65
baxmayaraq) onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir». (əl-
Bəqərə 146). İmam Bəğavi və İbn Əsir
– rahmətullahi aleyhi – deyir ki: «İblisin
küfrü bu küfrə dəlalət edir. İblis bildiyi halda, dili ilə iqrar etmədi». İbn
Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Həqiqi mənada İblis dili ilə iqrar
etmişdi. O zaman ki, Allah ona möhlət verəndə dedi ki: «Ya Rəbbim! Mənə
Qiyamətə qədər möhlər ver». İbn Qeyyim – rahmətullahi aleyhi – İblisin küfrünü
təkəbbürlük qisminə aid edir.
Cuhud Küfrü 2 Qismdir: 1) Mütləq küfr: Allahın Rububiyyətini inkar etmək,
Allahın nazil etdiklərindən hər hansı bir şeyi inkar etmək və yaxud
Peyğəmbərlərin göndərilmələrini inkar etmək mütləq küfrdür. 2) Müəyyən
küfr: İslamın fərz olan ərkanını cəhd edib yalan saymaq, üz döndərmək və
yaxud haramın halal olmasını, Allahın və Peyğəmbərin xəbərlərindən birini
yalan saymaq.
3) Təsdiq Etməklə Bərabər Üz Çevirmək (İnadkarlıq) Və Ya Təkəbbürlük
Üzündən İnkar Etmək Küfrü – «Onlar: Sənə rəzil (səfil, yoxsul) adamlar tabe
olmuşkən, biz sənə imanmı gətirəcəyirk? dedilər». (əş-Şüəra 111) ayəsində
Allahın Nuh – əleyhissəlam – la əlaqədar bildirdiyi kimi haqq əhlini öz
təkəbbürlərindən və onları aciz görmələrindən istifadə etməklə təhqir edərək
Peyğəmbərin gətirmiş olduğunun haqq olduğunu bildikləri halda itaət etməyə
razı olmamaları, üz çevirmək şəklində üzə çıxan küfrdür. İnadkarlıq odur ki,
insan bir şeyi tanıyır, ancaq onu qəbul etməkdən üz döndərir. Buna misal
olaraq Əbu Talibin küfrünü göstərmək olar. Çünki Əbu Talib Peyğəmbər -
sallallahu aleyhi və səlləm – in haqq olduğunu bilir və iqrar da edirdi. Ancaq
yenə də öz qövmünün sözlərinə görə inadkarlıq edib üz döndərdi. Peyğəmbər
- sallallahu aleyhi və səlləm – ə tabe olmadı. Bununla da onun küfrü inadkarlıq
küfrü sayılır.
İmam Bəğavi – rahmətullahi aleyhi – deyir ki: «İnadkarlıq küfrü, insanın
Rəbbini qəlbi ilə tanımasıdır. Onu dili ilə də etiraf etməsidir. Yalnız və yalnız
ona əməl etməməsidir». Bu günlərdə də çox insanların halı belədir. Görürük
ki, dili ilə iqrar edir, qəlbi ilə tanıyır, lakin əməl etmir. Biz ona demirik ki, o
insan kafirdir. Xüsusi hökm üçün şərtlərin və manelərin qaldırılması lazımdır.
O, insan dünyasını dəyişməyənə qədər. Çünki Əbu Talibin bu qismə aid
edilməsi, onun kafir kimi sona çatması və ölməsinə görə idi. Ölümündən sonra
bilindi ki, artıq kafir əhlidir. Səid b. Musəyyib atasından rəvayət edir ki, Əbu
Talib ölüm anında ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun yanına
gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var
idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah
– kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu
Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib!
66
AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər
- sallallahu
aleyhi və səlləm – sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini
deməkdə davam edirdilər. Nəhayət, Əbu Talibin onlara söylədiyi son söz:
«AbulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən
çəkindi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha
and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma
diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik
olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə,
Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz».
(ət-Tövbə 113). Allah, Əbu Talib haqqında bu ayəni nazil etdikdə Peyğəmbər
:
«(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən.
Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli
elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər
-
sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi!
Lə İləhə İlləllah – kəlməsini de ki,
bununla Allah yanında sənin leyhinə şəhadət edim». Əbu Talib: «Qureyşin
məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!»
demələri olmasaydı, onu deyib səni məmnun edərdim». Allah, Əbu Talib
haqqında bu ayəni nazil etdikdə Peyğəmbər: «(Ya Muhəmməd!) Şübhəsiz ki,
sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru
yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir».
(əl-Qəsəs 56)
217
.
İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «İnadkarlıq küfrü insanın qəlbi ilə
bilməsi və dili ilə deməsidir. Yalnız və yalnız üsyançılıqla və yaxud həsədə
görə onu etməməsidir. Bu da Əbu Cəhilin və onun misalında olanlar kimidir.
Çünki onlar Allahın Rəbb olduğunu, Peyğəmbərin də haqq olduğunu
bilirdilər. Lakin onlara nifrət etməklə, həsəd aparmaqla tabe olmadılar». İbn
Qeyyim – rahmətullahi aleyhi – inadkarlıq küfrünün təfsir edərkən deyir ki:
«Təkəbbürlük və üz döndərmək küfrü, inadkarlıq küfrü kimidir. O, da İblisin
küfrü kimidir. Çünki İblis küfrünü Allahın əmrini inkar etdiyindən,
təkəbbürlüyündən və itaətdən üz döndərməsi ilə üzə çıxmışdır. «Biz
mələklərə: «Adəmə səcdə edin! Dedikdə İblisdən başqa hamısı səcdə etdi. O,
lovğalanaraq imtina etdi və kafirlərdən oldu». (əl-Bəqərə 34). Onun küfrü
təkəbbürlük, üz döndərmək küfrüdür. Allahın haqq olduğunu bilir,
Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sadiq olduğunu bilir, lakin
təkəbbülüyünə görə ona tabe olmur. Kafirlərin küfrü budur. Onlar bunu dilləri
ilə etiraf edirlər, onlar bunu kitablarında oxuyurlar, lakin onların Peyğəmbərə -
sallallahu
aleyhi
və
səlləm
–
tabe
olmamaqlarına
səbəb
onların
təkəbbürlükləridir. Bu günlərdə görürsən ki, bir qrup insanlar var ki, özünün
217
Buxari 1360, 3884, 4772, Müslim 141, 144, Nəsəi 2035, Həkim 3291, İbn Hibban 982, Əhməd 23674, 23724.