126
qadağan olunduğunu bilirdi, lakin nə cəza gözlədiyini bilmirdi. İbn Qeyyim
-
rahmətullahi aleyhi – deyir ki: “Maiz cəzanın olduğunu bilmirdi, lakin bu
bilməməzik onu cəzadan xilas etmədi”
377
. Həmçinin Ramazan günörtası
qadağan olunduğunu bildiyi halda zövcəsilə yaxınlıq edən kimsə kimi? Ya
Rəsulullah! Mən məhv oldum! Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona
kəffarə verməsini əmr etdi və cahilliyinə görə onu üzrlü saymadı”
378
. Sonra
Şeyx deyir: “Əgər bir kimsə soruşsa ki: “Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – yanına gələn o, kişi cahil deyildimi?”. Cavab: “Çünki o, kişi Ramazan
ayında zövcə ilə yaxınlıq etməyin qadağan olmasını bilirdi? Ona görə də:
“Mən Məhv oldum!” dedi. Lakin Ramazan ayında yaxınlığa görə hansı
kəffarənin olmasını bilmirdi. Biz: “Cahillik üzrdü” – dediyimiz zaman
qadağan olunan əməlin aqibətini (kəffarə, cəza) nəzərdə tutmuruq, cahillik
üzrdü – dediyimiz zaman əməlin özünü nəzərdə tuturuq. İslam diyarında
yaşamadığı üçün, İslamı yeni qəbul etdiyi və (müsəlmanlardan) kənarda
yaşadığı üçün zinanın haram olduğunu bilməyən kimsə cahildir və cəzaya
layiq deyildir. Lakin zinanın haram olduğunu bilir, lakin daş-qalaq
olunduğunu, şallaxlandığını bilmirsə belə bir kimsə üzrlü deyildir və cəzaya
layiqdir. Cahillik üzrdü deyildiyi zaman - əməlin özü nəzərdə tutulr”
379
.
AbdulVahhabın – rahmətullahi aleyhi – nəvələri hesab edirdilər ki: “Şeyx
Abdullah və Şeyx Huseyn – rahmətullahi aleyhi – cahillik üzündən küfr və şirkə
düşən kimsə üzürlüdür” demişlər
380
. Şeyx AbdulLətif İbn AbdurRahman –
rahmətullahi aleyhi – deyir ki: “Həqiqətən (AbdulVahhab) dəlil ortaya
qoyulmadıqca bir kimsəni küfrdə ittiham etməmişdir. Həmçinin – Allah ona
rəhm etsin – cahil olan bir kimsəni təkfir etməz, hətta qəbirlərə ibadət edənləri
də əgər onlara bunun qadağan olunması bilməmişlərsə”
381
. Hətta Şeyx
Useymin
– rahmətullahi aleyhi – “Şərhu Kəşfu Şubuhə” Muhəmməd İbn
AbdulVahhabın – rahmətullahi aleyhi – “Cahilliyi Üzürlü” görməsini söyləyir
382
.
Şeyx Useymindən – rahmətullahi aleyhi – soruşurlar ki: “Allahdan qeyrisinə dua
etməyin şirk olmasını bilməyən kimsə barəsində sözünüz?”. Şeyx: “İnsanı kafir
edən belə bir haldan bir kimsənin xəbərdar olmaması eynilə insanın bilmədən
etdiyi halda fasiq olması məsələsilə eynidir. Fasiqliyi bilmədən edən kimsə
üzürlü olduğu kimi, küfrü də bilmədən edən kimsə üzürlüdür. Bunlar
arasında heç bir fərq yoxdur. Allah buyurdu: “Sənin Rəbbin şəhərlərdən ən
mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri
377
“Zədul Məad” 5/34.
378
İbn Həcər “Fəth” 4/207, Buxari 1834, Muslim 1111.
379
“Şərh Mumti” 6/417.
380
“Durarus Səniyyə” 10/136-137.
381
“Misbah əz-Zilam” 324.
382
Məkkədə verilən dərs və fətvalar 9-cu yazı, “A” üzü.
127
məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik”. (əl-Qəsəs
59). «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik» (əl-İsra 15).
“Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan
şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən,
Allah hər şeyi bilir”. (ət-Tövbə 115). Hansısa küfr əməli icazəli olduğunu
bilərək etdikləri üçün də üzürlü sayıla bilərlər. Lakin mütləqdir belə kimsələri
haqqa dəvət etmək. Bu zaman inadkarlıq göstərərlərsə inadkarlıq göstərdikləri
məsələdə onlara hökm çıxarmaq lazımdır. Əgər insan bilərsə ki, bu qadağandır
və şirkə aparır, lakin buna əhəmiyyət verməz və bunda təkəbbürlük göstərərsə
bu zaman cahilliyinə görə üzürlü sayılmaz”
383
. Şeyx Useymin – rahmətullahi
aleyhi – soruşurlar: “Cahilliyi üzr görənləri ircalığa aid edənlərin halı nədir?”.
Şeyx: “Cahilliyin bağışlanması (üzrlü olması) – ümumi olaraq (Quran və
Sünnə) ilə sabitdir. Heç bir kəs cahilliyin bağışlanmaması barəsində bir dənə
də belə dəlil gətirə bilməz. «Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab
vermərik» (əl-İsra 15). Biz Peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan
kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir
bəhanə yeri qalmasın». (ən-Nisa 163-165). Əgər cahillik üzrlü olmasaydı,
Peyğəmbərlərin göndərilməsində də fayda olmazdı... Cahilliyin üzrlü olması
Quran və Sünnə ilə sabitdir, bu barədə Əhli Sünnə imamları olan İbn
Teymiyyə, Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi – xəbər
vermişlər. Lakin bəzən insan Dini öyrənməkdə səhlənkarlıq edir, bununla da
günaha batmış olur. Onun üçün dini öyrənməkdə heç bir çətinlik olmadığı
halda, buna lazımı qədər əhəmiyyət vermir. Ona deyilir ki: “Bu qadağandır
(haram)!”. Lakin buna əhəmiyyət verməyərək edir və günah qazanır. Lakin ola
bilər ki, insan günahkar bir qövmün içərisində yaşasın və bu günahın qadağan
olunduğunu bilməsin. Ona şəriətin bu barədə olan hökmü çatmadı halda
Fasiqdir demək doğru deyildir. Ey mənim qardaşlarım! Biz hisslərimizə
qapanaraq insanları mühakimə etmirik, biz mühakiməni Şəriətin əsaslarına
görə edirik. Allah: “Rəhmətim qəzəbimi üstələmişdir”. Necə biz bir kimsəni
(əməl və ya sözün) qadağan olunduğunu bilmədiyi halda cahilliyindən dolayı
cəzalandıra bilərik? Əksinə Muhəmməd İbn AbdulVahhab – rahmətullahi aleyhi
– deyir ki: “Biz insanları AbdulQadir Ceylani və Əhməd Bədəvinin qəbrini büt
etdikləri üçün cahilliklərindən dolayı kafir saymırıq”
384
. Şeyx Useymindən –
rahmətullahi aleyhi – soruşurlar: “Küfr edən Cahil bir kimsəni təkfir etməkdə
dayanan barədə Şəriətin hökmü nədir? Nəzərə alsaq ki, onun küfrü barəsində
bəzi alimlər fətva vermiş bəziləri isə onu cahilliyindən dolayı üzrlü saymışlar.
Belə bir kimsə azmış sayılmazki?”. Şeyx: “Allahu Mustəan! Belə bir kimsə
383
“Məcmuul Fətava ər-Rəsail Kufr vət Təkfir” 2/221.
384
“Liqau Bəbul Məftuh” 12/33, 19/33.