[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə63/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   59   60   61   62   63   64   65   66   ...   258

 

128 


doğru yolda olandır! Bir kimsə dəlillərə əsasən ixtilafın (ziddiyətin) olduğunu, 

Muctəhid  dəlillərə  nəzər  saldıqda  onlar  arasında  ziddiyətin  olduğunu  və  ya 

sıravi  bir  müsəlmanın  alimlər  arasında  ixtilafın  olduğunu  gördüyü  halda 

(hökm)  verməkdə  dayanarsa  belə  bir  kimsə  haqq  üzərədir  və  bu  əsl İmandır. 

Allah:  Haqqında  məlumatın  olmadığı  bir  işin  dalınca  getmə.  Çünki  qulaq, 

göz  və  ürək  –  bunların  hamısı  sahibinin  əməlləri  barəsində  sorğu-sual 

olunacaqdır”.  (əl-İsra  36).  Əgər  bir  kimsə  küfr  hökmü  verdiyi  məsələ 

barəsində dəlilini bilmədiyi halda hökm verərəsə haqqında məlumatı olmadığı 

şey barəsində elmsiz danışmışdır. Eynilə dəlilini bildiyi halda küfr etmədiyni 

söyləyərsə  haqqında  məlumatı  olmadığı  şey  barəsində  elmsiz  danışmış  olar. 

Lakin  ixtilaf  olan  məsələdə  hökm  necə  olmalıdır?  (bir  kimsə  necə  hərəkət 

etməlidir?). Həmin müsəlmanın islamna hökm verilir, yoxsa onun küfrünə? Bu 

çox təhlükəli sualdır? Bir kimsəyə kafir demək yüngül bir məslə deyil. Bu hər 

hansısa  bir  sözü  dillə  söyləmək  deyildir.  Bu  hökmün  ardıyca  bir  çox 

məsələlərin durmasıdır. Əgər sən onun küfrü barəsində hökm verdinsə deməli 

onu qanının, malının halal olmasına, qadınının ona haram olmasına, əgər belə 

bir kimsə Əmirdirsə ona itaətin vacib olmamasına və s. digər Riddə əhlinə olan 

əhkamlar tətbiq edilir. Belədə ki, sən kimsən Allahın hökm vermədiyi bir qulu 

barəsində  -  Kafirdir  hökmünü  verirsən?  Sən  kimsən  axı?  Allahın  halal  etdiyi 

bir  şey  barəsində  kimsə  -  bu  haramdır  deyə  bilərmi?  Belə  bir  kimsə  Allaha 

qarşı  yalan  danışmışdır.  Bu  küfrdü,  bu  küfr  deyil?  Filankəs  kafirdir,  lakin 

Allahın dərgahında o kafir deyildir? Axı sən kimsən? Dəlil olmadan insanları 

küfrdə  ittiham  etmək  Xəvariclərin  məzhəbidir.  Onlar  barəsində  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurmuşdu:  “Oxuduqları  Quran  boğazlarından 

aşağı  enməz,  onlar  dindən  oxun  yaydan  çıxdığı  kimi  çıxmışlar  və  onların 

öldürlüməsində  böyük  mükafat  vardır”.  Çox  təhlükəli  bir  məsələdir.  İlk 

növbədə insan Allahdan qorxmalıdır, əlində açıq-aydın dəlil olmadan insanları 

küfrdə ittiham etməməlidir. Təkfirin şərtləri cəm olmadıqca bunu etməməlidir. 

O ki, qaldı: Kafir, kafir, kafir – deyənlərə bu Xəvariclərin məzhəbidir. O kəslər 

ki,  Əli  və Muaviyəyə  - radıyallahu anhum - qarşı  çıxmışlar.  Allaha  həmd  olsun 

ki, Əli onları məhv etdi. Allaha dua edirəm ki, bizləri haqq yola yönəltsin, razı 

qaldığı  v  sevdiyi  şeylərə.  Bizləri  Onun  sərhədlərini  və  əmrlərini  aşmamağa 

yönəltsin”

385

.  Şeyx  Useymin  – rahmətullahi aleyhi  – deyir  ki:  “Ola  bilər  ki,  şirk 



edən bir kimsəyə etdiyi əməlinin şirk olması və qadağan olması çatsın, lakin o 

deyir: “Mən öz atamı və şeyxlərimi belə edən görmüşəm və onlar bunu bizlərə 

qadağan  etməzdilər?”.  Belə  bir  kimsə  laqeyd  münasibət  göstərir.  Lakin  onu 

heç kəs başa salmamışsa İslamına hökm olunur. Namaz qılır, Oruc tutur, Həcc 

edir,  lakin  bunlarla  bərabər  onda  bu  xəstəlik  (şirk)  vardır  və  etiqad  edir  ki, 

                                                

385

 “Liqau Bəbul Məftuh” 31/163.  




 

129 


bunda  problem  yoxdur.  Onun  küfrünə  hökm  verilmir.  Sual:  “Əhli  Sünnə 

alimlərinin  sözləri  və  bu  barədə  olan  kitablar  kifayət  deyilmi  ona  hücətin 

çatmasına?”.  Cavab:  “Bəli  (kifayətir),  lakin  sadəlövh  insanlar  vardır  ki,  bu 

barədə  heç  nə  bilmirlər  və heç  nə oxumurlar”

386

.  Şeyx  Useymin  – rahmətullahi 



aleyhi – deyir ki: “Şəriətin bir məsələ barəsində hökmünü bilmədiyi halda onu 

örənməyi  tərk  edən  kimsə  üzrlü  sayılırmı  yoxa yox?”. Cavab:  “Ola  bilr  üzrlü 

sayılsın,  ola  bilər  ki,  üzrlü  sayılmasın?  Fərz  etsək  ki,  belə  bir  kimsə  küfrün 

yayıldığı bir cəmiyyətdə yaşayır və o yerdə olan alimlər bundan çəkindirmir-

lərsə  və  ya  öz  alimləri  bunun  küfr  olduğunu  söyləmirlərsə,  necə  ki,  bir  çox 

sadəlövh, qəbirpərəstlərin halıdır, belə kimsələr üzrlüdürlər çünki şirkin açıq-

aydın  yayıldığı  və  şirk  olduğunu  bilmədikləri  bir  ölkədə  yaşadıqları  üçün. 

Lakin  haqqın  yayıydığı  bir  ölkədə  yaşayarsa  və  şirkin  nə  olduğu  açıqlanırsa, 

bundan  sonra  belə  bir  kimsə  desə  ki: Mən öz şeyximin  dedikləri  ilə gedirəm, 

heç kəsi qəbul etmirəm – belə bir kimsə üzrlü deyildir”

387

. Şeyx – rahmətullahi 



aleyhi  –  deyir  ki:  “Tövhidin  yayıldığı  və  əmin-amanlığın  olduğu  bir  diyarda 

yaşayaraq  cahilliyini  irəli  sürsə  belə  kimsə  yalançıdır”.  Həmçinin  Şeyx  – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  “Zahiri  küfrün  olmadığı,  Tövhidin  açıq-aydın 

yayıldığı  İslam  ölkələrindən  birində  müsəlmanların  içərisində  yaşayarsa  belə 

bir kimsə üzrlü sayılmaz, çümki onun şirk etməsinə heç bir səbəb yoxdur”

388


Şeyx  Useymindən  –  rahmətullahi  aleyhi  –  soruşurlar:  “Əgər  kafir  İslamı  qəbul 

edirsə  və sonra  cahilliyi  üzündən İslamdan  çıxaran  bir  əməli  edirsə  bu halda 

nə  etməlidir?  İslamını  yenidən  təzələməlidirmi?”.  Cavab:  “Onunla  ən  gözəl 

tərzdə  rəftar  edilməlidir  və  etdiyi  əməlin İslam dairəsində  çıxardığı ona  başa 

salınmalıdır.  Cahilliyi  üzündən  etdiyi  üçün  İslamının  təzələməsinə  ehtiyac 

yoxdur.  Allah  buyurdu:  «Biz  Peyğəmbər  göndərməmiş  (heç  bir  ümmətə)  əzab 

vermərik» (əl-İsra 15). “Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə 

ayələrimizi  oxuyan  bir  elçi  göndərməmiş  o  şəhərləri  məhv  etmədi.  Biz  yalnız 

əhalisi  zalım  olan  şəhərləri  məhv  etdik”.  (əl-Qəsəs  59).  Bilməyən  cahil 

günahkar sayılmaz, çünki o günah etməyə cəhd etməmişdir, ələxüsus İslamda 

yenidirsə”

389


.  

Şeyx  AbdulMuhsin  əl-Abbaddan  –  hafizahullah  -  soruşurlar:  “Allah  sizi 

qorusun! Dünən cahilliyin üzr olması məsələsi qeyd olunmuşdu. Cahilliyi üzr 

görən  kimsələr  ircia  (murciəlik)  ilə  vəsf  oluna  bilərlərmi?”.  Şeyx:  İndiki 

dövrümüzdə cahiliyin üzr olması məsələsi ilə məşğul olmaq geniş yayılmışdır. 

Bəzi kimsələr bununla özlərini məşğul edirlər və bu məsələdə çoxları cahillik 

edirlər,  yəni  bu  məsələ  ilə  məşğul  olanların  çoxunun  özləri  cahildirlər  və 

                                                

386

 “Şərh Nuniyyə” 



2/211, 

kasset 53, 36-cı dəqiqə. Şeyxin İnternet Saytında var.  

387

 “Şərh Mumti” 11/273,274.  



388

 “Liqau Bəbul Məftuh” 10/43, 51.  

389

 “əl-İcabat Ala-Asiləti əl-Caliyat” 1/32-33.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə