106
ilə başqa dinlər nəsx olunmuşdur. Hədisin əksi də ona dəlalət edir ki, kimə
İslam çatmayıbsa, o kimsə üzürlüdür. Bu da o qaydalar üzrədir ki, şəriət
gəlməzdən əvvəl hökm yoxdur»
318
. Peyğəmbər
- səllallahu aleyhi və səlləm –
hədisdə bəzi Yəhudi və Xristianları üzürlü saymışdır. Nə üçün? Onlar
eşitmədiklərinə və onlara çatdırılmadığına görə. Onlar da Cəhənnəmi
qazanmamışlar. Eşidib iman gətirməyənlər isə Cəhənnəmlikdirlər. Bu da
dəlalət edir ki, müəyyəni təkfir etmək caiz deyildir. Nə vaxt olar? Əgər onun
barəsində şərtlər cəmləşərsə və maneələr aradan qalxarsa. Bu da necə olur?
Dəlilin çatıb başa düşülməsindən sonra.
Həmçinin bəzi fərdlər Peyğəmbər - sallallahu aleyhi və səlləm – in qarşısında
küfr əməli etmiş, lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – onları kafir
saymamış, əksinə onları üzürlü qəbul etmişdir. Ya onların bilməməzliklərinə
görə, ya da təvil etdiklərinə görə. Abdullah b. Əbi Əfva – radıyallahu anhu –
rəvayət edir ki, Muaz – radıyallahu anhu – Şamdan gəldiyi zaman Peyğəmbər -
sallallahu aleyhi və səlləm – ə səcdə etdi. Allah Rəsulu: «Bu nədir, ey Muaz!»
deyə buyurdu. Muaz: «Mən Şamda olarkən onların Rahiblərinə və Patriklərinə
səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sizin üçün də etmək
fikrinə düşdüm» deyə cavab verdi. Peyğəmbər: «Əgər mən Allahdan başqa
səcdə etməyi hər hansı bir kimsəyə əmr verməli olsaydım, qadının öz ərinə
səcdə etməsini əmr edərdim. Muhəmmədin nəfsi əlində olan Allaha and olsun
ki, qadın ərinin haqqını ödəyincəyə qədər Rəbbinin haqqını ödəmiş olmaz.
Hətta qadın dəvənin belindəki palanın üstündə oturmuş olsa belə, əri onu
istədikdə ərinin istəyinə mane olmamalıdır»
319
. Səcdə ibadətdən sayıldığı üçün
yalnız Allaha edilməlidir. Lakin kimsə bilmədən Allahdan qeyrisinə səcdə
edərsə, bu əməlinə görə təkfir edilməz. İmam Şəukani – rahmətullahi aleyhi –
belə demişdir: «Bilmədən Allahdan qeyrisinə səcdə edən kimsə təkfir
edilməz»
320
. Muavviz qızı Rubeyyi deyir ki, evləndiyimdə Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – toyuma gəldi və yatağımın üzərinə oturdu.
Cariyələrimiz həm dəf çalır, həm də Bədr savaşında öldürülən əcdadlarımızın
vəsflərini söyləyirdilər. Bu vaxt onlardan biri: «İçimizdə sabah nə olacağını
bilən Peyğəmbər də var (Başqa rəvayətdə: Sabah nə olacağını sadəcə Allah
bilir
321
)» dedikdə Peyğəmbər: «Belə sözlərdən çəkin, əvvəl söylədiklərinə isə
davam et» deyə buyurdu
322
.
Bu iki hədisə nəzər Diqqət et! Hər ikisi də İslamdan çıxardan əməl etmişlər.
Lakin Peyğəmbər - səllallahu aleyhi və səlləm – onların heç birinə kafir demədi.
318
Şərh Müslim 2/342.
319
İbn Məcə 1853, İbn Hibban 1390, Əhməd 4/381, əl-Albani «İrvaul Ğəlil» 7/57.
320
Şəukani «Neylul Əvtar» 6/210,363.
321
Təbərani «Sağir» s. 69, Həkim 2/184, Beyhəqi 7/289.
322
Buxari 2/352, 9/166, Beyhəqi 7/288-289, Əhməd 6/359-360.
107
Muaz –
radıyallahu anhu – Peyğəmbər
- sallallahu aleyhi və səlləm – ə səcdə etdi.
Allahdan qeyrisinə səcdə etmək böyük şirkdir. Lakin bu səcdə Muaz –
radıyallahu anhu – tərəfdən təvil olaraq ortaya çıxdı. O, elə zənn etmişdir ki, bu
səcdə təzim, hörmət mənasındadır. Hansı ki, bunu da məxluqa etmək olar.
Buna görə də Peyğəmbər - sallallahu aleyhi və səlləm – ona kafir hökmünü
vermədi. Heç onu günahkar da saymadı. Onu çəkindirməklə kifayətləndi.
Bəyan etdi ki, səcdə yalnız Allahadır. Həmçinin kölə də Peyğəmbər - sallallahu
aleyhi və səlləm – barəsində qeyb elmini bildiyini iddia etmişdir. Peyğəmbər -
sallallahu aleyhi və səlləm – onu cahilliyinə görə kafir saymadı. Sadəcə onu
çəkindirməklə kifayətləndi. Halbuki, qeyb elmini iddia etmək Allahdan qeyrisi
üçün küfrdür. Bu da dəlalət edir ki, müəyyən şəxs küfr etdiyinə görə təkfir
edilmir. O, vaxt etmək olar ki, əgər şərtlər cəmləşərsə və manelər aradan
qalxarsa. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Yerə səcdə etmək
ibadət olduğu üçün Allahdan qeyrisinə edilərsə bu küfrdür. Lakin hörmət
mənasında edilərsə böyük günahdır, lakin küfr deyildir”
323
. İbn Nəcim əl-
Hənəfi – rahmətullahi aleyhi - deyir ki: “İstənilən Allah üçün olmayan səcdə
küfrdür”
324
.
Əbu Vaqid əl-Leysi – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm – ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq.
Biz o, vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenicə çıxmışdıq.
Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı vardı. Onun
ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və o, ağacı «Zətu Ənvat»
deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: «Ey
Allahın Rəsulu! Onların «Zətu Ənvat» olduğu kimi bizim üçün də «Zətu
Ənvat» düzəlt dedik. Peyğəmbər - sallallahu aleyhi və səlləm –: «Allahu Əkbər!
Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and
olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən
istədiniz: «…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!» (əl-Əraf
138) Həqiqətən siz əvvəlkilərin adət ən-ənəsi ilə gedəcəksiniz
325
. Bu səhabələr
İslamda yeni olduqları üçün bir çox tövhid məsələrini bilmirdilər. Məhz buna
görə də Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən müşriklərin uğur gətirmək
üçün dilədikləri bir büt kimi, onlar üçün də uğur diləmək üçün bir büt
düzəltmələrini istəmişlər. Buna baxmayaraq Peyğəmbər - sallallahu aleyhi və
səlləm – onları bəzi kimsələr kimi ayrı-ayrı təkfir etməmiş, bu hərəkətlərinə
görə onların İslamdan çıxdıqlarını, tövbə edib ikinci dəfə İslama yenidən
dönmələrini söyləməmişdir. Əksinə Peyğəmbər - sallallahu aleyhi və səlləm –
323
“Məcmuul Fətava” 4/360.
324
“Bəhrur Raik” 5/134.
325
Tirmizi 2180, Əhməd 5/218, əl-Albani səhih.