[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə246/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   242   243   244   245   246   247   248   249   ...   258

 

501 


məsləhətləşməyə  gəlmişik»  deyə  cavab  verdilər.  İmam  Əhməd  onlarla  bir 

saata  yaxın  söhbət  etdikdən  sonra:  «Sizə  qəlbinizlə  etiraz  etmənizi  tövsiyə 

edirəm. Əlinizi ona itaətdən üzərək müsəlmanların əsasını sındırmayın (İmam 

Əhməd başçını Əsaya, fitnələrə məruz qalmış müsəlmanları isə əsaya ehtiyacı 

olan taqətsiz bir insana oxşadır). Bu işin nə ilə nəticələnəcəyini nəzərə alaraq, 

özünüzün  və  müsəlmanların  qanını  axıtmayın.  Yaxşı  biri  gələnə  və  ya  pis 

gedənə  kimi  səbr  edin»  dedi.  Onlar  getdikdən  sonra  mən  atamla  birgə  Əbu 

Abdullahın  yanına  gəldim.  Atam  ona  dedi:  «Allahdan  özümüzə  və 

Muhəmməd  ümmətinə  əmin-amanlıq  diləyirik.  Belə  bir  iş  heç  kimin  xoşuna 

gəlməzdi. Ey Əbu Abdullah, sən bunu (itaətsizliyi) düzgün hesab edirsənmi?» 

O:  «Xeyr,  belə  bir  iş  bizə  səbr  etməyi  əmr  edən  rəvayətlərə  ziddir»  dedi

1503


Əbu  Həris  əs-Saiq  demişdir:  «Mən  Əbu  Abdullahdan  Bağdadda  baş  vermiş 

hadisə  haqqında,  yəni,  bir  dəstə  insanın  qiyama  qalxmaq  istəməsi  barədə 

soruşaraq: «Ey Əbu Abdullah, bunlara qoşularaq qiyam etmək barədə sən nə 

deyirsən?».  O,  qiyamçıların  bu  işinə  öz  etirazını  bildirərək  dedi: 

«Subhənallah...! (Nahaq yerə axıdılan) qanlar. Mən bunu nə dəstəkləyir, nə də 

əmr  edirəm.  Bizim  hal-hazırda  səbr  etməmizi,  nahaq  qanlar  axıdılmasından, 

mal-dövlətin talan edilərək halal sayılmasından və haramların baş alıb getməsi 

ilə nəticələnən bir fitnə törətməkdən daha xeyirli sayıram. Məgər sən bilmirsən 

ki, insanların fitnə-fəsad törətdikləri vaxtlarda nələr edilib?». Mən ona dedim: 

«Ey  Əbu  Abdullah,  bu  gün  insanlar  fitnə  içində  deyillərmi?»  O:  «Olsalar  da 

belə, bu fərdi fitnədir. Əgər qılınc qaldırılsa, o ümumi bir fitnəyə çevriləcək və 

bütün yollar bağlanacaq. Lakin səbr etməklə dinini qorumuş olarsan ki, bu da 

sənin  xeyrinədir».  Mən  onu  rəhbərlərə  qarşı  çıxmağı  inkar  edən  gördüm.  O 

deyirdi: «(Nahaq yerə axıdılan) qanlar, mən bunu nə dəstəkləyir, nə də tövsiyə 

edirəm»


1504

.  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Bəzi  müsəlman 



rəhbərləri  Cəhmilərin  dediklərini:  Quranın  məxluq  olmasını,  Qiyamət  günü 

Allahı  görməməyimizi  söyləmişlər.  Onlar  bu  fitnəni  insanlar  arasında  yayır, 

onların  bu  sözlərinə  cavab  verməyənləri  cəzalandırır  və  küfrdə  ittiham 

edirdilər. Bir kəsi əsir etdikləri zaman Quran məxluqdur etiqadını qəbul edənə 

qədər  işkəncələrə  məruz  qoyardılar.  Onlar  yalnız  canişin  olaraq  öz 

tərəfdarlarını  təyin  edir  və  belələrinə  kömklik  edirdilər.  Buna  baxmayaraq 

İmam  Əhməd  onlar  üçün Allahdan hidayət  diləyir  və onların  bağışlanmasını 

istəyirdi.  O  hesab  edirdi  ki,  onların  Peyğəmbərə  –  sallallahu  aleyhi  və  səlləm  – 

müxalif  olmaları  bilməməz-likdir.  Onlar  bir  başa  Peyğəmbərin  –  sallallahu 

aleyhi və səlləm – gətirdiyini inkar  etmirdilər.  Lakin  Quran  ayələrini səhv  təvil 

                                                

1503

 «Tabaqat İbn Əbu Yəla” 1/144.  



1504

 Ədəb əş-Şariyyə 1/175, Xəlləl “Sunnə” 1/132, əl-Məsəilul-Mərviyyə İmam Əhməd 2/4.  




 

502 


edir  və  kor-koranə  onları  öyrədənləri  təqlid  edirdilər”

1505


.  Görəsən, 

günümüzdə  olan  təkfirçilər  İmam  Əhməd  üçünmü  hökümət  adamıdır 

deyirlər?  Nəfi  – rahmətullahi aleyhi – rəvayət  edir ki:  «Nə  vaxt  ki, Mədinə  əhli 

Yəzid b. Muaviyəni hakimiy-yətdən devirmək istədikdə İbn Ömər - radıyallahu 



anhu – öz  yaxınlarını  və  uşaqlarını  ətrafına  toplayaraq  Peyğəmbər  – sallallahu 

aleyhi  və  səlləm  –  dən  eşitdiyi  hədisi  rəvayət  etdi:  «Qiyamət  günü  hər  bir 

xəyanətkarın  yanında  bir  bayraq  dikiləcəkdir

1506

 sözünə  davam  edərək  dedi: 



«Bizim  hər  birimiz  Allahın  və  Rəsulunun  əmrinə  əsasən  bu  insana  beyət 

etmişik.  Vallahi  mən  bundan  böyük  xəyanət  görmürəm  nə  vaxt  ki,  insan 

Allahın  və  Rəsulunun  əmrinə  əsasən  birinə  beyət  edə  və  sonra  da  ona  qarşı 

vuruşa. Nə vaxtsa bizlər ona qarşı sadiqlikdə beyət etmişdik. Sizlərdən kimsə 

ona qarşı çıxmaq istəyirsə bilin ki, mən bu işdən uzağam»

1507


. Allah şəriəti qəti 

olaraq seçilmiş əmrlərə qarşı çıxmağı qadağan edir. Hər hansı bir kimsə çalışsa 

ki,  müsəlman  bir  kimsənin  əlində  olan  hakimiyyəti  devirsin,  hətta  onu 

hörmətdən  salmaq  istəsə  də  belə  Allah  və  onun  Rəsulunun  istəyinə  qarşı 

çıxmış sayılır.  Peyğəmbər  – sallallahu aleyhi və səlləm –  buyurdu:  «Kim  Allahın 

yer üzündə təyin etdiyi əmirə hörmət edərsə Allah da ona hörmət edər, kim də 

Allahın  yer  üzündə  təyin  etdiyi  əmiri  alçaldarsa  Allah  da  onu  alçaldar»

1508


Cəlil  b.  Abdullah  ət-Tustari  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «İnsanlar  xeyir 

içərisində  olarlar  o,  vaxta  qədər  ki,  onlar  öz  əmirlərinə  və  alimlərinə  hörmət 

etsələr. Onlara hörmət etdikcə Allah da onların dünya və axirətlərini də xeyirli 

edər. Yox əgər onları gözdən salmağa çalışarlarsa Allah da onların dünyalarını 

və axirətlərini də məhv edər»

1509



Həmçinin  fitnələr  zamanı  hər  bir  söz  və  əməl  müdrikliklə  edilməlidir. 



Müdrikliklə görülən iş isə həmişə tərifə layiqdir. Peyğəmbər – sallallahu aleyhi 

və  səlləm  –  Əşəs  Abdul  Qeysə  xitabən  buyurdu:  «Səndə  Allah  və  Onun 

Rəsulunun sevdiyi iki xislət vardır. Müdriklik və səbirlilik»

1510

«İnsan (özünə) 



xeyir dua etdiyi kimi, bəd dua da edər. İnsan (hər şeydə) tələsgəndir (gördüyü 

işin aqibətini düşünməyə hövsələsi çatmaz)». (əl-İsra 11). Müdrikliklə görülən 

iş tərifə layiqdir. Çünki adillik nişanəsi olan bu sifət sahibi, fitnələr vaxtı məhz 

öz  müdrikliyi,  əzmkarlığı  və  mehribanlığı  ilə  digərlərindən  fərqlənir. 

                                                

1505

 “Məcmuul Fətava” 3/229-231.  



1506

 İbn  Ömər  və  Ənəs  -  radıyallahu  anhum  –  rəvayət  edirlər  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Əhdini  pozan  hər  kəs  üçün  Qiyamət  günü  bir  bayraq  olacaqdır.  Bu  filankəsin  vəfasızlığının 

bayrağıdır»  Buxari 3188, Müslim 1735. Əbu Səid  əl-Xudri - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  günü  hər  bir  əhdini  pozanın  arxasında  əhdini  pozmasının 

miqdarına  görə  bir  bayraq  olacaqdır.  Diqqət  edin!  Dövlət  başçısının  vəfasızlığından  daha  böyük  bir 

vəfasızlıq yoxdur» Müslim 1738. 

1507


 Buxari.  

1508


 İmam Əhməd.  

1509


 Təfsir Qurtubi 5/262.  

1510


 Müslim.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə