[]


«O, kəslər ki, yalan yerə şahidlik etməzlər…»



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə251/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   247   248   249   250   251   252   253   254   ...   258

 

513 


«O, kəslər ki, yalan yerə şahidlik etməzlər…». (əl-Furqan 72). Təfsirçilər bu 

ayəni: «Rəhmanın qulları o, kəslərdir ki, onlar kafirlərin bayramlarında iştirak 

etməzlər» deyə təfsir etmişlər

1533


 

8 – Kafirləri İnkişaf Və Mədəniyyətlərinə, Əxlaqlarına Görə Tərif Etmək, 

Batil İnanc Və Dinlərinə Baxmayaraq Əxlaq Və Məharətlərini Bəyənmək 

«Kafirlərin  bəzi  zümrələrini  sınamaq  üçün  onlara  dünya  həyatının  zinnəti 

olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (gözünü dikmə)». (Ta ha 

131). Bu o, demək deyildir ki, müsəlmanlar onları gücləndirəcək vasitələrdən, 

iqtisadi  inkişafdan, 

təsərüfatdan 

və 


hərbin 

sirlərini  öyrənməkdən 

çəkinməlidirlər.  Əksinə  bu  dinimizin  əmr  etdiyi bir şeydir.  «…Kafirlərə  qarşı 

bacardığınız  qədər  qüvvə  və  (cihad  üçün  bəslənilən)  döyüş  atları  tədarük 

edin…».  (əl-Ənfal  60).  Bütün  bu  faydalı  və  kainatda  gizli  olan  şeylərin  hər 

birisi  həqiqətdə  müsəlmanlar  üçün  yaradılmışdır.  «(Ya  Peyğəmbərim!)  De  ki: 



Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram 

buyurmuşdur?  De  ki:  Bunlar  dünyada  iman  gətirənlər  üçündür,  Qiyamət 

günündə  isə  yalnız  möminlərə  məxsusdur.  Biz  ayələrimizi  anlayıb-bilən  bir 

tayfaya  belə  ətraflı  izah  edirik».  (əl-Əraf  32).  «Göylərdə  və  yerdə  nə  varsa 

hamısını  öz  tərəfindən  sizin  ixtiyarınıza  qoyan  da  Odur.  Həqiqətən  bunda 

düşünən bir  qövm üçün  ibrətlər  vardır».  (əl-Casiyə  13).  «Yer üzündə nə  varsa 

hamısını  sizin  üçün  yaradan…Odur  (Allahdır)».  (əl-Bəqərə  29).  Bu  potensial 

imkanları  dəyərlən-dirməkdən  ötrü  müsəlmanlar  hər  kəsdən  əvvəl  hərəkət 

etməli  və  bunlara  sahib  olmaları  üçün  kafirlərdən  nə  isə  ummamalıdırlar. 

Müsəlmanların fabrik və müasir texnikaya sahib olmaları lazımdır.  



9 – (Oğlan Və Qız) Uşaqlarına Kafir Adlarını Vermək 

Belə  ki,  bəzi  müsəlman  ailələri  ana-atalarını,  baba  və  nənələrinin,  daha 

doğrusu  müsəlman  aləmində  qəbul  edilmiş  adlardan  imtina  edərək  öz 

övladlarına yad adlar qoyurlar. Belə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

bu haqda buyurmuşdu: «Allahın ən çox sevdiyi adlar Abdullah (Allahın qulu) 

və AbdurRahmandır (Rahmənin qulu)»

1534

. Adları dəyişdirmək yeni bir nəslin 



qərib adlar daşımalarına səbəb ola bilir. Bu isə indiki nəsillərlə əvvəlki nəsillər 

arasında bir ayrılığa və özlərinə aid adları istifadə edən ailələr arasındakı bir-

birilərini tanıma imkanını aradan qaldırmağa səbəb ola bilir.  

                                                

1533

 Onların  məclislərini  tərk  etmək:  «Zülm  edənlərə  (rəğbət  bəsləməklə,  kömək  göstərməklə)  meyl  etməyin, 



yoxsa  sizə  atəş  toxunar.  Sizin  Allahdan  başqa  dostunuz,  himayədarı-nız  yoxdur.  Sonra  sizə  kömək 

olunmaz». (Hud 113).  

1534


 Əbu  Vəhb  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

«Özünüzə  Peyğəmbərlərin  adlarını  qoyun.  Allahın  ən  çox  sevdiyi  adlar  Abdullah  və  AbdurRahmandır. 

Adların  ən  doğrusu  Həris  (qoruyan,  gözətçi)  və  Həmməmdir  (Ləyaqətli,  möhtərəm).  Ən  pisi  isə  Hərb 

(Müharibə) və Murradır (Acı)». «Ədəbul Mufrad» 814.  




 

514 


10  –  Kafirlər  Üçün  Allahdan  Bağışlanma  Diləmək  Və  Onlara  Rəhmət 

Oxumaq 

Allah  kafirlər  üçün  bağışlanma  diləməyi  və  onlar  üçün  rəhmət  oxumağı 

möminlərə  haram  etmişdir.  «Müşriklərin  Cəhənnəmlik  olduqları  (müsəlman-

lara)  bəlli  olduqdan  sonra,  onlarla  qohum  olsalar  belə  Peyğəmbərə  və  iman 

gətirənlərə  onlar  üçün  bağışlanma  diləmək  yaraşmaz».  (ət-Tövbə  113).  Çünki 

bu  davranış  onları  sevməyi  və  tabe  olduqları  dinin  doğru  olduğunu 

göstərir

1535


.  

11  –  Dövlət  Vəzifələrində,  Döyüşdə  Və  Ya  Buna  Bənzər  Yerlərdə 

Kafirlərdən Kömək İstəməyin Hökmü 

1)  Dövlər  vəzifələrində  kafirlərdən  kömək  istəməyin  hökmü  barəsində 

Allah  buyurur:  «Ey  iman  gətirənlər!  Özünüzdən  başqasını  özünüzə  sirdaş 

(dost)  tutmayın.  Onlar  sizin  barənizdə  fitnə-fəsad  törətməkdən  əl  çəkməzlər, 

sizin zərərə və əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan 

ədavəti  ağızlarından  çıxan  sözlərdən  aşkar  olur.  Amma  ürəklərində 

gizlətdikləri  (düşmənçilik)  isə  daha  böyükdür…».  (Ali  İmran  118).  İmam 

Bəğavi – rahmətullahi aleyhi – ayədə keçən: «Sizin dinizdən olmayanları dost və 

yaxın  sirdaş  etməyin.  Çünki  kişinin  dostu  ona  ən  yaxın  olanıdır»  şəkilində 

təfsir  etmişdir.  Sonra  isə  Allah  kafirləri  dost  tutmağın  haram  edilməsini 

açıqlayaraq: «Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin 

zərərə və əziyyətə düşməyinizi istərlər».  

İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Zimmə  əhli  olan  Yəhudi, 

Xristian  və  münafiqlər  müsəlmanların  hal  və  sirləriylə  bağlı  şeylərdə  öz 

dinlərində olan insanları xəbərdar etdiklərini təcrübə sahibi olan hər kəs bilir. 

Məşhur  beytlərdən  olan  bu  beyt  buna  ən  gözəl  dəlildir:  «Hər  düşmənlik 

(düşmənlikdən  sonra)  –  sevgi  və  məhəbbətə  dönə  bilər.  Yalnız  sənə  dində 

düşmən  olanın  düşmənliyi  sevgi  və  məhəbbətə  dönə  bilməz».  Buna  görə  də 

onlar dövlət işlərində müsəlmanlara vəzifələr verməyi qadağan etmişlər.  

Buna  görə  də  müsəlmanların  müsəlmanları  öz  işlərində  işlətməklə 

kifayətlənmələri  özləri  üçün  dini  və  dünyavi  tərəfdən  faydalıdır.  Az  da  olsa 

halal  yolla  qazanılan  qazancı  Allah  bərəkətləndirir.  Lakin  haram  yolla 

qazanılan  qazanc  çox  da  olsa  bərəkəti  olmaz

1536

.  İbn  Teymiyyə  – rahmətullahi 



aleyhi  –  yuxarıda  keçən  ayədən  bir  çox  hökmlər  çıxarmışdır:  1.  «Ey  iman 

gətirənlər!  Özünüzdən  başqasını  özünüzə  sirdaş  (dost)  tutmayın.  Onlar  sizin 

barənizdə  fitnə-fəsad  törətməkdən  əl  çəkməzlər,  sizin  zərərə  və  əziyyətə 

                                                

1535

 Əbu  Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 



«Anam  üçün  istiğfar  diləmək  üçün Rəbbimdən izn  istədim mənə  inz  vermədi.  Qəbrini ziyarət etmək  üçün 

Rəbbimdən izn  istədim mənə  izn  verdi. Siz  də  qəbirləri  ziyarət edin. Çünki  qəbir ziyarəti ölmü xatırladır». 

Müslim 976.  

1536


 Məcmuu Fətava 28/646.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə