[]


şeytana inanmamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq bir zəlalətə



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə41/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   37   38   39   40   41   42   43   44   ...   258

 

83 


şeytana inanmamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq bir zəlalətə 

sürükləmək  istər».  (ən-Nisa  60).  Həmçinin  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  in  gətirdiyi  hər  hansı  bir  şəri  məsələyə  qarşı  nifrət  etməsi  hətta  onu 

etsə  də  belə. «Bu ona  görədir  ki, kafirlər  Allahın  nazil  etdiyini  bəyənmədilər. 



Allah  da  onların  əməllərini  puç  etdi».  (Muhəmməd  9).  Həmçinin  Allahın  və 

Rəsulunun  qoyduğu  qayda-qanunlarla  narazı  olan  kimsə  də  buna  aiddir. 

İslamı  öyrənməkdən  imtina  etmək.  Allahın  İsim  və  Sifətlərindən  hər  hansı 

birini inkar etmək, təhrif etmək. Əl, ayaq, göz, İstiva və s. Həmçinin Allaha xas 

olan sifətlərdən bəzisini məxluqa da vəsf etmək. Məs: Qeybi bilmək və s.  

İmanı  Dağıdan  Sözlər  –  Allahı,  Peyğəmbərləri,  dini  söymək,  Allahdan 

qeyrisinə dua etmək, dinə aid olan məsələrlə zarafat etmək, gülməli əhvalatlar 

danışmaq (anektod), İslam dininə əməl edən bir kimsəyə geridə qalmış demək, 

özünə vəhy gəldiyini iddia etmək və s.  



İmanı Dağıdan Əməllər – Allahdan başqasına səcdə etmək, Allahın ayəsi və 

Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  in  hədisləri  olan  hər  hansı  bir  yazıya 

qarşı  hörmətsizlik  etmək.  Allahdan  qeyrisinə  qurban  kəsmək,  nəzir  demək, 

qəbirləri təvaf etmək. Sehr, cadu etmək, fala baxmaq, kartda, qəhvədə, kahinlik 

və s. Müsəlmanlara qarşı kafirlərə dəstək olmaq.  

Küfrün  Rükunları  –  Təkəbbürlük  –  boyun  əyməyə  mane  olar.  Həsəd  - 

nəsihəti qəbul  etməyə  mane olar.  Qəzəb  - ədalətə,  Şəhvət  -  isə ibadət  etməyə 

mane  olar.  Təkəbbürlüyün  dirəyi  yıxılarsa  qulun  boyun  əyməsi  asantlaşar, 

həsədin  dirəyi  yıxılarsa  qulun  nəsihəti  qəbul  etməsi,  qəzəb  dirəyi  yıxılarsa 

ədalət, şəhvət dirəyi yıxılarsa ibadət o, qul üçün asanlaşar.  

Bir  Qulda  Həm  Şirk,  Həm  Küfr,  Həm  Nifaq  Bir  Yerdə  Cəm  Ola  Bilər?  - 

Günümüzdə olan təkfirçilər Quran və Sünnədə kafirlərə gələn hədə və təhdid 

ayələrini bir başa müsəlmanların üzərinə tətbiq edirlər. Lakin bilindiyinə görə 

ayə  və  hədislərdə  keçən  şirk,  küfr  kəlimələri  gəldikdə  hökm  vermək  üçün 

tələsmək  lazım  deyil.  İlk  öncə  öyrənmək  lazımdır  ki,  bu  kəlimələrdən  (şirk, 

küfr)  nə  qəsd  olunur?  Böyük  şirk,  küfr,  yoxsa  kiçik?  İslamdan  çıxardandır, 

yoxsa İslam dairəsindən çıxardmayandır? Bu haqda daha ətraflı:  

İtaətlər imanın şöbələri olduğu kimi bütün günahlar da küfrün şöbələridir. 

Əhli Sünnə vəl Cəmaata görə bir qulda imanın bəzi şöbələri ilə, imanın əslinə 

və  həqiqətinə  zidd  olmayan  küfrün  və  ya  nifaqın  bəzi  şöbələri  olması 

mümkündür.  «Onlar  o,  gün  imandan  daha  çox  küfrə  yaxın  idilər…».  (Ali 

İmran 167). AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə bir 

qulda  həm  iman,  həm  də  küfr  ola  biləcəyinə  və  bunlardan  birinə  digərindən 

daha yaxın ola biləcəyinə dəlil vardır».  

Şirk, küfr, nifaq, bidət, zülm Tövhidin və İmanın ziddidir. 1-ci qayda olaraq 

biz bilməliyik ki: Şirk, küfr, nifaq, bidət hər biri iki qismə bölünür. Böyük şirk, 



 

84 


böyük küfr, böyük nifaq və s. Həmçinin kiçik şirk, kiçik küfr, kiçik nifaq və s. 

Nə üçün bunlar iki qismə bölünürlər? Bizlər bunu nə üçün bilməliyik? Quran 

və Sünnəni daha gözəl başa düşmək üçün. Əgər bizlər Quran və Sünnədə şirk, 

küfr,  nifaq  kəlimələrinə  rast  gəldikdə  birinci  qaydaya  əsasən  biləcəyik  ki, 

bütün  bu  kəlimələr  (şirk,  küfr,  nifaq)  iki  qismə  bölünürlər.  Əgər  biz  bu 

qaydanı bilməsək elə zənn edəcəyik ki, bu kəlimələr İslamdan çıxardan böyük 

şirk, böyük küfr və böyük nifaqdır. Qaydanı bildikdə isə artıq tələsməz, ayə və 

hədislərdən hansı qism şirk, küfr və nifaqdan söhbət getdiyi barədə fikirləşər 

və  hökm  verməyə  tələsmərik.  2-ci  qayda odur  ki,  Tövhidin  və  İmanın  əsli  və 

şöbələri  olduğu  kimi,  şirk  və  küfrün  də  əsli  və  şöbələri  vardır.  Böyük  şirk, 

küfr, nifaq Tövhid və İmanın ziddidir. Yəni: Böyük şirk və böyük küfrün əsli 

Tövhid və İmanın əslinə ziddir. Ya sənin qəlbində şirk və küfrün əsası, ya da 

sənin  qəlbində  Tövhid  və  İmanın  əsası  olmalıdır.  Əgər  qəlbdə  İmanın  əsası 

olarsa orada küfrə, küfrün əsası olarsa orada İmana yer olmaz. Kiçik şirk, küfr 

və nifaq Tövhid və İmanın kamilliyinə ziddir. Yəni: Kiçik şirk, küfr böyük şirk 

və küfrün şöbələri (budaqlarıdır).  

Daha aydın olsun deyə bir məsəl ilə bunu izah edək: İki ağac təsəvvür edin. 

Bir  ağacın  həm  kökü,  həm  də  budaqları  küfrdür.  Yəni  ağacın  həm  əsası 

küfrdü,  həm  də  budaqları  küfrün  şöbələridir.  Digər  ağac  isə  İslam  ağacıdır. 

Həm kökü İmanın əsası, həm də budaqları (şöbləri) imanın budaqlarıdır. Həm 

iman,  həm  də  küfr  ağacından  bir  budaq  qıraq.  Sonra  küfr  ağacından  qırılan 

budağı  iman  ağacından  qırdığımız  budağın  yerinə  calağ  edək  (sadəcə  bir 

budaq).  Onda  sizə  belə  bir  sual  verək.  Küfr  ağacından  bir  budaq  qırıb  iman 

ağacına calağ etməklə bizdə iman ağacı oldu, yoxsa küfr? Sösüz ki, iman ağacı 

olaraq  qalır.  Biz  dedik  ki,  budaqlar  kiçik  küfrün  şöbələridir  və  imanın  əslinə 

yox, kamilliyinə ziddir. Bizdə iman ağacı o, vaxta qədər iman ağacı olaraq qalır 

ki,  imanın  əsası  (ağacın  kökü)  küfrün  əsası  (küfrün  kökü)  ilə  dəyişmədikcə. 

Buradan  da 3-cü  qayda:  Bir  mömin qulda  həm iman, həm  də  küfr qəlbdə  bir 

yerdə  ola  bilər.  Burada  olan  küfr  hansı  küfrdür?  Sözsüz  ki,  kiçik  küfrdən 

söhbət  gedir.  Əgər  biz  böyük  küfr  desək  onda  heç  imandan  söhbət  də  gedə 

bilməz.  Ona  görə  də  deyilir  ki,  böyük  şirk,  küfr  imanın  əslinə  (Yəni:  İnsanı 

İslam dairəsindən çıxardır), kiçik küfr isə imanın kamilliyinə ziddir. 



Böyük  Və  Kiçik  Küfrün  Fərqi  -  1.  Böyük  küfr  insanı  İslamdan  çıxarır  və 

bütün  əməlləri  batil  edir.  Kiçik  küfr  isə  insanı  İslamdan  çıxarmır  və  əməlləri 

batil  etmir.  Yalnız  etdiyi  bu  əmələ  görə  cavab  verəcək.  2.  Böyük  küfrə  görə 

insan əbədi Cəhənnəmi qazanır. Kiçik küfrə görə isə insan Cəhənnəmə düşsə 

də əbədi deyildir. 3. Böyük küfrə görə o, insanı sevmək, onunla dostluq etmək 

olmaz, hətta yaxın qohum da olsa belə. Kiçik küfrə görə isə belə deyildir. 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə