71
kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan (bilmədən) pis bir iş
gördükdən sonra dərhal tövbə edərlər» (ən-Nisa 17).
Şirk Və Küfr Arasında Olan Fərq - Allah bəzi şirkə küfr və küfrə şirk
deyirsə, onların arasında olan fərqlərə görə alimlər ixtilaf etmişdilər. Bəziləri
qeyd edirlər ki, onlar arasında heç bir fərq yoxdur. Şirk küfrdür, küfr də şirk.
Əbu Bəkr əl-Asan – rahmətullahi aleyhi – şirkin küfr olduğunu deyən
alimlərdəndir. O, deyir ki: «Kim ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in
risaləsini inkar etsə, ondan üz döndərsə artıq müşrikdir: «Şübhə yoxdur ki,
Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa
olan günahlarını bağışlayar…» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı
bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-
Nisa 116). Əgər Yəhudi və Nəsranilərin küfrü şirk olmasaydı, onda gərək
Allah onları bağışlayardı. Ayə buna dəlalət edir: «Bundan başqa olan
günahları isə istədiyi şəxsə bağışlayar». Əbu Hələlə
– rahmətullahi aleyhi –
deyir ki: «Küfr günhaların bir hissəsinə aid edilən sözdür. Qurani Kərimdə və
Sünnədə Allah və Peyğəmbər - sallallahu aleyhi və səlləm – bəzi günahları küfr
kimi adlandırıb. Allaha şərik qoşmaq, Peyğəmbər - sallallahu aleyhi və səlləm – i
inkar etmək, Allahın hansısa halalını haram, haramını da halal etmək bunlar
hamısı küfrdür. Bu baxımdanda şirk bunun içərisinə daxil olur. Küfr və şirk
arasında olan fərq - küfrün şöbələri çoxdur və onun şöbələrindən biri də,
şirkdir». Küfr ümumidir, şirk isə xüsusi. Hər bir günah küfr adlandığı kimi,
şirk də küfrün şöbələrndən biridir. Bu baxımdan da, küfr ümumidir, şirk isə
xüsusi. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Şirk və küfr hərdən bir
şeyə dəlalət edə bilər. O da Allaha küfür etməkdir. Həm şirk, həm də küfr
buna aiddir. Hərdən də onlar arasında ayrılıq olur. Əgər şirk və küfr ayrı-ayrı
gələrsə onda küfr küfrdü, şirk isə Allahdan başqasına ibadət etmək və yaxud
Allahdan başqasına ibadətin haqq olduğunu etiraf etməkdir». İbrahim Ruheyli
– Allah onu qorusun - bu məsələdə Racih olan görüşü gətirir: «Küfr ümumidir,
şirk isə xüsusi. Hər bir müşrik kafirdir, hər bir kafir isə şərt deyil ki, müşrik
olsun. O ki, qaldı Əbu Bəkr əl-Asan – rahmətullahi aleyhi – nin dəlilinə - İbrahim
Ruheyli – Allah onu qorusun - deyir ki: «Bu o, demək deyil ki, onların küfrü
mütləq şirk olmalıdır. Çünki Allah: Bundan başqa olan günahları isə istədiyi
şəxsə bağışlayar - lakin küfür şirkdən yuxarıdır. Yəhudi və Nəsranilərin
küfrləri şirk idi”. Küfr və şirk yuxarıdır.
Küfr Və Nifaq Arasında Olan Fərq - Lüğəti Mənası – Nəfaqdan törənmişdir.
Nəfaq yerin içində gizlənən tunel mənasındadır. Nifaqın bu cür adlanmasına
səbəb münafiqin küfrünü gizləməsi və onu göstərməməsidir. Bir görüşə görə
də bu kəlimə tarla siçanının yuvası mənasına gələn Nafikaul Yərbu -dan
72
törənmişdir. Çünki bu yuvanın üstü yer üzü ilə eyni səviyədədir. Altında isə
gizli bir çuxur vardır
224
.
İstilahi Mənası – Nifaq batinin zahirə müxalifətidir. Açıqdan söylənən
sözlərin və əməllərin qəlbdəki inancın tərsi, ziddi olmasıdır. İslamı və xeyiri
açığa çıxarmaq, küfrü və şərri gizləməkdir. Yəni qəlbən inanmadığı və rədd
etdiyi halda zahirdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirmiş olduğu
şeylərə uyduğunu göstərməkdir. Münafiq imanı açıqlayan, küfrü isə
gizlədəndir. Münafiq – sözü əməlinə, içi də çölünə zidd olan kimsədir. O,
İslama bir qapıdan girər, digər qapıdan çıxar. Zahirən imana girər, batinən
ondan çıxar
225
. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha
və axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). İbn Əsir
– rahmətullahi aleyhi –
deyir ki: «(İslamı) imanı izhar edib, küfrü isə özündə gizlətməkdir. Bu da artıq
nifaq sayılır». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Dili ilə imanı izhar
edir, qəlbində isə Peyğəmbər - səllallahu aleyhi və səlləm – in nübuvvətini,
Quranı təkzib edir».
Küfr ilə nifaq arasında olan fərq: Kafir küfrə etiqad edir, küfrdə izhar edir.
Münafiq isə küfrə etiqad edir, İslamı isə izhar edir. Bu baxımdan küfür ilə
nifaq arasında birləşmə və ayrılıq var. Birləşmə odur ki, hər ikisi də küfrü
qəlbində etiqad edirlər. Bu məsələdə nifaq ilə küfür cəm olunur. Ayrıldıqları
məsələ isə: kafir zahirdə də küfrü izhar edir, münafiq isə zahirdə İslamı izhar
edir. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha və Axirət
gününə inandıq deyərlər». (əl-Bəqərə 8). «Əlbəttə münafiqlərin yeri
Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). İbn Abbas - radıyallahu anhu
– deyir ki: «Onların Cəhənnəmin ən aşağı təbəqəsində əzab çakmələrinə səbəb
çox şiddətli küfür etmələridir». Kafir küfrü etiqad edir və izhar da edir.
Münafiq isə malını, canını qorumaqdan ötrü küfrü etiqad edir, imanı isə izhar
edir. Bu da şiddətli küfr sayılır. Dəhhaq – rahmətullahi aleyhi – deyir ki:
«Cəhənnəmin ən yuxarı təbəqəsində Muhəmmədin ümmətindən asi olanlar
olacaqdır. Onlar Cəhənnəmin ən yuxarı hissəsində müəyyən müddət öz
əzablarını çəkib sonra isə Cənnətə daxil olacaqlar. Onlardan aşağı 2-ci
təbəqədə Nəsranilər, 3-cü təbəqədə Yəhudilər, 4-cü təbəqədə Əshabiunlar, 5-ci
təbəqədə Məcusilər, 6-cı təbəqədə müşrik ərəblər, 7-ci təbəqədə isə münafiqlər
olacaqlar».
İnsanın Mürtəd Olması 3 Şey Üzərində Cəm Olur - 1) Etiqadlar.
2) Əməllər.
3) Sözlər. Çünki küfrün 6 qismini edən kimsə kafir olur. Onların etiqadla,
əməllə, sözlə bağlı olanı da var.
Etiqadda Olan Küfr – Sələflər qəlbin küfrünü çox zaman etiqad ilə
224
Lisanul Arab 10/358, Tacul Arus s. 463, Mufrədatul Quran s. 819.
225
Lisanul Arab 10/359, İbn Teymiyyə «İman» s. 284.