58
çıxartdı. Cüməni, cəmaat namazını, həcci, cihadı, müsəlmanlara nəsihəti,
müsəlmanlara rəhmli olmağı tərk etdilər»
204
.
Digər vəsfləri və xətaları təhdid ayələrində üzə çıxmışdır. Ayələri düzgün
başa düşməmişlər. Xəvariclər bir rəy etiqad edirlər, sonra Quranın ayələrini
etiqad etdikləri şeyə tərəf çevirirlər. Onlar bu məsələdə iki yol tutublar. Ya
Quranın dəlalət etdiyi mənanı soyub çıxarırlar, ya da Quranı dəlalət etmədiyi
bir mənaya yönəldirlər. Onların dəlil çıxartma və gətirmə üslubu da batildir.
Onların törətdikləri fəsad, islahdan daha böyük olmuşdur. İbn Teymiyyə –
rahmətullahi aleyhi – deyir ki: «Hər bir bidət əhli bir rəy ortaya çıxardırlar və bu
rəydə kim onlara müxalif olarsa kafir sayırlar. Əhli Sünnə vəl Cəmaat Rəbbi
tərəfdən gələn haqqa tabe olurlar. Çünki onu Peyğəmbər – sallallahu aleyhi və
səlləm – gətirmişdir. Lakin Əhli Sünnə vəl Cəmaat özlərinə müxalif olanları
təkfir etmirlər. Çünki onlar haqqı hamıdan yaxşı bilən və insanlara qarşı ən
rəhmli olanlardırlar»
205
. İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki: “İlk bidət,
məhz Xəvariclərin bidəti Qurani Kərimi doğru başa düşməməkdən baş
vermişdir”
206
. İmam əl-Əcurri
– rahmətullahi aleyhi – deyir ki: “Xəvariclər -
Onların Orucları, namazları, həvəslə etdikləri ibadətləri onlara fayda
verməyəcəkdir. Hətta onların açıq-aydın yaxşılığı əmr edib, pislikdən
çəkindirməsi onlara fayda verməyəcəkdir. Çünki bu toplum Quranı öz nəfsi
istəyinə uyğun olaraq təfsir edir. Bizləri onlardan Allah və Rəsulu
çəkindirmişdir, Rəşidi xəlifələri və səhabələr və onların ardınca gedənlər
çəkindirmişlər”
207
. Əbu Umamə –
radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurdu: “Üç şey vardır ki, ölümdür:
itaət olunan simiclik (acgözlük), ardınca gedilən nəfsi istək, insanın özü-özülə
öyünməsi”
208
. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Elmin ardıyca
getməyən hər bir kəs, nəfsinin ardınca getmişdir”
209
.
Həmçinin onların vəsflərindən Sələfə mənsub olanların xətalarını
izləməkdir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Onlar Sələfə mənsub
olan alimləri naqisləşdirirlər, hətta içtihadi məsələrdə də hansı ki, bununla da
müxalif olan üçün bir fitnə yaranır və xətaya düşür. Çünki alimlər onların öz
hədəflərini yerinə yetirməkdə bir maneədirlər»
210
. İbn Teymiyyə – rahmətullahi
aleyhi – deyir ki: «Sən elə bir bidətçi görməzsən ki, özünə müxalif olan dəlilləri
gizlətməsin. Özünə müxalif olan dəlilləri danışmaqdan xoşlanmır və kim də
204
Məcmuu Fətava 20/140.
205
Məcmuu Fətava 19/73.
206
“Məcmuul Fətava” 13/30.
207
“Şəriə” 1/21.
208
Təbəri 54/52, əl-Albani “Səhih”.
209
“Əmr Bin Məruf” 37.
210
Məcmuu Fətava 4/155.
59
bu dəlilləri danışırsa onlara da nifrət edirlər»
211
. Sələflər deyir ki: «Hər hansı
bir şəxs bir bidət ortaya çıxardarsa hədisin şirinliyi onun qəlbindən çıxardılar».
Hakimlərin xətalarını izləmək, avam cəmaatı onlara qarşı qaldırmaq, onlara
tənə edib kafir saymaq onların vəsflərindəndir. Onlar qiyam üçün müəyyən
zaman və şərait axtarırlar. Çıxmaları üçün müəyyən bir səbəb tapmalıdırlar.
Ümumi olaraq onlar böyük fitnələrin ardınca çıxırlar. İbn Kəsir – rahmətullahi
aleyhi – deyir ki: «Nəhrəvan günü çatanda insanlar dedilər: «Onların kökünü
möminlərin əmiri kəsdi, Allaha həmd olsun!» Əli: «Allaha and olsun ki, elə
deyil! Onlar hələ də kişilərin belində, qadınların bətnində qalırlar. Onlar şər
insanlardan törəndikdə bir-iki nəfər adam tapan kimi qiyam etmək üçün
qüvvələrini birləşdirərlər». Yaxşı əməlləri günah, günahları isə küfr sayırlar.
Onlar öz cəmaatlarına görə və bidətlərinə görə dost tutur və düşmənçilik
edirlər. Xəvariclər və Rafizilərin bidəti xilafət və imamət məsələsində birləşir.
Rafizilərdə din Əhli Beytdən ibarət olduğu kimi bunlarda da din yalnız
hakimiyyət və təkfirdən ibarətdir. Onların Rafizilərlə bir çox oxşarlıqları
vardır.
TƏKFİRÇİLƏRİN VƏSFLƏRİ
Ehtiyat etmək və soruşmaq cəmaatı. Bir insanın müsəlman olmasını
deməkdə ehtiyat etmək. Yalnız onun müsəlman olmasını yoxladıqdan sonra
ona müsəlman demək. Onlara kafir və ya müsəlman, dost və ya düşmən
deməkdən çəkinmək. Həmçinin müsəlman ilə kafir arasında olan əlaqələrdə
ehtiyat etməyi də əhatə edir.
Onların Vəsfləri: 1 – Bu düşüncəli insanlar dində həddən artıq sərt olurlar.
2
– Dərhal təkfir etməyə meyilli olmaq, elə bu səbəblə də müsəlman cəmiyyətlər
təkfir edilmiş, onlara cahil cəmiyyət adı verilmişdir. Onlar deyirlər ki,
günümüzdəki müsəlmanlar kafir və mürtəddirlər. Onlar Seyyid Qutubun
müsəlman cəmiyyətlərin cahil cəmiyyətlər olması, cəmiyyətləri tərk etmək,
hakimiyyət tövhidinə daha çox üstünlük vermək, tağut, dost və düşmən
məsələrində həddən artıq şişirtmək və bu məsələrdə ifrata varmaqdır. İbn Əbil
İzz – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlinin pislənən sifətlərindən biri də
onların bir-birilərini təkfir etmələridir. Elm əhlinin tərifə layiq sifətlərindən biri
də odur ki, onlar zəlalət əhlini küfrdə ittiham etmədən danışırlar”
212
.
3 – Elmsiz
olduqları halda ictihad etməyi bacardıqlarını və yalnız özlərinin və həmfikirlə-
rinin doğru yolda olduqlarını iddia etmək. Alimlərə itaəti tam qadağan edirlər,
müsəlman alimləri tərk edilir, onlardan elm alınmır, onları cəmaatın gözündən
211
Məcmuu Fətava 20/161.
212
“Şərh Təhaviyyə” 439.