36
şeyxin qəbri var idi və mən hər gün oranı ziyarət edirdim. Bir gün soruşdum
ki, sizin imamınız kimdir? Allahdan qorxan mənə dedi ki: “Bizim şeyximiz
Basyuni”. Mən də ona yaxınlaşıb beyət etdim. O da mənə icazə verdi. Bu da
əgər sərf etmirəmsə bazar günü idi. Mən bu təriqəti qəbul etdim. Kitablarını
oxuyur, onlarla olurdum”. “Dincəlmək istədikdə ölmüş şeyxi həmin şəhərdə
ziyarətə gedərdik. Hərdən piyada gedirdik. Ziyarət etmək üçün 20 kilometr
gedirdik”. Muhəmməd əs-Saff “İmam Şəhid Həsənul-Bənna” (səh. 29) deyir ki:
“Baş ofisə bir neçə baş xristianlar gəldilər. Adları - Duz Başa, Yunus, Butrus
Qali. Tələb etdilər ki, imamdan onlar üçün xristian qardaşlar – deyə adlanan
bir qrup açsınlar. Nə üçün? Müsəlman qardaşlara Allaha imanı yaymaq üçün
kömək etsinlər. Həsənul-Bənna dedi: “Bu gözəl fikirdir”.
Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: “Şeyx Rabi – Sünnə əhlinin
alimlərindəndir və böyük xeyrin sahibidir. Əqidəsi doğru mənhəci isə
düzdür”
106
.
Şeyx Useymindən
– rahmətullahi aleyhi – soruşurlar: “Bizim sualımız Şeyx
Mədxəlinin kitabları barəsindədir?”. Cavab: “Bu sualın mənim cavabıma
ehtiyacı yoxdur. Bu ona bənzəyir ki, İmam Əhməddən İshaq İbn Rahaveyh –
rahmətullahi aleyhi – haqqında soruşdulr. İmam Əhməd – rahmətullahi aleyhi –
dedi: “İshaqdan mənim kimilər barəsində soruşulur, məndən isə İshaq
barəsində soruşulmaz”
107
.
Şeyx Muqbil – rahmətullahi aleyhi – deyir ki: “Mən öz qardaşlarıma Şeyx
Mədxəlinin kitablarını oxumağı və onlardan fayda almağı tövsiyə edirəm.
Xeyir isə bu kitablarda çoxdur”
108
.
Şeyx əl-Albani
– rahmətullahi aleyhi – deyir ki: “Cərh və Tədil elminin
bayrağını daşıyan günümüzdə qardaşımız Rabi əl-Mədxəlidir. Kim çalışsa ki,
onu təkzib etsin elmlə belə bunu edə bilməzlər, çünki elm onunladır”
109
.
Şeyx Saleh əl-Luheydana: “Mən İnternet səhifələrinin birində oxudum ki,
bir nəfər Saleh əl-Fovzan və Şeyx Rabi əl-Mədxəlini – Allah onlardan razı olsun -
İrcalıqda ittiham edir”. Şeyx deyir: “Bu cür ittihamlar bəşəriyyətin ən
xeyirliləri olan Peyğəmbərlərə də yönəlmişdir. Onları sehirbaz, məcnun və s.
adlarla adlandırmışlar. Kiçik bir şübhədə də yoxdur ki, bu iki şeyx İrcalıqdan
uzaqdırlar. Bu iki şeyxi İrcalıqda ittiham edən kəsi bu əməlindən çəkindirmək
lazımdır”.
Şeyx Albanidən – rahmətullahi aleyhi – Şeyx Muqbil və Şeyx Rabi –
Hafizahullah - barəsində soruşurlar. Cavab: “Onlar Quran və Sünnəyə. Sələfin
yoluna çağıran, bu doğru mənhəcə zidd olan hər bir kəslə mübarizə aparan
106
“Sənəul Bədi” 26.
107
“İthaful Kiram”.
108
“Fadaixu Və Nasaih” 36.
109
“Mavazinatu Bidaatil Asr”.
37
kimsələrdir. Kim onları gözdən salmağa çalışarsa o ya cahil, ya da öz nəfsinə
uyanlardandır. Əgər cahildirsə onu öyrətmək, nəfsinə uyandırsa bu zaman
şərrindən Allaha sığınmaq lazımdır. Allaha dua edirik ki, ya onu doğru yola
yönəltsin, ya da belini qırsın”
110
.
ALİMLƏRİN ŞEYX ƏL-ALBANİ – Rahmətullahi Aleyhi –
BARƏSİNDƏ SÖZLƏRİ
Şeyx Useymindən – rahmətullahi aleyhi – əl-Albaninin – rahmətullahi aleyhi –
Murciyə ilə ittiham olunması barəsində soruşulduqda o dedi: “Kim Şeyx əl-
Albanini – rahmətullahi aleyhi – İrcalıqda ittiham edirsə yanılmışdır. O, ya şeyx
əl-Albanini tanımır, ya da İrcalığın nə olduğunu bilmir. Şeyx əl-Albani –
rahmətullahi aleyhi – Əhli Sünnədən olan bir kimsədir, Sünnəni müdafiə edən,
Hədis elmində İmam və biz zəmanəmizdə onunla müqayisə ediləcək bir kimsə
tanımırıq. Lakin bəzi insanların qəlblərində kin (nifrət, ədavət) gizlənmişdir nə
zaman ki, onlar (Şeyx əl-Albani) kimi insanların bacarıq və qabiliyyətlərini
görürlər. Bu zaman onlar onun barəsində nəlayiq (pis) şeylər danışmağa
başlayır, necə ki, bunu müafiqlər möminləri istehza edərək edirdilər. Biz bu
insanı onun kitablarından tanıyırıq və mən onu şəxsən keçirdiyi
məclislərindən tanıyıram. O, əqidədə Sələfidir, doğru mənhəc üzərə gedən
birisidir. Bəzi insanlar Allahın kafir saymadığı qullarını təkfir edir və onlarla
Təkfir məsələsində razılaşmayan kimsələri isə İrcalıqda ittiham edirlər. Bu
böyük yalan və böhtandır, belə kimsələrin sözlərini nə dinləyin, nə də qəbul
edin”
111
.
Şeyx AbdulMuhsi əl-Abbaddan
– Hafizahullah - Şeyx əl-Albanidən
–
rahmətullahi aleyhi – çəkindirən kimsələr barəsində soruşulduqda o dedi:
“Həqiqətən bu çox qəribə (təəccüb) doğuran bir haldır ki, Şeyx əl-Albanidən
çəkindirmək (insanları). Sünnətin yayılmasına xidmət göstərən, öz həyatını
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – Sünnətini araşdıran və (insanları)
səhih və zəif hədislərlə tanış edən bir kimsədən (insanları) çəkindirmək!
İnsanların üzərinə düşən onun üçün dua etmək, onu tərif etmək və elmindən
faydalar götürməkdir. İnsanların bu günkü halı ondan ibarətdir ki, istənilən
insan hansı ki, hədis elmi ilə məşğuldur, bu iki şəxsə müraciət etməməsi
mümkün deyildir: İbn Həcər və Şeyx əl-Albani – rahmətullahi aleyhi –. İbn
Həcərdən hədis elmi üçün gələn xeyir böyük olduğu kimi Şeyx əl-Albanidən
gələn fayda böyükdür. Ona görə də Şeyx əl-Albanidən çəkindirən kimsə elə bil
110
“Silsilə Huda Vən Nur” 851, “Mavazinatu Bidaatil Asr”.
111
“Təscilətu Məcəlis əl-Huda” 4 kasset. Tabria Kibarul Uləma Lil Albani Minəl İrca”.