493
etməyin vacib olduğunu bizlərə bəyan etməkdədir.
«Ey iman gətirənlər!
Allaha, Peyğəmbərinə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər
bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa onu
Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha
yaxşıdır». (ən-Nisa 59). Burada Uca Allah «Rəsula itaət edin» deyə buyurduğu
halda «Sizdən olan əmr sahiblərinə də itaət edin» deyə buyurmamışdır. Çünki
əmr sahibləri özü-özlüyündə onlara (hər bir şeydə) itaət ediləcək kimsələr
deyillər. Onlara yalnız Allahın və Rəsulunun əmrlərinə uyğun gələn (asi
olmayan) məsələlərdə itaət olunur. Allahın Rəsuluna itaət etməkdən söhbət
getdikdə isə itaəti əmr edən əməl Allah Rəsulu ilə birlikdə təkrarlanır. Çünki
Allah Rəsuluna itaət edən birbaşa Allaha itaət etmiş olur. Çünki Allah Rəsulu
Allaha itaət olmayan bir işi (əməli) əmr etməz. O, belə bir əmri verməkdən
uzaqdır. Əmirlər isə bəzən Allaha itaət olmayan işlər əmr edə bilirlər. Buna
görə də onlara yalnız Allaha və Rəsuluna itaət olan xüsuslarda itaət olunur.
Buna baxmayaraq müsəlmanlar öz əmirlərinə itaət etməlidirlər hətta onlar
qanunsuzluq və ədalətsizlik etsələrdə belə. Onlara olan itaətsizliyin
nəticəsindən törənən pisliklər onların zülmlərindən hasil olan pisliklərdən qat-
qat çox olmasıdır. Əgər mömin qul səbrlə ona edilən haqsızlığı, zülmü səbrlə
qarşılayarsa onu bağışlanma və mükafatının çoxaldılması gözləyir. Bir şeyi də
unutmamalıyıq ki, Uca Allahın bizim üzərimizə təyin etdiyi günahkar, zalım
əmirləri yalnız və yalnız bizim öz əllərimizlə törətdiyimiz günahların ucbatına
görədir. Cəza da əməlin növündəndir. O, halda bizim üzərimizə düşən
Allahdan bağışlanma diləmək, Ona tövbə etmək və əməllərimizin islah
olunmasını istəməkdir. «Sizə üz verən hər bir müsibət öz əllərinizlə
qazandığınız günahların (etdiyniz əməllərin) ucbatındandır». (əş-Şura 30),
«Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq)
onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Uhud müharibəsində) başınıza
bir müsibət gəldiyi zaman: Bu haradan gəldi? – dediniz. (Ya Muhəmməd!)
Söylə ki: Bu sizin özünüz-dəndir. Həqiqətən Allah hər şeyə qadirdir». (Ali
İmran 165), «Beləliklə qazandıqları günahlara görə zalimlərin bəzisini digərinə
hakim edərik». (Ənam 129)
1487
. Qatədə
– rahmətullahi aleyhi – deyir ki: «Allah
insanlar üzərində hakimiyyəti onların işlərinə görə verir. Mömin mömini, kafir
də kafiri idarə edir, nə vaxt və harada olurlarsa olsun»
1488
. Mənsur İbn Abdul
Asud – rahmətullahi aleyhi – deyir ki: Mən Aməşdən – rahmətullahi aleyhi – bu
ayə barəsində soruşdum”. O: “Mən bu barədə eşitdim: Əgər insanlar
korlanarsa onların üzərində hakimiyyət ən pislərinə verilər”
1489
. Məlik İbn
1487
Təhavi Əqidəsi.
1488
İbn Kəsir Təfsir 2/346, 446, “Təfsir Əbu Xatim” 7899.
1489
“Təfsir Durrul Mənsur” 3/358.
494
Dinar
– rahmətullahi aleyhi – deyir ki: “Hər dəfə siz günah etdikdə Allah sizin
əmirlər tərəfdən sizlərə cəza göndərir”
1490
.
Müsəlman gərək özünü tənbeh etsin. Çünki bizə görə bu cür əmirlər
hakimiyyətdədir. Əgər itaət edənlər zalım əmrin zülmündən qurtulmaq
istəyirlərsə ilk növbədə özləri zülm etməkdən çəkinməlidirlər. “Siz necə
olsanız əmirlərinizdə elə olacaqdır”. Bu hədis deyil, alimlər içərisində yayılmış
bir sözdür. Allah Fironu öz qövmünə hakim edir. Çünki fasiqlər idi. Onların
səviyəsinə uyğun hakim verdi. Sizin əməlləriniz əmirlərinizdir, siz necə
olsanız əmirləriniz də elə olar. Əmirlərin zülmü sizin əməllərinizin zülmüdür.
Kəmə Təkunu Yuvəlli Aleykum – Sultan zülm edirsə bu böyük bir bəladır.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün gücünü dəvətə vermişdi. Dövlət
qurmaq, hakimiyyət dəyişmək əmirlər təyin etmək deyildir. Əgər ümmət pis
gündədirsə əmir dəyişməyin nə faydası? İnsanları dəvət etmək birinci məqsəd
olmalıdır. Əgər insanlar korlansalar onların əmirləri ən pis olanlar olacaqlar.
Vaxt günahkar deyil, sənin əməllərin bu vaxtı korlayıb. Əgər bir cəmaatda şirk,
küfr, zülm artarsa Allah onları məhv etmək üçün üzərlərinə elə bir başçılar
təyin edər ki, başlarına oyun açarlar. Həccaca deyirlər ki, bəsdir zülm,
haqsızlıq etdin. Axı sən Öməri - radıyallahu anhu –, onun hakimyyətini
görmüsən. Onun kimi ol! Həccac: “Siz də Əbu Zərr kimi olun, mən də Ömər -
radıyallahu anhu – kimi olum. İbn Qeyyim
– rahmətullahi aleyhi – deyir ki: “Sən
bu barədə Allahın hikmətini düşün. Dövlətin başçısı onların əməllərinin
növündən olur. İnsanların əməlləri hökmdarın surətində üzə çıxır. Əgər
insanlar düz olarsa əmirlər də düz olar. Adil olarlarsa onlara qarşı adil olarlar.
Zalım olarlarsa onlara qarşı da zülm edilər. Aldatmaq olarsa onları da
aldadarlar, Allahın haqqını verməzlərsə Əmrlər də onların haqqını verməzlər.
Əgər insanlar özlərinin layiq olmadıqları şeyləri götürərlərsə əmirlər də belə
edərlər. Allahın hikmətindən deyildir ki, zalımların üzərinə adil əmirlər
qoysun. Onlara uyğun olan qoyulur. Ona görə də səhabələrin dövrü gözəl
olduğu üçün əmirləri də gözəl idi. Ona görə də deməyin ki, bizim üzərimizi
Muvayə və Ömər İbn AbdulAziz – rahmətullahi aleyhi – əmr olsun. Qaldı ki,
Əbu Bəkr və Ömər - radıyallahu anhum –.
Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onu da bil ki – Allah sənə rəhm
etsin – hökmüdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca
Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə,
Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın
intiqamı qılıncdan daha da kəskindir»
1491
. Başqa bir rəvayətdə: «Həsənul Bəsri
– rahmətullahi aleyhi – Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə
1490
“Təfsir Durrul Mənsur” 8/395.
1491
İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119.