləri  əl-Əşkara,  Əbu  Aliyə,  Kuveyt  əhalisindən  əl-Xıdıra  ibadət  edənləri 

tərif  etməklə  tanınmışdır.  Bunlar  birincidən  daha  pisdirlər.  «Bildikləri 

(Peyğəmbər)  gəldikdə  isə  ona  inanmadılar.  Allah  kafirlərə  lənət  etsin».  (əl-

Bəqərə  89).  «Əgər  əhd  bağladıqdan  sonra  andlarını  pozsalar  və  dininizi 

yamanlayıb  təhqir  etsələr  onların  başçıları  ilə  vuruşun.  Onların  həqiqətdə 

andları,  əhdləri  yoxdur.  Bəlkə  əl  çəkərlər».  (ət-Tövbə  12). 3  –  Tövhidi  bilmək, 

onu sevmək, ona uymaq, şirki  bilib  tanımaq  və  tərk  etməklə  birlikdə  tövhidə 

girən kimsələrdən xoşlanmamaq, şirk edən kimsələri sevən kimsələr. «Bu ona 

görədir  ki,  kafirlər  Allşahın  nazil  etdiyini  bəyənmədilər,  Allah  da  onların 

əməllərini  puç  etdi».  (Muhəmməd  9).  4  –  Şirkdən  uzaq  olmaqla  birlikdə 

yaşadığı ölkənin  əhalisi  açıq-aşkar  tövhid əhlinə qarşı  düşmənlik  etməkdə  və 

                                                

368


 Fətvalar və Risalələr toplusu kitabı 3/5-6, 2/222.  


 

123 


şirkə  uymaqdadırlar.  Tövhid  əhli  ilə  döyüşməyə  səy  göstərirlər.  Lakin  bu 

kimsə öz vətənini tərk etmir. Bunun üçün çətinliklərlə qarşılaşır. Sonda isə öz 

ölkəsinin  əhalisi  ilə  bərabər  tövhid  əhlinə  qarşı  döyüşür,  malıyla,  canıyla 

köməklik göstərir. Bu da kafirdir»

369

. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir 



ki:  «Fiqhi  məsələlərdə  ixtilafın  olduğu  kimi,  cahilliyin  üzrlü  olması  da 

ixtilaflıdır.  Bəzən  bu  ixtilaf  sözdə,  bəzən  də  müəyyən  bir  insana  təkfir 

hökmünün verilməsi ilə olur. Hər bir kəs bilir ki, əməllər, sözlər və ya onların 

tərki küfrdü. Müəyyən bir insana bu hökm necə verilir? Hökmün verilməsi və 

ya  verilməməsi  üçün  Ona  dəlillər  göstərilmişdirmi,  şübhələri  ardan 

qaldırılmışdırmı?  Küfrə  götürən  cahillik  iki  cürdür:  1  –  Bu  cahillik  İslamdan 

başqa  bir  dinə  mənsub  olan  (Yəhudi,  Xaçpərəst)  və  ya  heç  bir  dinə  mənsub 

olmayan (Ateist) bir kimsənin halıdır. Belə bir kimsəyə dünyada zahirinə görə 

hökm  olunur.  Zahiri  hökmü  kafirdir.  Axirətdə  isə  işi  Allaha  qalmışdır.  Daha 

doğru  olan  axirətdə  Allahın  istədiyi  bir  şəkildə  imtahan  olunacaqdır....  Bu 

barədə İbn Qeyyim  – rahmətullahi aleyhi – “Tariqul Hicreteyn” kitabında geniş 

danışır. – Bu cahillik İslam dinində olan bir kimsə tərəfindən olmaqla bərabər 

o, kimsə küfrə aparan bu halı üzərə yaşamaqla bərabər bunun İslama müxalif 

olduğunu ağlına belə gətirməz, heç bir kimsə də bu haqda ona xəbər verməmiş 

ki,  (bu  əməl  və  ya  söz  küfrdü)  belə  birisinə  zahirən  İslamına  görə  hökm 

olunur. Zahirən hökmü müsəlmandır. Axirətdə isə işi Allaha qalmışdır. Kitab, 

Sünnə  və  elm  əhlinin  görüşləri  də  buna  dəlil  təşkil  etməkdədir.  «Biz 

Peyğəmbər  göndərməmiş  əzab  vermərik».  (əl-İsra  15)».  “Sənin  Rəbbin 

şəhərlərdən  ən  mühüm  olanına,  özlərinə  ayələrimizi  oxuyan  bir  elçi 

göndərməmiş  o  şəhərləri  məhv  etmədi. Biz  yalnız  əhalisi  zalım olan  şəhərləri 

məhv  etdik”.  (əl-Qəsəs  59).  Biz  Peyğəmbərləri  müjdə  gətirən  və  əzabla 

qorxudan  kimi  göndərdik  ki,  daha  insanlar  üçün  Peyğəmbərlərdən  sonra 

Allaha qarşı  bir bəhanə  yeri qalmasın».  (ən-Nisa  163-165). “Allah bir  qövmü 

doğru  yola  yönəltdikdən  sonra  uzaqlaşmaları  zəruri  olan  şeylərdən  onları 

xəbərdar  etməyincə  onları  həmin  yoldan  azdırmaz.  Həqiqətən,  Allah  hər  şeyi 

bilir”.  (ət-Tövbə  115).  “Biz  hər  bir  elçini  ancaq  öz  xalqının  dilində  danışan 

göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də 

doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir”. (İbrahim 4). “Bu, Bizim nazil 

etdiyimiz  mübarək bir  Kitabdır.  Ona tabe olun və  Allahdan  qorxun  ki,  bəlkə 

sizə  rəhm  oluna.  Biz  bunu  ona  görə  nazil  etdik  ki,  siz:  "Kitab  yalnız  bizdən 

əvvəlki  iki  tayfaya  (yəhudilərə  və  xaçpərəstlərə)  nazil  edilmişdir.  Biz  isə 

onların  oxuduqlarından  xəbərsizik"–  deməyəsiniz.  və  ya:  "Əgər  bizə  Kitab 

nazil  edilsəydi, onlardan daha  çox doğru yolda olardıq"–  deməyəsiniz.  Artıq 

sizə  Rəbbinizdən  açıq-aydın  bir  dəlil,  doğru  yol  göstəricisi  və  mərhəmət 

                                                

369

 Şərhu Kəşfu Şubuhət.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə