485
Mubarək
– rahmətullahi aleyhi – deyir ki: “Həqiqi alim halal və haram
məsələlərindən anlayışı olan kimsə deyildir, çünki bu məsələləri çoxları bilir.
Həqiqi alim zərər və faydaları ayırd edən, anlayışı olan kimsədir”
1446
.
Günümüzdə bəzi insanlar, mən bu sözlərin icraçısı deyiləm, sadəcə
təbliğatçısıyam, deyərək cəmaat arasında şər yayırlar. Dahi alim İbn Həcər –
rahmətullahi aleyhi – Xəvariclərin parçalandığı firqələrini sadalayaraq demişdir:
«Qaidiyyə - başçılara qarşı qiyamı bəzəyən, lakin eyni zamanda qiyama
qoşulmayan firqəyə deyilir»
1447
. Abdullah İbn Ukayma deyir ki: “Heç vaxt heç
kimə ölüm işində yardım etməyəcəyəm, Osmanın ölümündən sonra”. Ondan:
“Sən Osmanın - radıyallahu anhu – qətlində iştirak etmisənmi?” deyə
soruşdular. O: “Mən hesab edirəm ki, onun xətaları barəsində söhbətlər onun
öldürülməsinə səbəbdir”
1448
. Saleh əl-Useymin
– rahmətullahi aleyhi – deyir:
«İnsanı təəccübləndirən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə tənə etmə
şəklidir. Belə ki, Ona: Ədalətli ol! Sən bu bölgünü Allah xatirinə etmədin -
deyilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə buyurmuşdur: Bu
kişiyə oxşayanlar peyda olacaq ki, sizin namazınız onların namazları ilə
müqayisədə dəyərsiz sayılacaq
1449
. Bu, hakimlərə qarşı çıxmanın qılınc və sözlə
ola bilməsinə ən böyük sübutdur. Çünki bu kişi, Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – ə qarşı əlinə qılınc götürməmişdi. Lakin Ona
– sallallahu aleyhi və
səlləm – öz etirazını bildirdi. Əhli Sünnənin bəzi kitablarında itaətsizliyin
qılıncla olmasına gəlincə bu, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
bildirdiyi kimi, ən son mərhələdəki üsyandır. Məsələn zina gözlə, qulaqla, əllə
və ya ayaqla olur. Lakin bunların ən böyüyü və əsil zina sayılanı, övrət yeri ilə
edilənidir. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyumuşdur:
«Övrət bu işi ya təsdiqləyəcək ya da yalanlayacaq»
1450
. Bu, belə bir ifadə
işlətmiş alimlərin güddükləri məqsəddir. Biz hadisələrin cərəyan etməsini
müşahidə edərək tam yəqinliklə bilirik ki, qılıncla qiyama qalxmaq üçün ilk
öncə təbliğat aparmaq lazımdır. İnsanların səbəbsiz yerə qılınc götürüb başçıya
qarşı çıxması qeyri mümkündür. Təbii ki, onlar arasında söhbət aparılmalıdır.
Deməli, sözlə hakimə qarşı çıxmaq həqiqi qiyam sayılır. Buna sübut irəlidəki
hədislər və baş verən hadisələrdir. Hədislərə gəlincə, artıq onları bildiniz. Baş
verənlərə gəlincə biz tam yəqinliklə bildiririk ki, qılıncla qiyam sözlə qiyamın
bir hissəsidir. Çünki insanlar «Ya Allah, get qılıncı götür» deməklə başçıya
qarşı çıxmırlar. İlkin olaraq başçının pislənməsi və yaxşı işlərinin ört-basdır
1446
“Aliyatu Nasr” 1/103.
1447
Hədyus-Səri 483, Ğarrasul-Əsəsi 373.
1448
İbn Əbi Şeybə “Tabaqat” 6/115.
1449
Buxari 6163, Müslim.
1450
Buxari 6343, Müslim 2657.
486
edilməsi kimi bir başlıq olmalıdır ki, insanların qəlbi nifrətlə dolsun. Məhz bu
zaman insanlar bəlaya düçar olurlar»
1451
.
Ənəs b. Məlik
- radıyallahu anhu – deyir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: «İdarəçilərinizi söyməyin, onları aldatmayın və onlara nifrət
etməyin. Allahdan qorxun və səbr edin. Həqiqətən də qurtuluş
(idarəçilərinizin zülmündən qurtulmanız) yaxındır»
1452
. «Əbu Bəkrə
-
radıyallahu anhu – deyir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
«Sultan Allahın yer üzündəki kölgəsidir. Kim onu gözdən salar və alçaldarsa
Allah da onu gözdən salar və alçaldar. Kimidə sultanına hörmət etməzsə Allah
da ona hörmət etməz»
1453
. Əbu Zərr - radıyallahu anhu – deyir ki, mən məscidə
yatarkən Peyğəmbər
– sallallahu aleyhi və səlləm – yanıma gələrək buyurdu:
«Məsciddən zorla çıxarılsan nə edərsən?». Dedim ki: «Şama gedərəm».
Peyğəmbər: «Bəs Şamdan da zorla çıxarılsan nə edərsən» deyə buyurdu. Mən:
«Qılıncıma sarılır və onunla vuruşaram» dedim. Peyğəmbər: «Mən bundan da
xeyirli və doğruya daha yaxın olanı sənə bildirimmi? Dinlər və itaət edərəm və
səni necə güdərlərsə sən də elə güdülərsən (Başqa rəvayətdə: «Ey Əhli İslam!
Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim:
«Məndən sonra bir sultan gələcək. Sizlər onu ucaldırsınız. Lakin hər kim onu
zəif və zəlil olmasını istərsə heç şübhəsiz ki, o kimsə İslamda bir dəlik açmışdır
ki, o kimsənin tövbəsi İslamda açdığı bu dəliyi əvvəlki (sağlam) halına
gətirməyincə qəbul da olmaz
1454
)»
1455
.
«Möminlər arasında pis söz yaymaq
istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir». (ən-Nur 19). İbn
Ömər - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Bizi aldadan bizdən deyildir, bizə qarşı silah qaldıran bizdən
deyildir»
1456
. Ubadə b. Sabit - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Hər kim Allaha heç bir şeyi şirk qoşmadan ibadət
edər, namaz qılar, zəkat verər və (idarəçisini) dinlər və itaət edərsə Cənnətin
səkkiz qapısından istədiyi hər hansı birisindən girsin»
1457
. Zeyd b. Sabit
-
radıyallahu anhu – deyir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu:
«Üç xislət vardır ki, müsəlman bir kimsə bunlara sahib olarsa qəlbi kin,
xəyanət və düşmənçilik bəsləməz. Əməli tam bir ixlasla Allah rizası üçün
etmək, müsəlmanların başındakı idarəçilərə xeyir diləmək və müsəlmanların
cəmaatından ayrılmamaq. Çünki müsəlman cəmaatının dəvəti arxadakıları da
1451
Bu sözlər Şeyx Useyminin, İmam Şovkaninin «Raful-Əsətin fi Hukmil-İttisal Bisələtın» kitabına verdiyi
açıqlamalardan götürülmüşdür. Həmçinin Fətəva əl-Uləmə əl-Kəbir səh. 95.
1452
Təbərani 7609, Beyhəqi “Şuab” 6/96, əl-Albani «Ziləlul Cənnə» hədis 1015.
1453
əl-Albani «Ziləlul Cənnə» hədis 1017, «Səhih Hədislər Silsiləsi» 2297.
1454
əl-Albani «Ziləlul Cənnə» hədis 1079.
1455
əl-Albani «Ziləlul Cənnə» hədis 1074.
1456
əl-Albani «Müxtəsər Səhih Müslim» hədis 1235, «Səhihul Cəmi» hədis 6217.
1457
əl-Albani «Ziləlul Cənnə» hədis 968, 1027.