[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə42/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   38   39   40   41   42   43   44   45   ...   258

 

85 


Böyük  şirk  və  küfrü  Allah  yalnız  tövbə  ilə  bağışlayır.  Əgər  insan  İman 

ağacını  küfr  ağacı  ilə  dəyişərsə  və  bu  şəkildə  də  ölərsə  Allah  onu 

bağışlamayacaqdır.  «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları  əfv etməz, 

amma  istədiyi  şəxsin  bundan başqa olan  günahlarını  bağışlayar…»  (ən-Nisa 

48).  «Allah  ona  şərik  qoşmağı  bağışlamaz.  Bundan  başqa  olan  günahları  isə 

istədiyi  şəxsə  bağışlayar».  (ən-Nisa  116).  Bu  ayədə  böyük  şirkdən  söhbət 

gedir.  Bəs  Allah  bütün  günahları  bağışlayır  deyənlərin  dəlili  nədir?  (Ya 



Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) 

özlərinə  zülm  etməkdə  həddi  aşmış  bəndələrim!  Allahın  rəhmindən  ümidsiz 

olmayın.  Allah  (tövbə  etdikdə)  bütün  günahları  bağışlayar.  Həqiqətən  O 

bağışlayan  və  rəhm  edəndir».  (əz-Zumər  53). İnsan  tövbə  etmədən  böyük şirk 

və  küfr  üzərində  ölərsə  Allah  onu  bağışlamayacaq  və  o,  kimsə  əbədi 

Cəhənnəmlikdir.  Lakin  tövbə  edərək  ölərsə  Allah  onu  bağışlayacaqdır.  Lakin 

kiçik şirk belə deyildir. Əgər kiçik şirk edib və tövbə etməzsə mütləq Allah onu 

cəzalandıracaqdır. Lakin bu cəza əbədi deyildir.  

İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Artıq bir qulda nifaq və iman, 

küfür  və  iman  cəm  ola  bilər»

248


.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki: 

«Əməli  münafiqlik  isə  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  səhih 

hədisində söylədiyi kimi: Münafiqin əlaməti üçdür: «Danışanda yalan danışar, 

söz  verdiyi  zaman  sözünü  yerinə  yetirməz  (sözündə  durmaz),  ona  bir  şey 

əmanət edildikdə əmanətə xəyanət edər»

249


. Yenə səhih bir hədisdə Peyğəmbər 

- sallallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa 

o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu 

tərk  edincəyə  qədər  onda  münafiqlikdən  bir  xislət  vardır:  1)  Ona  bir  şey 

əmənət  edildikdə  əmanətə  xəyanət  edər,  2)  Söz  söylədiyi  zaman  yalan 

söyləyər,  3)  Söz  verdiyi  zaman  yerinə  yetirməz,  4)  Mübahisə  etdiyi  zaman 

biabırçı  sözlərə  yol  verər»

250

.  Bu  əməli  nifaqdır.  Bu  hədis  ona  dəlalət  edir  ki, 



artıq  bir insanda nifaq  və İslam cəm oluna  bilər.  Həmçinin  əgər  bir insan  bir 

əməlini  Allah  üçün  yox,  riya  ilə  edirsə,  o  insanda  artıq  şirk  və  İslam  cəm 

olunar.  Həmçinin  əgər  Allahın  hökmü  ilə  hökm  vermirsə,  Peyğəmbər  

sallallahu  aleyhi  və  səlləm  –  in  küfr  adlandırdığı  bir  əməli  edirsə,  artıq  burada 

küfür  və  İslam  cəm  olunar.  Lakin  bunlar  kamil  şəkildə  qəlbdə  yerləşdiyi 

zaman sahibi namaz da qılsa, oruc da tutsa və müsəlman olduğunu söyləsə də 

dindən  sıyrılıb  çıxa  bilər.  Çünki  iman  mömini  bu  pisliklərdən  qoruyar.  Bir 

qulda  bunlar  kamil  şəkildə  olarsa  və  onu  bu  şeylərdən  qoruyan  heç  bir  şey 

olmazsa o, artıq xalis bir münafiq olmaqdan başqa bir şey deyildir»

251

.  


                                                

248


 Məcmuul Fətava 7/353.  

249


 Buxari, Müslim. 

250


 Buxari, Müslim Abdullah b. Amr – radıyallahu anhu – yolu ilə. 

251


 İbn Qeyyim «Namazı tərk edənin hökmü».  


 

86 


İbn Qeyyim  – rahmətullahi aleyhi – sözünə davam edərək deyir: «Burada bir 

başqa qayda da vardır. Bir kimsədə həm iman, həm küfr, həm tövhid, həm də 

şirk, həm təqva, həm də fucur (günah) və həm də münafiqlik, həm də iman ola 

bilər.  Bu  Əhli  Sünnətin  önəmli  və  təməl  görüşlərindən  biridir.  Xavariclər, 

Mutəzilə  və  Qədəriyə  kimi  bidət  firqələri  buna  qarşıdılar.  Böyük  günah 

edənlərin Cəhənnəmdən çıxmaları və orada əbədi qalmamaları məsələsi buna 

dayanır.  Quran,  Sünnət,  fitrət  və  səhabələrin  icması  bunun  dəlilidir.  Allah 

buyurur: «Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman edirlər» (Yusif 



106).  Ayə  onların  şirklə  birlikdə  mömin  olduqlarını  ifadə  etməkdədir.  Allah 

buyurur:  «Bədəvi  ərəblər:  «Biz  iman  gətirdik!»  dedilər.  (Ya  Peyğəmbər! 



Onlara)  de  ki:  «Siz  (qəlbən)  iman  gətirmədiniz.  Yalnız:  «Biz  İslamı  qəbul 

etdik!»  deyin.  Hələ  iman  sizin  qəlblərnizə  daxil  olmamışdır.  Əgər  Allaha  və 

Peyğəmbərinə  itaət  etsəniz,  O  sizin  əməllərnizdən  heç  bir  şey  əskiltməz. 

Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). Bu ayədə Allah 

onlardan imanı nəfy etdiyi zaman, İslamı Allah və Rəsuluna itaəti onlar üçün 

isbat  etdi/mömin  deyil  müsəlman  olduqlarını  söylədi.  Allahın  onlardan  nəfy 

etdiyi (onlarda olmadığını söyləyən) iman bu ismi kəsinliklə almağa müstəhaq 

olan  mütləq imandır.  O,  da  bu  ayədə  vəsiflərini daşıyan  kimsələrin imanıdır: 

«Möminlər  yalnız  Allaha  və  Peyğəmbərinə  iman  gətirən,  (iman  gətirdikdən) 

sonra  heç  bir  şəkk-şübhəyə  düşməyən,  Allah  yolunda  malları  və  canları  ilə 

vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!» (əl-Hicurat 15). 

Bu  mövzuda  iki  səhih  görüşdən  doğru  olan  görüşə  görə  bunlar  münafiq 

deyirlər,  Allah  və  Rəsuluna  olan  itaətləri  ilə  müsəlmandılar.  Lakin  hər  nə 

qədər  onları  kafirlərdən  ayıran  bir  parça  imana  sahib  olsalar  da  mömin 

deyildirlər.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  –  dedi  ki:  «Bu  dörd  böyük 

günahla  gələn  və  ya  buna  bənzərini  ya  da  daha  böyüyünü  edən  –  yəni  zina, 

oğurluq,  içki  və  soyğunçuluq  edən  –  kimsə  müsəlmandır,  lakin  mən  onu 

mömin  deyə  adlandırmaram.  Lakin  bundan  daha  aşağı  səviyyədə  olan 

günahlarla  gələn  kimsələri  imanı  əskik  mömin  deyə  adlandırmaram. 

Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurur: «Lakin bu dörd xislətdən biri 

bir  kimsədə  olarsa  onu  tərk  edincəyə  qədər  onda  münafiqlikdən  bir  xislət 

vardır»


252

.  Bu  hədis  bir  kimsədə  münafiqliklə  İslamın  bir  yerdə  olmasına 

dəlildir.  Riya  da  bir  şirkdir.  Bir  kimsə  hər  hansı  bir  əməlində/ibadətində 

göstəriş  edərsə  onda  şirk  və  İslam  bir  yerdə  olmuş  olar.  İslama  və  onun 

şəriətinə/hökmlərinə bağlı olduğu halda Allahın nazil etdiyi şeylərdən başqası 

ilə hökm etdiyində və ya Peyğəmbər - sallallahu aleyhi və səlləm – in küfr deyə 

isimləndirdiyi bir şeyi etdiyində bu halı ilə o, kimsə həm küfr etmiş olur, həm 

də müsəlmanlığı davam edər. Bütün itaətlər və xeyir işlər imanın şöbələrindən 

                                                

252


 Buxari, Müslim.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə