[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə51/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   47   48   49   50   51   52   53   54   ...   258

 

104 


(Peyğəmbərlərin  öyüd-nəsihətinə)  qulaq  asıb  ağlımızı  başımıza  yığsaydıq, 

Cəhənnəm əhli içində olmazdıq – deyəcəklər». (əl-Mulk 8-10)

306

 

Bu  ayə  dəlildir  ki,  Cəhənnəmə  Rəsulların  göndərilməsi  ilə  hüccət 

qalxmayan şəxs  daxil olmayacaqdır.  Buna görə də  Cəhənnəmə  daxil olandan 

soruşulacaqdır:  «Sizə  qorxudan  gəlmədimi?».  Onlar:  «Bəli»  deyəcəklər.  «Biz 



Peyğəmbərləri  (möminlərə)  müjdə  verən  və  (kafirləri)  əzabla  qorxudan  kimi 

göndərdik  ki,  daha  insanlar  üçün  Peyğəmbərlərdən  sonra  Allaha  qarşı  bir 

bəhanə yeri qalmasın» (ən-Nisa 165). İmam Bəğavi – rahmətullahi aleyhi – deyir 

ki:  “Bu  ayədə  dəlil  vardır  ki,  Allah  məxluqlarını  Peyğəmbər  göndərməmiş 

cəzalandırmır”

307


. Bütün bu ayələr dəlildir ki, Allah küfr əməli və başqa əməli 

edənə əzab  verməz,  əgər ona  hüccət çatmayıbsa.  Bu  sözlər onu  deməyə sövq 

edir  ki,  hər  küfr  edən  kafir  deyildir.  Əgər  kafir  olsaydılar  onda  Allah  onlara 

mütləq əzab verərdi. “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız 



bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz”. (ən-

Nəhl  78).  Əsl  olan  hər  bir  yaradılımış  məxluqda  elmin  olmamasıdır.  Çünki 

Allah insanları bu cür yaradıb. Ona görə də hər bir kəs bilmədiyi halda və ya 

bu haqda öyrənməyə imkanı olmadığı halda qadağan olunmuş bir şeyi edərsə 

üzürlüdür. “Bir zaman Mən həvarilərə: "Mənə və elçimə iman gətirin!"– deyə 



təlqin  etmişdim.  Onlar  da:  "İman  gətirdik.  Sən  də  şahid  ol  ki,  biz 

müsəlmanlarıq!"–  demişdilər.  Bir  zaman  həvarilər  demişdilər:  "Ey  Məryəm 

oğlu  İsa!  Rəbbin  bizə  göydən bir  süfrə  endirə  bilərmi?"  O  da onlara  demişdi: 

"Əgər  möminsinizsə,  Allahdan  qorxun".  (əl-Maidə  111,112).  Həvarilərin  bu 

sözlərinin  açıqlanması  barəsində  alimlər  arasında  ixtilaf  vardır.  İbn  Həzm  – 



rahmətullahi aleyhi – deyir ki: “Bu həvarilər hansıki Allah onlar barəsində gözəl 

bir  şəkildə  söz  açmışdır.  Bilmədikləri  halda  İsaya  - əleyhissəlam - dedilər:  “Ey 

Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?" – bu sözə görə 

onların imanları yox olmadı. Onlar kafir olardılar, əgər bu sözləri onlara dəlil 

gəldikdən  sonra  desəydilər”

308


.  De:  "Kimin  şahidliyi  daha  böyükdür?"  De: 

"Allah  mənimlə  sizin  aranızda  Şahiddir.  Bu  Quran  mənə  vəhy  olundu  ki, 

onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı 

ibadətə  layiq olan başqa  məbudların olduğuna  şahidlik  edirsiniz?"  De:  "Mən 

şahidlik etmirəm!" De: "O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan 

uzağam".  (əl-Ənam  19).  İmam  Şəfii  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Allahın 

müəyyən  İsim  və  Sifətləri  vardır  və  heç  kəsə  də  icazəli  deyil  bunları  inkar 

etsin.  Kim  bunları  ona  dəlil  çatdıqdan  sonra  inkar  edərsə  küfrə  düşmüşdür. 

Buna qədər bilmədiyinə görə üzürlü sayılmışdır. Çünki bu cür elm nə ağıl, nə 

                                                

306


 İbn Kəsr «Təfsir» 3/28, 4/25.  

307


 “Təfsir Bəğavi” 1/500.  

308


 “əl-Fisal” 3/142.  


 

105 


düşünmək, nə də təfəkkürlə hasil olmur”

309


. İbn Teymiyyə – rahmətullahi aleyhi 

–  deyir  ki:  “Allah  heç  kimsəni  risalət  çatmadıqca  cəzalandırmaz.  Risalət 

çatmayan  kimsə  isə  ümumiyyətlə  cəzalandırılmayacaqdır.  Əgər  bir  kimsəyə 

Risalət açıqlanmadan çatarsa o cəzalandırılmayacaq ona aydın olan şeyi inkar 

etmədikcə”

310

.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Elimsiz,  dəlil 



olmadan və başa düşmək qabiliyyəti olmadan edilən küfrə gəldikdə Allah belə 

bir kimsəni cəzlandırmaqdan yan durmuşdur ona Peyğəmbər dəlili çatmayana 

qədər”

311


.  Muhəmməd  İbn  AbdulVahhab  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

“Düşmənlərim  deyirlər  ki:  Guya  mən  insanları  küfrdə  öz  fərziyyəmə  görə, 

kafirlərə olan sevgimə görə və ya dəlil çatmayan cahil insanları küfrdə ittiham 

edirəm. Bütün  bunlar böyük yalan, hansı ki bunların səbəbilə insanları doğru 

yoldan yayındırmaq istəyirlər”

312


.  

 

CƏHALƏTİN ÜZR OLMASINA SÜNNƏDƏN DƏLİLLƏR 

 

Həmçinin  Sünnədən  gələn  səhih  hədislər  də  buna  dəlalət  etmişdir:  Hər 



küfr  edən  kimsə  kafir  olmur.  Allah  və  Rəsulu  bəzən  müəyyən  şəxsi  üzürlü 

saymışdır.  Nə  üçün?  Onun  barəsində  şərtlərin  cəm  olunmadığına  və 

maneələrin aradan qalxmadığına görə. Peyğəmbər - sallallahu aleyhi və səlləm – 

buyurdu:  «Muhəmmədin  nəfsi əlində olan  Allaha  and olsun  ki, istər  Yəhudi, 

İstər  Xristian  olsun  mənim  Peyğəmbərliyim  haqqında  eşidib  və  mənə  iman 

gətirməzsə,  öldüyü  halda  mütləq  Cəhənnəm  atəşini  dadacaqdır»

313

.  Bu 


sözlərdən  sonra  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Əgər 

istəyirsinizsə,  bu  ayələri  oxuyun”.  «Biz  Peyğəmbər  göndərməmiş  (heç  bir 



ümmətə)  əzab  vermərik»  (əl-İsra  15)

314

.  Qadi  İyad – rahmətullahi aleyhi – deyir 

ki: “Bu hədis dəlildir ki, bir kimsə yer üzünün müəyyən bir ərazisində yaşayar 

və  ona  İslam  dəvəti  və  Peyğəmbərin  əmirləri  çatmayıbsa  bu  kimsə 

üzürlüdür”

315

. İmam Abul Abbas əl-Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Bu 



hədis  dəlildir  ki,  Peyğəmbərin  dəvəti  çatmayan  bir  kimsə  bu  barədə 

soruşulmaz  və  cəzalanmaz”

316

.  İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 



“İslam dəvəti çatmayan bir kimsə bəraət qazanmağa haqlıdır”

317


. İmam Nəvəvi 

– rahmətullahi aleyhi - deyir ki: «Bu hədis dəlildir ki, Peyğəmbərin göndərilməsi 

                                                

309

 “Fəthul Bəri” 13/407.  



310

 “Məcmuul Fətava” 12/493. 

311

 “Tariqul Hicrəteyn” 611.  



312

 “Durarus Səniyyə” 1/66, “Məcmuul Muallifət” 3/14.  

313

 Müslim 153.  



314

 Əhməd 4/24, İbn Hibban 1827, Təbərani 1/841, əl-Bəzzar 3/217.  

315

 “əl-İkməl” 1/468.  



316

 “əl-Mufhim” 1/368.  

317

 “Şərh Muslim” 2/342.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə