60
salmağa və onlara qarşı inamsızlıq yaratmağa çalışırlar.
4 – Tövhidin əsası
sayılan İsim və Sifətlər tövhidini əhəmiyyətsiz sayırlar. 5 – Onların əksəriyyəti
müsəlman ölkələrində yaşayan müsəlmanlarla qeyri müsəlman davranışları
(cahil) kimi davranırlar. Onlar öz firqələrində olmayanlarla İslami davranmağa
ehtiyat edirlər. Belə bir müsəlmanın arxasında namaz qılınmaz, salam verməz
və almaz, cənazəsində iştirak etməz və s. 6 – Onların əqidəsində olmayana heç
vaxt müsəlman demirlər. 7 – Bəziləri öz zəif olmalarından və rəhbərin
olmamasından, yaşadıqları ölkənin küfr diyarı olmasından və s. bəhanələr
gətirərək saqqalarını qırxır, topuqdan aşağı geyinir və deyirlər: Bura küfr
diyarıdır. 8 – Bu fikirdə olanlar Rafizilər kimi təqiyyəyə – yalana əl atırlar.
İnsanları özlərinə cəlb etmək üçün məşhur İslam alimlərinin adından çox
istifadə edirlər. 9 – İnsanları öz tələlərinə salmaq üçün ilk başladıqları mövzu:
Namaz qılmayan kafirdir, yoxsa yox? Sözsüz ki, bu sahədə elmi olmayan
kimsələri bu cür hiyləgərlərın aldatması çox asantdır. 10 – Özlərinə sərf edən
məsələlərdə İbn Bazz, Şeyx Useymin, əl-Albani – Allah onlara rəhmət etsin –
dəlil gətirirlər. Lakin onlara deyəndə ki, Şeyx sizin əleyhinizə belə deyib.
Dərhal: Biz ondan dəlil qəbul etmirik. O, Murciyədir. 11 – Həmçinin
əlamətlərindən biri cahilliyi üzr saymazlar. 12 – Zahiri görünüşləri etibarilə
saleh əməl sahibi görünsələr də qəlbləri xəstədir. Buna görə də bir çox
müsəlmanlar onların zahiri görünüşlərinə aldanaraq: Onlar da Qurandan və
hədislərdən dəlil gətirirlər, Onlar Sünnəyə bizdən daha çox əməl edir, saqqal,
isbal və s. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları vardır ki, sizdən
biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu
yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran onların
boğazlarından aşağı enməyəcəkdir, onlar İslamdan oxun şikardan çıxması
kimi çıxacaqlar. Onlar məxluqata verilən sözlərin ən xeyirlisindən Qurani
Kərimdən (və hədislərdən) dəlil gətirəcəklər. (danışdıqları zaman çox gözəl
danışa-caqlar)». Bu kimi vəsflər sizi aldatmasın. 13 – Vəsflərindən biri də
daima Narazıdırlar. Zahirən sözlərində və əməllərində din üçün çalışdıqları
görünsə də batində dünyanı qəsd edirlər. Bu da onların ağızlarından çıxan
bəzi sözlərdən bəlli olur. Çünki Xəvariclərin ilki olan Zul Xuveysrə də ilk
olaraq dünya malına görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə etiraz etdi.
Bu da onların ən böyük naqisliklərindəndir. Osman – radıyallahu anhu -
öldürəndən sonra onlar xəzinəyə əllərini uzatdılar. Orada olanlardan biri:
Osman – radıyallahu anhu - nun adil olmadığından danışırsınız, özünüz isə
Beytul mala hücum edirsiniz. Sizin həqiqi məqsədiniz isə Beytul mala əl
uzatmaqdır. İndikilər də: Gözləri müsəlmanların mallarındadır. 14 – Vəsflərin-
dən biri də insanları elm əhlindən, elm tələbələrindən çəkindirməkdir. Bunun
üçün də: «Siz təqlid edirsiniz, gedin özünüz oxuyun». Təəccüblü orasıdır ki,
61
onlardan soruşduqda təqlid sayılmır, lakin elm tələbələrindən soruşan kimi:
Sən təqlid etdin və s. sözlər deyillər. Bu cahillərə demək istəyirəm ki, dində
bəyənilən və bəyənilməyən təqlid deyilən bir şey vardır. Bəyənilən Təqlid: Bu
şəri hökmlərə çatmaq yollarını bilməyən, onları öyrənməyə gücü çatmayan, o
hökmlərin dəlillərini başa düşmək imkanına sahib olmayan üçündür. Bununla
belə o, bir muftidən şəri dəlili istəmə haqqına da sahibdir. Çünki dinindən
əmin olmaq onun da haqqıdır. Bəyənilməyən Təqlid: Alimlərdən deyil,
müəyyən birini, onun bütün sözlərində və əməllərində təqlid etmək və haqqı
sadəcə onda görməkdir. Əhli Sünnə vəl Cəmaat İmamlarının cumhuru dəlili
anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin əqidə
və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan
hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili
və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. Ona bir hüccət
göstərilincəyə və öyrədilincəyə qədər məzurdur. İbn Teymiyyə – rahmətullahi
aleyhi – deyir ki: «Ümmətin böyük çoxluğuna görə ictihad caizdir, təqlid də
caizdir. Onlar ictihadı hər kəsə vacib görmədikləri kimi, təqlidi də hər kəsə
haram görməzlər. Eyni şəkildə təqlidi hər kəsə vacib, ictihadı da hər kəsə
haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə
ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid
caizdir, yoxsa yox? Bu mövzuda ixtilaf vardır. Səhih görüşə görə belə bir
kimsənin ictihaddan aciz qaldığı durumlarda təqlidə yönəlməsi caizdir. Bu
acizlik ya dəlilin olmamasında və ya ictihad üçün yetərli vaxtın olmamasın-
dan, ya da dəlilə açıq çatmamasından ola bilər…»
213
.
15 – Təkfir etdikləri elm
əhlinin arxasında cəmaat namazını qılmaz, ora gələnləri və cəmaat namazında
iştirak edənləri də təkfir edərlər və insanları da onların dediklərinə tabe
olmağa, onların dediklərini söyləməyə sövq edərlər. İmam Xatib əl-Bağdadi –
rahmətullahi aleyhi – deyir ki: “Əhli Sünnətə müxalif olan elə bir bidət əhli
yoxdur ki, Xəvariclər, Rafizilər və Qədərilər – bir-birilərindən üz döndərərək
təkfir etmsinlər”
214
. İmam Əsbəhani
– rahmətullahi aleyhi – deyir ki: “Bidət əhli
olan Xəvariclər, Rafizilər və Qədərilərdən fərqli olaraq Əhli Sünnə bir-birilərini
təkfir etmirlər. Onlar yeddi nəfər bir məclisə toplansa oradan mütləqdir ki, bir-
birilərini təkfir edərək dağışacaqlar. Onlar Yəhudi və Xaçpərəstlər kimidirlər:
“Yəhudilər: "Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!"– deyir, xaçpərəstlər isə:
"Yəhudilər heç bir şeyə əsaslanmırlar!"– deyirlər. Halbuki onlar Kitab
oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar.
“Allah ixtilafa
düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”. (əl-Bəqərə
113)
215
.
213
Məcmuu Fətava 10/203.
214
“Fərq Beynəl Firaq” 361.
215
“əl-Huccə” 2/255.