487
əhatə edər»
1458
. Əbu Bəkr
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhbərə yaxşılıq edənə Allah da Qiyamət
günü yaxşılıq edər. Ona pislik, qeybət ilə gözdən salmaq istəyəni də Allah
Qiyamət günü alçaldar»
1459
. Əbu İshaq əs-Səbii deyir ki: «Hər hansı bir qövm
əmirlərini söyməyə başlayarsa onun xeyrindən məhrum olar»
1460
. Əbu Həmzə
əl-Dabi deyir ki: “(Abdullah İbn Zubeyrlə) döyüşən Həccacın Kəbəni
yandırma xəbəri mənə çatdıqda İbn Abbasın - radıyallahu anhu – yanına daxil
oldum. Onun yanında Həccacı söyməyə başladım. İbn Abbas: “Şeytan üçün
köməkçi olma”
1461
. Muaz İbn Cəbəl - radıyallahu anhu – deyir ki: “Müsəlman
əmiri Allahın istəyi ilə olur. Kim ki, əmiri söyərsə Allahın istəyini söymüş
olur”
1462
. Uqbə İbn Vəcis deyir ki: “Mənə Xəvariclər və onların əmirləri
pisləmələri barəsində danışdılar. Bir gün Abdullah İbn Amrı - radıyallahu anhu
– gördüyüm zaman ona: “Sən Peyğəmbərin – sallallahu aleyhi və səlləm –
səhabələrindən və Allahın elm verdiyi kimsələrdənsən. İraqda bir qrup
insanlar öz əmirlərini pisləyir, onların yanılmaları barəsində açıq-aydın söz
açırlar. Bu barədə nə deyə bilərsən?”. O: “Bu o, kəslərdir onların üzərinə
Allahın, mələklərin və bütün insanların lənəti vardır”
1463
. Əbu Darda
-
radıyallahu anhu – deyir ki: “İnsanda münafiqliyin ilk təzahürü –
müsəlmanların rəhbərlərinə qarşı təhqir etməkdir”
1464
. Əbu İdris əl-Xulyani –
rahmətullahi aleyhi – deyir ki: “Əmirləri söyməkdən çəkinin, həqiqətən də bu –
məhv olmaqdır. Onların sözyən pislərin pisidir”
1465
. İmam Mənəvi –
rahmətullahi aleyhi – deyir ki: “Sələflər əmirləri lənətləməkdən çəkindirərdilər.
Çünki bu müsəlmanlar üçün yalnız şərri və müsibəti artırar”
1466
. Xalid İbn
Abdullah əl-Kəsri –
rahmətullahi aleyhi – deyir ki: “Allaha and olsun! Əmirlərini
söyən bir kimsə mənim yanıma gətirilsə onu çarmıxa çəkilməsini əmr
edərəm”
1467
. Ona görə də özünə: “Mən Sələfiyyəm” deyən Əhli Sünnət
imamlarının yoluna tabe olsun. Öz nəfsi istəklərinə uymasın. Sizdən kimsə
günah etsə və bir müsəlman qardaşın bu günahın barəsində Cümə günü
insanlar arasında onu bəyan etsə sənin xoşuna gələrmi? Allah xatirinə cavab
ver? Sənin xoşuna gəlmədiyi kimi heç kəsində xoşuna gəlməz! Dilini qoru ki,
yandırmayasan özünü! Şeyx AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi – deyir
1458
əl-Albani «Ziləlul Cənnə» hədis 94, «Səhihul Tərğib» hədis 83,84,85,86.
1459
Əhməd 5/42, əl-Albani «Səhih Hədislər Silsiləsi» 5/376.
1460
İbn Əbdul Bərr «Təhmid» 21/287.
1461
Buxari “Tarixul Kəbir” 8/104.
1462
Əbu Amr əd-Dani “əl-Fitən” 1/404.
1463
İbn Əbu Asim “Sunnə” 933, Bəzzar 207, əl-Albani “Səhih”.
1464
İbn AbdulBərr “Təmhid” 21/287.
1465
“əl-Əmvəl” 1/78.
1466
“Fəthul Qadir” 6/499.
1467
İbnul Covzi “Muntəzim Fi Tarixul Mulk” 6/299.
488
ki: “İnsanlar müsəlman əmirlərin naqisliklərini danışmaqdan və onları təhqir
etməkdən özlərini qorumalıdır. Əksinə onlar Allahdan əmirin haqq üzərində
möhkəmlənməsini istəməlidirlər. Həqiqətən də müsəlman əmirlərini təhqir
etməkdə böyük şər və zərər vardır həm cəmiyyət, həm də fərdi şəxslər üçün.
Əmirləri təhqir edən insanlar görürsən ki, heç nəsihət də etmək istəmir. Bu isə
əmirə qarşı xəyanətdir”
1468
. Bəzən elə düşünürlər ki, alimlərin bu sözləri onun
üçündür ki, əmirləri razı salsınlar, yaltaqlıq və s. Amma Vallahi ki: Bu
müsəlmanların təhlükəsizliyi üçün atılan bir addımdır. Huzeyfə - radıyallahu
anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu:
“Məndən sonra bir çox əmirlər olacaqdır. Onlar yalan danışacaq və ədalətsizlik
edəcəklər. Kim yalanda onların tərəfini saxlayar və zülmdə onlara yardımçı
olarsa mənə heç bir adiyyatı yoxdur və mənim hovuzuma yaxın gəlməz. Kim
də onları yalanda təsdiq etməz və zülmdə onlara dəstək olmazsa o, kimsə
mənə aiddir, mən də ona və o mənim hovuzuma yaxınlaşdırılar”
1469
.
Muhəmməd İbn Munkədir – rahmətullahi aleyhi – deyir ki: “Nə zaman Yəzid
İbn Muaviyəyə beyət edildi bu haqda İbn Ömərə deyildi. O dedi: “Əgər yaxşı
olarsa biz razı qalacağıq, pis olarsa – səbr edəcəyik”
1470
. Əbu Dərda - radıyallahu
anhu – deyir ki: “Əmirləri lənətləməkdən çəkinin! Həqiqətən onları
ləənətləmək ölüm, onlara nifrət isə - alçalmaqdır. Ona: “Ey Əbu Dərda!
Onlarda xoşa gəlməz şeylər gördükdə nə edək?” deyə soruşduq. O: “Səbr edin!
Həqiqətən Allah sizin dediklərinizi əmirlərdə görsə sizi onlardan ölümləriylə
azad edər”
1471
. Əbu Usamə əz-Zahid –
rahmətullahi aleyhi – deyir ki: “Əmirinə
nəsihət et və onun saleh olması, doğru yolla getməsi - sözlərində və qərarında -
dua edin. Həqiqətən də əmirlər saleh olarlarsa bu səbəblə də cəmaat da saleh
olar. Onları lənətləməkdən çəkinin, bu şərri artırar və müsəlmanlar üçün bəla
olar. Onlar üçün bağışlanma dilə ki, müsəlmanları incitməkdən və zülm
etməkdən çəkinsinlər”
1472
.
SƏLƏF İMAMLARININ BU HAQDA SÖZLƏRİ
Müsəlman olan hər bir kəs öz rəhbərinə qulaq asıb itaət etməlidir.
Həmçinin onun ünvanına nəlayiq sözlər deməkdən çəkinməlidir. Çünki
rəhbərlərə olan itaətsizlik həm dini, həm də dünyəvi məsələlərdə pis sonluğa
gətirib çıxardır. Bu hallardan biri də müsəlman dövlətinin daxildən
zəifləməsidir ki, müsəlman dövlətlərinin düşmənlərinin öz hiyləgər planlarını
1468
“Nurul Basirul Albab” 66.
1469
Əhməd 5/384, İbn Əbi Asim 759, əl-Albani “Səhih”.
1470
İbn Əbi Zamani “Usulu Sünnə” 990, İbn Sad “Tabaqat” 4/182.
1471
İbn Əbi Asim “Sunnə” 1015.
1472
Beyhəqi “Şuabul İman” 13/99.