[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə64/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   60   61   62   63   64   65   66   67   ...   258

 

130 


xəbərləri  yoxdur.  Beləcə  boş-boş  danışaraq  "Filankəs  belə  dedi,  bəhmənkəs 

belə  dedi"  deməklə  özlərini  məşğul  edirlər.  Əksinə,  insan  elm  ilə  məşğul 

olmalıdır  və  nəfsini  belə  məsələlər  ilə  məşğul  etməməlidir,yəni  insanların 

arasında  bunu  yaymaq  ki,  o  belə  dedi,  bu  elə  dedi.Gərək  insan  ona  xeyir 

gətirəcək  şey  ilə  məşğul  olsun,  yoxsa  insanların  bu  məsələ  (cahilliyin  üzrlü 

olub olmaması) ilə məşğul olması və bu səbəbdən dolayı insanların bəzilərinin 

bəzilərə  dedikləri  sözlərə  gəlincə  isə,  bu  lazım  deyil”.  Sual:  “Bəziləri  bu 

məsələdə  icma  olduğunu  nəql  edirlər.  Bu  doğrudur?”.  Şeyx:  “Bu  məsələdə 



İcma olduğunu bilmirəm, xəbərim yoxdur”.  

Şeyx Fovzandan – hafizahullah - soruşurlar: “İslamı pozan əməllərdən birini 

edən kimsə cahilliyinə görə üzrlü sayılırmı?”. Cavab: “Cahillik fərqlidir. Əgər 

o,  öyənmək  iqtidarında  olmayan  cahildirsə,  onu  öyrədən  bir  kimsə  tapılana 

qədər  cahilliyinə  görə  üzrlüdür.  Həmçinin  müsəlmanların  diyarlarından 

kənarda  yaşayan,  ətrafda  kafirlərin  çox  olduğu  bir  yerlərdə  öyrənmək  üçün 

imkanlar  olmadığı  halda  belə  bir  kimsə  üzrlüdür.  Lakin  müsəlman 

diyarlarında  yaşayan,  müsəlmanların  arasında  yaşayan,  Quranı  eşidən,  hədis 

və alimlərin sözlərini dinləyən kimsə cahilliyinə görə üzrlü ola bilməz. Çünki 

ona dəlil çatmışdır”

390

. Allah xatirinə deyin? Məgər bizim məmləkətdə alimlər 



var,  və  ya  Quran  və  hədislər  radio  və  Tv  vasitəsilə  yayımlanır?  Həmçinin 

Şeyxdən – hafizahullah - soruşurlar: “İslamı pozan əməllərdən edən bir kimsəni 

küfrdə  (bu  əməli)  görən  və  bilən  istənilən  bir  müsəlman  ittiham  edə  bilər 

yoxsa  bunun  üçün  yalnız  alim  olmalıdır?”.  Cavab:  “İslamı  pozan  əməllərdən 

edən  bir  kimsənin  halı  öyrənilməlidir.  Ola  bilər  ki,  bunu  cahilliyindən  və 

məcburiyyədən  etsin.  Lakin  aydın  olsa  ki,  onun  heç  bir  üzrü  yoxdur  və  bu 

əməli  cahilliyindən  dolayı  etmir  bu  zaman  hökm  ondan  zahir  olunana  görə 

verilir”


391

.

 



Başqa  yerdə:  Alimlər  deyirlər:  “Müəyyən  şəxs  küfrə  düşərsə  onun 

təkfir edilməsi ancaq şərtlərin mövcud olması, maneələrin aradan götürülməsi 

və  hüccətin  qalxmasından  sonra  mümkündür.  Bu  deyilənlər  doğrudurmu?”. 

Cavab:  “Bəli,  doğrudur.  Lakin  hüccətin  qalxması,  insanın  anlayacağı  surətdə 

Quranın  ona  çatmasıya  hasil  olur”.  Bir  kimsəyə  çatdırılan  Dəlil  (burhan, 

hüccət) onun qəlbində (sinəsində) olan şübhələri üstələməlidir (aşmalıdır)”

392



Sual: “Küfrlə vəsf etməklə hər hansısa bir insanın kafir olmasını söyləmək və 



ya onun kafir olmasına etiqad etmək arasında bir fərq vardırmı?”. Şeyx Fovzan 

–  hafizahullah  –  deyir  ki:  “Allahdan  qeyrisinə  dua  etmək,  qurban  kəsmək, 

(Ondan  qeyrisindən)  kömək  istəmək,  dini  məsxərəyə  qoymaq,  (dini)  söymək 

kimi əməllər  -  alimlərin  yekdil  rəyinə əsasən  heç  bir  şəkksiz  -  küfrdür.  Lakin 

                                                

390

 “Navaqidul İslam” kasset 1, 01:06:00 dəqiqə, səh: 33.  



391

 “Navaqidul İslam” kasset 1, 01:16:56 dəqiqə.  

392

 “Navaqidul İslam” səh: 32-33. 



 


 

131 


bu  cür  əməlləri  edən  fərdi  insana  gəldikdə  isə  baxmaq  lazimdir,  əgər  o 

cahildirsə,  və  ya  təvil  edibsə,  və  ya  təqlid  edibsə,  ona  izah  edənə  qədər  küfr 

hökmü  verilmir!  Çünki  onun  bu  haqda  bir  şübhəsi  və  ya  Cahilliyi  ola  bilər. 

Hüccət qaldırmadan ona  Küfr  Hökmü  Verməyə  Tələsmək  Olmaz.  Ona  hüccət 

çatdıqdan sonra isə yenə də davam edərsə, bundan sonra onun küfrünə hökm 

verilər. Çünki bundan sonra (ona hüccət çatdırıldıqdan sonra) artıq onun üzrü 

qalmamışdır”

393


.  Sual:  “Möhtərəm  Şeyx  sualda  deyilir  ki,  bir  nəfərə  Quran və 

Sünnədən olan dəlillər ilə Uca Allahın Ərşə istiva etməsini izah etdim. O isə öz 

zəlalətində  qalmağa  davam  etdi.  Buna  görə,  yəni  Allaha  yalan  nisbət  edib, 

iftira atdığı üçün həmin kəs təkfir edilirmi?”. Şeyx Fovzan – hafizahullah – deyir 

ki: “Nə üçün sən bunu mühüm sayırsan? Ona bu məsələni təkrar olaraq bəyan 

etmək  lazımdır.  Əgər  qəbul  etsə,  Əlhəmdulilləh.  Əgər  qəbul  etməzsə, 

üzərindən  hüccət  qaldırılar.  Lakin  onu  təkfir  etmək  və  ya  təkfir  etməmək 

sənlik deyildir!”. Sual: “Möhtərəm Şeyx, Əşarilər - hansı ki, Allahın "əl-Uluv" 

(Ucalıq)  sifətini  isbat  etmirlər  (inkar  edirlər).  Onların  hökmü  nədir?  Onlar 

təkfir  edilirlərmi?”.  Şeyx  Fovzan  –  hafizahullah  –  deyir  ki:  “Onlarla  "inkar 

edənlərin"  və  ya  "bəzilərini  qəbul  edib,  bəzilərini  inkar  edənlərin"  hökmü  ilə 

hökm  edilir!  Siz  sanki  təkfir  etməyə  hərissiniz!  Bu  kimi  şeyləri  tərk  edin. 

Sadəcə  sələfin  söylədiyini  deyin!  Bu  sizə  kifayətdir!”.  Şeyx  Fovzan  – 

hafizahullah  –  deyir  ki:  “Alimlər  qəbiri  təvaf  edən  kəsi  birbaşa  təkfir  etmir! 

Əksinə, burada təfsilata varır və deyirlər: "Əgər bu əməli Allaha yaxınlıq qəsdi 

ilə  edirsə  və  qəbiri  təvaf  etməyi  caiz  görürsə,  bu  kəs  azmışdır,  Lakin  Kafir 

Deyil, Kafir Deyil, Xətakardir!". Möhtərəm şeyx Allah sizi müvəffəq etsin. Bu 

həftə  Azərbaycanda  qəzetlərdən  biri  İsa  -  əleyhissəlam  -  və  anası  Məryəmi  



əleyhissəlam - çox iyrənc təsvirlərlə təsvir etmişlər. Onlar bunu bəzi Danimarka 

qəzetlərinin  Peyğəmbərimiz  Muhəmmədə  -  sallallahu  aleyhi  və  səlləm  –

 

qarşı 


etdiklərinə  cavab  olaraq  ediblər.  İsa  və  anasına  qarşı  bu  addımı  atanlar 

bununla kafir olurlarmı? İslam dinindən mürtəd olurlarmı? Onu da deyim ki, 

bunu edənlər özlərini İslama nisbət edirlər”. Şeyx Fovzan – hafizahullah – deyir 

ki:  “Heç  şübhə  yoxdur  ki,  cahillik  insanı  bundan  da  pis  işlərə  aparır.  Bu 

cahillikdir. Allaha sığınırıq. İsa Məsihin - əleyhissəlam - günahı nədir?! Anasının 

günahı  nədir?!  Allah  onlardan  razı  olsun.  Biz  bütün  peyğəmbərlərə  iman 

gətirir  və  hamısına  hörmətlə  yanaşırıq.  Hətta  bütün  ümmətlərdən  olan 

möminlərə  hörmətlə  yanaşırıq.  Biz  mömin  qardaşlarımız  üçün  Allahdan 

bağışlanma  diləyirik.  "Ey  Rəbbimiz  bizi  və  bizdən  öncə  yaşamış  iman  sahibi 

qardaşlarımızı  bağışla."  (əl-Həşr:  10).  Biz  möminləri  hansı  nəsildən,  hansı 

əsrdə yaşamasından asılı olmayaraq: Adəmdən Qiyamətə qədər - dost tuturuq, 

onlar  bizim  qardaşlarımızdır.  Biz  onlara  rəhmət  oxuyur,  onları  alçaltmırıq. 

                                                

393

 

"ər-Risalətud-Dəlail fi hukmi muvaləti əhlil-işrak!" kitabının şərhi, səh. 212. 



 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə