491
dediklərinə qarşı çıxar və beləliklə də fitnə-fəsad yaranar. Bizə vacib olan isə
sələflərin rəhbərlərə münasibətdə tutduqları mövqeyi araşdırmaq, nəfsimizi
fitnə-fəsaddan qorumaq və rəhbərə qarşı çıxmağın aqibətini bilməkdir. İnsan
bilməlidir ki, üsyan etməklə İslamın düşmənlərinə xidmət etmiş olur. İbrət isə
üsyan və qəzəbdə yox, hikmətli olmaqdadır»
1479
. İzz b. AbdusSəlam
–
rahmətullahi aleyhi – deyir ki: «Müsəlman icmasının rəhbərlərə itaətin ən
fəzilətli itaətlərdən olması barəsində müttəfiq olmasını xəbər vermişdir»
1480
.
Səhl b. Abdullah – rahmətullahi aleyhi – deyir ki: «İnsanlar rəhbərə və alimlərə
hörmət etdikləri müddətdə xeyir içində olarlar. İnsanlar onlara hörmət edərsə
Allah da onların dünya və axirət həyatlarını islah edər. Əks təqdirdə isə onlar
özlərinin dünya və axirət həyatlarını da puç edərlər»
1481
. Əhməd b Əbd əl-
Halim – rahmətullahi aleyhi – deyir ki: «Hökmdarların ədalətsizliyinə (etdikləri
səhvlərə) dözümlü münasibət Sünnə tərəfdarlarının və vahid müsəlman
icmasının təməllərindən biridir».
Bütün bunlar onu sübut edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
hökmüdarların ədalətsizliyinə (etdiyi səhvlərinə) qarşı dözümlülük göstərmək
və heç bir vəchlə onlara qarşı çıxmamaq buyuruğu bu dünyada olduğu kimi
axirətdə də səadətə çatmağın ən müdrik yoludur. Hər kəs bilərəkdən və ya
səhvən bu əmri pozarsa yaxşı nəticə əldə etməz, əksinə müsəlman aləmindəki
vəziyyəti daha da pisləşdirər. Əbu Bəkr - radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhbərə yaxşılıq edənə
Allah da Qiyamət günü yaxşılıq edər. Ona pislik, qeybət ilə gözdən salmaq
istəyəni də Allah Qiyamət günü alçaldar»
1482
. Əbu İshaq əs-Səbininin belə
dediyinin rəvayət edir: «Əmirlərini söyən qövm onun xeyrindən məhrum
olar». Hənnəd «Zuhd» 2/464 demişdir: «Bir gün əz-Zibriqani, Əbu Vail Şəqiq b.
Sələmənin yanında olarkən Həccacı söyüb onu pis əməllərini xatırlatdı. Əbu
Vail dedi: «Onu söymə, nə bilirsən bəlkə o: «Allahım məni bağışla!» deyib,
Allah da onu bağışlayıb». İbn Mübarək – rahmətullahi aleyhi – deyir ki:
«Alimlərini qiymətləndirməyənin axirəti puç olar, əmirləri qiymətləndir-
məyənin dünyası puç olar, qardaşını qiymətləndirməyənin əxlaqı puç olar»
1483
.
Aun əs-Saxmi – rahmətullahi aleyhi – deyir ki: “Bir gün Əbu Umamənin yanına
gəldikdə o dedi: “Həccacı söymə, çünki sənin əmirindir. Mənim əmirim
olmasa da belə”
1484
.
1479
«Hakim və tabeçiliyindəkilərin hüquqları» risaləsi, “Şərh Riyadus Salihin” 1/340.
1480
«Qavaid» 1/104.
1481
Qurtubi «Təfsir» 5/260-261.
1482
Əhməd 5/42, İbn Əbdul Bərr «Təhmid» 21/287, əl-Albani «Səhih Hədislər Silsiləsi» 5/376.
1483
İbn Əsakir «Tarixud Dəməşq» 32/444.
1484
Buxari “Tarixul Kəbir” 7/18.
492
İndi baxaq görək biz Dini doğru başa düşürükmü? Cavab: Xeyr! Etdiyimiz
əməllər Dinə uyğun gəlirmi? Cavab: Xeyr! Lakin söhbət müsəlman
əmirlərindən getdiyi zaman dərhal can ataraq, səyy göstərərək deyirik: “Nə
üçün onlar Allahın hökmü ilə hökm vermirlər?”. Belə bir sual verənə belə
cavab verilir: “Çünki biz özümüz Allahın hökmü ilə hökm vermirik.
Əmirlərimiz isə kənardan gələrək bizə başçı seçilməmişdir, öz içimizdən (bu
millətdən) çıxmışdır. Bəs nə üçün bizlər özümüzü buraxaraq başqalarını
ittiham etməkdə mahirik? Əgər biz özümüzü islah etsək heç şübhə yox ki,
Allah da bizərə yardım edər. Çünki bu Alahın vədidir. Çünki hər bir kəs bu
ayəni bilir: “Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək
göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər”.
(Muhəmməd 7). Allahın vədi haqdır, Vədə xilaf çıxmaz.
“İnsanlar elə güman
edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan əl çəkiləcək və onlar
imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik.
Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır”.
(əl-Ənkəbut 2-3). İslam ümmətinin problemi Fasiq əmirlərdə deyildir.
“Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim
təyin edərik”. (əl-Ənam 129). İş kafirləri gücündə və hiyləsində deyildir.
“Əgər
səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala
bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Ali İmran 120).
AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi – deyir ki: “Allah müsəlmanlara
səbr və təqvalı olmağı əmr edir. Əgər onlar bu əmri yerinə yetirsələr
düşmənlərin hiyləsi onlara heç bir zərər verməz. Çünki Allah öz elmi ilə hər
bir şeyi ehtiva etmişdir. Əgər onlar Allahdan qorxsalar heç kəs onlra zərər
verməz və müsəlmanlar bu şeydə şübhə etməməlidirlər”
1485
. Ona görə də
müsəlmanlar bəla və xəstəliyi də özləri tapıb müalicə etməlidirlər. İbn
Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Əgər müsəlmanlar zəif və
gücsüzdürlərsə və düşmənləri onların üzərində üstünlük təşkil edirlərsə bu
onların günahlarına görədir”
1486
.
İmam Təhavi
– rahmətullahi aleyhi – deyir ki: «Biz əmirlərə və imamlara qarşı
çıxmağı qadağan edirik. Hətta onlar xəta edərək ədalətsiz olsalar da belə. Biz
onlara lənət oxumur, bəd dua etmir və onlara itaətdən də əl çəkmirik. Biz iman
edirik ki, onlara itaət etməklə bizlər Uca və Böyük olan Allaha itaət etmiş
oluruq. Onlara itaət etmək isə hər bir şeydə vacibdir yalnız qadağa olunan
şeylərdən başqa. Uca Allaha əllərimizi qaldıraraq dua edirik ki, Allah onları
doğru yola müvəffəq etsin və onları bu yolda sabit etsin. Göründüyü kimi
Quran və Sünnədə günah ilə əmr olunmadığımız müddətdə əmirlərə itaət
1485
“Təfsir Sədi” 249.
1486
“Cavabu Səhih” 6/450.