[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə65/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   61   62   63   64   65   66   67   68   ...   258

 

132 


Peyğəmbərləri alçaltmaq küfrdür. İsanı - əleyhissəlam - alçaldanlar küfr ediblər. 

Küfrü  küfr  ilə  qarşılamaq  olmaz.  Allaha  qorusun.  Bu  icazəli  deyildir.  Amma 

bunu  edənlərə  kafir  hökmünün  verilməsinə  gəlincə  biz  bilmirik  onlar  bəlkə 

cahildirlər,  yaxud  yozumlu  düşünürlər  və s.  Yəni onlar cahildirlər  və cahillik 

üzr  sayilir.  Onların  hökmünü  deyə  bilmərik,  dayanırıq.  Amma  bu  əməl  pis 

əməldir,  etmək  olmaz.  Bu  Peyğəmbərləri  bir-birindən  ayırmaqdır.  Uca  Allah 

möminlərin  dilində  belə  buyurur:  "Onlardan  heç  birini  digərindən 

ayırmırıq...."  (əl-Bəqərə:  136.  )  Biz  həm  İsaya,  həm  də  bütün  peyğəmbərlərə 

hörmət  edirik.  Etiqad  edirik  ki,  kim  onlardan  birini  alçaldarsa  o  kafirdir. 

Amma  müəyyən  insana  cahillik  və  digər  bilinməyən  səbəblərə  görə  kafir 

hökmü verə bilmərik”. 

Şeyx  əs-Suheymi  –  hafizahullah  -  bu  fətvanın  əvvəlində  Fatimilər 

dövlətindən  danışır.  Onların  yaranmasından  və  necə  yayılmasından  danışır. 

Uzun  müddət  hakimiyyətdə  olmalarına  rəğmən  şirk  və  küfrü  yayırdılar. 

Qəbirlərin  üzərində  Qübbələr,  ziyarətgahlar  tikməyi  onlar  əmr  etmişlər. 

Cahiliyə  bayramları  və  mövlidlərin  qeyd  olunmasına  şərait  yaratmışlar. 

Bundan  sonra  insanlar  qəbirləri  ziyarət  edir,  salehlərin  qəbirləri  üzərində 

Ziyarətgahlar  tikməyə  başladılar.  Artıq  ölülərdən,  qəbr  sahiblərindən  kömək 

istənilməyə,  qəbir  sahiblərinə  qurbanlar  kəsiləməyə  və  nəzir  verməyə 

başladılar. Hətta şirk və küfr elə bir yerə çatmışdır ki, onlardan biri: “Məni və 

məni  görəni  görən  Cənnətə  girər”  deyərdi.  Və  ya:  “Əgər  səni  qəm-qüssə 

basarsa  məni  çağır  səni  bu  bəladan  xilas  edərəm”  deyərdilər.  Şirk  və  Küfrə 

dəvət edən kitablar da yazılmışdır. Bu kitablardan özündə şirk və küfrü əhatə 

edən  “Kəşf  əl-Əsrar”  əsəridir.  Firon  və  Əbu  Cəhlin  şirkindən  də  betər  şirki 

özündə əhatə edir. Subhənəllah! Görün nə yazır: “Həqiqətən Xristian Cənnətə 

daxil  olmuşdur”.  Sizcə  hansı  səbəbə  görə?  Çünki  o,  Sufi  təriqətində  olan  bir 

qadınla  zina  etmişdir.  Ona  görə  Cənnətə  daxil  olacaq.  Zinaya  görə  yox,  zina 

etdiyi  qadın  Sufi  təriqətindən  olduğu  üçün.  Onların  Şeyxlərindən  biri  deyir: 

“İndi  şeyx  qəbirdə  ölən  kimsə  ilə  sorğu  suala  gələn  Munkər  və  Nəkir 

mələklərinin  arasında  dayanıb  onun  yerinə  suallara  cavab  verir”.  Küfrün 

dərəcəsinə  baxın.  O  ki,  qaldı  bu  cür  tağut  Şeyxlərin  ardıyca  gedən,  onların 

sözlərini  dinləyən,  əməl  edən  cahil  təqlidçi  kimsələrə  onların  üzrlü  olması 

barəsində  Sələf  alimləri  ixtilaf  etmişlər.  Onlardan  eləsi  olmuşdur  ki,  cahilliyi 

üzrlü görmüş, eləsi də var ki, cahilliyi üzr görməmişdir. Çünki kim Quran və 

Sünnəni  oxuyursa  ona  hüccət  çatmışdır.  Lakin  bəzi  alimlər  ehtiyat  edərək 

demişlər:  Quran  və  Sünnə  açıqlanmasına  (şərh)  olunmasına  ehtiyac  vardır. 

Əgər Quran və Sünnəni ona şərh edəcək bir kimsə olmazsa bu zaman o, üzrlü 

sayılırmı yoxsa sayılmırmı? Bəzi alimlər üzrlü saymış, bəziləri isə çəkinmişlər. 

Lakin  sizlər  bir-birinizi  imtahan  etməyəsiniz  deyə  mənim  bu  məsələ ilə  bağlı 




 

133 


nəsihətim vardır. Buraxın bu məsələni böyük alimlərin öhdəliyinə. Hər birinin 

bu  məsələdə  öz  dəlili  vardır.  O  ki,  qaldı  mənə  mən  bu  məsələdə  cahilliyin 

üzrlü olması görüşündəyəm. Lakin bununla mən əks rəydə olan qardaşlarımın 

və şeyxlərin görüşlərini də inkar etmirəm. Bu məsələdə bir-birinizlə mübahisə 

etməyin,  öz  yerini  bilən  müsəlmana  Allah  rəhm  etsin!...  Bu  məsələdə  bizim 

Sələflər ixtilaf etmiş, lakin bir-biriləri ilə mübahisə etməmişlər. Biz bu məsələni 

əməlləri  ilə  birlikdə  Allaha  buraxırıq,  mən  burada  haqqı  bilməkdə  aciz 

olanlardan  danışıram.  O  ki,  qaldı  Tağutlara  (bu  məzhəb  və  təriqətləri 

başçılarına)  heç  şübhə  yoxdur  ki,  onlar  kafir  və  müşrikdirlər.  İndi  isə  digər 

məsələyə  keçək.  Bəzi  insanlar  alimlərin  sözlərilə  kifayətlənmirlər.  Onlar 

Mutəallim (özlərini alim sayanlardır). Fətva verirlər ki, müsəlman ölkələrində 

kəsilən  heyvanların  ətlərini  yalnız  onu  kəsənin  qəbirlərə  ibdən  edənlərdən 

olmadığı məlum olduqdan sonra yeyilə bilər. Əvvəllər heyvan kəsənləri bu cür 

imtahan  etmirdilər.  Bu  xətadır,  elm  tələb  edənə  belə  şeyləri  söyləmək 

yaraşmaz.  Heç  bir  sələf  alimi  (heyvan  kəsən)  kimsə  üçün  belə  bir  imtahan 

təyin etməmişdir, müsəlman bir kimsədə əsl onun təmizliyidir. Məs: Mərakeş, 

Türkiyə, Suriyə və ya Misirdən ət məhsulları gətrilir. Mən bilirəm ki, bu ölkədə 

qəbirlərə ibadət  edən  müsəlmanlar  vardır. Məgər  biz  bu  ət  məhsullarını Çin, 

Fransa,  İngiltərədən  gətrilən  ət  məhsulları  ilə  müqayisə  edə  bilərikmi?  Əslən 

isə Kitab əhlinin kəsdiyi heyvanların ətləri bizim üçün halaldır, əgər özüm (heç 

bir  vasitə  olmadan)  bilsəm  ki,  heyvan  kəsilməyib,  başqa  yolla  kəsilib  və  ya 

onun  üzərində  İsanın  - əleyhissəlam -,  Allahdan  qeyrisinin  adı  zikr  olunub  bu 

zaman  yemək  olmaz.  Çin,  Vietnam,  Kareya  kimi  ölkələrdən  gətrilən  ət 

məhsulları  bütpərəst  olduqları  üçün  istifadə  etmək  olmaz.  Kitab  əhli  olan 

ölkələrdən  gətrilən  ət  məhsullarının  necə  kəsildiyini  bilmədiyimiz  təqdirdə 

(yəqin olmadığımız müddətdə) onların yeyilməsində heç bir problem yoxdur. 



“Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, 

sizin  yeməkləriniz  də  onlara  halaldır….”.  (əl-Maidə  5).  O  ki,  qaldı 

müsəlmanlar tərəfindən kəsilmiş Mərakeş, Sudan, Türkiyə, Suriyə, Pakistan və 

s  –  mən  isə  yəqin  bilirəm  ki,  bu  ölkələrdə  qəbirlərə  ibadət  edilir,  Allahdan 

qeyrisinə  ibadət  edilir,  bununla  bərabər  ey  mənim  qardaşlarım  müsəlmanda 

əsl olan onun təmizliyidir. Əgər sənin müsəlman qardaşın qarşına ət qoyubsa 

onun  haradan  kəlməsini  (necə  kəsilməsini)  soruşmağa  ehtiyac  yoxdur.  Bir 

Sələf  göstərə  bilərsinizmi  belə  davransın?  Heç  vaxt  belə  olmayıb.  Ət 

məhsullarında  3  hal  vardır:  1.  Əsli  müşrik  olanlar  tərəfindən  kəsilmiş  ət 

məhsulları. Çin, Vietnam və s. Bu haramdır. 2. Kitab əhlinin kəsdiyi heyvanlar. 

Bu ət məhsulları halaldır, əksi sübut olunana qədər. 3. Müsəlmanlar tərəfində 

kəsilmiş  ət  məhsulları.  Əsli  halaldır.  Bu  cür  fətvaları  verənlər  tövbə 

etməlidirlər.  Çünki  onlar  bu  məsələləri  qaldırmaqla  müsəlmanlar  arasında 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə