40
ondan elə bir söz bilmirəm (eşitməmişəm) ki, ircalığa aid olsun. Heç vaxt!
İnsanları təkfir edənlər əl-Albani – rahmətullahi aleyhi – və digərləri barəsində
deyirlər ki, onlar Murciədir. Bu insanları pis bir adla çağırmağın
hökmündədir. Mən şahidlik edirəm ki, əl-Albani – rahmətullahi aleyhi – doğru
yolda və doğru etiqad üzərədir. Bununla bərabər mən onun xətasız (məsum)
olduğunu da söyləmirəm. Çünki Peyğəmbərlərdən başqa heç kəs xətadan
sığortalanmamışdır”
124
.
AbdusSalam İbn Barcisdən soruşurlar: “Şeyx əl-Albani – rahmətullahi aleyhi
– Murciyədirmi?”. O: “Şeyx əl-Albani
– rahmətullahi aleyhi – Sünnəni bilən,
Sünnə əhlinin Şamda şeyxi, necə ki, Şeyx İbn Bazz Hicazda Sünnə əhlinin şeyxi
oldğu kimi. O, ki qaldı şeyxi İrcalıqda ittiham edənlərə bu iki haldan biridir:
Ya onlar Xəvaricdirlər, ya da İrcalıqdan heç bir anlayışı olmayan cahildirlər”
125
.
Şeyx İbrahim ər-Ruheyli
– hafizahullah - deyir ki: “Təkfir əhlinin İrcalıqda
ittiham etdikləri alimlərdən biri də Muhəddis, görkəmli alim Muhəmməd
Nasıraddin əl-Albanidir – rahmətullahi aleyhi –. İlk olaraq Şeyxi ircalıqda
ittiham edən “İxvanul Muslimin” cəmaatının ideyalarını daşıyan Səfər Həvəli
olmuşdur. O, “Zahiratul İrca” adlı kitabında Seyid Qutbu tərif etmiş və Şeyx
əl-Albanini ircalıqda ittiham edərək pisləmişdir. Ona görə də deyilir ki: Bu
kitabın bir hissəsi Seyid Qutbu tərif etməkdən, digər hissəsi isə Şeyx əl-
Albanini pisləməkdən ibarətdir”
126
.
Şeyx Əhməd Nəcmidən soruşular: “Hizbiçilərin kitablarından bəhrələnən
bəzi kimsələr - İbn Bazz, İbn Useymin və əl-Albanini – rahmətullahi aleyhi –
İrcalıqda ittiham edilər. Səbəb isə müsəlman hakimləri kafir görmədikləri
üçündür”. Şeyx deyir: “Bu zəlalətdir, azğınlıqdır. Bu bidət əhli hər gün bir
çıxışnan çıxış edir. Əgər əl-Albani, İbn Bazz və Useymin – rahmətullahi aleyhi –
bu ümmətin xeyirliləri, bu ümmətin alimləri Murciyə oldusa, onda kim qaldı?
Kim qaldı onda! Biz Allaha məxsusuq və Onun hüzuruna da qayıdacağıq! Bu
bəla və müsibətdir. Belə kimsələri həps edib, lazım gəlsə cəzalandırmaq ki, bu
sözləri tərk etsinlər”. “Tabria Kibarul Ulama Lil Albani Minal İrca”.
YUSUF QARDAVİNİN XƏTALARINA RƏDDİYƏ
Yusuf Qardavi 1926-cı ildə Misirin əl-Ğarbiyyə vilayətinin Sift kəndində
dünyaya gəlmiş, kiçik yaşlarında atasını itirmişdir. Tərbiyəsi ilə anası məşğul
olmuşdur. 10 yaşında ikən Quranı əzbərləmiş, əl-Əzhar Universitetinin
məzunu olmuşdur. Həsən əl-Bənnanın rəhbərlik etdiyi “İxvanul Muslimin”
cəmaatının fəal üzvlərindən olmuşdur. Bir neçə dəfə həbsdə olmuşdur. Misir
124
“Muqalimət əl-Xatifiya Mə Məşəih əd-Dauva Salafiyya” 4.
125
“əd-Difa An əl-Albani”.
126
“Tabria İmam Muhəddis Min Qovli Mirciə əl-Muxdas” 3.
41
kralı Camal AbdunNasrin hakimiyətində həbs olunmuşdur. 1961-ci ildə
Qatrara köç etmiş və oranın Universitetinə daxil olaraq orada çalışmışdır.
1977-ci ildə Qatar Universitetinin “Şəriət və İslam araşdırmaları” bölümünü
(fakultəsini) quraraq Dekan olmuşdur. Həmçinin orada “Sünnət və
Peyğəmbərin həyatını araşdırma” mərkəzinin müdiri olmuşdur. Həmçinin əl-
Cəzirə kanalı ilə yayımlanan “Şəriət və Həyat” adlı proqramda çıxışları
olmuşdur.
Bir kimsənin səhvlərini və xətalarını bəyan etmək elm əhlinin işidir. Hər bir
kəs bunu edə bilməz. Yusuf Qardaviyə rədd edən alimlər içərsində Şeyx əl-
Albani, Şeyx Saleh əl-Fovzan, Şeyx Muqbil, Suleyman əl-Xaraşi – Allah onlardan
razı olsun - və s. alimlər olmuşlar. Şeyx Muqbil, Yusuf Qardavi barəsində
yazdığı kitabının adını: “Hürən it olan Yusuf Qardavinin ağzının bağlanması”.
Bunu isə Allahın ayəsinə əsaslanaraq söyləmişdir: “Onlara ayələrimizi
verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın
təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin
ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə
uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb
ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu
əhvalatları onlara danış ki, bəlkə fikirləşələr”. (əl-Əraf 175-176).
AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi - bu ayənin təfsirində deyir ki:
“Allahın elm bəxş etdiyi bir alimdən söhbət gedir, hansıki buna uyğun
yaşamırdı”
127
. İbn Əbu Aufə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Xəvariclər - Cəhənnəmin köpəkləridir»
128
.
Şeyx əl-Albani – rahmətullahi aleyhi - isə Yusuf Qardaviyə gözəl
xasiyyətnamə verərək demişdir: “Yusuf Qardavinin təhsili əl-Əzhar təhsilidir
və o da Quran və Sünnə mənhəci üzərində deyildir. O, insanlara elə bir fəvalar
verir ki, şəriətə ziddir. Bir çox fəlsəfi görüşləri də vardır. Şəriətdən hər hansı
bir qadağa gəldiyi zaman sözləriylə bu qadağanı zəiflədərək: “Burada qadağan
olunası qəti bir şey yoxdur” deyər. Bu əsasla da Musiqini halal görmüşdür. Bu
isə icmanın rəyinə ziddir. Həmçinin Qardavi deyir ki: “Dəlil Quran, Sünnə,
İcma və Qiyasdır”. Lakin Qiyas dəlil ola bilməz, çünki İctihadidir. Bu əsasla da
o, bir çox şeyləri icazəli bilmiş və şəriət hökmlərini yüngülləşdirmişdir”
129
.
Şeyx Cibrindən – rahmətullahi aleyhi - şəriətə zidd olan Yusuf Qardavinin
fətvaları barəsində soruşurlar o: “Heç şübhə yoxdur ki, Yusuf Qardavi Allahın
dinində (hökmləri) yüngülləşdirir. Bunun səbəbi isə insanların sevimlisi
olmaqdır. Buna görə də şəriəti onlar üçün yüngülləşdirir. Məs: “Çox İnsanların
127
“Teysirul Kərimul Rahman” 309.
128
Musnəd 4/355, İbn Məcə «Muqəddimə» 173, İbn Əbu Asim «Sünnə» 904, Tirmizi 300, AbdurRazzaq
«Musənnəf» 18663, Həkim «Mustədrək» 2655, Beyhəqi «Sünnən Kubra» 8/188, əl-Albani Səhih Cəmi 3347.
129
“Sufiya əl-Bəna Vəl Qardavi”.