[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə47/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   43   44   45   46   47   48   49   50   ...   258

 

95 




 





 

 

ƏHLİ SÜNNƏTƏ 



GÖRƏ TƏKFİR 

 





 



 




 

96 


ÜMUMİ VƏ XÜSUSİ TƏKFİR 

 

Tətbiq Olunan Küfrün İki Qismi: 1. Təkfirul Mutləq - Mütləq - ümumi küfr. 



2. Təkfirul Muəyyən - Müəyyən - hər hansısa bir şəxsə küfr tətbiq etmək.  

1) Mütləq küfrün iki mərtəbəsi vardır: Birinci Mərtəbə – Hər hansı bir vəsfə 

görə  küfr  tətbiq  etmək.  Məs:  Hər hansı  bir söz,  əməl,  etiqada görə  demək  ki: 

Filan  əməli  edən  kafirdir,  filan  sözü  deyən  kafirdir.  «Şübhəsiz  ki,  Allah 

Məryəm  oğlu  Məsihdir  deyənlər  kafir  oldular».  (əl-Maidə  72).  «Allah  üçdür 

deyənlər kafir oldular». Yəni kim etiqad edirsə (ümumi olaraq), istər əsli kafir 

olsun, istər əsli müsəlman olsun o, kimsə Quran ayəsi ilə kafir olur. «Allah və 



Peyğəmbərini  inkar  edənlər,  Allahı  Peyğəmbərindən  ayırmaq  istəyənlər:  Biz 

Peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq  – deyənlər və bunun 

arasında bir yol tapmaq istəyənlər bütün bunlar həqiqətən kafirlərdir…». (ən-

Nisa  150).  Artıq  kim  bu  vəsflə  vəsflənəcəksə  (ümumi)  küfr  ona  da  tətbiq 

olunacaqdır. İkinci Mərtəbə – xüsusi vəsflərə görə kafir demək. Məs: Hər hansı 

bir  firqənin,  cəmaatın  kafir  olduğunu  söyləmək.  Yəhudilər,  Nəsranilər, 

Cəhmilər  kafirdilər  sözü  kimi.  Ümumi  olaraq  küfr  sözünü  işlətmək. 



«Süleyman  kafir  olmadı,  lakin  şeytanlar…  kafir  oldular».  (əl-Bəqərə  102). 

«Səmudun  qövmü  öz  Rəbbinə  küfür  etdilər»  Allah  bu  ayədə  müəyyən  bir 

qrupun kafir olduğunu söylədi.  



2) Müəyyən bir şəxsi təkfir etmək – müəyyən bir şəxsin adını çəkərək təkfir 

etməkdir.  Məs:  «Biz  mələklərə:  «Adəmə  səcdə  edin!  Dedikdə  İblisdən  başqa 



hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 

34).  Allah  bu  ayədə  kafiri  adı  ilə  çəkir.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  – 

deyir  ki:  «Bu  məsələnin  araşdırılmasının  nəticəsi  ondadır  ki,  hər  hansısa  bir 

söz  küfr  ola  bilər.  Cəhmilərin  dedikləri  kimi:  Allah  danışmır,  Allah  axirətdə 

görünməyəcək.  Lakin  bəzi  insanlara  bu  sözün  küfr  olub-olmaması  gizli  qala 

bilər.  Hər  bir  küfrü  deyən  insan  dərhal  kafir  olmur.  Artıq  bu  zaman  söz  ilə 

deyilən  təkfir  məsələsi  (kafir)  ümumi  tətbiq  oluna  bilər.  Kim  desə  ki  Quran 

məxluqdur  o,  kafirdir,  kim  desə  ki  Allahı  axirətdə  görməyəcəyik  o,  kafirdir. 

İnsanları  xüsusi  təkfir  etməkdən  ötəri  onlara  hüccət  qaldırmaq  lazımdır  ki, 

onlara məlum olsun ki, etdikləri əməl (söz) küfür əməldir»

283


.

284


.  

Cahil  və  müəyyən  kimsələrin  təkfir  edilməsi  onlara  dəlil  ortaya 

qoyulmadıqca  caiz  deyildir.  Ortaya  qoyulacaq  dəlilin  də  onların  başa 

düşəcəkləri bir səviyyədə olmalıdır. İcma ilə küfr olduğu qəbul edilən bir söz 

haqqında mütləq olaraq bu küfrdür deyilir. Lakin bu sözü söyləyən hər kəsin 

kafir  olduğuna  dəlalət  etməz.  Çünki  bilməməzlik,  cəhalət  üzürdür.  Alimlər 

                                                

283


 Məcmuu Fətava 7/679.  

284


 Durar əs-Səniyyə 8/244. 


 

97 


deyirlər ki, əgər bir şəxs küfr əməliylə qadağan olunmuş bir işi görərsə və ya 

özü  də  bilmədən  nadanlığından  etiqadla  bağlı  küfrə  yol  verərsə,  o,  kimsə 

savadsızlığına  görə  üzürlü  hesab  olunur.  Günahkar  sayılmaz,  cəzaya  məruz 

qalmaz,  İslam  dinindən  çıxmaz.  Digərləri  isə  həmin  şəxsin  bilməməzliyinə 

görə  üzürlü  sayırlar.  Bu  o  deməkdir  ki,  belə  bir  adama  kafir  deyilməz.  Əhli 

Sünnə  vəl  Cəmaat  təkfir  məsələsində  belə  bir  ifadə  söyləyirlər:  Belə-belə 

söyləyən və ya belə-belə edən bir kimsə kafirdir. Lakin iş o, sözü söyləyən və 

ya  o,  əməli  edən  bir  kimsəyə  gəldikdə  şübhələr  və  maneələr  aradan 

götürülmədikcə  o,  kimsənin  küfrünə  hökm  verilməz.  Bu  da  Əhli  Sünnəti 

digərlərindən  ayıran  ən  önəmli  bir  məsələdir.  Çünki  təkfir  hər  kəsin  dilədiyi 

kimsəyə qarşı öz arzu və kefi istədiyinə görə işlədiləcək bir haqq deyildir. Bu 

mövzuda  mütləq  şəriətin  bizə  göstərdiyi  şərtlərə  müraciət  etmək  lazımdır. 

Şovkani – rahmətullahi aleyhi – deyir ki: «Allaha və Axirət gününə iman gətirən 

insanın  hər  hansı  müsəlmana  onun  İslam  dinindən  çıxması  və  küfrə  batması 

ilə bağlı əlində Günəşdən daha aydın dəlil olmadan, hökm verməsi haramdır. 

Səhabələrdən  olan  camaatın  vasitəs  ilə  rəvayət  edilən  səhih  hədislərdə 

Peyğəmbərin 

- sallallahu aleyhi və səlləm – 

bu ifadələri oz təsdiqini tapmısdır: 

"Kim bir qardaşına "Ey kafir!" deyərsə, ikisindən biri bu sifətlə sifətlənər. Dgər 

bir  ləfzdə  isə  bu:  "Kim  ki,  bir  nəfəri  "kafir"  deyə  cağırsa  və  yaxud:  “belə 

olmadığı  halda  (ona)  "Allahın  dusməni"  deyərsə, o söz onun ozunə  qayıdar". 

yəni  geri  ona  dönər.  Digər  bir  ləfzində:  “artıq  iksindən  biri  kafir  olar”.  Bu 

hədislər və eyni mənada varid olad hədislər Təkfir etməyə tələsməmək haqda 

ən əzəmətli çəkindirən, ən böyük moizə edənir”

 285

.  


Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «Kafir imanı küfrdən üstün tutması 

ilə  mömin  olduğu  kimi,  mömin  də  küfrü  özünə  məqsəd  edib  onu  seçincəyə 

qədər icma ilə kafir sayılmaz»

286


. İmam əl-Bakliyani – rahmətullahi aleyhi – deyir 

ki:  “İnsan  kiminsə  fikir  və  sözlərinə  görə  kafir  olmur.  Yalnız  müsəlmanların 

ittifaq etdiyi şeydən başqa”

287


.  

Mütləq  Təkfir,  Müəyyən Şəxsi  Təkfir  Etməyi  Tələb  Edirmi?  Əhli  Sünnə  vəl 

Cəmaənin  əqidəsindən  məlum  olan  və  qəbul  edilən  budur  ki,    bir  etiqadın, 

sözün,  felin  küfr  və  ya  şirk  olması  hökmü  ilə  küfr  etiqad  edən,  küfr  olan  bir 

əməli edən yaxud deyən müəyyən bir şəxsə bu hökmü vermək arasınada fərq 

vardır.  Çünki  bir  sözün  və  ya  felin  küfr  olması  şəriətin  verdiyi  mütləq 

hökmdən  aslıdır.  Amma  Müəyyən  bir  şəxs  İslam  dairəsindən  çıxaran,  dində 

məlum olması zəruri olan, Allahı və ya İslam dinini söymək kimi küfr olan bir 

şeyi  etiqad  edərsə,  onu  deyər,  ona  əməl  edərsə,  həmin  şəxsə  hökm  vermək 

                                                

285


 Seylul Cərrar 4/578.  

286


 Qurtubi «Təfsir» 7/6128, 16/203.  

287


 “Fatava əs-Subki” 2/578.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə