497
başlanğıcı və axırıdır… Deməli baxmalıyıq ki, İslam dini ilə əlaqələndirilərək
qaldırılan bu şüarın tərəfdarları Tövhidə riayət edirlər ya yox? Başqa sözlə
desək bu şüar altına toplaşanlar Allahdan qeyrisinə ibadət edirlərmi, yoxsa
qəlbləri tək və şəriksiz Allaha yönəlib və onlar yalnız Ona ibadət edirlər. «Biz
hər ümmətə – Allaha ibadət edin, Tağutdan çəkinin – deyə Peyğəmbər
göndərmişdik». (ən-Nəhl 36). 2) Muhəmməd Allahın Rəsuludur – şəhadətinin
nə qədər gerçəkləşdirildiyinə baxmalısan. Çünki şəhadət kəliməsinin
tələblərindən biri də Muhəmməd peyğəmbərin gətirdiyi şəriətlə hökm
verməkdir. «Amma xeyr! (Ya Məhəmməd!) Rəbbinə and olsun ki, onlar öz
aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və
verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə
boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar». (ən-Nisa 65). Əgər
görsən ki, qaldırılan şüar tərəfdarları Allahın şəriəti ilə hökm verir və
insanların işlərini şəri nöqteyi nəzərdən açıqlayırlar bil ki, bu şüar İslamidir.
Heç bir kimsəyə Allahın endirdiyindən başqa birisi ilə hökm vermək və ya
Onun və Peyğəmbərinin hökmündən olmayan digər bir hökmdən razı qalmaq
olmaz. 3) Baxmalısan ki, orada haramlar halallaşdırılırmı, yoxsa görülən
haram işlər nifrət, ikrah və ya inkarla qarşılanır.
Bura qədər sadalananlar birinci qismin tərkib hissələri idi. Amma ikinci
qism tərəzilərlə şüarın bünövrəsinin İslam kamilliyi məlum olur. Bu tərəzidə
baxmalısan ki, görək o şəriətin gerçəkləşdirilməsi, namazın, yaxşı işlərin əmri
və pis işlərin qadağanı ilə bağlı məsələləri necə həyata keçirir? Görülməsi vacib
olan və ya haramların qadağan olunması işlərinə necə yanaşır? Əgər bu
məsələlər tam şəkildə öz həllini tapmışsa bu onun kamiliyyinə, yox əgər
tapmamışdırsa, bəlli miqdarda naqisliyinə işarədir. Bunlar sənin qəlbində və
zehnində daşıyacağın çox mühüm bir tərəzilərdir. Zəlalətin (azğınçılığın) və
qarmaqarşıqlığın düşdüyü vaxt azmamağın və hadisələri bir-birilə qarışıq
salmamağın naminə çalış heç vaxt onları özündən ayırma!
Bəs bu tərəziləri bir-birilə qarışıq salan müsəlman və ya elm tələbəsi nə
etməlidir? Alimlərə üz tutmalıdır. Çünki (baş verən hadisəni) məhz onlar
düzgün tərəzilərlə ölçür, ona lazımı qiyməti verir və haqqında ədalətli şəriət
hökmü çıxarırlar.
Fitnələr zamanı (danışılan) söz və əməlin qaydası vardır. (Belə ki, bu
zaman) sənə xoş gələn hər sözü və hər işi görmək olmaz. Çünki fitnə vaxtı
dediyin söz və etdiyin əməl onun gedişatına təsir göstərə bilir. Əbu Hureyrə -
radıyallahu anhu – rəvayət edir ki: «Mən Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
dən iki növ elmi yadda saxladım. Onlardan birincisinə gəlincə onu hamıya
yaymışam. Amma ikincisinə gəlincə əgər onu yaysaydım bu boğazım
498
kəsilərdi»
1494
. İnsanları fitnəyə məruz qoymamaq üçün bu hədisləri
gizlətmişdir. O, zaman elmi gizlətmək zəruri idi. Həqiqətən də, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in səhabələri onun bəzi hədislərini gizlətmək
məqsədilə yox, yeri düşmədiyi üçün açıqlamamışlar. Əvvəla ehtiyac olmayan
şeyin dilə gətirilməsi şəriətə zidd olardı. İkinci isə, bundan ancaq müşriklər və
İslam düşmənləri sui-istifadə edərdilər. İbn Məsud - radıyallahu anhu – rəvayət
edir ki: «İnsanların başa düşmədikləri hədisi danışma! Çünki bu onların
bəziləri üçün fitnəyə səbəb olacaqdır»
1495
. Əli - radıyallahu anhu – deyir ki:
«İnsanlarla onların başa düşdükləri tərzdə danışın. Əgər Allah və Rəsulunun
təkzib olunmasını istəmirsinizsə»
1496
. Fitnələr zamanı insanlar hər hansı bir
məsələ haqda danışan adamın hər sözünü tam şəkildə dərk edə bilmirlər.
Onlar kimdənsə dərk etmədikləri bir şey haqda eşidir və onu tamamilə əksinə
başa düşürlər. Beləcə də (səhv anlamın) üzərində axırı yaxşı olmayan əqidələr,
cərəyanlar, əməllər və sözlər qurulur. Məhz buna görə də sələf onu (yəni
insanlarla onların səviyyələrinə uyğun söhbət etməyi) çox tətbiq etmişlər. Ənəs
Həccac b. Yusifə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əl-Urraniyələri
1497
öldürməsi hədisini danışdığını eşidib ona belə demişdir: «Sən nəyə görə
Həccaca
1498
bu hədisi danışırsan!» Onun bu sözlər deməsinə səbəb Həccacın
1494
Buxari 120.
1495
Müslim şərhi ilə müqəddimə 3/14.
1496
Buxari 1/95.
1497
«Allaha və peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq
öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün
olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir».
(əl-Maidə 33). Ənəs b. Məlik
- radıyallahu anhu – rəvayət edir ki, Urraniyə qəbiləsindən səkkiz nəfər
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına Mədinəyə gəldilər və İslam üzərinə onunla beyət etdilər.
Mədinə ərazisinin havası onlara ağır gəldi və vücudları xəstələndi (qarın yatalağı). Onlar bu xəstəliklərini
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ərz etdilər. Peyğəmbər: «Bizim çobanlarımızla bərabər (zəkat üçün
ayrılmış) dəvələrin yanına gedin və onların sidiklərindən və südlərindən için» deyə buyurdu. Onlar
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dediyi şəkildə etdilər və sağaldılar. Bundan sonra çobanları
öldürdülər, İslam dinindən çıxdılar və dəvələri də sürüb apardılar. Bu xəbər Peyğəmbər – sallallahu aleyhi və
səlləm – ə çatdıqda onların ardınca bir dəstə göndərdi. Tez bir zamanda əsir edilərək geri gətrildilər.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – əmr etdi əlləri və ayaqları kəsildi. Gözləri çıxarıldı. Harre deyilən
yerə atıldılar və öldülər (Başqa rəvayətdə: Çünki onlar da çobanların gözlərini çıxarmışdılar)» Müslim 1671.
1498
Zubeyr b. Ədi deyir ki, biz Ənəs b. Məlik
- radıyallahu anhu – nun yanına gələrək ona əl-Həccacın
gördüyü işlərdən şikayət etdik. O, isə: «Səbr edin. Siz elə bir zəmanədə yaşayacaqsınız ki, ondan sonrakı
daha şərli bir zaman olacaq və bu da Rəbbinizə qovuşana kimi davam edəcəkdir. Mən bunu Peyğəmbər –
sallallahu aleyhi və səlləm – dən eşitdim (Bəzi rəvayətlərdə zaman kəliməsi yerinə il, gün kəlimələri də
işlədilmişdir)» Buxari 7068. Tirmizi 2206, Əhməd 12369. İbn Ömər və Ənəs b. Məlik - radıyallahu anhum –
Həccac b. Yusuf əs-Sakafinin arxasında namaz qılmışlar. O, isə zalım və fasiq birisi idi. Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar sizlərə namaz qıldırırlar. İsabət edərlərsə sizin də, onların da
leyhinə olar. Xəta edərlərsə sizin leyhinizə, onların isə əleyhinədir» Buxari 694, İbn Həcər Təlhis 2/43, İbn
Şeybə «Musənnəf» 2/378, Beyhəqi «Sünnənul Kubra» 2/122. Osman - radıyallahu anhu – nun evi mühasirəyə
alındıqda bir nəfər insanlara namaz qıldırdı. Biri Osmana: «Sən bütün müsəlmanların imamısan, insanlara
namaz qıldıran isə fitəkarın biridir». Osman: «Ey qardaşım oğlu! Namaz insanların etdikləri işlərin ən
gözəlidir. Əgər gözəl iş edərlərsə sən də onlarla birlikdə gözəl iş et, yox əgər pislik edərlərsə səndə onların