48
olun. Saqqalı uzadın və bığları qısaldın»
170
. İbn Teymiyyə
– rahmətullahi aleyhi -
deyir ki: “Saqqalı qırxmaq haramdır”. Bu məsələdə icma vardır
171
.
12) Qardavi az miqdarda götürülən Sələmi (Riba) belə icazəli görmüş və
Qiyamət günü Ölümün qara qoyun surətində gətirilməsini də inkar etmişdir
172
.
Buxari və Muslimdə səhih hədisin olmasına baxmayaraq bunu inkar edir. İbn
Ömər, Əbu Səid –
radıyallahu anhum – rəvayət etdi ki, Peyğəmbər
- sallallahu
aleyhi və səlləm – buyurdu: «Qiyamət günü (Cənnət əhli Cənnətə,
Cəhənnəmliklər də Cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun
surətində gətirilir. Cənnət ilə Cəhənnəm arasında dayandırılır və: «Ey Cənnət
əhli! Sizlər bunu tanıyırsınızmı?» deyilir. Cənətliklər dərhal boyunlarını
uzadıb başlarını ona doğru qaldırırlar və ona (qoyuna) baxırlar; «Bəli,
tanıyırıq! Bu ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm əhli! Sizlər bunu
tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: «Bəli, tanıyırıq!
Bu ölümdür» deyirlər. Bundan sonra qoyunun kəsilməsini əmr edirlər və
dərhal qoyun kəsilir. Sonra: «Ey Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız,
artıq sizə ölüm yoxdur! və ey Cəhənnəm əhli! Sizlər də Cəhənnəmdə
əbədisiniz, artıq ölüm yoxdur!» deyilir. Bundan sonra Peyğəmbər - sallallahu
aleyhi və səlləm – bu ayəni oxudu: (Ya Muhəmməd!) Qəflətdə olanları və iman
gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə,
kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə
görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi
qiyamət günü) ilə qorxut! (O, gün bütün) yer üzünə və onun üzərində olan hər
şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza qaytarılacaqlar».
(Məryəm 39-40)
173
13) Qardavi qəzetlərdə verdiyi məqalələrində özünü partladmağı
şəhidlikdən saymış və buna icazə vermişdir. Bununla bir çox müsəlmanları
zəlalətə salmışdır. Əhli Sünnə alimləri İstişhədi qadağan etmişlər. Bunlardan
əl-Albani, İbn Bazz, İbn Useymin, Fovzan və s. Şeyx Useymin – rahmətullahi
aleyhi - deyir ki: “Həqiqətən mənim fikrim budur ki, bu özünü öldürməkdir.
Buna görə də Cəhənnəm əzabı vardır. Peyğəmbər - sallallahu aleyhi və səlləm –
buyurdu: “Kim özünə qəsd edərsə buna görə Cəhənnəm əzabı vardır əbədi
qalmaqla”
174
. Lakin bir kimsə məlumatlansa ki, onun etdiyi bu əməl xeyirli və
Allahın razılığı olan bir əməldir, biz ümid edərik ki, Allah onun səhv
ictihadına görə bağışlayar. Lakin buna baxmayaraq günümüzdə mən belə bir
kimsəyə üzr bilmirəm. Çünki bu cür özünü öldürmək insanlar arasında geniş
170
Buxari 5892, Müslim 259.
171
“Mərtəbətul İcma”, “Raddul Muxtar” 2/116.
172
“Keyfə Natamil Məa əs-Sunnə ən-Nəbəviyə” 162.
173
Buxari 4730, Müslim 2850, 2887.
174
Buxari 5778, Muslim 1109.
49
yayılmış və hər bir kəs də bundan xəbərdardır. İnsana vacibdir ki, bu barədə
alimlərdən soruşsun ta ki, ona doğru yol batildən ayrıd edilsin.
Təəccübləndirən isə - bu insanların özlərini öldürməsidir halbuki Allah bunu
onlara qadağan etdiyi halda. “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən
alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə
(haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı
mərhəmətlidir!”. (ən-Nisa 29). Onların əksəriyyəti isə istənilən yolla halal və
haramlığına baxmadan düşmənlərdən qisas almaq üçün bunu edir. Bu da
yalnız öz qisas hisslərini həyata keçirməkdən ibarətdir”
175
.
14) Qardavi müsəlman xanımların kinolarda çəkilməsinə icazə vermiş, yad
kişi və qadınların bir yerdə olmasına da icazə vermişdir
176
. Bu fətvalar bir çox
müsəmanların nəfslərinə uyğun olduğu üçün tez qəbul edilir. Halbuki
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu qadağan etmişdir. Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «(Naməhrəm) qadınların yanına
girməkdən çəkinin». Ənsarlardasn biri: «Ya Rəsulullah! Əgər bu kimsə
(qadının) ərinin yaxın qohumu olsa necə?» deyə soruşdu. Peyğəmbər: «Yaxın
qohum – bu ölümdür» deyə buyurdu
177
. Peyğəmbər – sallallahu aleyhi və səlləm
– buyurdu: «Kişi (naməhrəm olan) bir qadınla tək qalarsa üçüncüləri
şeytandır»
178
. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Bu gündən sonra kimsə yanında bir-iki
adam olmadan əri yanında olmayan bir qadının yanına qətiyyən girməsin»
179
.
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi
və səlləm – buyurdu: «Kişilər üçün ən gözəl səf birinci, ən pis səf isə axırıncı
səfdir. Qadınlar üçün ən yaxşı səf axırıncı, ən pis səf isə birinci səfdir»
180
.
15) Qardavi İslamda olan Tələb Cihadını inkar edir. Halbuki Allah bu
barədə buyurdu: “Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən,
Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq
dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə
verincəyə qədər vuruşun”. (ət-Tövbə 29). “Hüdeybiyyə səfərindən) geri qalan
bədəvi ərəblərə de: “Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa
çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman
olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl
bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz,
(Allah) sizə ağrılı-acılı bir əzab verər”. (əl-Fəth 16). “Fitnə (müşriklərin fitnəsi)
175
“Keyfə Nualicu Vaki Anil Alim” 119.
176
“Harakatul İsləmiyyə” 391, “Malyamiul Muctəmi” 368.
177
Buxari 5232, Müslim 2172.
178
Tirmizi 3/474, əl-Albani «Mişkətul Məsabih» 3118.
179
Müslim 4/1711.
180
Müslim 440.