[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə66/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   62   63   64   65   66   67   68   69   ...   258

 

134 


fitnə  salırlar.  Belə  məsələlərdə  böyük  alimlərə  qayıdmaq  lazımdır,  bu  fətva 

verənlərə yox”

394

.  


Şeyx Muhəmməd  əl-Əqil  – hafizahullah - “Uzr  Bil  Cahl”  kitabında  deyir  ki: 

“Mən  deyirəm  ki,  bu  məsələləri  Əhli  Sünnə  arasında  ayrılıq  salmaq  üçün 

istifadə edirlər. Ondan başqa İlah olmayan Allaha and olsun “Cahilliyin üzrlü 

olması”,  “Əməllər  İmanın  kamilliyi  üçündür”,  “Əməllər  İmanın  Sıhhəti 

üçündür”  və  s.  məsələlər  Sələfləri  bir-birinə  vurmaq  üçün  ortaya  atılmışdır. 

Əslən  onlar  buna  nail  olmuşlar,  onlar  Sələflərin  arasını  elə  bir  tərzdə 

vurmuşlar ki, artıq bir-birilərini bidətdə və küfrdə ittihama gətirmişdir”

395


.  

Şeyx  Rabil  əl-Mədxəli  –  hafizahullah  -  “Cahilliyin  üzrlü  olması”  barəsində 

deyir:  “Cahilliyin üzrlü olub  və ya  Üzrlü olmaması  məsələsini ortaya  atıb  bu 

barədə mübahisələr edənlər fitnə əhlidir. Onlar Sələfi dəvətini dağıtmaq üçün 

müsəlmanları  bir  birilə  düşmən  edirlər.  Mədinədə  olduğum  zaman  mənə  əs-

Səid adlı biri zəng etdi. Həmən adam indi ər-Riyad şəhərində məşhurdur. O, 

dedi: “Taif şəhərində 50 yaxın cavanlar varır ki, Şeyx əl-Albanini – rahmətullahi 

aleyhi – təkfir edirlər. Nə üçün? Çünki Şeyx qəbirlərə ibadət edən müsəlmanları 

cahillikləri  üzündən  təkfir  etməmişdir”.  Şeyx  Rabi:  “Yaxşı,  onlar  İbn 

Teymiyyə,  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  və  digər  sələfləri  də  təkfir 

edirlərmi? Çünki onlar da cahilliyi üzr görərdilər və onların bunu söyləməkdə 

dəlilləri vardır! Mən yaşlı bir Şeyx tanıyırdım, Cahilliyi üzrlü görmürdü. Buna 

baxmayaraq bu barədə mübahisə etməz, fitnə salmaz və əks rəydə olanları da 

zəlalətlə  ittiham  etməzdi.  Biz  onunla  40  il  dostluq  etmişdik.  Bu  yaxında  o, 

dünyasını  dəyişdi.  Bir  dəfə  biz  məclislərin  birində  oturmuşduq.  Orada  bir 

nəfər vardı ki, cahilliyi üzr görmürdü. Mən ona dəlillər gətirdim və xatırlatdım 

ki,  Nəcd  alimləri  içərisində  cahilliyi  üzrlü  görənlərdə  vardı,  cahlliyi  üzrlü 

görməyənlərdə. Lakin bununla belə onlar arasında daima qardaşlıq olmuşdur. 

Mübahisə və fitnəkarlıqdan uzaq olmuşlar. Bu sözlərdən sonra o, kimsə susdu, 

fitnə  salmadı.  Biz  bilirik  ki,  Nəcd  alimləri  arasında  bu  məsələdə  ixtilaf 

olmuşdur, lakin onlar bir-birilə heç vaxt buna görə düşmənçilik etməmişlər. Bu 

yol  Həddadilərin  yoludur”.  Sonra  Şeyx  Rabi  sözünə  davam  edərək  deyir: 

“Doğru  mənhəc  bu  məsələdə  -  hüccətin  çatdırılmasıdır.  Əgər  kimsə  bunu 

doğru  görməzsə  qoy  sussun  və  digər  rəydə  olan  qardaşlarına  hörmət  edib 

onları  ittiham  etməsin.  Çünki  onların  da  dəlilləri  Quran  və  Sünnədir.  Əgər 

kimsə  (cahilliyin  üzrlü  olmasını)  söyləyənləri  təkfir  etmək  istəyirsə  onda 

Sələfləri  təkfir  etsin,  təkfir  etsin  İbn  Teymiyyəni  – rahmətullahi  aleyhi  –,  təkfir 

etsin  Muhəmməd  İbn  AbdulVahhabı  – rahmətullahi aleyhi – hansı  ki,  deyərdi: 

                                                

394

 http://www.islamup.com/download.php?id=150904 12-ci dəqiqə.  



395

 http://www.sahab.net/forums/index.php?a ... ach_id=699 

 



 

135 


“Biz  Əhməd  Bədəvinin  qəbrinə  ibadət  edənlər  cahilliklərində  dolayı  təkfir 

etmirik”


396

.  


Şeyx  Abdullah  əl-Buxaridən  –  hafizahullah  -  soruşurlar:  “Möhtərəm  Şeyx 

“Cahillik  üzrlüdür”  məsələsini şişirdərək  gündəmə  gətirən  Tunis cavanlarına 

nəsihətiniz nə olar? Bununla onlar Əhli Sünnə arasında ayrılıq edirlər”. Cavab: 

“Bu problem tək Tunisdə deyil, digər ölkələrdə də baş qaldırmışdır. Əzizim bil 

ki, alimlər artıq böyük şirkin və kiçik şirkin nə olduğunu kitab və dərslərində 

açıqlamışlar. Yəni, alimlər böyük şirk üçün – bu böyük şirkdir, kiçik şirk üçün 

–  bu  kiçik  şirkdir  demişlər.  Onlar  bu  məsələdə  ixtilaf  etməyiblər.  Lakin  bəzi 

Əhli  Sünnə  alimləri  arasında  ixtilaf  olmuşdur,  mən  bidət  əhlini  nəzərdə 

tutmurama  hansıki,  ümmətləri  təkfir  edirlər?  Lakin  bəzi  Əhli  Sünnə  alimləri 

arasında  “Cahilliyin  üzr”  olub  olmaması  barəsində  ixtilaf  olmuşdur.  Onlar 

əməlin  (sözün)  şirk  olub  olmamasında  ixtilaf  etməmyiblər.  Diqqətli  olun!  Bu 

çox incə bir məsələdir. Heç bir ixtilaf yoxdur ki: Təvaf, ölüyə dua etmək böyük 

şirkdir.  Bunda  hamı  ittifaq  edib:  Cahilliyi  üzr  görəndə,  görməyəndə.  Hamı 

ittifaq edib ki, bu şirkdir. İxtilaf belə bir kimsəyə hökm verilir yoxsa üzrlüdür 

ona bu izah olunana qədər? Onda bu mübahisələr nə üçündür? Hər iki rəydə 

Əhli  Sünnənin  rəyidir.  Lakin araşdırmalar onu  göstərir  ki,  cahillik  üzrdü.  Bu 

zaman  insanları  ittiham  etmək  nəyə  lazımdır?  Onlar  istəyirlər  ki,  sən  onların 

dediyini  deyəsən,  öz  bildiyini  yox?  Bir  gün  yanıma  Qafqazdan  olan  bir  gənc 

gəlmişdir.  Bu  barədə  sizə  danışmışam.  İnsanları  təkfirdə,  şirkdə,  küfrdə 

ittiham  etməklə  aşıb-daşırdı.  Mənim  suallarıma  cavab  ver.  Doğru  yolla 

gedirsən? Bəli, necə bəyəm? Nə vaxtdır Allah səni bu mənhəcə yönəldib? Dörd 

il  olar  –  dedi.  Özünün  23-25  yaşı  olardı.  Yaxşı,  Allah  sənə  dörd  ildir  hidayət 

verib,  bəs  bu  illərdən  öncə  nə  idin?  Kafir  yoxsa  müsəlman?  Yazıq  susdu  və 

cavab  vermədi.  Öz  valideynlərin  barəsində  nə  düşünürsən?  Susdu,  onların 

İslamına  yəqin  deyildi.  “....Haqdan  sonra  zəlalətdən  başqa  nə  ola  bilər?...”. 

(Yunus  32).  Əvəllər  Sovet  İttifaqının  nəzdnində  olan  kommunist  ölkələrində 

insanları:  “Mən  müsəlmanam!”  dediyinə  görə  öldürərdilər.  Bir  sözünə  görə: 

Mən  müsəlmanam!”  dediyi  üçün  öldürərdilər.  Ola  bilər  ki,  belə  insan  İslam 

barəsində  onun  adından  başqa  heç  bir  şey  bilmirdi.  Lakin  o,  kimsə  öz 

İslamından  ölənə  kimi  yapışardı.  İndi  isə  sən  gəlmisən  və  var  gücünlə 

çalışırsan ki, İslama görə öldürülən bir kimsəni İslam dairəsindən çıxardasan. 

Bu  nə  istəkdir,  məgər  vacib  bir  əmr  gəlib  kimisə  İslamdan  çıxarmağa,  yoxsa 

onu  doğruya  yönəltməyə?  İnsanları  islah  olmasına  çalışmaq,  yoxsa 

Cəhənnəmin dibinə sürükləmək? Məgə Peyğəmbərin – sallallahu aleyhi və səlləm 

– dəvəti  bu  olub?  Ey  oğlum!  Peyğəmbərin  – sallallahu aleyhi və səlləm – dəvəti 

İbn  Qeyyimin  –  rahmətullahi  aleyhi  -  dediyi  kimi  iki  hissədən  ibarətdir:  1) 

                                                

396


 “Məcmuul Kutubu Risələ və Fətəva Şeyx Rabi” 14/309-312.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə