[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə253/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   250   251   252   253   254   255   256   257   258

 

517 


mərhəmətlərinə,  məhəbbətlərinə  və  şəfqətlərinə  görə  bir  vücuda  (bədənə) 

bənzəyirlər. O, vücuddan bir üzv xəstələnərsə bütün vücudda bu xəstəlikdən 

yuxusuz və hərarətdə olar»

1540


. Əbu Musa  – radıyallahu anhu – rəvayət edir ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin digər bir möminə 

olan bağlılığı dayaqları bir-birinə keçrilmiş bir bina kimidir. Sonra Peyğəmbər 

– sallallahu aleyhi və səlləm – əllərinin barmaqlarını bir-birinə keçirdi»

1541


.  

4 – Müsəlmanlara Nəsihət Etmək, Onların Yaxşılığını İstəmək Və Onları 

Aldatmamaq 

Ənəs  b.  Məlik  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 



aleyhi və səlləm – buyurdu: «Sizdən hər biriniz özünə arzu etdiyini (sevdiyini), 

qardaşı  üçün  arzu  etmədikcə  (kamil)  iman  etmiş  olmaz»

1542

.  Əbu  Hureyrə  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Müsəlman  müsəlmanın  qardaşıdır.  Ona  zülm  etməz,  onu  rəzil 

(köməksiz)  buraxmaz, onu  alçaltmaz. İnsanın şər olaraq  müsəlman qardaşına 

xor baxması ona kifayət edər. Hər bir müsəlmanın qanı, malı və namusu digər 

bir müsəlmana haramdır»

1543


. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Bir-birinizə  həsəd 

aparmayın, hərracda almaya-cağınız malın qiymətini qaldırmayın, bir-birinizə 

nifrət etməyin, bir-birinizin ticarətinə müdaxilə etməyin. Allahın qardaş qulları 

olun»

1544


.  

5  –  Müsəlmanlara  Hörmət  Etmək,  Onlara  Ehtiram  Göstərmək  Və  Onları 

Söyməkdən Və Alçaltmaqdan Çəkinmək 

«Ey  iman  gətirənlər!  Bir  qövm digərini  lağa qoymasın.  Ola bilsin  ki,  lağa 

qoyulanlar  lağa qoyanlardan  (Allah yanında) daha  yaxşı  olsunlar.  Qadınlar 

da  bir-birilərini  rişxənd  eləməsinlər.  Bəlkə  rişxənd  olunanlar  rişxənd 

edənlərdən  daha  yaxşıdırlar.  Bir-birinizə  tənə  etməyin,  eyb  tutmayın  və  bir-

birinizi  pis  ləqəblərlə  çağırmayın.  İman  gətirdikdən  sonra  fasiq  adını 

qazanmaq  necə  də  pisdir.  Məhz  tövbə  etməyənlər  zalimlərdir!  Ey  iman 

gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi 

günahdır.  (Bir-birinizin  eybini,  sirrini)  arayıb  axtarmayın,  bir-birinizin 

qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? 

Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul 

edəndir, rəhmlidir». (əl-Hucurat 11-12).  

6  –  Çətinlikdə  Də,  Asantlıqda  Da,  Bolluqda  Və  Qıtlıqda  Da 

Müsəlmanlarla Birlikdə Olmaq 

                                                

1540

 Buxari 6011, Müslim 2586.  



1541

 Buxari 6026, Müslim 2585.  

1542

 Buxari 13, Müslim 45.  



1543

 Müslim 2564. 

1544

 Müslim 2564.  




 

518 


Möminlərlə  bolluq  və  asantlıq  zamanında  bərabər  olub,  çətinlik  və  qıtlıq 

zamanında  onları  tərk  edərək  gedən  münafiqlərdən  fərqli  olaraq  müsəlman 

çətinlikdə  də,  asantlıqda  da,  bolluqda  və  qıtlıqda  da  müsəlmanlarla  birlikdə 

olmalıdır.  «(Ey  müsəlmanlar!)  Sizə  göz  qoyan  (münafiqlər)  Allah  tərəfindən 



sizə  bir  qələbə  üz  verdikdə:  Məgər  biz  də  sizinlə  deyildikmi?  Deyər,  kafirlərə 

(zəfər)  nəsib  olduqda  isə:  Məgər  (möminlərlə  birlikdə  sizə  qarşı  vuruşsaydıq) 

biz  sizə  qalib  gələ  bilməzdikmi?  Məgər  biz  möminlərə  (onların  sizə  qarşı 

təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmı? Söyləyərlər. Qiyamət günü 

Allah  Özü  sizin  aranızda  hökm  verəcəkdir.  Allah  heç  vaxt  kafirlərə 

möminlərin əleyhinə olan bir yol göstərməz». (ən-Nisa 141).  

7  –  Müsəlmanları  Ziyarət  Etmək,  Onları  Görməkdən  Və  Onlarla 

Görüşməkdən Xoş Olmaq 

Qütsi hədislərin birində Allah – sunhənəhu və təalə – buyurur: «Mənim rizam 

üçün  bir-birilərini  ziyarət  edənlərə  məhəbbətim  (onları  sevməyim)  vacib 

olmuşdur»

1545

.  Əbu  Hureyrə  – radıyallahu anhu – rəvayət  edir  ki,  Peyğəmbər – 



sallallahu aleyhi və səlləm – buyurdu:  «Bir  kişi  (başqa)  bir  kəndə olan qardaşını 

ziyarət  edir.  Allah  onun  keçəcəyi  yolun  üstünə  bir  mələyi  gözətçi  göndərir. 

Mələk:  «Hara  getmək  istəyirsən?».  O:  «Bu  kənddə  olan  qardaşımı  ziyarət 

etmək istəyirəm». Mələk: «Onun sənə verəcəyi bir mənfəət varmı?». O: «Xeyr, 

mən onu (mənfəətə görə deyil) Allah xatirinə sevirəm». Mələk: «Mən Allahın 

sənə göndərdiyi elçisiyəm. Sən onu sevdiyin kimi Allah da səni sevdi»

1546

.  


8 – Müsəlmanların Haqlarını Qorumaq 

Müsəlman,  müsəlmanın  ticarətini  vurmaz  (müdaxilə  etməz),  qiymət 

(danışıldıqdan)  təyin  olunduqdan  sonra  öz  qiymətini  təklif  etməz, 

nigahlandığı  qadını  ilə  nigahlanmaz,  Allahın  qardaşına  halal  etdiyi  bir  şeyi 

əldə etdikdən sonra onu  əldə  etməyə çalışmaz.  İbn  Ömər  – radıyallahu anhu – 

rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizin 

ticarətini  vurmayın,  qardaşınızın  nigahlandığı  qadına  nigahlanma-yın…»

1547


Ukbə b. Amir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 



və səlləm – buyurdu: «…Başqası tərəfindən qiymət təyin olunduqdan sonra öz 

qiymətini təklif etməz»

1548

.  


9 – Zəif Və Gücsüz Müsəlmanlarla Yumşaq Davranmaq Və Onlarla Gözəl 

Rəftar Etmək 

Abdullah  b.  Amr  b.As  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: «Kiçiyimizə rəhm etməyən, böyüyümüzün 

                                                

1545

 İmam Əhməd, Həkim.  



1546

 «Ədəbul Mufrad» 350.  

1547

 Buxari 2139, Müslim 1412.  



1548

 Müslim 1414.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə