[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə38/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   34   35   36   37   38   39   40   41   ...   258

 

77 


Daha  yaxşı  başa  düşülməsi  üçün  böyük  küfrü  üç  yerə  bölərək  misallar 

verək:  


Etiqadi  Küfr  (İslamdan Çıxaran Küfr) –  Allahın  varlığına  və  birliyinə  şübhə 

etmək,  Allahın  Peyğəmbərinin  peyğəmbərliyinə  və  ya  onun  son  Peyğəmbər 

olmasına şübhə etmək (və ya inkar etmək), Axirət gününə, Cənnət, Cəhənnəm, 

savab,  cəza,  dirilmə,  cinlərə,  mələklərə,  isra  və  merac  və  s.  kimi  həqiqətlərə 

şübhə etmək, Qurandan bir hərf olsa da belə inkar etmək, ya da Onda artırılma 

olduğuna inanmaq, Uca Allahın öz qullarına hülul (daxil olmasına) inanmaq, 

şəriki olduğuna, övladı olduğuna və s. çirkin sifətləri Allaha isnad etmək, beş 

dəfə  namaz  qılmağı,  zəkat və  bunun  kimi  dində qəti olan  şeylərin  vacibliyini 

inkar  etmək,  dində  halal  olması  qəti  məlum  olan  alış-veriş,  nigah  kimi 

məsələlərin haram olduğuna və yaxud haqsız adam öldürmə, zina və faiz kimi 

                                                                                                                             

irtidat (mürtədlik), Allah  və Onun  dininə  qarşı  küfr etmək  sayılır.  Allah bizə İslama  istehza edən  və  sonra 

da:  “Biz  sadəcə  boş-boş  danışıb  zarafatlaşırdıq!”  söyləyən  bəzi  kəslər  barədə  söz  açır.  Lakin  Allah  bizə 

bildirir ki, onların etdiyi bu cür zarafat faktiki olaraq Allaha, Onun ayələrinə və Onun Rəsuluna lağ, istehza 

etməkdir və bunu etməklə də onlar küfr işləmişdirlər. Allah buyurur: “Onlardan nə üçün istehza etdiklərini 

soruşsan,  deyərlər:  'Biz  sadəcə  boş-boş  danışıb  zarafatlaşırdıq!'  De:  'Allaha,  Onun  ayələrinə  və  Onun 

Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz'. Sizlərdən bir 

qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik”. (ət-Tövbə 65-66). Allahın dininə 

istehza etmək  və  yaxud Allahın  dinini  söymək  və yaxud Allahı  və  Onun  Rəsulunu təhqir etmək  və onlara 

lağ  etmək  fərdi  islam  dairəsindən  çıxaran  böyük  küfrdür.  Bununla  belə,  onlardan  da  tövbə  etmək  üçün 

fürsət  var.  Çünki  Allah  buyurur:  “Qullarıma  mənim  bu  sözümü  de:  'Ey  Mənim  özlərinə  qarşı  həddi  aşmış 



qullarım!  Allahın  rəhmindən  ümidinizi  üzməyin.  Şübhəsiz  ki,  Allah  bütün  günahları  bağışlayır.  O, 

həqiqətən,  Bağışlayandır,  Rəhmlidir!”.  (əz-Zumər  53).  Əgər  bir  şəxs  mürtədliyin  istənilən  bir  növündən 

tövbə  edirsə  və  onun  tövbəsi  səmimi  isə,  tövbəyə  dair  bütün  şərtlər  qarşılanırsa,  bu  halda  Allah  onun 

tövbəsini qəbul edir. Tövbənin beş şərti var və bunlar aşağıdakılardır….Mən deyirəm ki, əgər bir insan hər 

hansı  bir  günahdan  tövbə  edirsə  -  hətta  bu  günah  İslamı  söymək,  təhqir  etmək  olsa  belə  -  yuxarıda  qeyd 

olunan  şərtləri  qarşılayarsa onun tövbəsi İnşallah  qəbul ediləcəkdir. Bununla  belə  qeyd etmək  lazımdır  ki, 

bir söz ola bilsin ki, küfr əməli və yaxud mürtədlik olsun, lakin bunu söyləyən şəxs bununla belə hələ kafir 

olmasın. Yəni, onun kafir olduğuna hökm etməmək üçün bir maneə varsa bu halda həmin şəxs kafir olmaya 

bilər.  Bizim  bu  misalda  bildirilir  ki,  bir  nəfər  qəzəbli  halda  islamı  söymüşdür.  Biz  ona  deyirik:  Əgər  sənin 

qəzəbin nə söylədiyini bilməyəcək dərəcədə şiddətli olubsa və həmin anda özünüzdə olmamısınızsa (göydə 

və  yaxud  yerdə, harada olduğunuzu  bilməmisinizsə)  və  həmin  sözlərin nə  olduğu barədə  düşünmədən  və 

bilmədən bunları söyləmisinizsə, bu halda bu sözlər hər hansı hökmə tabe tutulmur və sizə mürtəd hokmü 

verilə  bilməz.  Çünki  bu  sözlər  bilərəkdən,  onun  öz  iradəsi,  qəsdi  ilə  söylənilməmişdir.  Əgər  bir  söz 

bilməyərəkdən,  bunu  niyyət  etmədən  söylənilirsə  Allah  buna  görə  fərdi  cəzalandırmır.  Allah  buyurur: 

“Allah  sizi  qəsdiniz  olmadan  içdiyiniz  andlara  görə  (onları  pozmağa  görə)  cəzalandırmaz,  lakin  O,  sizi 

qəsdlə  içdiyiniz  andlara  görə  cəzalandıracaqdır”.  (əl-Maidə  89).  Əgər  şiddətli  qəzəb  anında  küfr  sözlərini 

söyləyən sözügedən şəxs nə dediyini bilməyibsə, bu halda onun sözləri heç bir hökm ifadə etmir və bu halda 

onun  mürtəd  olduğuna  hökm  verilə  bilməz.  Ona  mürtəd  hokmü  verilmədiyindən  zövcəsi  ilə  nikahına  da 

xətm verilmir. Daha doğrusu zövcəsi hələ də onun nikahı altında qalır. Ancaq bildirmək istəyirəm ki, kimsə 

hirslənibsə  bu  qəzəbinin  qarşısını Peyğəmbərin (Ona Allahın  salavatı və  salamı olsun) nəsihət etdiyi  yollar 

ilə almağa çalışsın. Belə ki, bir kişi ondan: “Ey Allahın Rəsulu, mənə nəsihət et” deyə xahiş etdi. Peyğəmbər: 

“Hirslənmə”deyə  cavab  verdi.  Peyğəmbər  bunu  bir  neçə  dəfə  təkrarlayaraq  “Hirslənmə”dedi.  Odur  ki, 

həmin şəxs də özünü ələ almalı və məlun şeytandan Allaha pənah aparmalıdır. Əgər ayaq üstə isə otursun, 

oturubsa  uzansın.  Əgər  onun  qəzəbi  həddən  artıq  güclənirsə  dəstəmaz  alsın.  Bütün  bunlar  onun  qəzəbini 

sovuşduracaqdır.  Nə  qədər  insan  olub  ki,  qəzəbli  halda  ikən  əməl  etdiklərinə  görə  peşman  olublar,  lakin 

artıq iş işdən keçmişdir. “Fətvalar toplusu” 2/152.  



 

78 


haramlığı qəti bilinən şeyləri halal olduğuna inanmaq, Uca Allahın nazil etdiyi 

bir məsələnin Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərəfindən gizlədildiyinə 

və  yaxud  müsəlmanlardan  bəzilərinə  bildirdiyinə,  başqalarına  bildirmədiyinə 

inanmaq,  hər  hansı  bir  Peyğəmbərdən  birini  və  ya  onlardan  səhih  gələn  hər 

hansı bir şeyi yalan saymaq, Yəhudi və Xristianların etdikləri də Allaha ibadət 

olduğuna  və  onların  da  Allah  və  Peyğəmbərinə  itaət  etdiklərinə  inanmaq, 

Peyğəmbərlik  iddiasında  olan  bir  kimsəni  təsdiq  etmək,  Səhabələrin 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dən  sonra  dindən  çıxdıqlarına 

inanmaq, küfr sözlər söyləyən kimsəyə razı olaraq gülən kimsə, açıq küfr olan 

bir  əməlin  küfr  olmasında  şübhə  edən  bir  kimsə  və  s.  bunlara  bənzər  küfr 

əməllər vardır. 

Əməli  Küfr  –  Uca  Allahdan  başqasına  səcdə  etmək,  Qurani  Kərimi  və  ya 

şərafətli  hədislərin  yazıldığı  kağızları  murdar  yerlərə  atmaq,  övliya  və 

əməlisaleh  insanların  qəbrlərini  təvaf  etmək,  siqaret  çəkdikdə,  zina  edərkən 

«Bismilləh» demək, kafirlər üçün ibadətgahlar tikmək, bu işdə onlara yardım 

etmək, sehri öyrənmək, kafirlərlə dostluq etmək və s.  

Sözdə  Küfr  –  Uca  Allahı,  hər  hansı  bir  Peyğəmbəri  və  ya  İslam  dinini 

söymək,  çətin  və  sıxıntı  anlarında  çarə  tapmaq  üçün  övliya  və  salehlərə 

yalvararaq  onlardan  kömək  diləmək  (təvəssül),  Qurani  Kərimi  və  ya  ondan 

götürülmüş  hər  hansı  bir  ayəni  məsxərəyə  qoymaq,  Peyğəmbəri  –  sallallahu 



aleyhi və səlləm – rişxənd etmək, Uca Allahın İsimlərindən birinə istehza etmək, 

Cənnət, Cəhənnəm və s. bu kimi mövzulara əhəmiyyət verməmək, Allah mənə 

Cənnəti versə də girmərəm, namaz qılandan bəri heç bir xeyir görmədim, sənə 

namazın heç bir faydası olmaz, Namaz, oruc vacib deyildir, İslam bu zamana 

uyğun deyildir, İslam dini müsəlman ölkələrinin geri qalması deməkdir, özünə 

vəhy gəldiyini iddia edən və s.  

Belə bir şeyləri zarafatla olsa da belə söyləmək, məsxərəyə qoymaq, istehza 

obyektinə  çevirmək,  əhəmiyyətsizləşdirmək  insanı  dindən  çıxararaq  –  Allah 



qorusun – mürtəd edə bilər. Ağzından belə bir sözlər çıxmış adam dərhal tövbə 

edib  Şəhadət  Kəlməsini  söyləməlidir  və  peşmançılıq  çəkərək  bir  daha  belə 

qorxunc vəziyyətə düşməməyə qətiyyət və səy göstərməlidir.  

Kiçik  Küfr  –  Bu  kamil  müsəlman  ola  bilmək  üçün  hökmən  zəruri  olan 

şeylərin  inkar  edilməsidir.  Belə  ki,  o  şeylərsiz  kamil  müsəlman  olmaq 

mümkün  deyildir.  Bu  cür  küfrdə  insan  Cəhənnəmə  daxil  olmağa  layiqdir. 

Lakin əbədi  deyildir.  Bu  bütün günahları  əhatə  edir.  İtaət  və ibadətlər imana 

daxil  olduğu  kimi  beləcə  günahlar  da  küfr  adlandırılır.  Bu  vəziyyətə  düşən 

əslən  olmasa  da  hökmə  görə  müsəlman  olaraq  qalır.  Bir  çox  növləri  olan  bu 

küfrün bəziləri aşağıdakılardır:  



Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə