67
mədəniyyət səviyyəsini, dünya, yaşayış səviyyəsini başqa insanlardan üstün
görür. Öz ağlını onlardan üstün sayır. Onu dəvət edəndə istehza ilə deyir ki:
«Mən filankəslərlə bir yerdəmi səcdə edəcəyəm?». Keçmiş ümmətlərin çoxu
beləcə inkar edib üz çevirmişdilər. «…Siz də bizim kimi adi bir insansınız.
Bizi atalarımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz…».
(İbrahim 10) ayəsində olduğu kimi uca Allah onların hekayəsini bizə xəbər
verir. «Möcüzələrimizin həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda
haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad
törədənlərin axırı necə oldu!» (ən-Nəml 14). «Bildikləri (Peyğəmbər) gəldikdə
isə ona inanmadılar. Allah kafirlərə lənət etsin». (əl-Bəqərə 89). «Həqiqətdə isə
onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi Peyğəmbər
olduğunu yaxşı bilirlər)». (əl-Ənam 33).
4) Şübhə (Şəkk) Etmək Küfrü – İnsandan tələb olunan şey Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in gətirdiyinə şəksiz, şübhəsiz əminliklə itaət etmək
olduğu halda, tərəddüd edərək nə onu təkzib etməsi (yalanlaması), nə də
təsdiq olmadan yaranan küfr formasıdır. Kim Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in gətirdiyinin haqqın əksi ola biləcəyini etiqad edərsə, bu şübhəsi onu
küfrə salmış olar. Şəkk yəqinin ziddidir. Şəkk insanın Allahın əmrlərindən
birinə şəkk etməsidir. Məs: Allaha, Mələklərinə, Peyğəmbərinə, kitablarına
iman gətirir, axirətə və ya qəza və qədərə iman gətirmir (inanmır). «Kafir
kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını
güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm…». (əl-Kəhf 32-42).
«Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən
sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir». (əl-Hucurat 15). Qadi İyad
–
rahmətullahi aleyhi – deyir ki: «Kim ki Quranı alçaldarsa, yaxud Quran yazılı
müshafları alçaldarsa, onlardan bir şeyi söyərsə, ondan bir şeyi inkar edərsə,
onu yalan sayarsa, ondan bir hissəsini yalan sayarsa, Allahın hökmlərindən
birini açıq-aşkar inkar edərsə, Peyğəmbərdən gələn xəbərləri inkar edərsə,
Allahın isbat etdiyini inkar edərsə, inkar etdiyini isbat edərsə bu baxımdan
onun bu barədə elmi var və yaxud şəkk edərsə, Əhli Sünnənin icmasına görə
bu insan artıq kafir olar».
5) Kufru İrad - Üz Çevirmək Küfrü – İbn Qeyyim – rahmətullahi aleyhi – deyir
ki: “Kufru İrada gəlincə - Bu bir kimsənin təsdiq və ya təkzib etmədən
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyi haqdan qulağını və qəlbini
çevirməsi, Onu dost saymamaqla bərabər, Ona düşmənçilik də bəsləməməsi,
lakin dinləməkdən də çəkinməsidir. Onu yalançı saymamaqla bərabər, onun
Peyğəmbərliyini də təsdiq etməmək, Ona nifrət etməməklə yanaşı onu
sevməmək və Onun gətirdiklərinə tərəf də meyl etməməkdir”
218
. İbn Teymiyyə
218
“Mədarics Salikin” 1/338.
68
– rahmətullahi aleyhi – deyir ki: “Hər kim Peyğəmbəri
– sallallahu aleyhi və səlləm
– yalanda ittiham edərsə kafirdir. Hər kimdə üz döndərdisə etiqad etmədən,
təsdiq etmədən, yalan saymasa da belə kafirdir”
219
. Beləcə haqqı tərk edər,
əməl etmədiyi kimi öyrənməzdə. Haqdan danışılan yerdən də qaçar. Bu
şəkildə bir dəfə üz çevirməklə küfrə düşər.
6) Nifaq Küfrü – Bu bir kimsənin zahirən özünü Peyğəmbər – sallallahu
aleyhi və səlləm – ə tabe olduğunu göstərməklə bərabər, qəlbən Ona qarşı
çıxması, Onu inkar etməsidir. Belələri özlərini iman sahibləri kimi göstərərək
küfrlərini gizlədirlər. «İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri
halda: Biz Allaha və Qiyamət gününə iman gətirdik – deyirlər». (əl-Bəqərə 8).
İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Nifaq küfrünün əsası yalan
üzərindədir. Çünki münafiqin zahiri özünün sirrində olana müxalif çıxır. Bu
da yalandır. Çünki yalanın lüğəti mənası insan bir şeyi izhar edir, haqqın
ziddini inkar edir. Onlar dili ilə iqrar edir, ancaq qəlbi ilə etiqad etmir». İbn
Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Nifaqın insanda yetişməsi 2 budaq
üzərində olur. 1 - Budaq onun yalanıdır. 2 - Budaq isə riyadır. Onların hər
ikisinin çıxması ayrı-ayrı gözlərdəndir. 1-ci onun gözünün zəif olması (haqqı
görməmək mənasındadır). 2-ci zəifliyi onun əzəmətinin zəif olmasıdır. Əgər
bu 4 ərkan insanda tamamlanarsa, yalan, riya, haqqı görməmək və əzəmətin
zəif olması onda artıq nifaq baş qaldırmağa başlayar».
Nifaq Küfrü 2 Qismdir: Onlardan biri böyük, digəri isə kiçikdir. Böyük
nifaq: İslamdan çıxaran küfrdür. İmanı izhar etmək, küfrü isə gizlətməkdir. Bu
da Peyğəmbər - sallallahu aleyhi və səlləm – in vaxtında münafiqlərin sifəti idi.
Onlar imanı izhar edir, ancaq qəlbində isə küfrü gizlədirdilər. «Əlbəttə
münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). Kiçik
nifaq: Hansı ki, insanı kafir etmir, millətdən çıxartmır. Bu da əməldə insanın
yalan danışması, vədinə xilaf çıxması, xəyanət etməsi və s. münafiqlərin
əlamətləridir.
Küfrün – Şirk, Zülm, Fisq Kimi İşlədilməsi - Əgər küfr, zülm, fasiqlik iki
qismə ayrılırsa Qurani Kərimdə küfr sözü həm şirk, həm zülm, həm fasiqlik
kimi də gələ bilər. Burada olan küfr həm İslamdan çıxardan şirk, zülm, fisq ola
bilər, həm də İslamdan çıxartmayan şirk, zülm, fisq ola bilər.
Birinci - Qurani Kərimdə küfrə şirk deyilməsi. Bu şirk dindən çıxaran
şirkdir. Allah Kəhf surəsinin 32-42 ayərində biri mömin, digəri kafir kimsə
barəsində danışır. «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın
nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn
etmirəm… Onunla söhbət edən (mömin) yoldaşı belə dedi: Əvvəlcə səni (atan
Adəm) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni
219
“ət-Tisiniya” 166.