[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə254/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   250   251   252   253   254   255   256   257   258

 

519 


hörmətini  saxlamayan  bizdən  deyildir»

1549


.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – buyurdu:  «Aranızda  olan  zəif  və  gücsüz  olanlarınıza  görə  Allah  sizə 

ruzi və yardım edir»

1550

«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət 



edənlərlə  birlikdə  özünü  səbrli  apar.  Fani  dünyanın  bər-bəzəyini  arzu  edib 

nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə». (əl-Kəhf 28).  

10 – Müsəlmanlara Dua Etmək Və Onlar Üçün İstiğfar Diləmək 

«(Ondan)  həm  öz  günahlarının,  həm  də  mömin  kişilərin  və  qadınların 

günahlarının bağışlanmasını dilə». (Muhəmməd 19). «Onlardan sonra gələnlər 

belə  deyirlər:  Ey  Rəbbimiz!  Bizi  və  bizdən  əvvəl  iman  gətirmiş  (din) 

qardaşlarımızı  bağışla.  Bizim  qəlblərimizdə  iman  gətirənlərə  qarşı  kinə, 

həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən şəfqətli və mərhəmətlisən». (əl-

Həşr 10). «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxart-

mayan  kimsələrə  yaxşılıq  etməyi  və  onlarla  ədalətlə  rəftar  etməyi  sizə 

qadağan  etməz.  Allah  ədalətli  olanları  sevər!».  (əl-Mumtəhinə  8).  Bu  əmrə 

gəlincə: “Müsəlmanlara əziyyət verməyən, onları yurdlarından çıxartmayan və 

onlarla vuruşmayan kafirlərə gəlincə belə bir kimsələrlə müsəlmanlar ədalətlə 

və  yaxşılıqla  davranmalıdırlar.  Lakin  bu  o,  demək  deyildir  ki,  müsəlmanlar 

onlara qəlbən sevgi bəsləməlidirlər. «Allah din yolunda sizinlə vuruşmayan və 

sizi  yurdunuzdan  çıxartmayan  kimsələrə  yaxşılıq  etməyi  və  onlarla  ədalətlə 

rəftar etməyi sizə qadağan etməz». (əl-Mumtəhinə 8). Allah: «Onlara sevgi və 

dostluq  bəsləməyi  qadağan  etməz»  deyə  bir  şey  buyurmamışdır.  Bunun  bir 

bənzərini  Allah  valideyinlər  haqqında  da  buyurmuşdu:  «Əgər  ata-ana 



bilmədiyin  bir  şeyi  Mənə  şərik  qoşmağına  cəhd  göstərsələr  (bu  işdə)  onlara 

itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə 

edib  Mənə  tərəf  dönənlərin  yolunu  tut.  Sonra  Mənim  hüzuruma 

qayıdacaqsınız.  Mən  də  nə  etdiklərinizi  sizə  xəbər  verəcəyəm!».  (Loğman  15). 

Əsmə b. Əbu Bəkr – radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu 



aleyhi və səlləm – in  (Hudeybiyyə)  müqaviləsi  zamanında  anam  (ona  qayğı  və 

ehsan)  edim  deyə  bizə  gəldi.  Mən  də  Peyğəmbər  – sallallahu aleyhi və səlləm – 

dən bu haqda soruşdum: «Ona yaxşılıq edimmi?». O: «Bəli» deyə buyurdu

1551




«Allaha və Axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri 

əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar 

da belə – dostluq etdiyini görməzsən». (əl-Mucadələ 22).  

Kafir  (müşrik)  bir  kimsə  ilə  qohumluq  əlaqələrini  saxlamaq  və  dünyavi 

işılərdə  onlarla  ədalətli  olmaq  onlara  bəslənilən  sevigən  çox  fərqli  bir  şeydir. 

Çünki  əlaqələr  saxlamaq  və  onlarla  gözəl  rəftarda  olmaq  kafir  olan  kimsəyə 

                                                

1549


 «Ədəbul Mufrad» 358. 

1550


 Buxari,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allah  zəif  və  gücsüz  olanların  duaları, 

namazları və ehsanları səbəbiylə bu ümmətə yardım edir» Nəsai.  

1551

 «Ədəbul Mufrad» 25.  




 

520 


İslamı sevdirmək vardır və bu da dəvət yollarındandır. Lakin dostluq və sevgi 

bəsləmək isə tam bunun əksidir. Çünki kafirə sevgi və dostluq bəsləmək onun 

öz  halından  razı  qalmasına  gətirib  çıxardır  ki,  bu  da  onu  İslama  dəvət 

edilməməsinə səbəb ola bilər. Eyni şəkildə kafirlərə dostluq bəsləməyin haram 

olması onlarla mübah olan ticarətin, mal idxalının, onların təcrübələrindən və 

icad etdikləri şeylərdən faydalanmağın haram olduğu mənasına gəlməz. Necə 

ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Mədinəyə  hicrət  edərkən  müşrik 

olduğu  halda  Abdullah  b.  Uraykit  əl-Leysini  pul  qarşılığı  olaraq  bələdçi 

tutmuşdur.  Yenə  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bəzi  Yəhudilərdən 

borc götürərdi.  

Günümüzdə də müsəlmanlar kafirlərdən bir çox (kənd və sənaye) təsərüfatı 

malları  idxal  edirlər.  Bu  da  onlardan  pul  qarşılığında  bir  şey  almaq 

qəbilindəndir yoxsa ki, onların bizə lütf və ehsanlarına görə deyildir. Bu kimi 

şeylərin onlardan pul qarşılığında  alınması onlara  sevgi  və  dostluq  bəsləmək 

mənasına  gəlməz.  Çünki  Allah  bizlərə  möminlərə  sevgi  və  dostluq,  kafirlərə 

isə  nifrət  və  düşmənçilik  bəsləməyimizi  fərz  etmişdir.  «İman  gətirib  hicrət 



edənlər,  Allah  yolunda  malları  və  canları  ilə  cihad  edənlər  (mühacirlər)  və 

(Peyğəmbərlə,  mühacirlərə)  sığınacaq  verib  kömək  göstərənlər  (ənsar)  məhz 

onlar  bir-birinə  dost  və  varisdirlər.  İman  gətirib  hicrət  etməyənlərə  gəldikdə 

isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur. 

Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr aranızda 

saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla onlara kömək göstərmək 

sizə  vacibdir.  Allah  nə  etdiklərinizi  görəndir.  Kafirlər  də  bir-birinin  dostları, 

köməkçiləridirlər. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad 

olar». (əl-Ənfal 72-73). İbn Kəsir – rahmətullahi aleyhi - bu ayə ilə bağlı deyir ki: 

«Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar» - Əgər siz 

kafirlərdən  uzaqlaşmasanız  və  möminlərə  dostluq  bəsləməsəniz  möminlərlə 

kafirlər  bir-birilərinə  qarışaraq  insanlar  arasında  fitnə-fəsad  meydana  gələr. 

Haqların düşməsi baş verər. Mən də deyirəm ki: «Bu hal-halzırda günümüzdə 

də bilinməkdədir. Bu hala görə Allahdan kömək diləyirik»

1552


.  

                                                

1552

 Kafirlərlə  Rəftar  Necə  Olmalıdır?  -  İslam  şəriəti  beş  prisipin  –  din,  can,  ağıl,  namus,  var-dövlətin 



qorunmasının  zəruriliyini bildirərək, kimliyindən aslı olmadan, onlara təcavüz edənlərə qarşı  cəzalar təyin 

etmişdir.  Burada  müsəlmanla  əhd  bağlanılan  kafir  arasında  fərq  yoxdur.  Müsəlmanlara  aid  olan  qanunlar 

əhd  bağlanılan  kafirlərə  də  aiddir.  Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  buyurdu:  «Kim  əhd  bağlanılan 

kafiri öldürərsə Cənnətin iyini belə hiss etməz»

1552

. Əgər müsəlmanlar əhd bağlayan kafirlərin xəyanətindən 



qorxub ehtiyat etsələr,  aralarında olan əhdin  pozulduğunu elan etməyincə onlara  qarşı  vuruşmaları  doğru 

olmaz.  «Əgər  (əhd  bağladığın)  bir  tayfanın  sənə  xəyanət  edə  biləcəyindən  qorxsan  (döyüşə  başlamazdan 



əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın  özlərinə elan et. Çünkü Allah xainləri sevməz». (əl-Ənfal 

58).  Kafirlər  üç  qismdir:  1.  Hərbiyyun  –  Müsəlmanlarla  onlar  arasında  olan  müharibə  olanlar.  Kafir  öz 

ölkəsində  olduğu  zaman  hərbi  sayılır.  Müsəlman  ölkəsinə  himayəsiz  gələrsə  hərbi  sayılır  döyüş  əhlindən 

olmasa da belə. Əgər müsəlman ölkəsinə himayədar ilə gələrsə o, digər qism kafirlərin hökmünə daxil olur. 

Onlarla  döyüşmək  yenə  də  tabedir  dövlətə  və  başçıya.  2.  Zimmə  Əhli  –  Onlar  müsəlman  ölkələrində 




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə