[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə49/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   45   46   47   48   49   50   51   52   ...   258

 

100 


ayrılıqlar itərdi”

293


.  “Təkfir  etməkdə  tələskənlik cahilliyin  əsarətində olanların 

sifətidir”

294

. Şeyx AbdulLətif İbn AbdurRahman Əli Şeyx – rahmətullahi aleyhi – 



deyir ki: “Zahiri İslam olan bir kimsəni heç bir şəri dəlilə əsaslanmadan küfrdə 

ittiham etməyə cürət göstərən kimsə bununla Əhli Sünnədən olan elm əhlinin 

yoluna müxalif olmuşlar. Bu da öz söz və əməllərindən ixlas və təqvadan uzaq 

olan zəlalət əhlini və azmışların yoludur”

295

. Şeyx doktor Əbduləziz Əbdüllətif 



– rahmətullahi aleyhi – “Nəvaqidil İman əl-Qovliyyə vəl əməliyyə” səh 52, 54 də 

demişdir:  “Əhli  Sünnə  Mütləq  Təkfir  ilə  müəyyən  şəxsin  Təkfirini  ayırır. 

Birincidə  küfrə  qarışmış  kəsi  mütləq  şəkildə  (bunu  deyən  və  ya  bunu  eədn 

kafirdir  deyərək)  Təkfir  edirlər.  Lakin  müəyyən şəxsə  yəni  bu  sözü  və ya feli 

edən  gəldikdə  isə  şərtlər  cəm  edilib,  maneələr  aradan  qalxmamış  mütləq 

şəkildə Təkfir edilmir. Bu zaman ona hüccətin qalxması ilə küfr hökmü verilir. 

Elə  bir  hüccət  ki,  onu  tərk  edən  kafir  olar.  Mütləq  Təkfir  ilə  müəyyən  şəxsin 

Təkfiri  arasındakı  fərq  bizə  aydın  oldusa,  bilməliyik  ki,  insanlardan  iki  dəstə 

bu məsələdə xəta edib. Bir dəstə insan bu məsəldə həddi aşıb. Müəyyən şəxsi 

şərtlər  və  maneələrə  baxmadan  mütləq  olaraq  Təkfir  edildiyini  iddia  edir. 

Digər  dəstə  isə  Riddə  qapsını  bağlayaraq  müəyyən  şəxsi  Təkfir  etməkdən 

imtina  edir”.

 

Şeyx  Abdullah  İbn  Əbdullətif,  qardaşı  Şeyx  İbrahim  İbn 



Əbdullətif  və  Şeyx  Suleyman  İbn  Sahman  –  rahmətullahi  aleyhi  –  demişdir: 

“Küfr  olan  bir  sözü  deyən  müəyyən  bir  kəsin  Təkfir  məsələsi  məlumdur. 

Deyilir: “Kim bu sözü desə kafir olar. Lakin müəyyən bir şəxs bu sözü dedikdə 

ona, hüccətin qalxması ilə küfr hökmü verilir. Elə bir hüccət ki, onu tərk edən 

kafir olur”

296


.  

 

CƏHALƏTİN ÜZR OLMASI 

 

Əhli  Sünnə  vəl  Cəmaata  görə  imanın  şərtlərindən  biri  də  mömin  bir 



kimsənin yetərincə elmə, biliyə sahib olmasıdır. Bu səbəbdən də şəri mövzuda 

hər-hansı  bir  məsələni  bilmədiyi  üçün  inkar  edən  və  ona  bu  bilməməzliyi 

aradan qaldırmaq üçün doğru məsələ çatmadığı üçün kimsə şirk və küfr içində 

olsa da belə təkfir edilməz. Ola bilər ki, bu kimsə bilməməzliyin yayıldığı bir 

ölkədə  və  elm  diyarının,  elm  adamlarından  uzaq  bir  yerdə  yaşaya  bilər.  Bu 

məsələ  ancaq  elm  adamlarının  biləcəkləri  qapalı  bir  məsələdir.  Və  ya  şəri 

məsələlərin  alt-üst  olduğu,  unuldulduğu,  şirkin  tövhid,  küfrün  iman,  bidətin 

sünnə  zənn  edildiyi,  azmaların  çoxaldığı,  batilin  yayıldığı  bir  yerdə  böyüyə 

bilər.  

                                                

293

 “əl-Lətaif” 41.  



294

 “Buqaya əl-Murtəd” 1/345.  

295

 “ər-Rasail Masail Nacdiyya” 3/20.  



296

 “əd-Dürər əs-Səniyyə” 10 cild səh 432, 433 




 

101 


Çünki  bəzi  əqidəvi  məslələrdə  belə  Peyğəmbər  - sallallahu aleyhi və səlləm – 

in  zamanında  səhabələr  arasında  da  bilgisizlik  vardı.  Buna  baxmayaraq 

Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları təkfir etməmişdir. Əhli Sünnə vəl 

Cəmaat elmin yayılması və yayılmaması baxımından insanların durumlarının, 

yer  və  zamanlarının  fərqliliklərini  diqqətə  alarlar.  Çünki  bunların  hamısı 

zəruri məsələlərin bilinməsində eyni dərəcədə və səviyyədə olmazlar. Bəziləri 

digər  bəzilərinin  bilmədiyi  şeyləri  belə  bilirlər.  Və  ya  bəzilərinə  görə  qəbul 

edilən  bir  qism  məsələlər  bəzilərinə  bilinməyə  bilər.  Bununla  bərabər  onlara 

görə  bilgisizlik  bilmədiyini  iddia  edən  hər  kəsdən  qəbul  edilə  biləcək  bir 

üzürdü  mənasına  da  gəlməz.  Əhli  Sünnətə  görə  bilməməzliyin  müxtəlif 

dərəcələri vardır. Dindən kəsin olaraq bilinməsi lazım olan şeyləri bilməməklə 

bundan  aşağı  məsələləri  bilməmək  eyni  deyildir.  Soruşmaqdan  və 

öyrənməkdən aciz olan bir cahil, aciz olmayan cahil kimi deyildir. Bu ikincinin 

Allah qatında keçəcək bir üzürü yoxdur.  



Cahillik  –  Allah  barəsində  və  Onun  sevdiyi  şeylər  barəsində 

bilməməzlikdir.  Yəni,  Peyğəmbərlərin  gəlməsindən  öncə  insanların  olduqları 

hallarıdır  və  bu  da  öncə  gələn  Peyğəmbərlərin  gətirdiklərinə  zidd  olandır. 

Cahillik hər hansısa bir insana və ya hansısa hala aid edilə bilər. 1) Hal olaraq 

Cahillik – elmi inkar etmək və cahilliyə baş vurmaqdır. Allahın Rəsuluna nazil 

etdiyini  inkar  etmək.  Əbu  Zərr  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  mən  bir 

adama  nalayiq  söz  deyib

297


 onu  anasına  görə  utandırdım.  Peyğəmbər  

sallallahu aleyhi və səlləm – mənə buyurdu: “Ey Əbu Zər! Sən onu anasına görə 

utandırdın? Həqiqətən də, səndə cahiliyyət (əxlaqı) qalmışdır. Kölələriniz sizin 

qardaşlarınızdır! Allah onları  sizin  tabeçiliyinizə vermişdir.  Kimin qardaşı öz 

tabeçiliyi altında olsa, yediyindən ona da yedirtsin, geyindiyindən ona da ge-

yindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah, onları gücləri 

çatmadığı  bir  işlə  yükləsəniz,  onda  onlara  yardım  edin”

298

.  “Onlar  cahiliyyə 



dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha 

yaxşı  hökm  verən  kim  ola  bilər?”.  (əl-Maidə  50).  Yəni,  insanın  halının, 

durumunun  cahil  olması.  2)  İnsanın  özünün  Cahil  olması  –  Hər  hansısa  bir 

kimsə  haqqında  deyirlər  ki:  “Filankəs Cahildir”. Bu  da iki  qismdir:  1. Mütləq 

Cahillik.  2.  Müəyyən  Cahillik.  Həmçinin  üç  hissəyə  də  bölürlər:  1.  Məkanla 

bağlı  olan  Cahillik.  2.  Zamanla  bağlı  olan  Cahillik.  3.  İnsanlarla  bağlı  olan 

Cahillik.  

1.  Məkanla  bağlı  olan  Cahillik  iki  qismdir.  Mütləq  və  Müəyyən.  Mütləq  – 

Kafirlərin  diyarları  və  s.  Müəyyən  –  Müsəlman  ölkələrində  olan  müəyyən 

yerlərin  Cahillik  əlamətlərinin  olmasıdır.  2.  Zamanla  bağlı  olan  Cahillik  iki 

                                                

297

 Başqa rəvayətdə: Ona: “Ey zənci oğlu!”– deyə müraciət etdim. 



298

 Buxari 30.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə