52
İbn Bazz
– rahmətullahi aleyhi – deyir ki: “Usamə Bin Laden – yer üzündə
fitnə yayan kimsələrdəndir”
187
. Şeyx Fovzandan – hafizahullah - soruşurlar:
“Hörmətli Şeyx! Allah sizi xeyirlə mükafatlandırsın. Sual verən deyir: “Mən
sizdən xahiş edirəm ki, mənim sualımı sizə ünvanladığım kimi oxuyasınız.
Əksi təqdirdə Allaha and olsun ki, Qiyamət günü haqqımı tələb edəcəyəm. əl-
Masari, əl-Faqihi və Usamə Bin Laden müsəlman cəmaatdan uzaqlaşmış
sayılırlarmı? İbn Bazz – rahmətullahi aleyhi – Usamə Bin Laden barəsində
neqatif bir fikirdə idi, onun verdiyi fətva isə adından uydurulmuş – yalandır?”
deyən kimsələr barəsində sözünüz nədir? Çünki onlar bu sözləri dəlil olaraq
gətirirlər”. Cavab: “əl-Faqih, əl-Masari və Bin Laden barəsində onların sözləri
və əməllərinə görə mühakimə edin. Onlar barəsində yalan danışmayın, lakin
etdiklərindən bir nəticə çıxarın. O, ki qaldı iddia edənlər ki, İbn Bazzın –
rahmətullahi aleyhi – fətvası yalandır – onun özü yalançıdır. Bu fətva
uydurulmuş deyildir. Biz özümüz bu fətvanı Şeyxdən eşitmişik. Sağ olduğu
zaman Onun fətvaları içərisində bu fətva yer almışdır. Ona görə də kim
deyərsə ki, bu fətva yalandır onun özü yalançıdır”
188
.
Bəzi zəlalət əhli İnternet saytlarında Usame Ben Laden barəsində olan Şeyx
Useyminin – rahmətullahi aleyhi – gözəl sözlərini yerləşdirərək insanları
çaşqınlığa salmaq istəyirlər. Buna cavabımız: Şeyx Useymin – rahmətullahi
aleyhi – bu sözləri Ben Laden barəsində Birinci Əfqan Rus müharibəsi zamanı
demişdir. Şeyx Useyminin – rahmətullahi aleyhi – ölümündən sonra bir çox
şeylər dəyişmişdir, eləcə də Ben Ladendə. Şeyx Useymin – rahmətullahi aleyhi –
heç vaxt bu cür partlayışlar və müsəlmanların qanlarının axıdılması ilə razı
olmazdı. Çünki onun bu barədə bir çox fətvaları vardır.
Baxın, görün Şeyx Useymin – rahmətullahi aleyhi – İbn Bazın – rahmətullahi
aleyhi – fətvası barəsində nə deyir: “Son zamanlar ölkəmizdən kənarlarda (əl-
Masari, əl-Fəqihi və s. Kimilərinin əmirlərin pislənməsi barəsində payladıqları
vərəqlər mövcuddur), bəlkə də bu vərəqlər bizim ölkəmizdə yazılmışdır,
dövlət rəhbərlərinin pislənməsi ilə bağlı bir çox vərəqlər (məqalələr)
yayılmışdır. Bu kağızlarda rəhbərlərin etdikləri yaxşı işlərdən heç nə qeyd
olunmayıb. Deməli, bu qeybətdir və oxunması da haramdır. Heç kəsə icazəli
deyil ki, bu kimi kağızları insanlar arasında yaysın, lakin kim bunu görərsə
cırmalı və ya yandırmalıdır. Çünki bu kimi kağızların paylanması bir çox
fitnələrin, zülmün yayılmasına səbəbdir. Bundan isə ölkəmizin Muftisi İbn
Bazz – rahmətullahi aleyhi – çəkindirmişdir. O, bundan çəkindirərək söyləmişdir
ki, bu kimi vərəqlərin paylanması fitnə-fəsadı, rəhbər ilə xalqın parçalanma-
sına səbəbdir. Mən də bundan çəkindirirəm və bizim digər qardaşlarımız da
187
“Caridatul Muslimin” 607, 8/5/1417.
188
“Fatava əl-Fovzan” 7071.
53
bundan çəkindirirlər. Alimlər də öz ölkələrini bu kimi vərəqlərin paylanmasın-
dan çəkindirirlər”. “11-ci dəqiqə, 20-ci saniyədən başlayır danışmağa”.
Şeyx Fovzandan – hafizahullah - soruşurlar: “Hörmətli şeyx, Allah sizi
qorusun! Sizə də gizli deyildir ki, Usamə Bin Laden yer üzündə fitnə yayan və
insanları da buna dəvət edən bir kimsədir? Sualım belədir: Biz bu insanı
Xəvaric adlandıra bilrərikmi? Çünki o bir çox partlayışları həm bizim
ölkəmizdə, həm də digər ölkələrdə təsdiqləyir”. Cavab: “Hər bir kəs özündə
bu etiqadı daşıyarsa, Xəvaricdir. Hərmçinin insanları bu etiqada (mənhəcə)
dəvət edən, yönəldən də şəxsiyyətindən və yaşadığı yerdən aslı olmayaraq
Xəvaricdir. Bu qayda: Kim insanları əmirlərə qarşı çıxmağa, müsəlmanları
təkfir etməyə, müsəlmanları öldürməyə çağırarsa o, kimsə Xəvaricdir”
189
.
Şeyx Fovzandan – hafizahullah - soruşdular: “Hörmətli şeyx! Sual verən
soruşur: Nə üçün fətvalar komitəsinin böyük alimləri xəvariclərin liderləri olan
Usamə Bin Laden, Zarkavi, əl-Fəqihi haqqında, insanları onlardan çəkindirən
fətvalar vermirlər?”. Cavab: “Böyük Alimlərin komitəsi belə kimsələr
barəsində və onların əməlləri barəsində dəfələrlə fətvalar vermişlər. Bu barədə
neçə dəfə qərar da verilmişdir, onların liderləri barəsində də”
190
.
Şeyx Əhməd ən-Nəcmidən – hafizahullah - soruşurlar: “Bəzi insanlar deyirlər
ki, Bin Laden gözlənilən Mehdidir və onu möminlərin Əmiri adlandırırlar.
Buna açıqlamanız nədir?”. Cavab: “Bu insanlar Şeytandırlar! Bin Laden isə
Şeytan və Xəvaricdir. Heç kəsə olmaz onu tərif etmək. Tərif edənlər isə
görünür onlar da onun kimi Xəvaricdirlər”.
Şeyx AbdulMuhsin əl-Abbaddan – hafizahullah - soruşurlar: “Bəzi insanlar
günümüzdə deyirlər ki: əl-Qaidə quruplaşması Xəvaricdirlər, digərləri isə
deyirlər ki: Onlar Mucahiddirlər”. Sizin fikriniz nədir?”. Cavab: “Qısa və
dolğun cavab: “Bəli onlar Mucahiddirlər – şeytanın yolunda”.
Şeyx Saleh Luheydandan – hafizahullah - soruşurlar: “Müsəlmanların Bin
Ladenin rəhbərlik etdiyi əl-Qaidə qruplaşmasına qarşı münasibəti necə
olmalıdır?”. Cavab: “Bu qruplaşmada xeyir yoxdur! Onlar müsəlmanları
parçaladılar, zülm və fitnəni yaydılar və nahaq qanlar axıtdılar”.
Şeyx AbdulƏziz Əli Şeyxdən – hafizahullah - soruşurlar: “Ben Laden üçün
azmış birisidir demək olarmı? Elmdə zəif olan müsəlmanlara internet
saytlarında yerləşdirilən Ben Ladenin moizələrinə qulaq asmaq olarmı?”.
Cavab: “Ey mənim qardaşım! Onlar şər və fitnənin səbəbkarlarıdırlar. Heç
şübhə yoxdur ki, onlar tutduqları yoldan azmışlar. İlk gündən indiyə qədər
mən düşünürəm ki, onlar İslam düşmənlərinin törəmələridir. İslam
düşmənləri onları yetişdirmişlər. Onlar İslam düşmənlərinin kölgələri altında
189
“Fatava Fovzan” 6587.
190
“Fatava Fovzan” 1309.