[]


Mürtəd  Olmağın  Şərtləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə46/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   42   43   44   45   46   47   48   49   ...   258

 

93 


Mürtəd  Olmağın  Şərtləri:  İnsan  ağıl  sahibi  olmalı,  həddi-buluğa  çatmış 

olmalıdır.  Ancaq  uşaqdan,  məcnundan,  ağlını  itirən şəxsdən  mürtədlik  qəbul 

olunmur.  Əgər  uşaq,  dəli  Quranı  tullayarsa,  Peyğəmbəri  –  sallallahu  aleyhi  və 

səlləm  –  söyərsə,  Allahı  söyərsə  onun  bu  küfrü  qəbul  olunmur.  Mürtədin 

kəsdiyi heyvanın ətini yemək haramdır. Hətta Əhli kitab olsa da belə. Məs: Bir 

insan  müsəlman  olduqdan  sonra  dini  dəyişib  Nəsrani  olur.  Baxmayaraq  ki, 

Əhli kitabın əti bizə halaldır, ancaq bu mürtədin əti bizə haramdır. Bu barədə 

Malik,  Şəffii  və  başqa  alimlər  – Allah onlardan razı olsun - bu  rəydədirlər.  Bəzi 

alimlərin  rəyinə  görə  isə:  Əgər  Əhli  kitaba  keçibsə,  onun  kəsdiyi  əti  yemək 

olar. Səhih rəy odur ki, yeyilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun 

mürtəd olması ilə ona ölüm hökmünü verdi.  



Mürtədlərin  Övladları  Barəsində  Hökm:  Əgər  onların  övladları  mürtəd 

olmamışdan qabaq doğulublarsa, o zaman onlar müsəlman kimi sayılır. Əgər 

onlar  mürtəd  olandan  sonra  doğulublarsa  və  onların  valideyinlərindən  biri 

müsəlmandırsa, onlar İslama nisbət olunurlar, yox əgər ikisidə mürtəddirlərsə, 

o  barədə  ixtilaf  var.  Onların  uşaqları  mürtəddir,  yoxsa  Əsli  küfr  sayılırlar. 

Bəziləri  deyir  ki:  Onlar  kafirdirlər.  Onları  qul  etmək  olar.  İbn  Qudamə  və 

Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Onları qul etmək olar».  

Mürtədin Malı Barəsində: Əgər bir insan mürtəd olarsa, onun malı mürtəd 

olmaqla  qalır,  yoxsa  itir?  Bu  barədə  alimlər  ixtilaf  etmişlər.  Bəziləri  deyir  ki: 

İnsan  mürtəd  olmaqla  onun  malının  isməti  də  itir.  Əgər  bir  insan 

müsəlmandırsa,  mal-dövlət  sahibidirsə,  əgər  o  mürtəd  olsa  artıq  mürtədliklə 

onun  malının  isməti  qurtarır.  Bu  insanın  hökmü  öldürülməkdir.  Onun  malı 

ona qalmır. Alimlərin çoxu bu rəydədir. Bəzilərinin rəyinə görə: Onun malına 

əl  dəyilmir, hətta  hakim hökm  verənə qədər.  Bəziləri  də  deyir  ki:  Əgər insan 

mürtəd  olarsa,  mürtədlikdən  sonra  yenidən  İslama  qayıdarsa,  o  zaman  onun 

malı  özünə  qaytarılar.  Əgər  mürtəd  olan  zaman  ölərsə,  onun  malı  onun 

hakimiyyətliyindən  çıxar.  Bunu  İmam  Nəvəvi  –  rahmətullahi  aleyhi  –  deyir. 

Öləndən  sonra  onun  malı  kimə  sərf  olunur?  Əli,  Həsən,  Şabi,  Leys,  Əbu 

Hanifə,  İshaq  –  Allah  onlardan  razı  olsun  –  deyirlər  ki:  “Onun  malı  müsəlman 

olan varislərinə çatmalıdır”. Bu ən güclü rəylərdən biridir. Rabiyə, Malikin, İbn 

Əbi Leylənin, Şəffinin, Əhməd – Allah onlardan razı qalsın - rəyinə görə: “Onun 

malı varislərinə deyil, Beytul mala çatmalıdır”.  

Kafirlərin  Cəhənnəm  Əzabı:  Kafirlər  arasında  bu  qədər  fərq  olsa  da  belə 

axirət  hömündə  onlar  eynidirlər.  Əbədi  Cəhənnəm.  Oradan  çıxmayacaq  və 

ölməyəcəklər. Əzabda isə eyni dərəcədə deyillər. Cəhənnəmdə əzablarına görə 

kafirlər  bir-birindən  fərqlənəcəklər.  Cənnət  əhli  Cənnətdə  fərqləndiyi  kimi 

kafirlər  də  Cəhənnəmdə  dərəcələrinə  görə  fəqlənəcəklər.  Məs:  Döyüşən  kafir 

ilə  döyüşməyən  eyni  deyildir.  Həmçinin  salehləri,  Peyğəmbərləri, 




 

94 


müsəlmanları öldürən kafir ilə, heç kəsdə işi olmayıb öz dinini yaşıyan kafirin 

əzabı eyni olmayacaqdır. İmanın şöbələri bir-birindən fərqləndiyi kimi, küfr də 

bir-birindən fərlənir. Möminlər  dərəcələrinə görə fərqləndiyi  kimi,  kafirlər  də 

dərəcələrinə  görə  fərqlənirlər.  Axirətdə  kafirlərin  əzabları  fərqlənəcəkdir. 

Münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar.  

Sələflər  ixtilaf  ediblər  ki,  onların  dünyada  etdikləri  yaxşı  əməlləri  onların 

əzablarını  yüngülləşdirəcəkmi?  Bu  haqda  iki  rəy  vardır:  Birinci  Rəy  -  İbn 

Rəcəb  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Yaxşı  əməllərinə  görə  onların  əzabları 

yüngülləşdiriləcəkdir».  Dəlilləri:  Peyğəmbər  -  səllallahu  aleyhi  və  səlləm  –  in 

əmisinin cəzası Cəhənnəmdə yüngülləşdiriləcəkdir. Abbas b. AbdulMuttalib – 



radıyallahu anhu – deyir ki: «Ya Rəsulallah! Şübhə yox ki, Əbu Talib daima səni 

düşmənlərdən  qoruyur  və sənə  kömək  edirdi.  Bunlar ona fayda  verəcəkmi?» 

Peyğəmbər:  «Bəli,  mən  onu  böyük  Cəhənnəm  atəşi  içində  olduğunu  gördüm 

və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan 

belə  beyni  qaynayır»

281


.  İkinci  Rəy  –  Kafirlər  dünyada  etdikləri  yaxşı 

əməllərinə görə Qiyamət günü heç bir yüngüllük görməyəcəklər. «Biz onların 



etdikləri  əməlləri  qəsdən  dağınıq  zərrələrə  döndərərik».  (əl-Furqan  23). 

«Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı 

külə  bənzəyir.  Onlar  etdikləri  əməllərdən  heç  bir  fayda  əldə  edə  bilməzlər. 

Budur  (haqq  yoldan)  azıb  uzaqlaşmaq».  (İbrahim  18).  Ənəs  b.  Məlik  – 

radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən 

əvəzi  verilir.  Möminə  gəlincə  şübhəsiz  Allah  onun  həsənətlərini  axirəti  üçün 

onun lehinə saxlayar. Dünyada olan itaətinə görə onun ruzisini verər»

282

. Səhih 


rəy də budur ki, onların əzabları yüngülləşdirilməyəcəkdir dünyada etdikləri 

yaxşı  əməllərinə  görə.  O,  ki  qaldı  Qiyamət  günü  Əbu  Talibin  əzabının 

yüngülləşdirilməsinə  –  onun  əzabı  yaxşı  əməllərinə  görə  deyil  məhz 

Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  şəfaətinə  görə  olacaqdır.  Qurani 

Kərimdə bir çox ayələrdə Allah buyurur: «Onların heç bir şəfaətçiləri olmaz». 

Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  əmisinə  şəfaət  etməsi  bunların 

arasını  necə  cəm  etmək  olar?  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Qadağa  olunan  şəfaət  onların  cəhənnəmdən  çıxmalarıdır.  Lakin  Əbu  Talib 

üçün  olan  şəfaət  isə  əzabın  yüngülləşməsi  üçündür».  İbn  Kəsir,  Qurtubi  – 

rahmətullahi aleyhi – və s. bu rəyi dəstəkləmişlər. Bəziləri də qeyd edilər ki, bu 

şəfaət yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – xasdır.  

                                                

281


 Müslim.  

282


 Müslim.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə