495
belə demişdir: «Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər
sizə öz əllərnizlə etdiklərinizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir
edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»
1492
. Malik
b. Dinar İsrailiyyatdan rəvayət edir ki, Allah buyurdu: «Məliklərin Məliki
Mənəm. Onların qəlbləri Mənim əlimdədir. Əgər insanlar Mənə itaət etsələr
Mən öz rəhmətimlə onların üzərinə ədalətli əmirlər təyin edərəm. Əgər onlar
Mənə asi olub itaət etməsələr Mən onlardan intiqam almaq üçün onların
üzərinə ədalətsiz, zalım əmirlər təyin edərəm. Buna görə də hökmüdarlara
küfr etməyin. Lakin mənə tövbə edin ki, onları sizə qarşı şəfqətli edim».
Qatadə – rahmətullahi aleyhi – deyir ki: «Yunus – əleyhissəlam – belə demişdir:
«Ya Rəbbim! Sən göydəsən, biz isə yerdə. Sənin qəzəbinin və rizanın əlaməti
nədir?». Allah: «Sizə ən xeyirli idarəçiləri başçı təyin etmişəmsə bu sizdən razı
olduğumun əlamətidir. Əgər ən şərli idarəçini sizə başçı təyin etmişəmsə bu da
sizə olan qəzəbimdir». İbn Əbi Dunya, Fudeyl b. İyad – rahmətullahi aleyhi –
dən rəvayət edir ki: «Allah Peyğəmbərlərindən bəzisinə belə vəhy etmişdir:
«Əgər Məni tanıyan bir insan Mənə asi olarsa Mən onun üzərinə Məni
tanımayan azğın birisini salaram». İbn Əbi Dunya, İbn Ömər - radıyallahu anhu
– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim
əlində olan and olsun ki, Allah yalançı idarəçilər, günahkar vəzirlər, xain
məmurlar, qəlbləri leşdən daha iyrənc, fasiq din adamlarını göndərmədikcə
Qiyamət qopmaz. Allah bu din adamlarına bulanlıq bir fitnə göndərir ona da
uyarlar. Muhəmmədin nəfsi əlində olana and olsun ki, İslamın dayaqları
silinəcək sonda isə Allah, Allah deyən qalmayacaqdır. Ya yaxşılığı əmr edib
pislikdən çəkindirəcəksiniz, ya da Allah sizə ən şərlilərini göndərər və onlar da
sizə əzabın ən şiddətlisini daddırarlar. Sonra xeyirliləriniz dua etsə də belə
qəbul olunmaz. Ya yaxşılığı əmr edib pislikdən çəkindirəcək-siniz, ya da Allah
sizə kiçiklərinizə rəhm etməyən və böyüklərinizə də hörmət göstərməyən
kimsələri göndərər». Sələflər deyirlər ki: «Allah bir millətə xeyir diləyərsə
idarəçiliyi həlim olanlara, xəzinələrini də comərd olanlara verər. Bir millət
pislik edərsə idarəçilərini ağılsız səfehlər, xəzinələrini də simiclərə verər»
1493
.
Saleh Abdul Aziz – Allah ondan razı olsun - öz Fitnələr kitabında deyir ki:
«Əhli Sünnə vəl Cəmaatı təfriqəçiliyi sevən fitnə bidət əhlindən fərqləndirəcək
xüsusiyyətlərdən biri də Allahın izni ilə üzərlərinə təyin edilmiş başçıya
nəsihət vermələri və onun üçün çoxlu (xeyir) dua etmələridir. Hətta onlar öz
başçılarının əməllərində xoşlarına gəlməyən bir şeyi görsələr də belə, yenə də
Allahdan başqa heç kimdən nə bir mükafat, nə də bir təşəkkür istəmədən ona
çoxlu xeyir dua və nəsihətlər verərək Allahın (niyyətlərdən) agah olduğunu
1492
İbnul Cövzi «Ədəbul Həsənul Bəsri» s. 119.
1493
Bu rəvayətlər üçün İbn Qeyyimin «Cəvabul Kəfi» kitabına baxa bilərsən.
496
unutmazlar. Əgər bu məsələ bizim də qəlbimizdə beləcə qərar tutarsa artıq biz
də həqiqi şəkildə Əhli Sünnə vəl Cəmaat toplumundan sayılmış olarıq». Digər
bir yerdə isə: «Əhli Sünnə vəl Cəmaat təsdiqləyir ki, əməli saleh və ya asi
(böyük günah sahibi olan) başçının rəhbərliyi ilə aparılan cihadın (döyüş
hökmünün) həmişəlik qüvvədə qalmasıdır. (Bir daha təkrarlayıram) İstər
əməli saleh, istərsə də asi olan başçının rəhbərliyi ilə aparılan cihadın (hökmü)
həmişə öz qüvvəsindədir. Heç kəsə zəmanəsindən aslı olmayaraq başçısının
müxalifliklərini səbəb gətirmə yolu ilə döyüşdən yayınmasına icazə verilmir».
Sünnə əhlinin bu məsələdə mövqeyi belədir. Əgər müsəlmanlar onlara
etibarlı olsalar heç bir şey onların imanına xələl gətirə bilməz. «Əgər səbr edib
özünüzü qorusanız (Allahdan qorxsanız) onların hiyləsi sizə heç bir zərər
yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir». (Ali İmran 120).
FİTNƏLƏR ZAMANI MÜSƏLMANIN SIĞINACAĞI
Saleh Abdul Aziz – Allah ondan razı olsun - öz Fitnələr kitabında deyir ki:
«Fitnələr vaxtı müsəlman hər hansı bir ölkə və ya dəvətçi tərəfindən yüksələn
şüarları, bayraqları şəriətin – Əhli Sünnə vəl Cəmaatın – ədalət tərəzisi ilə
ölçməlidir. Məhz bu tərəzi ilə ölçən şəxsin tərəzisi ədalətlə qurular və o heç
kimə qarşı haqsızlıq etmiş olmaz. «Biz Qiyamət günü üçün ədalət tərəzisi
qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz». (əl-Ənbiya 47). Əhli Sünnə vəl
Cəmaatın əməlləri, fikirləri və qeyri-sabitlik vaxtı meydana çıxmış müxtəlif
şüarları ölçəcək ədalət tərəziləri vardır. Tərəzilər iki qismdir:
1. Bu tərəzilərlə İslam kökündən ölçülür. Başqa sözlə desək, İslami
(şüarlarla bəzədilmiş) çağırışın doğru-dürüstlüyü bu çağırışın kökünün doğru-
dürüst olması ilə bəlli olur. İslama aid edilərək ucaldılmış şüarların çoxsaylı
olmasından dolayı onların ədalət tərəzisilə ölçülməsi zəruridir. Əgər şüar
həqiqətən də İslamla əlaqəlidirsə və şəriət əhkamları üzərində qurulubsa, ona
riayət etmək lazımdır. Çünki sən Allahın və Onun Peyğəmbərinin əmrlərini
yerinə yetirməlisən.
2. Bu tərəzilə biz İslam kamiliyyini (yəni onun tam şəkildə qəbulunu) və
onun düzgün istiqamətini meydana çıxmış şüarın kökünə baxaraq ölçürük.
Deməli nəticə etibarı ilə birinci qism tərəzidən ya küfr, ya da iman alınır.
(Elə isə görəsən) şüar İslamidir, yoxsa yox?
İkinci qismdən isə belə bir nəticə çıxır: Görəsən, bu şüar Allahın sevib razı
qaldığı doğru yola yönəldib, yoxsa onda hər hansı əyrintilər var?
İmanı küfrdən ayıracaq birinci qism tərəzi üçdür: 1) Baxmalısan ki, bu şüar
Allaha tək və şəriksiz olaraq ibadət edilmə (yəni Tövhid) üzərində qurulub ya
yox? Çünki bütün Peyğəmbərlərin göndərildikləri dinlərin əsli Allaha tək və
şəriksiz olaraq ibadət etmək üzərində qurulmuşdur. Tövhid isə işin əsası,