[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə244/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   240   241   242   243   244   245   246   247   ...   258

 

497 


başlanğıcı  və axırıdır… Deməli  baxmalıyıq  ki,  İslam  dini ilə əlaqələndirilərək 

qaldırılan  bu  şüarın  tərəfdarları  Tövhidə  riayət  edirlər  ya  yox?  Başqa  sözlə 

desək  bu  şüar  altına  toplaşanlar  Allahdan  qeyrisinə  ibadət  edirlərmi,  yoxsa 

qəlbləri tək və şəriksiz Allaha yönəlib və onlar yalnız Ona ibadət edirlər. «Biz 



hər  ümmətə  –  Allaha  ibadət  edin,  Tağutdan  çəkinin  –  deyə  Peyğəmbər 

göndərmişdik».  (ən-Nəhl  36).  2) Muhəmməd  Allahın  Rəsuludur  –  şəhadətinin 

nə  qədər  gerçəkləşdirildiyinə  baxmalısan.  Çünki  şəhadət  kəliməsinin 

tələblərindən  biri  də  Muhəmməd  peyğəmbərin  gətirdiyi  şəriətlə  hökm 

verməkdir.  «Amma  xeyr!  (Ya  Məhəmməd!)  Rəbbinə  and  olsun  ki,  onlar  öz 



aralarında  baş  verən  ixtilaflarda  səni  hakim  (münsif)  təyin  etməyincə  və 

verdiyin  hökmlərə  görə  özlərində  bir  sıxıntı  duymadan  sənə  tam  bir  itaətlə 

boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar». (ən-Nisa 65). Əgər 

görsən  ki,  qaldırılan  şüar  tərəfdarları  Allahın  şəriəti  ilə  hökm  verir  və 

insanların  işlərini  şəri  nöqteyi  nəzərdən  açıqlayırlar  bil  ki,  bu  şüar  İslamidir. 

Heç  bir  kimsəyə  Allahın  endirdiyindən  başqa  birisi  ilə  hökm  vermək  və  ya 

Onun və Peyğəmbərinin hökmündən olmayan digər bir hökmdən razı qalmaq 

olmaz.  3)  Baxmalısan  ki,  orada  haramlar  halallaşdırılırmı,  yoxsa  görülən 

haram işlər nifrət, ikrah və ya inkarla qarşılanır.  

Bura  qədər  sadalananlar  birinci  qismin  tərkib  hissələri  idi.  Amma  ikinci 

qism  tərəzilərlə  şüarın  bünövrəsinin  İslam  kamilliyi  məlum  olur.  Bu  tərəzidə 

baxmalısan ki, görək o şəriətin gerçəkləşdirilməsi, namazın, yaxşı işlərin əmri 

və pis işlərin qadağanı ilə bağlı məsələləri necə həyata keçirir? Görülməsi vacib 

olan  və  ya  haramların  qadağan  olunması  işlərinə  necə  yanaşır?  Əgər  bu 

məsələlər  tam  şəkildə  öz  həllini  tapmışsa  bu  onun  kamiliyyinə,  yox  əgər 

tapmamışdırsa,  bəlli  miqdarda  naqisliyinə  işarədir.  Bunlar  sənin  qəlbində  və 

zehnində  daşıyacağın  çox  mühüm  bir  tərəzilərdir.  Zəlalətin  (azğınçılığın)  və 

qarmaqarşıqlığın  düşdüyü  vaxt  azmamağın  və  hadisələri  bir-birilə  qarışıq 

salmamağın naminə çalış heç vaxt onları özündən ayırma!  

Bəs  bu  tərəziləri  bir-birilə  qarışıq  salan  müsəlman  və  ya  elm  tələbəsi  nə 

etməlidir?  Alimlərə  üz  tutmalıdır.  Çünki  (baş  verən  hadisəni)  məhz  onlar 

düzgün  tərəzilərlə  ölçür,  ona  lazımı  qiyməti  verir  və  haqqında  ədalətli  şəriət 

hökmü çıxarırlar.  

Fitnələr  zamanı  (danışılan)  söz  və  əməlin  qaydası  vardır.  (Belə  ki,  bu 

zaman)  sənə  xoş  gələn  hər  sözü  və  hər  işi  görmək  olmaz.  Çünki  fitnə  vaxtı 

dediyin söz və etdiyin əməl onun gedişatına təsir göstərə bilir. Əbu Hureyrə 



radıyallahu anhu – rəvayət edir ki: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

dən  iki  növ  elmi  yadda  saxladım.  Onlardan  birincisinə  gəlincə  onu  hamıya 

yaymışam.  Amma  ikincisinə  gəlincə  əgər  onu  yaysaydım  bu  boğazım 



 

498 


kəsilərdi»

1494


.  İnsanları  fitnəyə  məruz  qoymamaq  üçün  bu  hədisləri 

gizlətmişdir.  O,  zaman  elmi gizlətmək  zəruri idi.  Həqiqətən  də,  Peyğəmbər – 



sallallahu  aleyhi  və  səlləm  –  in  səhabələri  onun  bəzi  hədislərini  gizlətmək 

məqsədilə yox, yeri düşmədiyi üçün açıqlamamışlar. Əvvəla ehtiyac olmayan 

şeyin dilə gətirilməsi şəriətə zidd olardı. İkinci isə, bundan ancaq müşriklər və 

İslam düşmənləri sui-istifadə edərdilər. İbn Məsud - radıyallahu anhu – rəvayət 

edir  ki:  «İnsanların  başa  düşmədikləri  hədisi  danışma!  Çünki  bu  onların 

bəziləri  üçün  fitnəyə  səbəb  olacaqdır»

1495

.  Əli  -  radıyallahu  anhu  –  deyir  ki: 



«İnsanlarla onların  başa  düşdükləri  tərzdə  danışın.  Əgər Allah  və  Rəsulunun 

təkzib  olunmasını  istəmirsinizsə»

1496

.  Fitnələr  zamanı  insanlar  hər  hansı  bir 



məsələ  haqda  danışan  adamın  hər  sözünü  tam  şəkildə  dərk  edə  bilmirlər. 

Onlar kimdənsə dərk etmədikləri bir şey haqda eşidir və onu tamamilə əksinə 

başa düşürlər. Beləcə də (səhv anlamın) üzərində axırı yaxşı olmayan əqidələr, 

cərəyanlar,  əməllər  və  sözlər  qurulur.  Məhz  buna  görə  də  sələf  onu  (yəni 

insanlarla onların səviyyələrinə uyğun söhbət etməyi) çox tətbiq etmişlər. Ənəs 

Həccac  b.  Yusifə  Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  in  əl-Urraniyələri

1497

 

öldürməsi  hədisini  danışdığını  eşidib  ona  belə  demişdir:  «Sən  nəyə  görə 



Həccaca

1498


 bu  hədisi  danışırsan!»  Onun  bu  sözlər  deməsinə  səbəb  Həccacın 

                                                

1494

 Buxari 120.  



1495

 Müslim şərhi ilə müqəddimə 3/14.  

1496

 Buxari 1/95.  



1497

 «Allaha  və  peyğəmbərinə  qarşı  vuruşanların,  yer  üzündə  fitnə-fəsad  salmağa  çalışanların  cəzası  ancaq 



öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün 

olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir». 

(əl-Maidə  33).  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Urraniyə  qəbiləsindən  səkkiz  nəfər 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in  yanına  Mədinəyə  gəldilər və  İslam  üzərinə onunla  beyət etdilər. 

Mədinə  ərazisinin  havası  onlara  ağır  gəldi  və  vücudları  xəstələndi  (qarın  yatalağı).  Onlar  bu  xəstəliklərini 

Peyğəmbər  – sallallahu aleyhi və səlləm – ərz  etdilər.  Peyğəmbər:  «Bizim  çobanlarımızla  bərabər  (zəkat  üçün 

ayrılmış)  dəvələrin  yanına  gedin  və  onların  sidiklərindən  və  südlərindən  için»  deyə  buyurdu.  Onlar 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  dediyi  şəkildə  etdilər  və  sağaldılar.  Bundan  sonra  çobanları 

öldürdülər, İslam dinindən çıxdılar və dəvələri də sürüb apardılar. Bu xəbər Peyğəmbər – sallallahu aleyhi və 

səlləm  –  ə  çatdıqda  onların  ardınca  bir  dəstə  göndərdi.  Tez  bir  zamanda  əsir  edilərək  geri  gətrildilər. 

Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  əmr  etdi  əlləri  və  ayaqları  kəsildi.  Gözləri  çıxarıldı.  Harre  deyilən 

yerə atıldılar və öldülər (Başqa rəvayətdə: Çünki onlar da çobanların gözlərini çıxarmışdılar)» Müslim 1671. 

1498


 Zubeyr  b.  Ədi  deyir  ki,  biz  Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  nun  yanına  gələrək  ona  əl-Həccacın 

gördüyü  işlərdən  şikayət  etdik.  O,  isə:  «Səbr  edin.  Siz  elə  bir  zəmanədə  yaşayacaqsınız  ki,  ondan  sonrakı 

daha  şərli bir zaman olacaq  və bu  da Rəbbinizə qovuşana kimi  davam edəcəkdir. Mən  bunu Peyğəmbər – 

sallallahu  aleyhi  və  səlləm  –  dən  eşitdim  (Bəzi  rəvayətlərdə  zaman  kəliməsi  yerinə  il,  gün  kəlimələri  də 

işlədilmişdir)»  Buxari  7068.  Tirmizi  2206,  Əhməd  12369.  İbn  Ömər  və  Ənəs  b.  Məlik  - radıyallahu anhum – 

Həccac  b.  Yusuf  əs-Sakafinin  arxasında  namaz  qılmışlar.  O,  isə  zalım  və  fasiq  birisi  idi.  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Onlar  sizlərə  namaz  qıldırırlar.  İsabət  edərlərsə  sizin  də,  onların  da 

leyhinə  olar.  Xəta  edərlərsə  sizin  leyhinizə,  onların  isə  əleyhinədir»  Buxari  694,  İbn  Həcər  Təlhis  2/43,  İbn 

Şeybə «Musənnəf» 2/378, Beyhəqi «Sünnənul Kubra» 2/122. Osman  - radıyallahu anhu – nun evi  mühasirəyə 

alındıqda bir nəfər  insanlara  namaz qıldırdı. Biri  Osmana: «Sən bütün müsəlmanların  imamısan,  insanlara 

namaz  qıldıran  isə  fitəkarın  biridir».  Osman:  «Ey  qardaşım  oğlu!  Namaz  insanların  etdikləri  işlərin  ən 

gözəlidir. Əgər gözəl iş edərlərsə sən də onlarla birlikdə gözəl iş et, yox əgər pislik edərlərsə səndə onların 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə