[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə50/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   46   47   48   49   50   51   52   53   ...   258

 

102 


qismdir.  Mütləq  və  Müəyyən.  Mütləq  –  Peyğəmbərin  gəlməsindən  öncə  olan 

vaxt.  Müəyyən  –  Peyğəmbərlərin  gəlməsiylə  mütləq  cahillik  aradan 

qalxmışdır.  Lakin  müəyyən  yerlərdə  Peyğəmbərlərdən  sonra  cahilliyin 

əlamətləri ola bilər. 3. İnsanlarla bağlı olan Cahillik də iki qismdir. Mütləq və 

Müəyyən.  Mütləq  –  kafirlərdə  olur.  Müəyyən  –  isə  müsəlmanlarda  ola  bilər. 

Yuxarıda  qeyd  etdiyimiz  hədis  buna  dəlildir.  İbn  Abbas  –  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Peyğəmbər  - sallallahu  aleyhi  və  səlləm –  demişdir:  “Allahın  ən 

çox nifrət etdiyi (insanlar) üçdür: Haram sayılan bölgədə

299

 dindən dönən kəs, 



cahiliyyə  adət-ənənələrini  İslamda  saxlamağa  can  atan  kimsə  və  haqqı 

olmadığı  halda  birisinin  qanını  axıdmağa  səy  göstərən  kimsə”

300

.  Birinci  - 



Səhlənkar  cahildir,  imkanı  olduğu  halda  Allahın  dinini  öyrənmək  istəmir, 

etiraz edir və s. belə cahillik üzr sayılmaz. Cahillik üzrdü, cahillik üzrdü icma 

ilə.  Lakin  ixtilaf  cahilin  özündədir.  İkinci  -  cahil  isə  haqqı  axtarmağa, 

öyrənməyə  səyy  göstərir,  lakin  tapa  bilmir.  Elə  bir  yerdə  yaşayır  ki,  haqqa 

çağıranların  az  olması,  bidət  və  şirkə  çağıranların  isə  çox  olmasıdır.  Əksər 

müsəlmanların halı  budur.  Və  bu  alimlərdə  haqq  yolda olanları gözdən  salır, 

onları  bidətçi  və  s.  adlarla  tanıdırlar.  Onlar  elə  bilirlər  ki,  öz  nəfslərində 

alimdirlər,  həqiqətdə  isə cahildirlər,  elə  bilirlər  ki,  sünnə üzərindədirlər lakin 

bidət  üzərədirlər.  Onlar  isə  elmi  belələrindən  alırlar.  Əşarilər,  Hənəfilər, 

Rafizilər  hardan  götürürlər  elmi?  Öz  alimlərindən,  təqlid  etdiyi  kimsələrdən. 

Elə bilirlər ki, soruşduqda alimlərdən soruşrular, onların sözlərini qanun qəbul 

edirlər, Allah buyurdu: “Əgər bilmirsinizsə Haqq əhlindən soruşun”. Sən özün 

hansısa  məsələni  öyrəndikə  kimdən  soruşursan?  Sıravi  tələbələrdən,  elm 

əhlindən  yoxsa  alimlrdən?  Sözsüz  ki,  alimlərdən.  Soruşduğun  və  aldığın 

cavabla qane olursanmə? Onunla da əməl edirsən? İndi bu insan nəfsinə görə 

əməl etmiş olur, yoxsa dəlilə əsasən? Sözsüz ki, dəlilə görə. Görür ki, bu adam 

TV çıxış edir, xütbələr verir ondan da soruşur. Ayıra bilmir bidət əhli ilə haqq 

əhlini....  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “İnsanlarla  onların 

başa  düşdükləri  tərzdə  danışın,  əgər  Allah  və  Rəsulunun  inkar  edilməsini 

istəmirsinizsə”.  Bu  hədis  dəlildir  ki,  insanların  hamısı  dərk  etməkdə  eyni 

deyildir.  Problem  ayə  və  hədislərdə,  İsim  və  Sifətlərdə  deyildir.  Problem 

insanları  başa  düşmələrindədir.  Şair  deyir  ki:  “İnsan  təmiz,  saf  suyu  içir  və 

deyi: “Su acıdır” lakin su acı deyil acılıq onun ağzındadır”.  Deyir ki,  Lə İləhə 

İlləlahın  mənasını  bilmrlər?  Onda  gərək ümmətin yarısını  təkfir  edəsən?  Heç 

bir  Peyğəmbərin  dəvətinin  mənhəci  hakimiyyət,  təkfir  məsələləri  olmayıb. 

Yalnız Tövhid olub. Nuh  - əleyhissəlam - 950 il dəvət edir, Musa  - əleyhissəlam - 

Fironla  hakimiyyət  barəsində  danışır  məgər?  Yusuf  -  əleyhissəlam  -  zindana 

                                                

299


 Məkkə və Mədinə şəhərlərindəki toxunulmaz ərazi. 

300


 Buxari 6882.  


 

103 


düşməsinə  baxmayaraq  hakimiyyətə  qarşı  çıxmır?  İbrahim  -  əleyhissəlam  - 

Nəmruda qarşı çıxmır, Peyğəmbərimiz - sallallahu aleyhi və səlləm – hər şeydən 

imtina edir?

301


  

 

CƏHALƏTİN ÜZR OLMASINA QURANİ KƏRİMDƏN 



AYƏLƏR 

 

İbn  Həzm  –  rahmətullahi  aleyhi  –:  «Biz  Peyğəmbər  göndərməmiş  (heç  bir 



ümmətə)  əzab  vermərik»  (əl-İsra  15).  ayəsini  dəlil  gətirərək  belə  demişdir: 

«Doğrudan da Peyğəmbərlərin dəvəti və qorxutması insanlara yetişənə qədər 

kafirə  qətiyyən  əzab  yoxdur»

302


.  Şingiti  –  rahmətullahi  aleyhi  –  belə  demişdir: 

«Peyğəmbər  göndərənə  və  onlar  da  insanları  çəkindirməyincəyə  qədər  Allah 

öz  məxluqlarından  heç  kimə  nə  dünyada,  nə  də  axirətdə  əzab 

verməyəcəkdir»

303

. AbdurRahman AbdulXaliq – rahmətullahi aleyhi – bu məsələ 



ilə bağlı belə demişdir: «Cəzalandırma elmdən sonra gəlir – mahiyyəti məlum 

olan  bir  şəriət  qaydasıdır.  Uca  Allah  bu  məsələ  ilə  bağlı  buyurur:  «Allah  bir 



tayfanı  doğru  yola  yönəltdikdən  sonra  qorxub-çəkinməli  olduqları  şeyləri 

özlərinə bildirmədən onları (haqq yoldan) çıxartmaz. Həqiqətən Allah hər şeyi 

(olduğu kimi, incəliyinə kimi) biləndir» (ət-Tövbə 115)

304

. Qatadə – rahmətullahi 

aleyhi – deyir ki: “Həqiqətən Uca Allah heç kəsi cəzalandırmır o vaxta qədər ki, 

ona  Allahdan  dəlil  və  açıqlama  çatmayana  qədər”

305

.  İbn  Kəsir  – rahmətullahi 



aleyhi  –  bu  ayənin  təfsirində  demişdir:  «Uca  Allah  Öz  müqəddəs  nəfsindən 

olan  ədalətli  hökmünün  bəyanından  və  insanlara  Peyğəmbər  xəbərdarlığı 

çatdıqdan sonra hər hansı bir tayfanın əleyhinə dəlil və sübut olmadıqca onları 

zəlalətə salmaz. Belə ki, başqa bir ayədə buyurulur: «Səmud qövmünə gəlincə, 



Biz  onlara  haqq  yolu  göstərdik…»  (Fussilət  17).  «Əgər  Biz  onları  (məkkə 

müşriklərini)  bundabn  əvvəl  məhv  etsəydik,  mütləq  belə  deyəcəkdilər:  «Ey 

Rəbbimiz!  Nə  üçün  zəlil  və  rüsvay  olmazdan  qabaq  bizə  bir  Peyğəmbər 

göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq» (Ta ha 134). «Hər 

hansı bir tayfa Cəhənnəmə atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): 

Məgər sizə (sizi Allahın əzabı ilə) qorxudan bir Peyğəmbər gəlməmişdimi? deyə 

soruşacaqlar.  Onlar  deyəcəklər:  Bəli,  bizə  (Allahın  əzabı  ilə)  qorxudan 

Peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: Allah heç bir şey 

nazil  etməmişdir.  Siz  sadəcə  olaraq  (haqdan)  çox  azmısınız.  Onlar:  Əgər  biz 

                                                

301

 Suleyman İbn Sahman “İrşad ət-Talib” 11/12/13, “Tariqul Hicreteyn” 412, 413.  



302

 İbn Həzm «əl-İhkum fi Usulil Əhkam» s. 895. 

303

 Şingiti «Ədvaul Bəyan» 3/429. 



304

 AbdurRahman AbdulXaliq «İman və Küfr ayrımı» s. 79-80. 

305

 “Təfsir Təbəri” 8/50.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə