56
məxluqatın ən şərlisi və ya məxluqatın ən şər təbəqəsidir. Onlarla
qarşılaşdığınız zaman onları öldürün»
193
. İbn Teymiyyə – rahmətullahi aleyhi –
deyir ki: «Hədislərdə xəbər verilmiş dir ki, onlar Dəccəlin çıxdığı dövürə qədər
çıxmaqda davam edəcəklər»
194
. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki:
«Onların çoxlu namazlarına, oruclarına, qiraətlərinə, zahidliyinə baxmayaraq
Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların öldürülməsini əmr etmişdir H.
Əli – radıyallahu anhu - ilə birlikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
səhabələri onları öldürmüşlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
şəriətindən çıxdıqlarına görə»
195
.
Onların vəsflərindən biri də odur ki: Onlar öz bidətlərini məcburən qəbul
etdirmək üçün tədricən əməl edirlər. 1. Bidətin müqəddiməsini gətirilər. 2.
Bunun üçün qiyaslar, dəlillər gətirirlər. 3. Bu fikri həyata keçirmək üçün
səbəblər gətirirlər. 4. Bu bidəti vəziyyətə məcburən yerləşdirmək istəyirlər.
Onların bidətlərinin əsası Allah kitabının muradını, qəsd olunanı, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in sünnəsini düzgün başa düşməməkdir. Niyyətləri
Qurana zidd olmaq deyildir, lakin fəhmləri səhv olduğu üçün belə ediblər.
Onlar Qurandan Quranın dəlalət etmədiyi fəhmi başa düşüblər. Onlar elə zənn
edirlər ki, Quran böyük günah sahiblərinin təkfir olunmasını tələb edir.
İslamda ilk çıxan bidətdir
196
. İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki:
«Xəvariclərin zəlalətinin əsası odur ki, onlar hidayət imamları və
müsəlmanların cəmaatlarının böyükləri barəsində etiqad edirlər ki, onlar
dindən çıxıblar və zəlalət içindədirlər. Bu da sünnədən kənar olan Rafizilərin
qınanıldığı yerdir. Zülm gördükləri hər bir şeyi küfr sayır, sonra da bu küfr
üzərində əhkamlar tərtib edirlər. Bu da sünnədən çıxanların Rafizi, Xəvaric və
bidət əhlinin üç məqamıdır ki, onlar İslamın əsaslarından bəzilərini tərk etmiş
və ox ovdan çıxdığı kimi İslamdan çıxmışlar»
197
. İbn Teymiyyə – rahmətullahi
aleyhi – deyir ki: «Xəvariclərin onlara xas iki əməlləri var. Onlar bu iki xislətlə
müsəlman cəmaatını, imamlarını tərk etmişlər. 1. Onların sünnədən çıxması,
günah olmayan bir şeyi günah saymaları, savab olmayan bir əməli yaxşı əməl
saymalarıdır. Bu sifət də onların babalarından sayılan Zul Xuveysrənin
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzünə dediyi də bu olmuşdur: «Ya
Muhəmməd! Adil ol». 2. Onlar günahlara görə təkfir edirlər. Bu təkfir üzərində
müsəlmanların mallarının və qanlarının halallaşması, İslam diyarının hərb
diyarına çevrilməsi və öz diyarlarının isə iman diyarı olmasıdır. Hər bir insana
vacibdir ki, bu iki xəbis əsasdan çəkinsin. Bunun üzərində yaranan
193
Musnəd 4/421, Nəsəi 7/119-121, Bəzzar «Musnəd» 9/294, Həkim «Mustədrək» 2647, əl-Albani zəif.
194
Məcmuu Fətava 28/496.
195
Məcmuu Fətava 11/470.
196
Məcmuu Fətava 13/30.
197
Məcmuu Fətava 28/497.
57
müsəlmanlara nifrətdən, məzəmmət etməkdən, lənət etməkdən və
müsəlmanların mallarını və qanlarını halal görməkdən çəkinməlidirlər. Bu iki
əsas da Sünnəyə müxalifdir. Kim Sünnədə gələn bir şeyə müxalif olarsa o,
sünndən çıxar və bidətçi olar. Əgər bir kimsə müsəlmanları etdiyi bir günaha
görə təkfir edərsə və onunla kafir müamiləsi edərsə o, cəmaatdan ayrılan bir
kimsədir. Ümumən bidət və bidət əhlinin çoxu bu iki əsasdan yaranır»
198
.
Onların dəlilləri nədir? Xəvariclər dəlili haradan götürürlər və Xəvariclərin
dəlil çıxartmaqda üslubu necədir? Xəvariclər öz əsaslarını əsalandırmaq üçün
Quranın zahiri açıq dəlillərinə etimad edirlər. Sünnədən öz iddialarına görə
Qurana zidd olanları qəbul etmirlər. Hətta onlar Mütəvatir hədislərdən uzaq
olurlar, əgər Qurana ziddirsə. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki:
«Onlar yalnız Qurana tabe olmağı üstün görürlər. Hətta Sünnədən gələn dəlil
Mütəvatir olsa da belə. Onlar özlərinə müxalif olanları təkfir edirlər. Özlərinə
görə kim mürtəd olubsa, onun malını, qanını halal sayırlar hansı ki, belə bir
halallığı onlar əsli kafirdə görmürlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Onlar İslam əhlini öldürəcək, bütpərstləri isə tərk edəcəklər»
199
. İbn
Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki: «Bidət əhlinin günahlarından
Sünnədə əmr olunan əmrləri tərk etmələridir. Onların da bidətlərinin əsası
Peyğəmbər – sallallahu aleyhi və səlləm – itaəti sünnə görmürlər. Özlərinə görə o,
sünnə Qurana müxalifdir. Bu da vacibi tərk etməkdir»
200
. Onlar iki təhlükəli
məsələyə düşmüşlər: Sünnəni, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ə
tabeçiliyi tərk etmələri və Quranı öz ağılları ilə təfsir etmələri (Öz rəyləri və
nəfsi istəklərilə). İbn Teymiyyə – rahmətullahi aleyhi – Xəvariclərin və
Rafizilərin bidəti barəsində və onlar arasında fərqə diqqəti yönəltdiyi zaman
deyir ki: «Xəvariclər Qurana öz rəylərinin tələb etdiyi şəkildə tabe olurlar.
Rafizilər isə məsum imama tabe olurlar»
201
. İbn Teymiyyə – rahmətullahi aleyhi –
deyir ki: «Sünnənin Quranın zahirinə müxalif olduğunu iddia edirlər»
202
. İbn
Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər Sünnədən yalnız Quranın
ümumiliyini təfsir edən hədislərə tabe olurlar. Quranın zahirinə müxalif olana
isə tabe olmurlar»
203
. Zinakarı daşqalaq etmirlər, çünkü Quranda yoxdur,
oğurluq üçün müəyyən bir hədd görmürlər, çünkü Quranda yoxdur. Ona görə
də deyirlər ki, Quranda mürtədin öldürülməsi yoxdur. İbn Teymiyyə –
rahmətullahi aleyhi – deyir ki: «…Onlar zülmdən və zülm etiqad etdikləri
məsələlərdən çəkindilər, lakin bu onları böyük vacibləri tərk etməyə gətirib
198
Məcmuu Fətava 19/70-72.
199
Məcmuu Fətava 3/355.
200
Məcmuu Fətava 20/104.
201
Məcmuu Fətava 28/483.
202
Məcmuu Fətava 28/491.
203
Məcmuu Fətava 13/48.